QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   ...   15

bölgəsində  Hərənta  və  Homabuc  şəhərlərinin  adları  elə 

Hərna şəhərinin bir növ dəyişikliyə uğramış formasıdır.

Beləliklə,  bu  məlumatlar  deməyə  əsas  verir  ki, 

şimal-qərbi 

Albaniyanın 

yuxarıda  adını 

çəkdiyimiz 

mahalları  ilə  müasir  Şahdağ  ərazisi  arasında  qədim  tarixi 

əlaqə  mövcud  olmuşdur  və  Qafqaz  Albaniyasının  Alazan 

və  İori  çayları  vadisində  məskun  olan  qədim 



hər 

və 


qat 

tafalarmın  varisləri  olan 



xınalıqlılar,  qrızlar,  haputlular 

Azərbaycanın  şimal-qərbini  tərk  edib  Qafqaz  aşırım­

larından  keçərək  Azərbaycanin  şimal-şərqində  məskun­

laşmışlar.

Məlum  olduğuna  görə  Şahdağ  etnik 

qrupuna  aid 

olan  azsaylı 



etn oslard an  

xm alıqlar  özlərini  tək  halda 

“khət”, 

cəm  halda  isə  "ketş  xalq”  və  ya  "kəttidur” 

adlandırırlar.  Maraqlıdır  ki,  “kəttidur”  etnonimindəki 

“dur”  komponenti  bir  çox  qədim  türk  etnonimləri, 

məsələn,  bayan-dur,  qun-dur  və  s.  üçün  xarakterik  idi. 

XIX  əsr  rus  müəlliflərindən  Leqkobıtov  da  xmalıqlılann 

xarici  görünüşlərindən  bəhs  edərkən  “onların  çoxunun 

xurmayı  saçlı,  göy  və  mavi  gözlü  olduğunu”  yazırdı  (9, 

123).  Yəni  xarici  görünüşcə  də  xınalıqlarm  qədim  türk 

tayfalarına bənzərlikləri  var idi  (şəkil  2 -  Xınalıq  əhalisi). 

Qeyd  etmək  lazımdır  ki,  xınalıq  dilində  də  bir  çox  qədim 

türkmənşəli  sözlərə  (məsələn,  qansil,  soy  kimi  qədim  ailə 

icmasını  əks  etdirən  terminlər  və  s.)  rast  gəlinir.  Bundan 

başqa  Leqkobıtov  da  xınalıq  dilini  ləzgi  dilindən  ayıraraq 

müstəqil  dil  hesab  edirdi  (9,  122).  Fikrimizcə,  xınalıq 

əhalisi  qədim  türkmənşəli  tayfalardan  olub  daha  sonra 

coğrafi  təcridolunma  nəticəsində  dəyişərək  Qafqaz  dil 

qrupuna  girmişlər.  Ümumiyyətlə,  e.  ə.  IY  əsrdən  etibarən 

Şərqi  Anadoludan  Qafqazın  həm  Güneyinə,  həm  də 

Qüzeyinə  xalqların  böyük  köçü  zamanı  bir çox  tayfaların,



10


o  cümlədən 

herlərin 

və 


qatların 

da  axınının  baş  verdiyi 

məlumdur.  (10,  176)  Maraqlıdır  ki,  hazırda  da  Türkiyənin 

Şərqi  Anadolu  bölgəsində  qədim  oğuz  boylan  tərəfindən 

əsası  qoyulan,  Harput  adlı  qədim  tarixə  malik,  özünə­

məxsus,  daha  çox  Azəri  türkcəsi  şivələri  ilə  zəngin 

folkloru  olan  şəhər  mövcuddur  və  Harput  türkülərinin 

birində  yuxarıda  qeyd  etdiyimiz  hər  tayfalarının  da  adı 

çəkilir:

Aş yedim yar əlindən 

Gül dərdim 

hər elindən.

Başatan  güldürmədi 

Ağladım zar əlindən.  (11, 76)

Məlumdur ki,  haputlular  özlərini 



“h ər’, 

qrızlıları  isə 



“hərəd” 

adlandırırlar.  Buduqlular  da  qrızlılan  “q erad ”, 

qrızlılar  isə  öz  kəndlərini 

“qərəz” 

adlandmrlar.  Bundan 

başqa,  qrızların  yaşadığı  Ərgüc  kəndinin  adında  da 

hər 

etnonimi  öz  əksini  tapmışdır.  Göründüyü  kimi, 



haput 

və 


qrızların 

etnik  özünüadlandırmasının  bütün  formalarında 

və toponimlərdə 

hər 

və ya 


qər 

komponenti  iştirak edir.  Bu 

məlumatların  əsasında  qrız  və  haputların  əcdadı  sayılan 

Qafqaz  Albaniyasının  hər  tayfaları  ilə  Türkiyənin  Şərqi 

Anadolu  ərazisindəki 

harputların 

qədim  tarixi,  etno- 

qenetik  əlaqələri  olduğunu  söyləmək  mümkündür.  Qeyd 

etmək  lazımdır  kı,  hazırda  Türkiyədə  “harput  ağzı”  kimi 

ifadə  edilən  harput  şivə  və  ləhcələrində,  atalar  sözləri  və 

deyimlərində  Azəri  türkcəsinin  təsiri  hiss  olunmaqdadır. 

Yaxınlıq,  dostluq  anlamına  gələn  harput  şıvəsindəki 

“Barabar  pendir-əkməkmi  yemişik?!”  deyimi  də  bu  təsirin 

bir  ifadəsidir  (11,  118).  Bütün  türk  xalqlarında  olduğu 

kimi  Azərbaycanda  da  birgə  çörək  kəsmək  dostluğun



11


başlanğıcı,  qan  qardaşlığından  da  üstün  bir  yaxınlıq 

deməkdir.  Şahdağ  xalqlarında da qədim  qardaşlaşma  ayini 

zamanı  lavaşın  bükülərək  bərabər  yeyildiyi  məlumdur. 

(15,  35)

Digər Şahdağ etnosu olan  buduqlar isə özlərini  budat 

adlandırırlar.  Ümumiyyətlə  tədqiqatçılar  buduqların  mən­

şəyi  ilə də bağlı  bir çox  ehtimallar  irəli  sürmüşlər.  (Bax:  7, 

176;  12,  18; 13,  21-22)  Orta  əsr  mənbələrində  bud-at  adlı 

monqol  tayfasının  adı  çəkildiyini,  buduq  və  ya  budat 

etnoniminin  “bud”  komponentindən,  “uq”  və  ya  “at” 

çoxluq  şəkilçisindən  ibarət  olduğunu  və  Şimali  Qara dəniz 

sahillərində  türkmənşəli  skif  tayfalarından  birinin  bud 

adlandığını  nəzərə  alsaq  buduqların  türkmənşəli  olmasını 

ehtimal  etmək mümkündür.

Beləliklə,  Şahdağ  etnik  qrupuna  daxil  olan  etno­

sların  da  bəzi  qədim  türkmənşəli  tayfalar  kimi  (avarlar, 

saxurlar,  gellər  və  b.)  müəyyən  tarixi-coğrafi  şəraitlə 

əlaqədar  olaraq  tədricən  əvvəlki  etnik  mənsubiyyətlərini 

itirdiklərini  güman  etmək  olar.  Bununla  belə  “Şahdağ 

xalqları”  bəzi  qədim  türkmənşəli  ənənələrini  yaşatmağa 

çalışmışlar.  Bunlardan  biri  də  qohumluq  birliyinin 

qorunub saxlanması  idi.

1. 

Gerber  İ.  Q.  Opisanie  stran  i  narodov  vdol  zapadnoqo 



bereqa Kaspiyskoqo morya.  1728 q.  İstoriya, qeoqrafiya i 

etnoqrafiya Daqestana. M.  ,  1958.

2. 

Spiski  naselenmx  mest  Rosiyskoy  imperii.  Bakinskaya 



quberniya, t. 65, Tiflis,  1870.

3. 


Abelov  N.  A.  Ekonomiceskiy  bit  qosudarstvennıx  krest- 

yan  Qeokçayskoqo  i  Şemaxinskoqo  uezdov  Bakinskoy 

qubemii.  Materialı  dlya  izuçeniya  ekonomiçeskoqo  bıta

12



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə