QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

yaxınlaşdırardılar  və  əgər  yerdən  alov  dilimləri  çıxardısa 

diləklərinə  çatacaqlarına  inanırdılar.  Pirə  gələn  qızlar  və 

gəlinlər  ağac  budaqlarından  beşik  düzəldərək  ona  alov 

yaxınlaşdırardılar.  Əgər  həmən  yerdən  alov  çıxmazdısa 

bu,  fala  baxan  qız  və  ya  gəlinin  sonsuz  olacağı  demək  idi. 

Əksinə  alov  püskürərdisə  gəlinin  övladı 

olacağına 

inanardılar  (7,  59).  Ümumiyyətlə,  türk  mifoloji  sistemində 

ailə,  soy  simvolu  olan  od-ocaq  ailə  ocağını  qoruyan, 

uşaqlara  can  verən  bir  inancdır  və  göylərin  bir  parçası 

kimi  qəbul  edilən  od  hər  cür  bəladan  qorumaq  gücünə 

sahibdir.  Günəşlə  bağlı  şəkildə  mövcud  olan  od  kultuna 

şumerlərdə  də  rast  gəlinir (2,  22).  Qeyd etmək  lazımdır ki, 

qədim 


türklərin 

od 


vasitəsilə 

gələcəyi 

öyrənmək 

istədikləri,  odla  fala  baxma  ənənələri,  oda  gələcəkdən 

xəbər  verən  bir  varlıq  kimi  baxılması  barədə  Bizans 

mənbələrində  də  məlumatlar  mövcudur  (3,  497-50). 

Göründüyü  kimi  Xınalıq  atəşgahında  icra  olunan  ayinlər 

qədim 


türk 

inanclar 

sisteminin 

izlərini 

qoruyub 

saxlamışdır.



“Qırx  Abdal”  piri 

(şəkil  5).  Ziyarətgahlardan  biri 

də  Xınalıq  kəndinin  2  km-liyində  yerləşən  “Qırx  Abdal” 

adlı  su  piridir.  İri  qaya  altinda  bir  neçə  bulağın  olduğu  və 

qayadan  damcılayan  su  damlalarının  da bəzən  nazik  bulaq 

çevrildiyi  “Qırx  Abdal”  ziyarətgahı  su  kultu  ilə  bağlı 

pirdir.  Uşaq  diləyilə  bura  gələn  sonsuz  qadınlar  budaq­

lardan  beşik  hazırlayar  və  qaya  çıxıntılarından  asardılar. 

Daha  sonra  da  pirə  nəzir  kimi  gətirdikləri  halvanı 

paylayardılar.

Bundan  başqa,  Xınalıq  kəndi  yaxınlığında  dağ 

yarğanindan  çıxan  Alxas  bulağının  suyu  da  kənd  əhalisi 

tərəfindən  müqəddəs  hesab  edilirdi.  Kənd  əhalisinin 

söylədiyinə  görə  təqribən  aprel  ayından  başlayaraq  bu



27


yarğandan  su  çıxmaqa  başlayır  və  payızın  axırında  kəsilir. 

Övlad  işəyən  qadın  və  ya  hər  hansı  bir  niyyət  tutan  adanı 

yazın  ilk  günlərində  dağ  yarğanından  açılan  suyun  ilk 

şahidi  olardısa,  muradına çatacağına inanırdı.

Maddi  və  mənəvi  mədəniyyətlərinin  bir  sıra  ənənəvi 

xüsusiyyətlərini 

bu  günümüzədək  qoruyub  saxlamış 

“Şahdağ  xalqlarında”  kökü  patriarxal-nəsli  icma  qurulu­

şuna  gedib  çıxan  qədim  ənənəyə  görə  hər  bir  ailə  icma­

sının  (məhəllə)  öz  piri  mövcud  idi.  Azərbaycanın  əksər 

bölgələrində  olduğu  kimi,  Şahdağ  kəndlərində  də  pirlərin 

əksəriyyəti  böyük  ailə  və  ya  patronomiya  başçılarının, 

ağsaqqaların  dəfn  olunduğu  yerlərdir.  Şahdağ  kəndlələ- 

rində  pir  adlarınin  tərkibindəki  nəslin  başçısı,  əcdad 

anlamına  gələn  “baba”  sözü  də  buna  sübutdur.  Məsələn, 

“Cabbar  baba  piri”,  “Şıx  Şalburuzbaba  pir”,  “Şıx  İsrafil 

baba piri”, “Möhüc baba piri  “, “Muğan  baba piri"  və s.

Pir  Cömərt 

və  ya  Əbu  Müslüm  məscidi  (şəkil  6). 

Xınalıq  kəndinin  ən  qədim  və  ən  əsas  piri  sayilir. 

Ümumiyyətlə,  Xınalıq  əhalisi  kənddə  mövcud  olan  bütün 

məscidləri  pir  adlandırır.  Yerli  əhalinin  söylədiklərinə 

görə  Xınalıq  əhalisi  islamı  ilk  dəfə  məhz  Pir  Cömərtdə 

qəbul  etmişlər  və  Əbu  Müslüm  bu  kəndə  islamın  banisi 

olmuşdur.  Bundan  sonra  bu  qədim  sitayiş  yerinin  adi 

müsəlmanlaşdırılaraq  Əbu  M üslüm  məscidinə  çevrilmiş­

dir.  Məscidin  bu  yeni  islami  adınin  mənası  da  da  bu  fikri 

təsdiq  edir.  Məlumdur  ki,  Əbu  Müslüm  Azərbaycan 

dilində  müsəlmanların  atası  deməkdir.  Ümumiyyətlə, 

tədqiqatçılar  bu  pirin  islamdan  öncə  də  sitayiş  yeri  olması 

barədə 


müxtəlif 

ehtimallar 

irəli 

sürmüşlər. 



Bəzi 

tədqiqatçılar  “Piri  Comərt”  abidəsinin  adını  qədim  dini 

rəvayətlərdəki  insan  nəslinin  banisi,  ilk  insan  Qomardla 

əlaqələndirirlər  8,  59.)  Digər  ehtimala  görə  bu  abidənin



28


yerində  Günəş  məbədi  yerləşmişdi  və  ərəblər  kəndi 

tutduqdan  sonra  bu  qədim  ibadətgahı  müsəlmanlaşdır- 

mışdılar  (1).  Zənnimizcə,  bu  daha  məqsədəuyğun  fikirdir. 

Etnoqrafik 

çöl 

ekspedisiysı 



zamanı 

bu 


abidənin 

divarlarında  üzərində  balıqqulaqları  olan  çox  iri  daşların 

da  olduğunu  müşahidə  etdik  və  bu  tip  daşlara  yalnız 

kənddən  xeyli  aralıda  yerləşən  Qiblə  dağında  rast  gəlinir. 

Xalq  arasında  gəzən  rəvayətə  görə  bu  pir  ata-oğul 

tərəfindən  tikilib.  Bu  daşları  əfsanəvi  və  qeyri-adi  gücə 

sahib  olan  oğul  Qiblə  dağından  bura  tullamış,  atası  isə  bu 

piri  dağın  təpəsində  tikmişdir  (informator  R.  Məlikli). 

Məlumdur  ki,  şumerlər  də  məbədlərini  yüksəkliklərdə, 

dağın  təpəsində  inşa  edirdilər.  Üzərində  baliqqulaqı  olan 

daşlar da hər halda qədim  dini  təsəvvürlərin  ilərini  daşıyır. 

Belə  ki  xalq  içərisində  qarnıyarıq,  qız  muncuğu  və  s. 

adlarla  tanınan  belə  balıqqulağılar  Xınalıqda  da  qız  uşaq­

larının  paltarına  bədnəzərə  qarşı  tikilirdi.  Ümumiyyətlə, 

belə  balıqqulağı  muncuqları  Azərbaycan  ərazisində  e.  ə. 

son  əsrlərə aid  küp qəbirlərindən  tapılmışdir (9).  Beləliklə, 

bu  qədim  pir  inancının  nümunəsində  bir  daha  aydın  olur 

ki,  xalq  İslam  dini  ilə  bərabər öz  əvvəlki  inanc  sistenini  də 

qoruyub  saxlamağa çalışaraq  özündən  əvvəl  yaranmış  dini 

ənənlərlə birləşdirərərək  spesifik bir sintez yaratmışdır.

Maraqlıdır  ki,  bu  qədim  ziyarətgaha  xalq  arasında 

bəzən  “Bürc  məscidi”  də  deyilirdi  (10,  170)).  Məlumdrur 

ki,  qədim  türk  tayfalarından  olan  qıpçaqların  da  bir  qolu 

bürc  adlanırdı  (11,  78).  Bu  məlumat  bəlkə  də  Şahdağ 

xalqlarının  qədim  türk  köklərindən  xəbər  verir.  Qeyd 

etmək  lazımdır  ki,  bəzi  Avropa  mənbələrində  qıpçaqların 

qet  adlandırıldığı  məlumdur  (12,  77).  Xınalıqların  özlərini 

“ket”  adlandırmasını  nəzərə  alsaq  onların  qədim  qıpçaq 

tayfalarının  izlərini  daşıdığını  ehtimal  etmək  olar.

29



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə