QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı


  A rx eo lo q içesk ie  i  etnoqrafiçeskıe  izıskaniya  v  A zer-



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   10   ...   15

9. 

A rx eo lo q içesk ie  i  etnoqrafiçeskıe  izıskaniya  v  A zer- 

baycane.  (1977q )  Bakı  1980.

10. 

Murad  Adjı.  Evropa,  tyurki,  V elikaya Step.  M . .  1998.

11. 

N ek lyu d ov  S.  Y.  M ifo lo g iy a   tyurkskix  i  m onqolskix 

narodov.  T yurk ologiçesk iy  sbom ik  1977.  M . ,  1981.

12. 

Ştem berq  İ.  Y.  Pervobıtnaya  religiya  v  svete  etnoqrafii. 

L . ,  1936.

13. 

Q eybullayev  Q.  A zərbaycanlılarda  ailə  və  nikah.  I  hissə. 

Bakı,  1994.

14. 

P aşayeva  M . 

A zərbaycanlıların  toy 

m ərasim lərində 

ayinlərin  rolu.  F olklor və  etnoqrafiya.  2005.  N  3.

23


Ill  F Ə  S  İ  L

ŞAHDAĞ  X A LQ LA RIN D A   PIR  İN A N CLA RI

Azərbaycanın  qədim  və  səfalı  guşələrindən  biri  olan 

Quba  bölgəsində,  Şahdağ,  Tufan  dağı,  Baba  dağı,  Qiblə 

dağı  kimi  yüksək  dağ  silsilələri  arasında  yerləşən  Xınalıq, 

Hapıt,  Qrız,  Buduq  kimi  kəndlər  tarixin  və  təbiətin 

yaratdığı  özünəməxsus etnoqrafiya muzeyini  xatirladır.  Bu 

ərazidə  məskunlaşan  və  tarix i-etnoqrafik  ədbiyyatda 

“Şahdağ  xalqları”  kimi  ümumiləşdirilən  xınalıqlar  qrızlar, 

buduqlar  haputlar  dünyanin  etnik  xəritəsində  yalnız 

Azərbaycanda  qeydə  alınmışlar.  Özləriaə  məxsus  etnoq­

rafik 


xüsusiyyətləri 

ilə 


seçilən 

bu 


etnik 

qruplar 


Azərbaycanın qədum sakinlərindən sayılırlar.

Hər  bir  xalqın  mənəvi  mədəniyyətinin  bünövrəsini 

təşkil  edən  müqəddəs  yerlər  (ziyarətgahlar,  ocaqlar,  pirlər 

vəs.)  millətin  mənəvi  kimliyini  ortaya  qoyur.  Əsrlər  öncə 

torpaqlarımızda  yaşayan  soydaşlarımızın  bizə  miras 

qoyduqları  bu  qiymətli  dəlilləri  araşdırmaq  maddi  və 

mənəvi  mədəniyyət  tariximizi  zənginləşdirmək  baxımın­

dan  mühüm  elmi  əhəmiyyət  kəsb  edir.  Bu  qədim  sitayiş 

yerləri  xalqın  tarixinin  izlərini  yaşadan  və keçmişlə  bu  gün 

arasında körpü  yaradan  mənəvi  sərvətdir.

Azərbaycanın  bütün  bölgələri  kimi,  Quba  rayonu 

ərazisində  Şahdağ  ətrafında  yerləşən  Xınalıq,  Qrız  Haput, 

Buduq  kəndləri  də  müxtəlif  pirlər,  ziyarətgahlarla  zən­

gindir.  Şahdağ  kəndlərindəki  pirlərdə  də  bütün  Azərbay­

can  ərazisində  olduğu  kimi  İslamdan  öncəki  inancların 

izləri  özünü  açıq-aşkar  biruzə  verir.  Eyni  zamanda  bu  pir 

inancları  islami  düşüncə  tərzinə  də  uyğunlaşdırılmışdır. 

Şahdağ  ətrafında  yerləşən  bu  pirləri  aşağıdakı  kimi 

qruplaşdırmaq olar:

24



1.  Oda,  suya,  mağaralara,  dağa,  daşa  sitayişin 

izlərini  daşıyan  təbii  məbədlər  -  Xınalıq  atəşgahı,  Qırx 

Abdal  piri,  Küləxana piri,  Babadilim piri  və s.

2.  Atalar-əğcdadlar  kultu  ilə  bağlı  olan  nəsli  qəbilə 

başçısı,  müqədəs  şəxslərin  qəbir  abidələri  -  “Şıx  İsrafil 

baba”,  “Şıxsalburuz  baba”,  “Cabbar  baba”,  ’’Xıdır  Nəbi” 

pirləri,  Möhüc baba piri  və s.

XIX  əsrədək  Azrbaycanın 

əksər  bölgələrində 

olduğu  kimi  Şahdağ  kəndlərində  də  hər  bir  məhəllənin  öz 

piri  var  idi.  Olduqca  mürəkkəb  qohumluq  ənənələri  olan 

azərbaycanlılarda  nəslə  daxil  olan  qohum  ailə  qrupları 

arasındakı  əlaqə  sosial,  iqtisadi  amillərlə  bərabər,  real  və 

mifik  əcdadlara  münasibətlə  də  müəyyənləşirdi.  Belə  ki, 

hər  bir  nəsil  öz  keçmişini,  mənşəyini  təsdiq  etmək  üçün 

mənsub  olduqları  qəbilə  və  tayfaların  mifk  və  ya  real 

banisi 

olan 


əcdadlarını 

müqəddəsləşdirirdi. 

Şahdağ 

kəndlərindəki  pirlərin  də  əksəriyyəti  ilə  bağlı  rəvayətlərin 



mərkəzində,  əsasən  ilk  əcdadın  müqəddəsləşdirilərək  ilk 

insanla  eyniləşdirilməsi  durur.  Şahdağ  əhalisi  də  bütün 

azərbaycanlılar  kimi  əcdad  kultunun  nişanəsi  olaraq 

valideynlərindən  başlayaraq  qəbilə  və  tayfalarının  banisi 

olan  əcdadlarına  diqqət  və  hörmət  göstərərək  onların  dəfn 

olunduqları  torpaqları  müqəddəsləşdirir,  hər  bir  məhəllə 

özünü  müəyyən  real  və  ya  mifik  əcdalar  nəslinin  bir 

hissəsi  hesab  edərək  əcdadının  yatdığı  topaqı  pir  hesab 

edir Bu pirlər:

Xınalıq  atəşgahı. 

Xınalıq  kəndinin  5-6  km-liyində 

Qızıl  qaya  dağı  yaxınlığında  yerləşən  və  xınalıq  dilində 

“Ca  yuvr  ciqa”  (od  yeri)  adlanan  (1,  14)  təbii  yanar  qazın 

çıxdığı  ərazi  yerli  əhali  tərəfindən  müqəddəs  ocaq  kimi 

qəbul  edilən  təbii  məbədlərdən  biridir.  Adətən  ailə 

qurmaq,  övlad  sahibi  olmaq  diləyilə  Xınalıq  atəşgahına

25



gələn  yerli  əhali  qurbanlıq  heyvanı  kənddə  kəsdirərək 

onun  ətini  bu  müqəddəs  ocağa  gətirib  yerdən  çıxan  alov 

dilimləri  üzərində  bişirirdilər  və  ziyarətə  gələnlərə  nəzir 

kimi  paylayırdılar.  Lakin  bu  atəşgahın  atəşpərəstlik  etiqadı 

ilə  bağlı  olduğunu  düzgün  hesab  etmək  olmaz.  Çünki 

atəşpərəstlikdə  odun  ailə  və  ocaq  qoruyucu  funksiyası 

yoxdur  (2).  Həm  də  Zərdüşt  kahinləri  insan  nəfəsinin  belə 

müqəddəs  odu  kirlədəcəyindən  qorxduqları  üçün  hətta 

ağızlarını  və  burunlarını  da bağlayaraq  oda  yaxmlaşdiqları 

halda,  türklər  hər  zaman  oda  təmizləyici  element  kimi 

baxmışlar.  Bizans  mənbələrində  də  türklərin  oda qoruyucu 

və  paklandırıcı  bir  qüvvə  kimi  sitayiş  etdikləri  barədə 

məlumatlara  rast  gəlinir  (3,  497-500;  4,  95-103).  Məsələn 

tuvalılar  hər  gün  oda  yemək  verərək  “Müqəddəs  od  bizi 

təmizlə  və  bizə  rəhm  et!”  deyə  dua  edirlər  (5,  167).  Sibir 

və  Altay  türklərində  də  od  ruhuna  pay  ayrilmsı  adəti 

mövcudur.  Xınalıq  atəşgahında  da  qurbanlıq  ətinin  yerdən 

çıxan  alov  dilimləri  üzərində  bişirilməsi  və  nəzir  kimi 

paylanmasınin  məhz  bu  qədim  türk  inancının  izlərini 

daşıdığı  şübhəsizdir.  Eyni  zamanda  türklərin  od  və  ocaq 

ruhuna sayqı  işarəti olaraq  odun  üstünə pis  və çirkli  şeyləri 

atmaqdandan  da çəkindikləri  məlumdur (6,  106).  Yəqin  ki, 

elə  bu  səbəbdən  Xınalıq  atəşgahında  da  heyvan  kəsmək, 

ocağı  çirkləndirmək  günah  sayılırdı.  Adətə  görə  qurbanlıq 

heyvan  ancaq  kənddə  kəsildikdən  sonra  onun  əti  atəşgaha 

gətirilirdi.

Xınalıq  atəşgahında  odla  fala  baxma  ənənəsi  də 

geniş  yayılmışdı.  Ailə qurmaq,  övlad  sahibi  olmaq  diləyilə 

ziyarətgaha  gələnlər  bişirdikləri  qurban  ətini  nəzir  kimi 

payladıqdan  sonra  niyyətlərinin  qəbul  olub  olmadığını 

bilmək  üçün  od  falına  da  baxardılar.  Bunun  üçün  alovun 

çıxdığı  yerin  yaxınlığında  kiçik  bir  çala  qazaraq  ora  od



26


Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə