QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Cümə  məscidi 

(şəkil  7).  Yuxarıda  qeyd  etdiyimiz 

kimi,  Xınalıq  əhalisi  kənddəki  bütün  məscidləri,  o 

cümlədən  kəndin  mərkəzində  və  kəndin  ən  hündür  yerində 

yerləşən  Cümə  məscidini  də  pir  adlandırırdılar.  Bu  qədim 

ziyarətgahın 

da 

yüksəklikdə 



və 

günçıxan 

tərəfdə 

yerləşməsi  göstərir  ki,  çox  mühüm  astronomik  biliklərə 

malik  olan  və  günəşə  sitayiş  edən  qədim  Azərbaycan 

əhalisi  də  şumerlərdə  olduğu  kimi  “  öz  allahlarını  göyə 

yaxın  yerdə,  təpədə,  dağ  başında  görmək  istəyirdilər  (13). 

Kəndin  ən  qədim  pirlərindən  sayılan  Cümə  məscidinin 

içərisindəki  tac  şəkilli  qədim  taxta  sütunun  üzərindəki 

naxışlarda  da  günəş  rəmzinin  izlərini  aydın  görmək  olur 

(şəkil  8).  Maraqlıdır ki,  bu  məscidin  divarlarına qoyulmuş 

qədim  daşların  üzərində  ərəb  yazıları  ilə  yanaşı  naməlum 

işarələrə  də  rast  gəlinir.  Ehtimal  ki,  bu  qədim  türk  runi 

yazılarının  izləridir (şəkil  9).  Belə  işarələrə  Damdamı  çayı 

(Xınalıq  ca Damdaminka)  yaxınlığındakı  şəlalə  ilə  üzbəüz 

yerləşən  və  Kindir  dağındakı  (Xınalıqca  Kindir  dahar)  sal 

daşın  üzərində  rast  gəlmək  mümkündür.  Həmçinin  Cabbar 

baba  pirinin  yerləşdiyi  qədim  qəbiristanlıqda  da  naməlum 

işarəli  yazılar  və  müxtəlif fiqurların  həkk  olunduğu  qədim 

daş  kitabələr  mövcuddur  (şəkil  10).  Qeyd  etmək  lazımdır 

ki,  Cənubi  Azərbaycanın  Haput  adlı  kındindəki  qədim 

məbədin  xarabalıqlarında  da  türk  runi  yazılarına  rast i 

gəlinmişdir (12,  168).  Bu  məlumatlar “Şahdağ xalqları”nın 

qədim  türk  köklərinin  olması  ehtimalımızı  daha  da 

gücləndirir.  Bu  fakt  yazı  mədəniyyətimizin  qaranlıq, 

öyrənilməmiş  səhifələrindən  biri  olan  Orxon-Yenisey 

əlifbasının  Azərbaycnda  da  tətbiq  edilib  edilməməsi 

məsələsinə aydınlıq  gətirə  bilər.



Cabbar  baba  piri. 

Xınalıq  əhalisinin  qədim 

inanclar  sisteminin  qorunub  saxlandığı  ziyarətgahlardan

30



olan  “Cabbar  baba  “  piri  Xınalıq  qəbiristanlığında  daş 

hasara  alınmış  ərazidə  yerləşir.  Kəndin  ən  güclü  və  qədim 

piri  sayılan  bu  ziyarətgahın  həyətində  hamar  sal  daş  (1, 

3x0,  8  m  ölçüdə)  və onun  kənarlarında yerə basdırılmış  bir 

cüt  öküz  buynuzu  şəklində  taxta  dirək  mövcud  idi  və 

burada  əhali  niyyət  edərək  bu  öküz  buynuzu  formalı  taxta 

dirəklərə  müxtəliv  əski  parçaları  bağlayır,  qurban  kəsilən 

qoyunu  məhz  bu  dirəklərdən  asardılar  (8)  Xınalığa 

etdiyimiz  etnoqrafik  ekspedisiya  zamanı  müşahidə  etdik 

ki,  bu  taxta  kürələr  çıxarılaraq  kənara  qoyulsa  da  əhali 

yenə  də  onları  müqəddəs  hesab  edərək  üzərinə  müxtəlif 

əski  parçaları  bağlayaraq  niyyət  edir  (şəkil  11)  və 

qurbanlıqlarını  buradakı  sal  daşın  üzərində  doğrayırlar. 

Məlumdur  ki,  qədim  Azərbaycan  sakinləri  astral  kultların 

Yerdə  simvolik  obrazlarım  yaradaraq  onları  da  müqəd- 

dəsləşdirirdilər.  Xalqımızın  dini-mifik  təsəvvürlərində 

öküz,  keçi,  maral  kimi  heyvan  obrazları  Ayın  simvolu 

kimi  ilahiləşdirilmişdi  (14,  70).  Azərbaycanlıların  qədim 

inanclar  sistemində  özünəməxsus  yer  tutan  öküz  obrazı 

hazırda da xeyir,  bərəkət və mülkiyyətin  qoruyucu qüvvəsi 

kimi  xalqımızın  təfəkküründə  yaşamaqdadır  və  Azərbay- 

I  

canın  əksər rayon  və  kəndlərində (İsmayıllı,  Şəki, Zaqatala 

və  s.)  olduğu  kimi  Xınalıqda da evin  divarına,  darvazalara 

jvə  s.  vurulmuş  aypara  formasını  xatırladan  öküz  buynu­

zunu  görmək  mümkündür  (şəkil  12).  Etnoqrafik  ekspe­

disiya  zamanı  Xınalıq  kəndində  evlərin  divarlarında  da 

[aypara formalı  daşlara da rast gəldik  (şəkil  13).

Göründüyü  kimi  “Cabbar  baba  piri”ndə  qədim 

lAzərbaycan  əhalisinin  inanclar  sistemində  mühüm  yer 

|tutan  Ay  kultunun  izləri  özünü  aşkar  biruzə  verir.  Qədim 

tzərbaycan  sakinləri  təzə  ayın  yerə  təsirinin  daha  güclü 

>lduğuna  inanaraq  aypara  nişanını,  o  cümlədən  apara

31



formasında  olan  öküz  buynuzlarını  Ay  kultunun  simvol­

larından  biri  kimi  qəbul  edərək  müqəddəsləşdirirdilər.

Ümumiyyətlə, 

arxeoloji 

tədqiqatlar 

nəticəsində 

Azərbaycanın  qədim  əhalisinin  dəfn  adətlərində  Ay 

kultunun  özünəməxsus  yer  tutduğu  məlumdur  (14;  15,  86, 

16).  Strabon  yazırdı  ki,  insanlar  ayın  bataraq  (ölərək) 

yenidən  doğmasını  sevinclə  qarşılayaraq  özlərinin  də 

öləndən  sonra  o  dünyada  yenidən 

doğulacağlarına 

inanırdılar (17).  Bu  məlumat  qədim  Azərbaycan  əhalisinin 

bəzi  qəbir  abidələrində,  o  cümlədən  Xınalıq  kəndindəki 

“Cabbar  baba  piri”  abidəsində  mövcud  olan  aypara 

nişanının  mahiyyətini  anlamağa  imkan  verir.  Maraqlıdır 

ki,  Qəbələ  rayonunun  Vardanlı  kəndində  də  “Cabbar  baba 

piri”  abidəsi  ilə  eyniyyət  təşkil  edən,  yəni  öküz  buynuzu 

şəklində  bir  cüt  taxta  dirək  basdırılmış  tunc  dövrünə  aid 

qədim  qəbir abidəsi  mövcuddur (18,  145).  Bu  fakt  Şahdağ 

etnik  qrupuna  aid  edilən  etnosların  Şəki-Zaqatala  bölgəsi 

əhalisi  ilə  qədim  etnogenetik  əlaqələrinin  olduğuna dəlalət 

edir  və  alban  tayfalarının  varisləri  olduğunu  və  çox  qədim 

tarixə malik etnik qruplardan olduğunu  göstərir.

Qeyd  etmək  lazımdir  ki,  bu  qədim  ay  pirinin  adı 

islamiyyət  dövründə  müsəlmanlaşdırılsa  da  mahiyyəti, 

demək  olar  ki,  dəyişilməmiş  qalmışdır.  Məlumdur  ki, 

Cabbar  ərəbcə  möhtəşəm,  böyük  deməkdir.  Bu  da, 

“Cabbar  baba”  pirinin  Böyük  baba  anlamına  gəldiyinin 

göstərir.  Strabon  yazırdı  ki,  Albaniyada  Ay  ibadətgahının 

kahini  geniş  siyasi  səlahiyyətə  malik  olub  hökmdardan 

sonra  ən  hörmətli  şəxs  hesab  olunurdu  (19).  Görünür, 

Qafqaz  Albaniyasının  ən  mühüm  inancını  əks  etdirən  bu 

qədim  ay  piri  Ay  ibadətgahının  kahinlərindən  birinin 

məzarı  kimi  ziyarətgaha  çevrilmişdir.  Maraqlıdır  ki. 

qəbirin  baş  tərəfində  iki  baş  daşı  qoyulmuşdur.  Bunlardan



32


Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə