Qəbələ Peşə məktəbi Kimyəvi əsaslar modulu üzrə test nümunələri



Yüklə 77,38 Kb.
tarix18.05.2018
ölçüsü77,38 Kb.
#44894

Qəbələ Peşə məktəbi

Kimyəvi əsaslar modulu üzrə

test nümunələri

  1. Hansı sırada elementlərin kimyəvi işarələrinin oxunuşu adlarına uyğun deyil?

  1. K, Na B) Ca, Fe C) Hg, Fe D) Na, Au E) Ag, Br

  1. Fiziki hadisəni göstərin.

  1. Hidrogen və oksigen qarışığının partlaması

  2. Mis əşyaların üzərində yaşıl örtük əmələ gəlməsi

  3. CO2 buraxdıqda əhəngli suyun bulanması

  4. Şamın yanması

  5. Isti məhlulu soyutduqda kristalların əmələ gəlməsi

  1. Kimyəvi reaksiyaları aşağıda göstərilən hansı xarici əlamətlərə görə müəyyən etmək olur?

  1. Istiliyin ayrılması və udulması

  2. Işığın ayrılması

  3. Iyin cixması

  4. Rəngin dəyişməsi

  5. Sadalanan hər biri doğrudur

  1. Verilən qazlardan hansıları suda həll etdikdə turşu əmələ gətirər?

I.SO2 II.SO3 III.CO IV.NH3

A) I,II B) II,III C) II,III,IV D) yalnız IV E) yalnız I



  1. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində neçə dövr, neçə qrup var?

  1. Cədvəldə IV dövr, VII qrup var

  2. Cədvəldə V dövr, VI qrup var

  3. Cədvəldə VII dövr, VIII qrup var

  4. Cədvəldə VIII dövr, VII qrup var

  5. Cədvəldə VI dövr, V qrup var

  1. Kimyəvi element dedikdə nə başa düşülür?

  1. Nüvələrinin yükü eyni olan atomlar növü

  2. Atom kütlələri eyni olan atomlar növü

  3. Eyni sayda neytronları olan atomlar növü

  4. Eyni sayda neytronları və protonları olan atomlar növü

  5. Eyni sayda elektronları və neytronları olan atomlar növü

  1. Müxtəlifcinsli qarışığı göstərin.

  1. Qlükozanın su ilə D) sulfat turşusunun su ilə

  2. Neftin su ilə E) etil spirtinin su ilə

  3. Kalium xloridin su ilə

  1. Kimyəvi hadisəni işarələyin.

I.suyun daimi codluğunun aradan qaldırılması

II.maye havadan azotun alınması



III. əhəngin söndürülməsi

  1. II. III B) I, III C) I, II, III D) yalnız I E) I,II

  1. Birləşmə reaksiyasını göstərin.

  1. Fe + CuSO4 = FeSO4 + Cu

  2. 2KCLO3 = KCl + 3O2

  3. CuCl2 + Zn = ZnCl2 + Cu

  4. Ca + O2 = 2 CaO

  5. CaCO3 = CaO + CO2

  1. Hansı sıradakı elementlər metallara aiddir?

  1. Si, Ca, Cu C) Mg, C, N D) S, Cl, Na

  2. Ba, Be, Mn E) H, O, Fe

  1. Hansı kimyəvi formul düzgün deyil?

  1. NH4HSO4 C) NH4H2PO4 D) CaHPO4

  2. (NH4)2SO4 E) CaHSO4

  1. Yalnız üzvi maddələrdən ibarət sıranı göstərin.

  1. C6H6, CH3OCH3, CH3NH2

  2. CH3COOH, C2H5OH, Al4C3

  3. C6H6, CaCO3, CH4

  4. CaCO3, CO, CH3COOH

  5. C2H5OH, NaHCO3, C3H8

  1. 10 % li şəkər məhlulu hazırlamaq üçün 45 q suda neçə qram şəkər həll etmək lazımdır?

  1. 15 B) 10 C) 5 D) 20 E) 25

  1. 100 qram 20%li duz məhlulunu doymuş hala gətirmək üçün suyun 40 qramı buxarlanmışdır. Duzun həllolma əmsalını ( q/l) müəyyən edin.

  1. 500 B) 300 C) 250 D) 200 E) 400

  1. Nüvənin yükü artdıqca dövri sistemdə dövrlər və qruplar üzrə əsas yarımqrup elementlərinin atom radiusu necə dəyişir?

Dövrlərdə Qruplarda

  1. Azalır artır

  2. Azalır azalır

  3. Artır dəyişmir

  4. Dəyişmir artır

  5. Azalır dəyişmir

  1. Hansı halda aşağıdakı hissəciklərdə oksigenin valentliyi və oksidləşmə dərəcəsi düzgün verilmişdir?

H3O+ Na2O2 CO

  1. II, -2 II, -2 II, -2

  2. III, -2 II, -2 II, -2

  3. II, -2 II, -1 III, -2

  4. III,-2 I, -1 III,-2

  5. III, -2 II,-1 III,-2

  1. Deyilən fikirlərdən hansı doğrudur?

  1. Həll olma yalnız fiziki prosesdir

  2. Həll olma yalnız kimyəvi prosesdir

  3. Həll olma həm fiziki, həm də kimyəvi prosesdir

  4. Qazların suda həll olması temperatur artdıqca artır

  5. Qazların suda həll olması təzyiq artdıqca azalır

  1. Hansı sırada yalnız duz əmələgətirməyən oksidlər göstərilmişdir?

  1. N2O, NO, CO

  2. CO, N2O, CO2

  3. NO, NO2, SO2

  4. K2O, CO, NO2

  5. CO, NO, SO3

  1. Hansı halda formullar düzgün adlandırılmışdır?

I.natrium – hidroortofosfat

II.natrium – dihidroortofosfat

III.natrium ortofosfat

I II III


  1. Na2HPO4 NaH2PO4 Na3PO4

  2. NaH2PO4, Na2HPO4 Na3PO4

  3. Na3PO4 NaH2PO4 Na2HPO4

  4. Na2HPO4 Na3HPO4 NaH2PO4

  5. NaH2PO4 Na3PO4 Na2HPO4

  1. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi neçə olur?

  1. -1 B) -2 C) -3 D) - 4 E)- 5

  1. Hansı maddənin suda həll olması lakmusu qızardır?

  1. Oksigen

  2. Qələvi

  3. Duz

  4. Oksid

  5. Turşu

  1. Yalnız suda həll olmayan əsaslardan ibarət sıranı göstərin.

  1. Fe(OH)2, Al(OH)3, Cu(OH)2

  2. Al(OH)3,KOH, Mg(OH)2

  3. Cu(OH)2, Ca(OH)2, KOH

  4. LİOH, KOH, Mg(OH)2

  5. Ca(OH)2, NaOH, Ba(OH)2

  1. Verilən ifadələrdən hansılar əsaslar üçün doğrudur?

I.bütün əsaslar suda yaxşı həll olurlar

II.suda həll olan əsaslar qələvilər adlanır

III.suda həll olan əsaslar lakmusun rəngini dəyişir

IV.bütün əsaslar qızdırıldıqda parçalanır



  1. I, II B) II, III C) III,IV D) yalnız II E) II, III, IV

  1. Turş duzlardan ibarət sıranı göstərin.

I.Mg(H2PO4)2 II.Ca(HCO3)2 III.Cu(OH)Cl IV.Cu2(OH)2CO3 V.NaHCO3

  1. I, IV, V B) II, III, IV C) I, II, V D) III,IV,V E) I, II, IV

  1. Sadə gübrədən ibarət sıranı göstərin.

  1. NaNO3, KCl C) NH4H2PO4, KCl

  2. ( NH4)2SO4, NH4H2PO4 D) MgSO4, (NH4)2HPO4

E) KCl, NH4H2PO4

  1. Mineral maddələrdən azot, fosfor və kalium bitkilər üçün niyə əhəmiyyətli hesab olunur?

  1. Onlar bitkinin boyunu artırır

  2. Onlar bitkinin məhsuldarlığını arıtırır

  3. Onlar bitkidə qiymətli maddələrin miqdarını artırır

  4. Sadalananların hər biri doğrudur

  5. Sadalanlar hər biri yalnışdır

  1. Aşağıdakı reaksiyalardan hansında duz alınmır?

  1. Zn + HCl =

  2. CaCl2 + H2CO3 =

  3. Fe + CuSO4 =

  4. CaCO3 + HCl =

  5. ZnO + HCl =

  1. Maddələri oksigenin oksidləşmə dərəcəsinin artma ardıcıllığı ilə düzün.

I. OF2 II.Na2O2 III.CaO

  1. I, II, III B) III, II,I C) II, III, I D) I,III, II E) II,I,III

  1. Gübrələrin növünü müəyyənləşdirin.

I.CO(NH2)2 II.NH4H2PO4 III.Ca(H2PO4)2 IV. NH4NO3

Azotlu fosforlu kompleks



  1. I, II III IV

  2. I, IV II III

  3. I,IV III II

  4. II, IV III I

  5. III II I,IV

  1. Gübrələrin növünü müəyyən edin.

I.KNO3 II.NH4NO3 III.(NH4)2HPO4

Sadə Kompleks



  1. I II,III

  2. I,II III

  3. II I,III

  4. II,III I

  5. III I,II

  1. Verilmiş maddələrdən hansının tərkibi Cn(H2O)m formuluna uyğundur?

I.nişasta II. Dezoksiriboza III. Formaldehid IV. Qliserin

  1. I,II B) III,IV C) I,III D) II,IV E) I, IV

  1. Hansı reaksiyada X maddəsi əsasi oksid ola bilər?

I.X + CO2 = duz II.X + H2O = əsas III.X + KOH = duz + H2O

  1. Yalnız I B) yalnız II C) I,II D) III, E) II,III

  1. Nişasta və sellülozanın müqayisəli əlamətləri hansı halda düzgün verilmişdir?

  1. Nişasta şaxəsiz, sellüloza isə şaxəli quruluşludur

  2. Nişasta β- qlükoza, sellüloza isə α – qlükozadır

  3. Nişasta və sellüloza lif əmələ gətirən polisaxaridlərdir və onların hər ikisi α – qlükoza molekullarından əmələ gəlmişdir

  4. Nişasta α – qlükoza, sellüloza β – qlükoza molekullarından əmələ gəlmiş,nişasta şaxəli və şaxəsiz, sellüloza isə yalnız şaxəsiz quruluşa malikdir

  5. Nişasta və sellüloza disaxaridlərdir

  1. Sıraların hansında yalnız bir maddənin adları göstərilmişdir?

  1. Sirkə turşusu, etanol, etan turşusu

  2. Fenilamin, toluol, anilin

  3. Metilbenzol, toluol, fenol

  4. Qarışqa aldehidi, formaldehid, metanal

  5. Vinilbenzol, stirol,anilin

  1. Qlükozanın yağ turşusuna qıcqırmasından hansı maddələr alınır?

  1. C2H5OH, CO2

  2. CH3 ----CH ----COOH

  3. CH3 --- CH2 -- CH2 --- COOH, H2, H2O

  4. CH3 - - CH2 - -CH2 --- COOH, CO2, H2

  5. C2H5OH, CO2, H2O

  1. Hansı qrupda yalnız ikiəsaslı turşular verilmişdir?

  1. CH3COOH, H2SO4, CH2 = CH – COOH

  2. HOOC – COOH, H3PO4, HOOC – CH2 - COOH

  3. C17H35COOH, HOOC - COOH, HOOC – CH2- COOH

  4. H2SO4, HOOC – COOH, HOOC – ( CH2)3 – COOH

  5. CH2 = CH – COOH, H2SO4, HOOC – COOH

  1. Çürüntünün parçalanmasından əmələ gələn məhsullar hansılardır?

  1. Protein

  2. Karbohidratlar

  3. Yağlar

  4. Sadalananların hər biri doğrudur

  5. Sadalananların hər biri yanlışdır

  1. Suda yaxşı həll olan, lakin hidrolizə məruz qalmayan karbohidratı göstərin.

  1. Qlükoza

  2. Saxaroza

  3. Nişasta

  4. Sellüloza

  5. Maltoza

  1. Molekulunda 3 hidroksil qrupu olan karbohidratı göstərin.

  1. Fruktoza B) riboza C) dezoksiriboza D) nişasta E) saxaroza

  1. Üzvi maddələrdən ibarət sıranı müəyyənləşdirin.

  1. C2H2, Al2O3, CH3COONa

  2. CH3COO Cu, C6H6, KH

  3. C2H5OH, CH4, CH3OH

  4. CO, C5H10, SO3

  5. C6H5OH, C3H7COOH, NH3

  1. Hansı sıra üzrə turşuluq xassəsi zəifləyir?

  1. HF, HCl, HBr,HJ

  2. HJ, HBr, HCl, HF

  3. HF, HCl, HJ, HBr

  4. HCl, HF, HBr, HJ

  5. HBr, HCl,HF, HJ

  1. Hansı halda hər iki maddənin suda məhlullarının mühiti neytraldır?

  1. NH4Cl, NaCl

  2. Na2CO3, K2CO3

  3. NH4Cl, Na2CO3

  4. NaNO3, KNO3

  5. CuCl2, FeCl2

  1. Hansı halda əsas yarımqrup elementlərinin xassələrinin nüvənin yükünün artması ilə dəyişməsi səhv göstərilib?

  1. Qrup üzrə radius artır

  2. Qrup üzrə reduksiyaedicilik artır

  3. Dövr üzrə atomun radiusu artır

  4. Dövr üzrə elektromənfilik artır

  5. Qrup üzrə elektromənfilik azalır

  1. Hansı sırada monosaxarid, disaxarid və polisaxaridlərin nümayəndələri verilmişdir?

  1. Qlükoza, saxaroza, fruktoza

  2. Fruktoza,riboza, saxaroza

  3. Qlükoza, saxaroza, sellüloza

  4. Nişasta, maltoza, sellüloza

  5. Fruktoza, riboza, dezoksiriboza

  1. Hansı reaksiyada amfoter xassəli maddə alınır?

I.Fe(OH)2 + H2O + O2 =

II.CrCl3 + KOH =

III.Al + HCl =

IV. Zn + H2O =



  1. I,II, III B) I,II,IV C) II,III,IV D) III,IV E) I,II

  1. Əvəzetmə reaksiyasını göstərin.

  1. 2KMnO4 = K2MnO4 + MnO2 + O2

  2. 2KClO3 = 2KCl + 3O2

  3. Mg +2 HCl =MgCl2 + H2

  4. 2H2 + O2 = 2 H2 O

  5. C + O2 = CO2

  1. Dəmir 3 – sulfat hansı maddələrlə qarşılıqlı təsirdə olur?

I.Ba(OH)2 II.BaCl2 III. Ag

  1. yalnız I B) yalnız II C) yalnız III D) I,II E) I,III

  1. Hansı karbohidratlar hidrolozə uğrayır?

I.riboza II.saxaroza III fruktoza IV. Nişasta

  1. II,III,IV B) I,II,III C) II,III D) II, IV E) I,II,IV

  1. Qlükoza üçün hansı mülahizə səhvdir?

  1. Karbon turşuları ilə mürəkkəb efirlər əmələ gətirir

  2. Mis – 2 hidroksidlə reaksiyaya girir

  3. Gümüş – güzgü reaksiyası verir

  4. Hidrogenlə altıatomlu spirtə reduksiya olunur

  5. Yalnız tsiklik quruluşa malikdir

  1. Yalnız orqanogen elementlərdən ibarət olan düzgün sıranı seçin.

  1. P, K, Mg, Fe B) B, Mn, Zn, Na C) C, O, H, N, S D) C, O, N, P, Na E) Ca, N, P, Fe, C



  1. Yalnız sadə fosforlu mineral gübrələr olan sıranı seçin.

  1. Ammonium şorası, ammonium-sulfat, karbamid

  2. Superfosfat, kalium xlorid, ammonium şorası, ammonium-sulfat,

  3. Superfosfat, ikiqat superfosfat, fosforit unu və tomasşlak

  4. Kalium-sulfat, kalium duzu, kalium-maqnezium-sulfat, fosforit unu, superfosfat.

  5. Sidik cövhəri, kalium şorası, ammofos, diammofos

  1. .Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür:

  1. Normal duzlar, turş duzlar, kompleks duzlar

  2. ağır duzlar, yüngül duzlar

  3. kristal şəkilli duzlar,hiqroskopik duzlar

  4. hidroskopik duzlar, yüngül duzlar

  5. heç biri düzgün deyil

  1. Doymuş məhlul nəyə deyilir?

  1. Müəyyən temperaturda həll olan maddənin daha həll ola bilmədiyi məhlula deyilir.

  1. Müəyyən temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi məhlula deyilir.

  2. Müəyyən temperaturda 0,01 q dan az həll olan məhlula

  3. Müəyyən temperaturda 1 l (1000 ml) suda 10 q – dan çox maddənin həll ola bildiyi məhlula

  4. Müəyyən temperaturda 1 l ( 1000 ml) suda 10 – 0.01 q maddənin həll ola bildiyi məhlula

  1. Tərkibində eyni sayda karbon atomu olan doymuş birəsaslı karbon turşusu ilə doymuş biratomlu spirtdən 508 q mürəkkəb efir və 0.9q su alınmışdır. Turşu və spirtin formulunu müəyyən edin.

  1. HCOOH, CH3OH

  2. CH3COOH, C2H5OH

  3. C2H5COOH, C3H7OH

  4. C3H7COOH, C4H9OH

  5. C4H9COOH, C2H5OH

  1. C6H12O6 + 2 Cu( OH)2 -------------------- X + Cu2O + 2 H2O

X maddəsini müəyyən edin.

  1. Etil spirti

  2. Qlükon turşusu

  3. Yağ turşusu

  4. Süd turşusu

  5. Fruktoza

  1. C12H22O11 --------------------- Qlükoza + X

X maddəsini müəyyən edin.

  1. Fruktoza B) qlükoza C) saxaroza D) riboza E) dezoksiriboza

  1. Sıradakı maddələrdən hansı biri digər 4 maddələrlə qarşılıqlı təsirdə olur.

AlCl3, ZnBr2, CO2,NaOH,HNO3

  1. AlCl3

  2. CO2

  3. ZnBr2

  4. HNO3

  5. NaOH

  1. Duru sink – nitrat məhluluna kalium metalı əlavə edildikdə hansı reaksiya getmir?

I.Zn(NO3)2 + 2K = 2KNO3 + Zn

II.2H2O + 2K = 2KOH + H2



III.2 KOH + Zn (NO3)2 = 2 KNO3 + Zn( OH)2

  1. I, III B) II, III C) Yalnız I D) Yalnız II E) Yalnız III

  1. s, p və d - elementlər olan sıranı göstəerin.

  1. H, N, Cl

  2. Na, Al, Ba

  3. K, Ag, Cu

  4. Ca, Ag, Cr

  5. K, P, Fe

  1. X ( OH)2 hidroksidi ilə sulfat turşusunun qarşılıqlı təsirindən hansı duz alınır?

I.( XOH)2SO4 II. X(HSO4)2 III. XSO4 IV. XHSO4 V. XOHSO4

    1. I,II,III

    2. II,III,V

    3. I,III,IV

    4. II,IV,V

    5. I,III,V

DÜZGÜN CAVABLAR

































C

E

E

A

C

A

B

B

D

B

E

A

C

A

A































E

C

A

A

A

E

A

B

C

A

D

B

B

C

C































C

C

D

D

D

D

D

A

C

C

B

D

C

C

B































C

A

D

E

C

C

A

A

C

B

A

E

C

E

B






Yüklə 77,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə