QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
  1   2   3   4   5   6   7   8   9   ...   15


£

1

/3

 б

MƏHƏBBƏT PAŞAYEVA

AZƏRBAYCANIN 

QƏDİM DİYARI 

XINALİQ

Azərbaycan Dövlət Nəşriyyatı 

Bakı-2006

Azərbaycan  Respublikası  Prezidentinin 

işiər İdarəsi

P R E Z İD E N T   K İT A B X A N A S I


6 b .r fW *  

P u

Elmi  redaktor:



Vəli Əliyev

AMEA  müxbir üzvü, 

tarix  elmləri doktoru,professor

Nəşriyyat redaktoru: 



İslam Sadıq

Rəyçilər:



Nərgiz Quliyeva

tarix elmləri doktoru

Nəcəf Müseyibli

tarix elmləri namizədi

P 26  Paşayeva  Məhəbbət.  Azərbaycanın  qədim  diyarı 

Xınalıq. 

Azəməşr, Bakı,  2006,  60 səh.



Əsərdə  Azərbaycanın  Quba  rayonu  Xınalıq  kəndində 

məskunlaşan  və  tarixi-etnoqrafık  ədəbiyyatda  Şahdağ  etnik 

qruplarına  aid  edilən  xınalıqların  mənşəyi,  etnik  tarixi,  mənəvi 

mədəniyyəti  tarixi-etnoqrafık  baxımdan  təhlil  olunmuşdur. 

Geniş  və  zəngin  çöl  materialları,  mövcud  mənbələr  əsasında 

müəllif  xınalıqların  mənəvi  mədəniyyətinin  bir  şox  sahələrini: 

ailə-məişət  ənənləri,  qohumluq  münasibətləri,  toy  mərasimləri, 

qədim  inanclar  sistemini  ilk  dəfə  etnoqafık  və  illüstrativ 

materiallar əsasında tədqiqata cəlb etmişdir.

0505000000

qrıflı nəşr

t

©  Paşayeva  M.,  2006

:

M - 6 5 1 ( 0 7 ) - 2 0 0 6


ÖN  SÖZ

Azərbaycanda  türkdilli  azərbaycanlılarla  yanaşı  öz 

etnik  adları  olan,  lakin  Azərbaycan  ərazisində  məskun 

olduqlarına  görə  azərbaycanlı  adlanan  bir  çox  azsaylı 

xalqlar  və  etnik  qruplar  (avarlar,  saxurlar,  rutullar,  udilər, 

xınalıqlar,  buduqlar,  qrızlar  və  b.)  yaşayırlar  və  onlar 

Azərbaycan  dövlətinin  bərabər  hüquqlu  vətəndaşıdırlar. 

Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyətinin  təşək­

külündə,  mənəvi  simasının  formalaşmasında  bütün  tarixi 

dövrlərdə  aparıcı  rola  malik  olaraq  Azərbaycanın  türkdilli 

əhalisi  ilə  bərabər  bu  azsaylı  xalqların  və  etnik  qrupların 

da özünəməxsus yeri  var.

Dünyanın  etnik  xəritəsində  yalnız  Azərbaycanın  bir 

neçə  kəndində  məskun  olan  qrız,  haput,  xınalıq  kimi  etnik 

qruplar  da  Azərbaycanın  canlı  tarixini  yaşadır.  Bu  baxım­

dan  Azərbaycan  əhalisinin  böyük  əksəriyyətini  təşkil  edən 

türkdilli  azərbaycanlılarla  yanaşı  əsrlər  boyu  Azərbaycan­

da yaşayan  bu  etnik qruplarından  da tarixi  etnoqrafiyasının 

qarşılıqlı-müqayisəli  şəkildə  araşdırılması  bütövlükdə 

Azərbaycan  mənəvi  mədəniyyətinin  həqiqi  zənginliyinin 

ümummilli  xüsusiyyətlərinin  və dərin  tarixi  köklərinin  üzə 

çıxarılması  işində  mühüm əhəmiyyət kəsb edir.

Məlum  olduğu  kimi,  bu  gün  Azərbaycan  xalqının 

xarici  düşmənləri,  xüsusilə  də  hər  zaman  xarici  havadar­

larına arxalanan  erməni  şovinistləri  respublikamızda  qarşı­

durma  yaratmaq  siyasətini  yeritməyə  çalışırlar.  Ona  görə 

də  tarix,  o  cümlədən  etnoqrafiya  elmimiz  Azərbaycanın 

parçalanması  istiqamətində  ideoloji  mübarizə  aparan, 

azsaylı  xalqlar  arasında  nifaq  salmağa  səy  göstərən 

qüvvələrə  qarşı  həqiqi  elmi  mübarizə  aparmalı,  onlara



3


tutarlı  elmi  dəlillərlə  cavab  verməli  ,  vahid  Azərbaycan 

xalqının  tərkib  hissəsi  olan  bu  azsaylı  xalqlarla  türkdilli 

azərbaycanlıların  mənəvi  mədəniyyətinin  qarşılıqlı  halda 

larixi-etnoqrafik  səpgidə  tədqiq  olunmasını  təmin  edərək 

tarixi  gerçəkliyi  ortaya qoymalıdır.

Bu  baxımdan  Məhəbbət Paşayevanın  “Azərbaycanın 

qədim  diyarı  Xınalıq"  adlı  kitabı  öz orijinal  təhlili,  həm  də 

kitaba  verilmiş  illüstrasiyalar  baxımından  çox  maraqlıdır. 

İnanıram  ki,  bu  əsər elmi  ictimaiyyətin  və  mütəxəssislərin 

diqqətini  çəkəcəkdir.

Bu  gün  cəmi  bir  kənddə  yaşayan  və  Azərbaycan 

tarixində  qədim  izləri  olan  xınalıqların  etnik  tarixinə,  ailə 

məişətinə  və qədim  inanclar sisteminə  həsr olunmuş tədqi­

qat işi  azərbaycançılıq  ideologiyasını  əsas  götürərək tarixi- 

etnoqrafik  baxımdan  azsaylı  xalqlar  və  etnik  qruplarla 

bağlı  Azərbaycan  Respublikasının  milli  siyasətinə  xidmət 

göstərir.

Milli  liderimiz  Heydər  Əliyevin  fəaliyyətini  davam 

etdirərək  onun  siyasi  kursunu  daha  da  genişləndirən 

Azərbaycan  Respublikasının  Prezidenti,  möhtərəm  İlham 

Əliyev  xalqın  həyatının  bütün  sahələrində  olduğu  kimi, 

tarixi-etnoqrafik  qoruqların  yaradılması  məsələlərinə  də 

həssaslıqla  yanaşır.  Bu  günlərdə  Xınalıq  kəndinin  dövlət 

səviyyəsində  tarixi-etnoqrafik  qoruq  elan  edilməsi  buna 

əyani  sübutdur.

Məhərrəm Qasımlı

filologiya elmləri doktoru , professor

t

4



Respublikanın  ап  başlıca  sarvətlarindən  biri, 

balka  da  an  başlıca  sarvati  qadimlardaıı  bu 

torpaqda  yaşayan,  öz  taleyini,  öz  bayatını  bu 

torpağa,  bağlayan  nıiixtalif  millatlərdan  olan, 

müxtalif  dinlara etiqad edan adamlardır.

Heydər ƏLİYEV

Müəllifdən

Azərbaycan  tarixinin  bütün  dövrlərində  olduğu  kimi 

bu  gün  də  respublikamızın  milli  dəyərlərindən,  sərvət­

lərindən  sayilan  azsaylı  xalqların,  milli  azlıqların  və  etnik 

qrupların  öyrənilməsi  həm  elmi,  həm  də  siyasi  əhəmiyyət 

kəsb edir.  Xalqımızın  görkəmli  oğlu,  müstəqil  Azərbaycan 

dövlətinin  qurucusu,  milli  lider  Heydər  Əliyev  bütün 

sahələrdə  olduğu  kimi  Azərbaycan  elminin  yüksəlişində 

də yeni  bir mərhələnin  əsasını  qoydu.

Azərbaycanın çoxminillik tarixinin  ən  parlaq simala­

rından  olan,  böyük  tarixi  şəxsiyyət  Heydər  Əliyev  tarixi­

mizin  hərtərəfli  işıqlandırılmasına  xüsusi  qayğı  göstər­

məklə  yanaşı,  Azərbaycanda  yaşayan  azsaylı  xalqların  və 

etnik  qrupların  maddi  və  mənəvi  mədəniyyətlərinin  ,  adət 

və  ənənələrinin  öyrənilməsi  və  qorunub  saxlanması  üçün 

də  hərtərəfli  imkan  yaratmışdır.  1992-ci  il  16  sentyabr 

tarixli  “Azərbaycan  Respublikasında  yaşayan  milli  azlıq, 

azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və  azadlıqlarının 

qorunması,  dil  və  mədəniyyətlərinin  inkişafı  üçün  dövlət 

yardımı  haqqında  “Prezident  fərmanı,  Azərbaycanın  müs­

təqilliyinin  ilk  dövründən  etibarən  Respublika  Prezidenti 

İcra  Aparatı  nəzdində  milli  ideologiyamızın  aktual 

problemləri  ilə  məşğul  olan  xüsusi  Milli  Siyasət  şöbəsinin 

fəaliyyət  göstərməsi  Azərbaycanda  milli  məsələlərə  xüsusi



5


Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə