QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   ...   15

qosudarstvennıx  krestyan  Zakavkazkoqo  kraya.  t.  6,  II, 

Tiflis.  1882.

Qeybullayev  Q.  К  Etnoqenezu  azerbaydjansev.  Baku. 

1991.


Qeybullayev Q.  Ə.  К proisxojdeniyu qnzov.  Dokladı  AN 

Azerbaydjana.  1985.  N3.

Qeybullayev  Q.  Ə.  Azərbaycanlıların  etnik  tarixinə  dair. 

Bakı.  1994.

Cavadov  Q.  C.  Azərbaycanın  azsaylı  xalğları  və  milli 

azlıqları. Bakı. 2000.

Butkov P. Q. Materialı, t. II.

Leqkobıtov  K.  Kubinskaya  provinsiya.  Obozrenie  Ro- 

siyskix  vladeniy  za  Kavkazom  v  statistiçeskom,  etno- 

qrafıçeskom,  topoqrafiçeskom  i  finansovom otnoşeniyax. 

IV.

B.  Tuncay.  Qədim  türk  tarixinə  yeni  bir  baxış.  Bakı. 



2005.

Z. Gülər. Harput ağzı. Elaziğ.  1992.

Aliev  К.  К  voprosu  o  plemenax  Kavkazskoy  Albanii. 

İssledovaniya po istorii kulturı narodov Vostoka. M ., -L., 

1960.

Buduqlu-Piriyev V. Buduq və buduqlular. Bakı.  1994. 



Rəcəbov  Ə.  Məmmədov  Y.  Orxon-Yenisey  abidələri. 

Bakı,  1993.

Qeybullayev  Q.  Azərbaycanlılarda  ailə  və  nigah.  I  hissə. 

Bakı,  1994.



13


II FƏSİL

QOHUMLUQ MÜNASİBƏTLƏRİ  VƏ 

AİLƏ MƏRASİMLƏRİ

XIX  -X X   əsrin  əvvəllərinədək  Azərbaycanın  bir 

çox  bölgələrində  olduğu  kimi  Şahdağ  kəndlərində  də  qan 

qohumluğuna əsaslanan  patriarxal  ailə  quruluşu  xarakterik 

idi.  Təsərrüfat  və  ideologi  birlik  forması  olan  belə 

patronomiyalar  Şahdağ  xalqlarında  “kök”,  “məhəllə”, 

“qəbilə”,  “yux”  kimi  terminlərlə  ifadə  edilirdi  və  hər  bir 

patronomiyanın  öz  piri,  qəbiristanlığı  var  idi.  Maraqlıdır 

ki,  avarlarda  da  patranomiyanı  ifadə  edən  termin  “kibil” 

(qəbil-qəbilə)  idi.  Bundan  başqa  avarlarda  qohumluq 

termini  olan  “xıdı”  kəlməsi  (əmiuşaqları)  xınalıqlılar 

arasında  böyük  ailə  başçısini  ifadə  edən  “soyçıxıdı” 

kəlməsindəki  xıdı  kompanenti  ilə  eyniyyət  təşkil  edirdi. 

XIX  əsrin  sonlarından  etibarən  Şahdağ  məhəllə  və 

qəbilələrini  daha  kiçik  patronomik  qruplar  olan  kələ, 

qantsil,  soy  kimi  qohumluq  təşkilatları  əvəz  etmişdi.  Artıq 

belə  patronomik  qruplar  arasında  təsərrüfat  birliyi  olmasa 

da  ideologi  birlik,  qohumluq  vəzifələri,  qarşılıqlı  yardım 

ənənələri  müasir  dövrümüzədək  qorunub  saxlanmışdır. 

Belə  ənənlərdən  biri  də  “Xunça  “  adlanan  qohumluq 

yardımıdır.  Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi. 

Şahdağ  xalqları  arasında  da  imkanı  olmayan  ailəyə 

qohum-əqrəbanın  köməkləşib  ev  tikməsi  adəti  var  idi. 

“Xunça”  adlanan  bu  adətin  icrası  zamanı  ev  sahibi  halva 

bişirib  barının  dibinə  qoyurdu  və  bununla  da  köməyə 

ehtiyacı  olduğunu  bildirirdi.  Bu  zaman  bütün  kənd 

köməyə  gəlirdi.  (1,  36)  Maraqlıdır  ki,  Şəki-Zaqatala 

bölgəsinin  Kötüklü  kəndində  yaşayan  ingiloylar  arasında'



14


da  “xon”  adlanan  qohum  birliyi  mövcud  idi.  Ümumiy­

yətlə,  Zaqatala  rayonu  əhalisi,  xüsusilə  də  avarlar  və 

ingiloylar  xonça  sözünü  xon  kimi  tələffüz  edirlər. 

Azərbaycanın  qədim  ailə  məişətinin  bəzi  ənənələrini  əks 

etdirən,  ХШ  əsrə  aid  “Dastani-  Əhməd  Harami” 

poemasında  da  xonça  sözü  xon  kimi  ifadə  edilmişdi: 

“Naiblər  o  saat  xonlar  gətirdi.  (2,  166)  Göründüyü  kimi 

istər  “xon”,  istərsə  də  “xunça”  (xonça)  kəlməsi  qohum 

birliyini 

ifadə 


edir. 

Bizcə 


qohumluq 

əlaqələrinin 

başlanğıcında  gəlinə  aparılan  “xonça”lar  məhz  qohum 

birliklərinin  qarşılıqlı  yardım  ənənəsindən  doğmuşdur. 

Məlumdur  ki,  Azərbaycanda  toy  mərasimləri  zamanı 

gəlinə  nişan  aparılarkən  hər  bir  qohum  ailənin  ayrıca 

xonça tutmaq adəti geniş yayılmışdır.  Qohumluq birliyinin 

bu  qədim  ənənəsi  XII  əsr  Azərbaycan  şairi  Xaqani 

Şirvaniyə  aid  olan  “Muğların  adətincə  xonça  götür” 

misrasında  da  öz  əksini  tapmışdı  (3,  136).  Qeyd  etmək 

lazımdır  ki,  türkmənşəli  muğ  etnonimi  Azərbaycanın  bir 

sıra  şimal-qərb  toponimlərində  də  (Samux,  Qoxmux, 

Muxas,  Muxbulaq  və  s.)  toponimlərində  əks  olunmuşdur 

(4,  173).

Şahdağ  kəndlərində  daha  çox  qohumluq  birliyini 

yaşatmaq  üçün  patranomiya  daxilində  -   endoqam  nikah­

lara.  xüsusilə,  əmiuşaqları  arsındakı  nikahlara  üstünlük 

verilirdi.  Qanşiq  nikahlar  isə  yolverilməz  idi.  Məhz  belə 

nikah  qaydaları  şahdağ  xalqlarının  öz  spesifikliyini 

qoruyub saxlamasında özünəməxsus rol oynamışdi.

“Şahdağ  xalqları”nın  ailə  məraimlərində,  xüsusilə 

də,  toy  mərasimlərində  qədim  nəsli-qəbilə  quruluşuna  xas 

qayda-qanunların  qalıqları  indi  də  qismən  qorunub 

saxlanmışdır.  Belə  ki,  ’’Şahdağ  xalqlan”nın  toylarında 

qədim  ənənələrə  görə  bəy  və  gəlinin  dayıları  mühüm  rol

15



"I

oynayırdı.  Bu  qədim  ana  ailəsindən  (matriarxat)  ata 

ailəsinə  (patriarxat)  keçid  dövrünün  ən  aşkar  nişanəsi  idi. 

Məlumdur ki,  bu  keçid dövründə  artıq  nəsli  kişi  idarə  etsə 

də,  belə  patrilokal  ortamda  doğulan  uşaqlar  yenə  də  ana 

nəslinə  mənsub  sayılırdılar  və  onların  tərbiyəsində  dayı 

atadan  daha  mühüm  rol  oynayırdı.  Azərbaycanlılarda 

müşahidə  olunan  “Qız  qarıyanda  ağırlıq  dayısının  üzərinə 

düşür  “deyimi  də  bəlkə  bununla  bağlıdır.  Bu  qədim 

ənənənin  izlərinin  müşahidə  edildiyi  “Şahdağ  xalqları”nm 

toy  mərasimlərində  o  dövrün  tədqiqatçılarının  da  yazdığı 

kimi  bəy  öz  dayısı  evindən  gəlini  gətirməyə  yola  düşür, 

həmçinin  gəlin  də  öz  dayısı  evindən  gəlin  köçür.  Bəy 

evinə  də  gəlini  cilovdar  sifətilə  dayısı  və  ya  qardaşı 

müşayət  edirdi  (bax:  1,  55;  5,  204;  6).  Maraqlıdır  ki, 

Azərbaycanın  Şəki-Zaqatala  bölgəsində  məskunlaşan  və 

qədim alban  tayfalarının  varislərindən  olan udilərin də toy 

mərasimlərində dayı xüsusi rol oynayır.

Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi 

Şahdağ kəndlərində də  ailə mərasimləri  (toy,  doğum və  s.) 

öz  inam  və  sınamaları,  magik  ayinləri  ilə  zəngin  idi. 

Minilliklər boyu mövcud olan  ibtidai  inamların və dinlərin 

qalıqları  məhz  ailə  məişəti  ilə  bağlı  mərasim  və  ayinlərdə 

qorunub  saxlanmışdır.  Belə  mərasim  və  ayinlər  insanları 

bədnəzərdən  və  pis  ruhlardan  qorumaq,  ruhlan  razı  sal­

maq,  xoşbəxtlik,  məhsuldarlıq,  bərəkət  arzusu  ilə  icra edi­

lirdi.  Qeyd etmək  lazımdır  ki,  müxtəlif simvollarla zəngin 

olan  ayinlər  hər  bir  etnosa  spesifiklik  qazandırır.  Hər  bir 

xalqın etnik tarixi  müəyyən dərəcədə həmin xalqa xas olan 

mərasim  və  ayiniər  sistemində  öz  əksini  tapır.  Azərbay­

canda  yaşayan  azsaylı  xalqların  adət-ənənələrində  də  bü­

tövlükdə  azərbaycanlılara xas  olan  ümumi  etnik  əlamətlər 

üstünlük  təşkil  etsə də  mərasim  və  ayinlər sistemində  bəzi

16



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə