diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir.
Bütün bunlar mənə “Azərbaycanın qədim diyarı Xınalıq’’
adlı bir kitabın ərsəyə gəlməsi üçün mənəvi dayaq oldu.
Əlverişli təbii-coğrafi şəraiti nəticəsində dünyanın
ən qədim sivilizasiya mərkəzlərindən və ilk insan
məskənlərindən biri olan Azərbaycan ərazisinə hələ çox
qədim dövrlərdən bəri müxtəlif qəbilə və tayfaların axını
baş verirdi. Bu baxımdan Azərbaycan ərazisində mindik
lərdən bəri özünəməxsus ənənəvi mədəniyyət formalaş
mışdır. Təsadüfi deyil ki. zəngin etnik ənənələrini qoruyub
saxlmağı bacaran Azərbaycan hər zaman etnoqrafik
xəzinələr müzeyi kimi dəyərləndirilmiş və Azərbaycanın
tarixi-etnoqrafik bölgələri hər zaman etnoqrafların diqqət
mərkəzində olmuşdur.
Müasir dövrdə azərbaycanlıların, yəni Azərbaycanda
yaşayan və bütün tarixi dövrlərdə çoxluq təşkil edən
türkdilli azərilərlə bərabər Azərbaycanı onlar qədər öz
doğma vətəni sayan azsaylı xalqlar və etnik qrupların
mənəvi mədəniyyət tarixinin müqayisəli şəkildə tarixi-
etnoqrafik baxımdan araşdırılması Azərbaycan etnoqrafiya
elminin qarşısında duran mühüm vəzifələrdən biridir.
Azərbaycanda məskunlaşan və Azərbaycan xalqının
etnik tarixində özünəməxsus yeri olan azsazylı xalqların
və etnik qrupların vahid ümumxalq mədəniyyəti əsrlər
boyu inkişaf edərək qarşılıqlı mədəni əlaqələr və ümum
milli mənəvi mədəniyyət əsasında formalaşmışdir. Bu gün
vahid Azərbaycan xalqınının tərkib hissəsi olan bu
etnoslar (buduqlar, qrızlar xinalıqlar, udilər və b.) ümumi
məişətlərini formalaşdırmaqla bərabər özlərinin spesifikli
yini də qoruyub saxlamışlar.
Azərbaycanın nadir etnoslarından olub yalnız bir
kənddə məskunlaşan və özünəməxsus etnik tarixə malik
6
olan xınalıqlara həsr etdiyimiz bu tədqiqatın məqsədi bu
etnosun mənşəyinin, məişətinin bəzi spesifik xüsusiyyət
lərini, qədim inanclar sistemini müqayisəli şəkildə,
Azərbaycanın digər bölgələri və bütövlükdə türk dünyası
nın adət-ənənələri ilə paralellər apararaq ümummilli vahid
tarixi köklərimizi araşdırmaqdır.
Bunu da bildirmək istəyirik ki, xınalıqlarm mənəvi
mədəniyyətinin belə müqayisəli şəkildə öyrənilməsi
indiyədək xüsusi tədqiqat obyekti olmamışdır. Tədqiqata
əsasən Xınalıq kəndində topladığımız zəngin etnoqrafik
çol materialları cəlb olunnaqla bərabər müxtəlif səciyyəli
yazılı mənbə,tarixi-etnoqrafik ədəbiyyatlardan da istifadə
olunmuşdur.
Yeri gəlmişkən etnoqrafik ekspedisiyalar zamanı
bizə yardımçı olmuş Mədəniyyət və Turizm Nazirliyinin
Quba rayonu mədəniyyət şöbəsinə, bizə bələdşilik edən
insanlara və qonaqpərvər Xınalıq əhalisinə öz təşəkkürü
müzü bildiririk.
Məhəbbət Paşayeva,
tarix elmləri namizədi, dosent.
7
I F Ə S I L
etnik
tarix
və
etnogenetik
ƏLAQƏLƏR
Bu gün Azərbaycanın etnik xəritəsində sayı cəmi bir
neçə min olan və bir neçə kənddə yaşayan, tarixi -
etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları" adlandırılan
xınalıqlılar, buduqlular, qrızlar, haputlar
Azərbaycan
tarixində izləri olan etnik qruplardir. Quba rayonu
ərazisində Şahdağ ətrafında yerləşən bu azsaylı xalqların
maddi və mənəvi mədəniyyətinin, etnik xüsusiyyətlərinin
araşdırılması bütövlükdə Azərbaycan ifnənəvi mədəniy
yətinin ümummilli xüsusiyyətlərinin və dərin tarixi
köklərinin üzə çıxarılmasında mühüm rol oynayır.
Yüksək dağ silsilələri əhatəsində yaşayan, keçilməz
yolları olan və belə coğrafi mövqeyinə görə təcrid
olunmasına baxmayaraq hələ XVIII əsrdən “Şahdağ
xalqları”nın mənşəyi, məişəti
tədqiqatçılarda maraq
doğurmuş, bir sıra tarixi-etnoqrafik məlumatlar dərc
edilməsinə səbəb olmuşdur (1, 80-82).
XVIII əsrin II yarısınadək Azərbaycanın xanlıqların
dan biri olan Şamaxı xanlığına tabe olan Şahdağ kəndləri
daha sonra digər Azərbaycan xanlığı - Quba xanlığının
tərkibində olmuşdur. XIX əsrin əvvəllərində isə Rusiya
imperiyasının Azərbaycandakı inzibati islahatları nəticə
sində Bakı quberniyasının Quba uezdində Qrız, Cek, Əlik
kəndlərinin də daxil edildiyi Xınalıq və Buduq mahalları
yaradılmışdı.
Əsasən
Xınalıq,
Hapıt,
Qrız,
Buduq
kəndlərindən Şahdağ xalqlarının bir hissəsi
(qrızlar,
buduqlar, hapıtlar)
XIX əsrin ortalarından etibarən
köçərək Quba qəzasının Müşkür (indiki Xaçmaz r-nu) və
8
Şabran mahallarında, həmçinin Göyçay, Şamaxı qəzala
rında Buduqlu, Ağyaz Buduq, Güney Buduq (Qarabulaq),
Dirşalı Hapıt, Qaradağ Hapıt, Hapıtlı Məlikli, Şıx Hapıt və
s. adlı kəndlər saldılar (2, 96-97;3, 15).
Şahdağ xalqlarının mənşəyi haqqında müxtəlif
nöqteyi-nəzərlər mövcud olsa da, son tədqiqatların
nəticəsində Şahdağ qrupuna aid olan xalqların
qat, hər
kimi qədim tayfalarının varisləri oiduğu təsdiq edilmişdir.
(4, 156-161) Tədqiqatçıların da qeyd etdiyi kimi, Xınalıq,,
Haput, Buduq əslində bu etnosların adım deyil, erkən orta
əsrlərə aid mənbələrdə adı çəkilən və Qafqaz Albaniya
sının şimal-qərbində yerləşən qədim
hər
və
qat
tayfalarının məskun olduğu Xeni, Hər, Bed mahallarının
adını əks etdirir. Bu tayfalar qarlı dağ aşırımlarından
keçərək Azərbaycanın şimal-şərqində məskunlaşmışlar (5,
83-85; 6, 61 ;7, 168). Xınalıq kəndinin əhalisinin də
əcdadlarının qədimdə Tufan dağı ərazisində yerləşən Xeno
şəhərindən
gəldiklərini
söyləmələri
dəfələrlə
elmi
ədəbiyyatda qeyd edilmişdir. XIX əsrə aid mənbələrdə də
Azərbaycanın şimal-qərb hissəsindən Xınalıq ərazisinə
qarlı dağ aşırımlarından keçən yol barədə məlumat verilir
(8, 394). Qeyd etmək lazımdır ki, Tufan dağı məhz
Xınalıq ərazisi ilə şimal-qərbi Azərbaycan arasında
yerləşir. Görünür, elə bu səbəbdən də Xınalıq sakinləri
Tufan dağını müqəddəs hesab edirlər.
Şahdağ etnik qrupuna daxil olan
haputlar
da
əcdadlarının ərəb işğalları zamanı, Həmə adli bir şəhərdən
gəldiklərini söyləyirlər. Qeyd etmək lazımdır ki, Qafqaz
Albaniyasının
şımal-qərb
ərazisində,
(müasir Şəki-
Zaqatala bölgəsi) Alazan və İori çaylarının qovuşduğu
yerdə Hərənta və Homabuc adlı şəhərlər mövcud
olmuşdur (6, 62). Ehtimal etmək olar ki, Şəki-Zaqatala
9
Dostları ilə paylaş: |