QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   ...   15

arasındakı  rəvayətə  görə  göydən  ildırım  çaxarkən  yerə 

düşən  və  "baba  qolu”  adlanan  qırmızı  daşının  uşaqları  və 

zahı  qadınları 

bütün 


bəlalardan 

və  bəd 


nəzərdən 

qoruyacağına  inam  var  idi  və  hər  bir  evdə  belə  qırmızı 

daşının  olması  vacib  sayılırdı  (şəkil  3).  Maraqlıdır  ki, 

azərbaycanlıların  etnogenezində  mühüm  rol  oynayan 

türkmənşəli  skif  (iskit)  tayfalarının  sitayiş  etdikləri 

Qoytosir  adlı  günəş  tanrısı  tədqiqatçılar  tərəfindən  “qoy- 

göy  və  tesir-deşir  söz  birləşməsi  olaraq  göyü  deşən,  göyü 

yarıb  gələn  (şüa),  göylər Tanrısı  Papay  isə  baba-ulu  baba” 

kimi  izah  olunur  (8).  “Baba  qolu”  (xınalıqlar  bu  sözü 

“baba  qulu  “şəklində  ifadə  edirlər)  daşının  da  məhz  bu 

qədim skif inancının  izlərini  daşıdığını ehtimal etmək olar.

Şahdağ  kəndlərində  körpələri  və  zahıları  qorumaq 

üçün  onların  üstünə  “hal”  dabanı  adlı  sarı  rəngli  hamar 

sümükdən 

muncuq 

taxılması 



müşahidə 

edilsə 


də 

Azərbaycanda  “hal”,  “hal  arvadı”,  “hal  anası”  adi  ilə 

tanınan  ruhu  Şahdağ  xalqları  daha  çox  “Istar”,  “Istar 

Meram”  adlandırırlar  (9,  57).  Məlumdur  ki,  təmiz  və  pak 

ailə  həyatının  tərənnüm  edildiyi  Bilqamıs  dastanında 

ailələri  dağıtmağa  çalışan  İştar  obrazı  cəmiyyət  üçün 

rüsvayçı  bir  qadmdir,  şər  işlərlə  məşğul  olur,  ilahə  olsa da 

sevilmir.  Beləliklə  də,  ailənin  əsasını  təşkil  edən  uşaqlar 

və  zahı  qadınlara  təhlükə  yaradan  İstar  ruhuna  inam  bu 

qədim  Azərbaycan  sakinlərinin  dini-mifologı  dünya­

görüşlərinin  Şumer  mədəniyyətindən,  eyni  zamanda 

“Bilqamıs”  dastanından  qaynaqlandığını  görürük.  Eyni 

zamanda  al  ruhu  ilə  eyniləşdirilən  “İstar  MeranT’ruhunun 

adında  qədim  dinlərin  bir-birindən  təsirlənməsi  də  özünü 

aydın  biruzə  verir.  Qədim  Şumer  ilahəsi  İştar  və  xristian 

ilahəsi  Məryəm -  hər ikisi  sevgi  və məhəbbət simvoludur.



20


Məlumdur  ki,  qədim  türk  inanclar  sistemində 

Humay  ilahəsinə  -   bəşəriyyətin  qadın  başlanğıcına, 

uşaqların 

himayədarı, 

məhsuldarlıq 

ilahəsinə 

inam 

olmuşdur.  Maraqlıdır ki,  Humay  simvolunun  işarəsinə (10, 



163)  bənzər  simvolik  işarələrə  Xinalıq  evlərinin  spesifik 

arxitektur  elementi  olan  ev  sütunlarındakı  taclarda  da  rast 

gəlmək  olur.  Hazırda  belə  naxışlı  sütunlar  Xınalıq 

muzeyində  və  Cümə  məscidində  mövcuddur.  Bu  qədim 

türk  inancının  xristianlıq  dövründə  Məryəm  ana  obrazına 

keçməsi  (10,  163)  görünür “Şahdağ xalqlarında bu obrazın 

İstar-Meram şəklinə düşməsinə səbəb olmuşdur.

Maraqlıdır  ki,  Şəki-Zaqatala  bölgəsində  də  doğum 

mərasimlərində  doğumu  asanlaşdırmaq  üçün  “Məryəm 

çəngəli'’  adlı  otdan  və  ya  “M əryəm  tükü”ndən  istifadə 

edirdilər.  Görünür  hal  (Humay)  ruhu  kimi  “İstar  M eram ” 

da  ikili,  ziddiyyətli  xarakterə  malik  olmuşdur  və  ilk 

vaxtlar  xeyirxah  ruh  sayılsa  da,  sonralar  bəd  ruha 

çevrilmişdir.  Məlumdur  ki,  bir  çox  türk  xalqlarında 

məhsuldarlıq,  doğum  ilahəsi,  uşaqların  mühafizəçisi  və 

ailə  ocağının  hamisi  olan  Humay  ilahəsi  də  eyni  zamanda 

“ölüm  mələyi,  ölənlərin  qəlbini  götürən  ruh”  (11,  200)  bal 

arvadı, hal  anası vəs.  kimi tanmırdı.

Şahdağ kəndlərində  uşağı  xəstəlikdən  qorumaq  üçün 

qırmızı  və  ya  sarı  rəngli  heyvanı  (dana  və  ya  qoyur.) 

kəndin  ətrafında  dolandıraraq  qurban  kəsmək  adəti  möv­

cud  olmuşdur.  Qədim  inanclar  sistemində  qırmızı  və  sarı 

rənglərin  də  günəşin  simvolu  kimi  müqəddəsləşdirildiyi 

məlumdur.  Qədim  Şərq  mifologiyasına gorə  qırmızi  rəngli 

qoyun  günəş şüasından doğulmuşdu (12, 417).

Xınalıq  kəndində  uşaqların  bədnəzərdən  qorunması 

ilə  bağlı  cox  qədim  bir  adətin  də  qorunub  saxlandığının 

şahidi  olduq.  Bir  neçə  qız  uşağından  sonra  doğulan



21


oğlanın  başının  ortasındakı  kəkil  anadan  olandan  7 

yaşınadək  kəsilmir,  hörük  halında  saxlanır.  Bu  saç  yalnız 

ziyarətgahda həzir paylayıb qurban  kəsdikdən  sonra kəsilir 

(şəkil  4).  Bu  adətə  Şəki-Zaqatala  bölgəsi  əhalisi  arasında, 

xüsusilə  udinlərdə  də  rast  gılinir  (14).  Maraqlıdır  ki, 

kumıklar arasında bu  adətə rast gəlinirdi.  Belə kəkil  adətən 

həyatı  təhlükədə  olan 

oğlan  uşaqlarına  qoyulurdu. 

Kumıkların  inamına  görə  Allah  yuxarıdan  bu  kəkili  görüb 

uşağı  qoruyacaq  (10,  136).  Etnöqrfik  ekspedisiya  zamanı 

belə bir adəti müşahidə etdik.

Gəldiyimiz  qənaətə  görə  tarix  boyu  müxtəlif  din  və 

mədəniyyətlərdən  təsirlənsələr  də  qədim  inanclar  sistemi­

nin  qalıqlarım  qoruyub  saxlayan  bütün  azərbaycanlılar 

kimi  Şahdağ  etnik  qrupları  da  tarixi  zaman  içərisində 

qədim  inanclar  sistemini  İslam  düşüncə  tərzi  ilə  birləş­

dirərək  yeni  bir  sintez  yaratmış  və  bununla  da  qədim  dini 

dünyagörüşlərini  bu  günədək  özünəməxsus  şəkildə  yaşat­

mışlar.

1. 

V olkova.  G östərilən  əsəri.

2. 

A zərbaycan  klassik ədəbiyyatı  kitabxanası.  III c.

3. 

Xaqani.  Seçilm iş  əsərləri.  Bakı.  1987.

4. 

Q eybullayev  Q.  К  etnoqenezu  azerbaydjdancev.

5. 

Cavadov  Q.  G östərilən əsəri.

6. 

A calov  A.  M .  N ovru zov  N.  D .  “A l”  tapm ışı  və  onun

izləri.  A zərbaycan  filo lo g iy a  m əsələləri.  Bakı,  1993.

7. 

Q uliyev  H.  A.  B əxtiyarov  S.  A.  Azərbaycanda qədim  dini 

ayinlər və  onların  m əişətdə  qalıqları.  Bakı.  1968.

8. 

Q eybullayev 

Q. 

Azərbaycan 

türklərinin 

təşəkkülü 

tarixindən.  Bakı,  1996.

22



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə