Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
49
MƏTANƏT BƏHRƏMOVA
AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitutu “Qafqaz tarixi” şöbəsinin k.e.i-si
E-mail: bahramova60@gmail.com
DƏRBƏND XVI-XVIII ƏSRIN ƏVVƏLLƏRINDƏ
Açar sözlər: Dərbənd, Şirvan Bəylərbəyi, Səfəvilər
Ключевые слова: Дербент, Ширваншахи, Сефевиды
Key words: Derbent, Shirvanshahs, Sefevids
Azərbaycanın şimal-şərqində sərhəd şəhəri olan Dərbəndin tarixi həmişə diqqət mərkə-
zində olmuşdur. Dərbəndin tarixi Azərbaycan, Rusiya – Dağıstan, Gürcüstan, həmçinin digər
ölkələrin tədqiqatçıları tərəfindən müəyyən dərəcədə araşdırılmış, şəhərin müxtəlif dövrlər-
dəki vəziyyəti az-çox işıqlandırılmışdır. Onların arasında tarixçilər, arxeoloqlar, epiqraflar,
şərqşünas alimlər əsas yer tutur. Həmin tədqiqatçıların Dərbəndə həsr olunmuş əsərlərinə diq-
qət yetirdikdə bir məsələ bariz şəkildə nəzərə çarpır: məlum olur ki, heç də tədqiqatçıların ha-
mısı şəhərin tarixini olduğu kimi, obyektiv, tarixi reallığa uyğun araşdırmamışlar; Rusiya və
Dağıstan alimləri Dərbəndə bütün tarix boyu Rusiya ərazisi kimi yanaşmış və əsərlərində bu
şəhəri Rusiya şəhəri kimi (xüsusilə, 1806-cı ilədək) qələmə vermişlər. Azərbaycan tarixşünas-
lığında isə bu məsələdə digər nöqteyi-nəzər mövcuddur və şəhərin XIX əsrin əvvəllərinədək
Azərbaycana məxsusluğu vurğulanır.
Dərbəndin Səfəvilər dövrü tarixi tarixşünaslıqda daha geniş planda işıqlandırılmışdır.
İstər Azərbaycan alimləri, istərsə də, rus və başqa xalqların nümayəndələri şəhərin həmin dövr
tarixinə diqqət yetirmiş və burada baş vermiş hadisələri qələmə almışlar. Bunu nəzərə alaraq,
Dərbəndin XVI-XVIII əsrin əvvəllərindəki tarixşünaslığına ayrıca yer verilməsi məqsədəuy-
ğun hesab olunmuşdur.
Məlum olduğu kimi, Azərbaycanın Səfəvilər dövrü tarixi görkəmli alimlərimizin –
O.Ə.Əfəndiyevin (1), Ə.Ə.Rəhmaninin (2), M.X.Heydərovun (3;4;5), C.B.Aşurbəylinin (6;7),
Y.M.Mahmudovun (8), M.Memətovanın (9), S.A.Məmmədovun (10), Ş.F.Fərzəliyevin (11),
eləcə də, S.M.Onullahinin, M.A.Seyfəddininin, Ə.Rəcəbovun və s. müəlliflərin əsərlərində bu
və ya digər dərəcədə işıqlandırılmışdır. Dərbəndin XVIII əsrin I yarısına dair tarixi isə H.B.
Abdullayevin, F.M.Əliyevin, T.T.Mustafazadənin, C.M.Mustafayevin və başqalarının əsərlə-
rində öz əksini tapmışdır.
T.e.d., prof., AMEA müxbir üzvü O.Ə.Əfəndiyevin elmi araşdırmalarının məcmuu kimi
oxuculara təqdim olunan “XVI əsr Azərbaycan Səfəvilər dövləti” monoqrafiyasında (rusca)
Dərbəndin XVI əsr tarixi, demək olar ki, lazımi səviyyədə işıqlandırılmışdır (1). Azərbaycanın
XVI əsrin sonu – XVII əsr tarixi t.e.d. Ə.Ə.Rəhmaninin monoqrafiyasında işıqlandırılır (2,
s.28).
Azərbaycan şəhərlərinin, o cümlədən Dərbəndin səfəvilər dövrü tarixinin tədqiqində
t.e.d. M.X. Heydərovun təqdirəlayiq xidmətləri olmuşdur. Onun əsərlərində şəhərin göstərilən
dövrdəki ictimai-iqtisadi vəziyyəti, təsərrüfat həyatı barədə faktlar az deyildir (3; 4; 5).
Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında mühüm strateji mövqedə yerlə-
şərək, tarixən bu bölgədə baş verən hadisələrin mərkəzlərindən birinə çevrilmişdir. Son orta
əsrlərdə Dərbənd çox mürəkkəb, keşməkeşli tarixi yol keçmişdir. Şəhərin yerləşdiyi coğrafi
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
50
ərazi, strateji mövqeyi – bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən
keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olmuşdur.
XVI əsrin ortalarına yaxın Dərbənd vilayətinin tərkibi səfəvilərin nüfüz dairəsinə düşür
və bu dövlətin süqutuna kimi əsasən həmin vəziyyətdə qalır. Dərbənd XVI-XVII əsrlərdə
gedən səfəvi-osmanlı müharibələrinin meydanına çevrilir. Osmanlıların şəhəri ələ keçirmələ-
rindən sonra Şirvan ərazisi 2 bəylərbəyliyinə - Şamaxı və Dərbənd bəylərbəylikliyinə ayrılır.
Şamaxı bəylərbəyliyi 16 sancaqdan, Dərbənd bəylərbəyliyi isə 8 sancaqdan ibarət olur: Də-
mirqapı, Şabran, Axtı, Quba, Müşkür, Kürə, Çıraq və Rustov. Osmanlıların bu inzibati bölgü-
sü XVII əsrin əvvəllərində I Şah Abbasın türklər üzərindəki parlaq qələbəsi və Şirvanın (eləcə
də Dərbəndin) azad edilməsindən sonra ləğv olundu.
Səfəvi-Şirvanşah münasibətləri mürəkkəb və gərgin olaraq qalırdı. Dərbənd şəhəri tərəf-
lər arasında gedən siyasi-diplomatik danışıqlarda və baş vermiş hadisələrdə müəyyən mövqe
tuturdu. 1500-1501-ci illərdə səfəvilərin Şirvana olan ilk yürüşündə Fərrux Yəsar öldürüldü,
onun mülkü isə Şah İsmayılın əlinə keçdi. Lakin, Fərrux Yəsarın oğlu Şeyxşah (1502-1524)
səfəvilərə itaətdən boyun qaçırdığı üçün I Şah İsmayıl 1509-cu ildə bir daha Şirvana yürüş təş-
kil etdi. Səfəvilərin ilk yürüşünün Dərbəndə təsiri çox olmasa da, 1509-cu ildəki yürüş bu ba-
xımdan diqqəti cəlb edir. Həmin ildə Şah İsmayılın Şirvana olan yürüşü və Dərbəndi zəbt
etməsi dövrün ilk mənbələrində öz əksini tapmışdır. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazinin
1570-ci ildə Ərdəbildə yazılmış “Təkmilətül-əxbar” və Qazi Əhməd Quminin 1591-ci ildə
tamamlanmış “Xülasət ət-təvarix” əsərləri bu baxımdan diqqətəlayiqdir. Əbdi bəy Şirazinin
məlumatlarından aydın olur ki, Şah İsmayıl ətraf ərazilərdə öz işlərini səhmana saldıqdan
sonra, 1509-cu ilin ortalarında Azərbaycana qayıtdı və bir müddət Təbrizdə qaldıqdan sonra
qış vaxtı Şirvana yürüşə başladı. Bu zaman Şirvanşah Şeyxşah Fərrux Yasar Biqurd qalasına
çəkilməli olur. Lakin Baki və Şabran qalalarının qalabəyləri Şah İsmayılın dərgahına pənah
gətirirlər (12, s.42). Dərbənd qalasının hakimləri – qalabəyləri Yarəhməd ağa və Məhəmməd
bəy isə Şah İsmayıla qarşı çıxdılar və onun hüzuruna gəlməkdən boyun qaçırdılar. Buna cavab
olaraq Şah İsmayıl Dərbəndə tərəf hərəkət edir və qalanı ələ keçirir. Vəziyyətin ağırlığını
görən Yarəhməd ağa və Məhəmməd bəy Şah İsmayılın hüzuruna gəlir. Şah İsmayılın göstərişi
ilə Dərbənd qalasının idarəsi Mənsur bəy, Şirvanın başqa ərazilərin idarəsini isə Lələ bəyə
tapşırılır. Həmin bu səfər zamanı Şah İsmayıl atası Şeyx Heydərin sümüklərini Tabasarandan
Ərdəbilə gətirdir və az sonra özü Qarabağa qışlamağa gedir (12, s.42). Dövrün digər tarixçisi
Qazi Əhməd Quminin əsərində də Dərbəndin fəthi təxminən elə əvvəlki müəllifin məlumatına
əsasən qələmə alınmışdır. Onun yazdığına görə, Xoydan Şirvana yürüş edən Şah İsmayılın
gəlişi Şirvanşah Şeyxşah Fərrux Yasarın Biqurd qalasına çəkilməsinə səbəb oldu. Şah İsmayıl
qoşununun bir hissəsini Şamaxıya göndərir özü isə Bakıya tərəf hərəkət edir. Bakı qalasının
kutvalı şəhər darvazalarının açarlarını və qiymətli hədiyyələri Şah İsmayıla təqdim edir. Şah
İsmayıl burdan Şabrana, daha sonra isə Dərbəndə gedir. Hər iki şəhər fəth olunur. O, atası
Şeyx Heydərin Tabasaranda gizli bir yerdə dəfn olunmuş cənazəsinin Ərdəbilə aparılması
barədə əmr verir və cəsəd Şeyx Səfiyyədin türbəsini yanında dəfn olunur (13, s.67).
Digər görkəmli tarixçi İskəndər bəy Münşi isə həmin səfərin nisbətən daha geniş şərhini
vermişdir. Müəllifin məlumatına görə bu yürüşlərin səbəbi Şirvan hakimi Şirvanşah Şeyxşahın
səfəvilərə vergi (bac və xərac) ödəməkdən boyun qaçırmaları olmuşdur. Buna cavab olaraq
səfəvi ordusu Cavad keçidində düşərgə salaraq Şirvana daxil olur. Şirvanşah isə Biqurd qala-
sında sığınacaq tapır. Müəllifin sözlərinə görə Şah İsmayıl “təntənə ilə Şirvana gəlib bu vila-
yətin idarəsini Lələ-bəyə həvalə edir, o isə Şamaxıda məskunlaşır Bakı və Şabran qalaların-
dakı qarnizonlar itaət göstərərək qalanın açarlarını ona təqdim edirlər”. Dərbənd əhalisi isə
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
51
müəllifin sözlərinə görə, qalanın keçilməz olması və qala divarlarının yüksəkliyinə arxayın
olub bir neçə gün öz mövqelərini saxlaya bilirlər, lakin, son nəticədə tabe olaraq aman istə-
yirlər.
Şah İsmayıl həmin qış Şirvanı tərk edib Qarabağa gəlir və yazın əvvəllərində Sultaniyyə-
yə yola düşür. Bu yürüş zamanı İsmayıl atasının cəsədinin qalıqlarını Tabasarandan Ərdəbilə
yola salır (14, s.36). Həmin hadisə ilə Xandəmirin məlumatından aydın olur ki, Şah İsmayıl bu
zaman Mənsur bəyi Dərbənd hakimi təyin edir, Şirvanın qalan ərazilərinin idarəsini isə Lələ
bəyə tapşırır (14, s.36). Şah İsmayıl Dərbənddəki qüvvələrini möhkəmləndirmək məqsədi ilə
İraqda yaşayan bayatların bir hissəsini buraya köçürür.
Yuxarıda sadalanan ilk mənbələrin məlumatları Dərbənd şəhərinin, Şirvanın digər şəhər-
lərindən fərqli olaraq, səfəvi hökmdarlarına qarşı mübarizə ruhunda kökləndiyini söyləməyə
imkan verir. Bu yürüş zamanı Dərbənd müdafiəçiləri və qalabəyiləri - Yarəhməd ağa və Mə-
həmməd bəy Dərbəndin alınmaz qala olmasına və Dağıstanın digər hakimlərinin yardımına
güvənərək (15, s.311) qızılbaş ordusuna ciddi müqavimət göstərirlər. Əhali qızılbaşlara daş,
ox atır və beləliklə onların qalaya daxil olmasının qarşısını alırdı (16, s.268).
Rafael dyu Mana istinad edən S.M. Onullahinin yazdığına görə, 1509-cu ildə qızılbaş
ordusu Dərbənd qalasını mühasirə edərkən qala əhalisi tüfəngdən istifadə etmiş və qarşı tərəfə
toplardan atəş açmışdı (17, s.117). Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda
qızılbaşların Dərbəndə yürüşünün 1510-cu ildə həyata keçirildiyi də öz əksini tapmışdır (15,
s.311). Dərbənd qalası mühasirə olunduqdan sonra onun ələ keçirilməsi üçün bir çox cəhdlər
olundu. 5 gün davam edən döyüşlərdə qızılbaşlar qala divarlarının altından 12 lağım atırlar.
Yalnız bundan sonra qalaya daxil olmaq mümkün olur və müdafiəçilər silahı yerə qoyur.
Yarəhməd ağa və Məhəmməd bəy kəfənə bürünərək boyunlarına qılınc qoyub Şah İsmayılın
düşərgəsinə gəlirlər və itaətlərini bildirirlər (18, s.67; 10, s.268; 19, s.196). Dərbənd əhalisi və
qalabəyləri son nəticədə məğlub olsalar da, səfəvi şahının nüfuzunu qəbul etməməyə cəhd
göstərmiş və Şah İsmayıla qarşı mübarizə aparmışdır. Bu isə Dərbəndin özünün baş vermiş
tarixi hadisələrdəki mövqeyinin müəyyənləşdirilməsinə kömək edir, şəhər əhalisinin müstəqil-
lik uğrundakı mübarizəsini göstərir. Bütün bunlara baxmayaraq, Dərbənd şəhəri eləcə də, Şir-
van bir daha səfəvi şeyxləri tərəfindən tutulur. Bundan sonra Şirvan şahları II İbrahim Şeyxşah
(1502-1524) və II Xəlilullah (1524-1535) səfəvilərin vassalına çevrildilər (6, s.103). Tərəflər
arasında münasibətlər nisbətən sabitləşdi, qohumluq əlaqələri yaradıldı, hətta Şah İsmayılı
şirvanşahın qızı ilə evləndi və 1523-cü ilin noyabrın 5-də Təbrizdə təntənəli toy mərasimi ke-
çirilir (16, s.269).
Şirvanşah-səfəvi münasibətləri XVI əsrin 30-cu illərində yenidən gərginləşdi. Bunun sə-
bəblərindən biri həmin dövrdə şiddətlənən səfəvi-osmanlı münasibətləri idi. Səfəvilər osmanlı-
ların həmlələrinin qarşısını çox çətinliklə ala bilirdilər. Yerlərdə də səfəvilərə qarşı münasibət
yaxşı deyildi. Bu zaman Dərbənd əhalisi səfəvilərin şəhərdəki nümayəndəsini qovub şah xəzi-
nəsinə vergi ödəməkdən boyun qaçırdılar (15, s.312). Çox keçmədən Şirvanda Qələndər (dər-
viş) üsyanı baş verir (1537). Bundan istifadə edən səfəvi şahı I Təhmasib (1524-1576) qardaşı
Əlqas Mirzənin başçılığı ilə Şirvana 20.000 nəfərlik qoşun yeridir, şirvanşah dərbəndlilərin
fəaliyyətinə son qoyur və ölkə ərazisini Səfəvilər dövlətinin tərkibinə qatır. Şirvanın və az
sonra Şəki ərazisinin (1551) Səfəvilər dövlətinin tərkibinə qatılması mütərəqqi hadisə idi:
ölkənin bütün vilayətlərinin vahid dövlətin tərkibində birləşdirilməsi Azərbaycanın iqtisadi və
mədəbi birliyi, etnik konsolidasiyası üçün şərait yaradır (19, s.198-199, 8, s.82). Dərbəndin
son hadisələrdəki mövqeyi barədə isə ilk mənbələrdə və eləcə də tarixi ədəbiyyatda müəyyən
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
52
faktlara təsadüf olunur. Şəhər Şirvanın tərkibində səfəvilərin nüfuz dairəsinə düşmüş və gələ-
cək taleyi bu dövlətlə sıx bağlı olmuşdur.
XVI əsrin 70-ci illərində Səfəvi dövlətinin daxili və xarici vəziyyəti əsaslı şəkildə dəyi-
şir. I Təhmasibin ölümündən sonra oğulları arasında gedən hakimiyyət davasından istifadə
edən Osmanlı sultanı III Murad (1574-1595) sünni-şiə qarşıdurmasından istifadə edərək Şir-
vanda qızılbaşlara qarşı üsyan qaldırır. II Murad Krım xanı II Məhəmməd Gəray xan və Da-
ğıstan hakimlərini də bu məsələlərə qataraq ozu Gürcüstana hücum edir. Bununla da 1555-ci il
müqaviləsi pozulur və yeni Səfəvi-Osmanlı müharibəsi başlayır (19, III - 206-207) qısa müd-
dətə Şəki, Ərəş, Qəbələ, Şamaxı, Bakı, Şabran, Dərbənd, Salyan, Mahmudabad və s şəhərlər
osmanlıların əlinə keçir.
Dərbənd şəhəri daxil olmaqla Dərbənd malikanəsi osmanlıların nüfuz dairəsinə daxil
olur. Hələ şəhərə daxil olmamışdan türklər şəhərdə iğtişaş yaradaraq Səfəvi hakimi Çiraq xəli-
fənin 300 qızılbaşla şəhər əhalisi tərəfindən öldürülməsinə nail oldu (1, 155).
İşğaldan sonra yeni ərazi bölgüsü aparıldı Şirvan və Dərbənd bəylərbəyliyi yaradıldı.
Dərbənd bəylərbəyliyinə 2 sancaq və 5 liva daxil idi. Şabran və Axtı sancaqları və Quba,
Müşkür, Kürə, Çiraq və Rustov livaları.
XVI-əsrin 80-ci illərində Azərbaycanda bir tərəfdə səfəvi xanədanı uğrunda şiddətlənən
ara müharibələri, digər tərəfdən osmanlıların zəbt etdikləri ərazilərdə möhkəmlənə bilmək
üçün göstərdikləri cəhdlər vəziyyəti tamamilə gərginləşdirmişdi. Bu illərdə türklər Dərbəndi
əldə saxlamaq üçün bir sıra tədbirlər həyata keçirirdilər. Belə ki, Dərbənd daxil olmaqla bir
çox işğal edilmiş ərazilərdə əhalinin istismarı hesabına idarə etmək artıq çətinləşmişdi. Əhali
osmanlı qarnizonu əsgərlərinin ehtiyaclarını təmin etməkdən imtina edirdilər və Osmanlı hö-
küməti bura maddi yardım göndərməli olurdu. Bu haqda ingilis səyyahı Xristofer Berrou mə-
lumat verir.
XVI-əsrin 70-80 illərində şəhər iki rəqib arasında qalaraq çox ağır günlər keçirirdi. Sə-
fəvi xanədanını başına keçən I Şah Abbasla Osmanlı arasında 1590- cı ildə İstanbul sülhü im-
zalanır. Sülhə əsasən Dərbənd Osmanlı nüfuz dairəsində qalır və bu vəziyyət XVII əsrin əv-
vəllərinədək davam edir. Dərbən Osmanlı üçün vacib məntəqə idi. Belə ki, şəhərin əlverişli
cöğrafi şəraiti onu türklər üçün vazkeçilməz edirdi. Şəhərin strateji əhəmiyyətini nəzərə alan
türklər onun müdafiəsinin möhkəmləndirilməsi üçün əllərindən gələni edirdilər.
XVII əsrin başlanğıcı səfəvi-osmanlı münasibətlərində yeni bir dövr, mərhələ açdı. Səfə-
vilər dövlətinin daxili və xarici vəziyyətinin möhkəmləndirilməsinə kifayət qədər nail olan I
Şah Abbas osmanlılar tərəfindən tutulmuş ərazilərin azad olunması məqsədilə əsaslı tədbirlər
həyata keçirməyə başladı. O, bir tərəfdən Herat yaxınlığında Dinməhəmməd xan Özbəyin or-
dusunu məğlub etməklə (29.VII.1599) öz qüdrətini nümayiş etdirdisə, digər tərəfdən Alma-
niya, İspaniya və s. Avropa ölkələri və Rusiya ilə diplomatik əlaqələr yaratdı, osmanlılara
qarşı mübarizədə onlarla ittifaqa girdi. Səfəvi hökuməti 1604-cü ildə Moskvaya öz elçilərini
göndərdi. Moskvadan qayıdan elçinin verdiyi məlumata görə, Böyük Moskva knyazı osman-
lıları Dərbənddən çıxarmaq üçün kömək məqsədilə bir neçə min mahir döyüşçüdən ibarət və
ağır toplarla təchiz olunmuş hərbi hissə yola salmışdır. Hətta, Şah Abbas göstəriləcək hərbi
yardım müqabilində Dərbənd və Bakını Rus (Moskva) dövlətinə bağışlamaq fikrində idi. Eyni
zamanda, XVII əsrin əvvələrində Azərbaycanın müxtəlif yerlərində osmanlılara qarşı üsyan-
lar, iğtişaşlar baş verdi. Vəziyyətdən bəhrələnən Şah Abbas Azərbaycana yürüşə başladı
(14.IX.1603). 1605-ci ilin noyabrın 7-də Təbrizin 6 fərsəxliyində (təx. 40 km) Sufiyanda baş
vermiş döyüşdə osmanlı ordusu ağır məğlubiyyətə uğradı. Gəncə (5.VII.1606), Lori, Tiflis,
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
53
Dmanisi və s. qalalar ələ keçirildi. Qarşıda Şirvanın və Dağıstanın azad olunması vəzifəsi
dururdu (19, 257).
1607-ci ilin yanvarın 9-da Şamaxı üzərinə yürüş başlandı. Bakıda və Dərbənddə os-
manlılara qarşı üsyanlar baş verdi. Bakının və Dərbəndin osmanlılardan azad olunması dövrə
dair ilk mənbələrdə, xüsusilə də, İskəndər Münşinin “Tarix-i aləm – arayi – Abbasi” əsərində
şərh olunmuşdur. Müəllif əsərində bu hadisəyə xüsusi bölmə həsr etmişdir: “Fələyə ucalan
Badkubə və Dərbənd qalalarının tayı-bərabəri olmayan Xudavəndənin istəyi, iqbalı və əbədi
dövlətin gücü ilə alınmasının zikri”. O, ilk növbədə Bakının və Dərbəndin təbii-coğrafi möv-
geyindən danışır, Narınqalanın ucalığını və dənizin ortasına qədər çəkilmiş şəhər divarlarını
vəsf edir. Eyni zamanda müəllif hər iki qalada kutval və gözətçilərin sayının çox olmadığını,
cəmi 2-3 yüz adamdan ibarət olduqlarını bildirir və onların da, döyüşçülər silkinə mənsub
olduqlarından, ulufə və timar sahiblərinə çevrildiklərini xəbər verir. Müəllifin son məlumatı
osmanlıların adı çəkilən qalalarda güclü hərbi qüvvəyə malik olmadıqlarını göstərir.
Bakının azad olunması çox da çətin başa gəlmədi və şəhərin idarəsinə səfəvi nümayən-
dəsi təyin olundu. Səfəvilərin bu qələbəsi bütün Şirvana, o cümlədən, Dərbəndə də təsir etdi.
Müəllifin yazdığına görə, Dərbənd əhalisinin nümayəndələri “öz yerlərini tutmaq üçün” döv-
lətxahlıq məqamına (hökmdarın hüzuruna) gəldilər. Bu işdə Şirvanın tanınmış dövlət xadim-
lərindəm olan Xacə Məhəmməd Dərbəndinin oğlu çox səy göstərdi.
XVII əsrin ilk illərində Səfəvilər bir qədər özlərini toplayaraq itirilmiş torpaqları geri
almaq uğrunda mübarizəyə başlayırlar. I Şah Abbasın Bakı və Dərbənd üzarinə yürüşünü ta-
rixçi İskəndər Münşi “Tarix-i aləm-arayi- Abbasi” əsərində təsvir edib. Əvvəlcə Bakı ardından
Dərbənd ələ keçirilir. Oamanlı Səfəvi müharibələri uzun illər davam edir. Tərəflər arasında
İstanbul (17.X.1612) və Sərab (26.IX.1618) sülhləri bağlanır. Osmanlı torpaqların böyük
əksəriyyətini itirir. I Şah Abbasın ömrünün sonuna yaxın bütün Azərbaycan, Şərqi Gürcüstan
və İraqi-Ərəb səfəvilərin nüfuz dairəsində idi. Onun ölümü ilə vəziyyət yenidən gərginləşir.
IV Murad dəfələrlə Azərbaycan ərazisinə hücum edir. Tərəflər arasında 1639-cu ildə Qəsri –
Şirin sülhü imzalanır. Bu sülh XVII əsrin II rübünə kimi tərəflər arasında münasibətləri niza-
ma salır.
Digər şəhərlər kimi Dərdənb də həmin dövrdə Səfəvi dövlətinin tərkibinə daxil idi. I Şah
Abbah Dərbəndə xüsusi diqqət yetirirdi. İlk növbədə sünniləri şəhərdən qovaraq İran ərazi-
sindən Şiə əhalisini şəhərə köcürür. Bütün bu tədbirlər yerli xalqın narazılığına səbəb olur
(18.320-321). XVII əsrin son rübündə səfəvilərin vəziyyəti nisbətən sabitləşməyə başlayır.
Artıq XVII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi və ölkədə gedən iqtisadi-
siyasi tənəzzül həmçinin xalq üsyanları vəziyyəti qeyri-stabilləşdirməyə başlayır. 1724-cü ildə
bağlanmış İstanbul müqaviləsinə görə Azərbaycanın qərb və cənubi-qərb əraziləri osmanlılara
verilir və 1735-ci ilədək türklərin əlində qalır. Azərbaycanın Xəzəryanı əyalətləri isə hələ
1722-ci ildən Rusiya tərəfindən işğal olunmağa başlamışdı. Bu müqavilə ilə Azərbaycan iki
əsas bölgəsini itirir (19, III. 347-365).
XVIII əsrin ilk yarısında Azərbaycanda və ümumiyyətlə, Qafqazda, nisbi sakitlik müəy-
yən dərəcədə davam etsə də zaman keçdikcə regionda siyasi vəziyyət yenidən gərginləşməyə
başlayır. Bunun əsas səbəblərindən biri Səfəvilər dövlətinin zəifləməsi və iqtisadi və siyasi cə-
hətdən tənəzzülü, ölkədə xalq hərəkatının qüvvətlənməsi idi. Şirvanda 1707-ci ildə baş vermiş
Car-Balakən üsyanı, 1709-cu ildə qalxmış digər üsyan, 1711-ci ildə carlıların yeni üsyanı siya-
si vəziyyətin gərginləşməsinə az təsir göstərnədi. A.P.Volınskinin yazdığına görə, Azərbay-
canda nadir yerlər qalmışdır ki, üsyan baş verməmiş olsun. Hacı Davudun başçılığı ilə qalxan
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
54
xalq hərəkatı isə daha geniş vüsət aldı. Bu hərəkat 1719-cu ildə başa çatdı və Hacı Davud tu-
tulub Dərbənd həbsxanasına salındı (19, III. 349-354).
Azərbaycanın və bölgənin həmin dövrdəki xarici vəziyyəti də çox gərginləşmişdi. Bura-
da Rusiya, Türkiyə və İranın maraqları toqquşurdu. Rusiya və Türkiyə mümkün olduqca daha
çox əraziləri zəbt etmək, İran isə bu ərazilərdəki mövqeyini qoruyub saxlamaq uğrunda müba-
rizə aparırdı. Baş vermiş hadisələr son nəticədə Azərbaycanın bir hissəsinin Türkiyənin əlinə
keçməsinə, digər hissəsinin Rusiyanın nüfuz dairəsinə düşməsinə gətirib çıxardı. 1724-cü ildə
bağlanmış İstanbul müqaviləsinə görə, Azərbaycanın qərb və cənubi-qərb əraziləri osmanlılara
verildi və 1735-ci ilə qədər onların əlində qaldı. Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya
tərəfindən işğalı isə hələ 1722-ci ildən başlandı və yenə də 1735-ci ilə kimi Rusiyanın nüfuz
dairəsində qaldı. Beləliklə, Azərbaycanın iki mühüm bölgəsi itirildi.
Tarixi şəraitlə qısa tanışlıqdan göründüyü kimi, XVIII əsrin ilk rübü Azərbaycan üçün
heç də xoşagələn bir dövr deyildi. Məqsədimiz Dərbənd şəhərinin tarixini araşdırmaq oldu-
ğundan əsas diqqətin bu şəhərin həmin dövrdəki vəziyyətinə, bölgədə, xüsusilə də Rusiya ilə
cərəyan edən hadisələrdəki mövqeyinə yönəldilməsi məqsədəuyğundur. Tarixi mənbələr, rəs-
mi sənədlər, eləcə də, tarixşünaslıqda mövcud olan çoxsaylı faktlar Dərbəndin həmin dövrdə
baş vermiş hadisələrdə çox mühüm rol oynadığını deməyə imkan verir.
Məlum olduğu kimi, I Pyotr Xəzərin qərb əyalətlərinin ətraflı öyrənilməsi məqsədilə
hələ 1716-cı ildə A.P.Volınskinin başçılığı ilə Səfəvilər dövlətinə xüsusi nümayəndə heyəti
göndərir və ona regiondakı vəziyyətin dərindən öyrənilməsini tapşırır. A.P.Volınski Astarxan-
dan Dərbənd (28.VIII.1716) - Niyazabad (30.VIII.- 1716), Şamaxı (27.IX-4.XII.1716), Muğan
(7.XII.1716) – Təbriz (27.XII.- 1716) marşrutu üzrə gedir və sonra İran şəhərlərini keçərək
İsfahana çatır. Bir müddətdən sonra o, geri gayıdır və uzun müddət – 7 aya yaxın Şamaxıda
qalır. Həmin dövrdə A.P.Volınski Şirvandakı vəziyyəti araşdırıb I Ryotra məlumat verir. Bu
məlumat Pyotrun gələcək yürüşləri üçün çox vacib idi. Onun məlumatında Dərbənd ətrafı
dağlarda yaşayan ləzgilərdən 8000 nəfərin Ağdaşa tərəf hərəkət etdiyi, şəhəri dağıtdıqları və
Şamaxıya soxulmaq niyyətində olduqları barədə də qeydlər vardır.
Şirvanda Hacı Davudun rəhbərliyi ilə baş vermiş və müəyyən müddət davam etmiş xalq
hərəkatında da Dərbənd şəhərinin rolu az olmamışdır. Hacı Davud 1719-cu ildə həbs olunduq-
da Dərbənd qalasına salınır, daha sonra, Hacı Davud Quba və Dərbəndi tutmaq niyyətinə dü-
şür (1720). Bundan ehtiyat edən şəhər naibi İmanqulu bəy İrana qaçır. Lakin, Dərbəndi tutmaq
Hacı Davuda nəsib olmur.
Nəhayət, I Pyotrun Xəzərsahili bölgələrə yürüşü başlandı. Bu yürüş əslində 1723-cü ildə
həyata keçirilməli idi. Rusiya hökuməti Səfəvilər dövlətindəki acınacaqlı vəziyyətdən bəhrə-
lənmək vaxtının gəlib çatdığını hiss edib yürüşü 1 il əvvəl, yəni 1722-ci ildə reallaşdırdı. Əs-
lində, Rusiyanın Xəzərsahili bölgələrə yürüşü 2 dövlətin – İran və Rusiyanın razılığı ilə həyata
keçirilirdi. İ.P.Petruşevski bu məsələ ilə əlaqədar bildirir ki, Xəzər dənizinin Dağıstan və
Azərbaycana aid sahillərinin ocmanlıların əlinə keçməsi nə Rusiya və nə də Səfəvilər dövləti
üçün əlverişli deyildi. Hər iki tərəfin ümumi ticarət və xarici siyasi maraqları onları bu məsə-
lədə birləşməyə sövq edirdi. I Şah Abbas hələ osmanlılarla sülh bağlamamışdan əvvəl Moskva
hökumətinə elçi göndərir, osmanlılara qarşı birgə hərbi yürüşlər etməyi təklif edir və əvəzində
Dərbənd və Bakının, eləcə də, onların arasındakı ərazilərin Rusiyaya verilməsini vəd edir. Bu
müraciət şifahi şəkildə olunduğundan Rusiya tərəfindən dərhal qəbul olunmur, lakin, bir müd-
dətdən sonra tərəflər arasında həmin məsələyə aid yazılı razılıq əldə olunur.
I Pyotr ilk növbədə Xəzərsahili ərazilərə, o cümlədən, Dərbəndə xüsusi Manifest göndə-
rir (15.VI.1722). Bu məqsədlə polkovnik Naumov Dərbəndə gəlir və manifest yerli hakimlər
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
55
tərəfindən əhalinin bütün təbəqələrinin nümayəndələri arasında paylanılır. Xəzərsahili vila-
yətlərə hərbi yürüşün zəruriliyinin əsaslandırıldığı və Azərbaycan toppaqlarında rus qoşunları-
nın müvəffəqiyyətlə irəliləməsinə əlverişli şərait yaradılmasına yönəldilmiş manifestdə əmin-
amanlığı pozanlara və üsyançılara yardım göstərənlərə qarşı amansız divan tutulacağı da
bildirilirdi. Göründüyü kimi, Dərbənd I Pyotrun işğalçılıq planlarında əsaslı yer tuturdu.
Məlum olduğu kimi I Pyotr Xəzərin qərb əyalətlərinin ətraflı öyrənilməsi məqsədi ilə
hələ 1716-cı ildə A.P.Volınskinin başçılığı ilə Səfəvilər dövlətinə xüsusi nümayəndə heyəti
göndərir və ona regiondakı vəziyyətin dərindən öyrənilməsini tapşırır. A.P.Volınski Astarxan-
dan Dərbənd (28.VIII.1716) - Niyazabad (30.VIII.- 1716), Şamaxı (27.IX-4.XII.1716), Muğan
(7.XII.1716) – Təbriz (27.XII.- 1716) marşrutu üzrə gedir və sonra İran şəhərlərini keçərək İs-
fahana çatır. Bir müddətdən sonra o, geri gayıdır və uzun müddət – 7 aya yaxın Şamaxıda
qalır. Həmin dövrdə A.P.Volınski Şirvandakı vəziyyəti araşdırıb I Ryotra məlumat verir. Nə-
hayət, I Pyotrun Xəzərsahili bölgələrə yürüşü başlandı. Bu yürüş əslində 1723-cü ildə həyata
keçirilməli idi.
1722-ci ilin avqustunda Dərbəndə çar qoşunları daxil olana qədər I Pyotr sarayına gön-
dərilən müraciətnamə, məktub, ərizə və s. sənədlərlə yaxından tanışlıq belə qənaətə gəlməyə
imkan verir ki, bu dövrdə Dərbənd əhalisini narahat edən əsas məsələ şəhərin gələcək taleyi
idi. Mürəkkəb siyasi vəziyyətdən çıxış yolunu Rusiyanın həmayəsinə keçməkdə görən dər-
bəndlilər bunun reallaşması üçün cəhdlər göstərir, şəhərdə əmin-amanlığın bərqərar olmasına
çalışırdılar. I Pyotrun bölgəyə, o cümlədən, Dərbəndə manifest göndərməsi və müəyyən vədlər
verməsi və İran dərgahının buna razı olması əhalini daha da şirnikləndirirdi. Dərbənd əhalisi
manifesti yüksək sevinc hissi ilə qarşılayır, Rusiya çarının göstərişlərinə əməl edəcəklərini
bildirir. Manifest 380 nüsxədə iki dəfə Dərbəndə göndərilir, əhali arasında paylanır və rəğbətlə
qəbul olunur. Şəhər naibi İmamqulunun məktublarında da, onun öz mənafeyini qorumaq niy-
yəti duyulsa da, şəhərin gələcəyi barədə bir sıra məsələlər irəli sürülür. Bütün bunlar Dər-
bəndin gələcək fəaliyyətinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli idi.
Dərbənd 1735-ci ilə kimi Rusiyanın əlində qalır, Bu dövr öz mürəkkəbliyi, çətinliyi ilə
seçilən dövrlərdəndir. Bir tərəfdən Türkiyə hələ də öz iddialarından əl çəkmir, şəhərin ələ
keçirilməsi üçün yeni cəhdlər edir, digər tərəfdən Rusiya buradakı mövqeyini möhkəmlətməyə
can atır, nəhayət, çox keçmədən İran hökumətində yeni dirçəliş baş verir və hadisələrin yeni
məcrada inkişafına səbəb olur. Bölgədə siyasi sabitliyin olmaması Dərbənd şəhərinə də mənfi
təsir göstərir. Şəhər siyasi abi-havanın dəyişilməsi ilə əlaqədar yeni-yeni qüvvələrlə üzləşməli
olur, müxtəlif həmlələrə məruz qalır:
1723-cü ilin sentyabrın 12-də Rusiya hökuməti İranın buradakı səfiri İsmayıl bəylə 5
bənddən ibarət müqavilə bağlayır. Həmin müqaviləyə görə, Rusiya İrana hərbi yardım vəd
edir və əvəzində Dərbəndin, Bakının, həmçinin, Gilan, Mazandaran və Astrabadın həmişəlik
bu dövlətə verilməsi nəzərdə tutulurdu. Lakin, bu müqavilə səfəvi hökmdarı II Təhmasib
tərəfindən qəbul olunmur.
XVIII əsrin II rübü Azərbaycanda və bütün Səfəvilər dövləti ərazisində yeni bir prosesin
başlanması və getdikcə qüvvətlənməsi, möhkəmlənməsi ilə diqqəti cəlb edir. 30-cu illərin
əvvəllərində İranda zəifləmiş mərkəzi hökumət əfşar qəbiləsindən olan Nadirin dövlət işlərinə
ciddi qarışması sayəsində tədricən dirçəlməyə başlayır. İran – Türkiyə münasibətlərində İranın
qələbəsini arzulayan Rusiya 1732-ci ilin yanvarın 21-də Rəşt müqaviləsini bağlayır. Müqavi-
lənin şərtlərinə görə, Rusiya Xəzərsahili ərazilərdən öz qoşunlarını tədricən və mərhələli şə-
kildə geri çəkməli idi: ilk mərhələdə Azərbaycanın Kürdən cənubda yerləşən Xəzərboyu əya-
lətləri yenidən İranın hakimiyyəti altına keçirilir.
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
56
Nadirin öldürülməsindən sonra (1747) Azərbaycanda çoxsaylı xanlıqlar meydana gəldi
və Dərbənd eyni adlı xanlığın mərkəzinə çevrildi.
Dərbəndin XVIII əsrin I yarısındaki siyasi vəziyyəti barədə olan tarixi faktlar göstərir ki,
şəhər bu dövrdə də fəal siyasi mövqeyə malik olmuş və regionda cərəyan edən hadisələrdə
yaxından iştirak etmişdir.
ƏDƏBIYYAT SIYAHISI:
1. Эфендиев О. Азербайджанское государство сефевидов в XVI веке, Баку, Элм, 1981,
240s
2. Рахмани А.А. “Тарих-и алам арай -и Аббаси” как источник по истории
Азербайджана, Баку: АН Азерб. ССР, 1960, 192s
3. Гейдаров, М.Х. О значении торговли и торговых путей Азербайджана в XIII-XIV
веках (статья первая). – Известия АН Азерб. ССР, СИФП, 1981, № 1, с.49-54.
4. Гейдаров, М.Х. К вопросу о значении торговли и торговых путей Азербайджана в
XIII-XIV веках (статья вторая). – Известия АН Азерб. ССР, ИФП, 1981, № 3, с. 53-60.
5. Гейдаров, М.Х. Торговля и торговые связи Азербайджана в позднем средневековье. –
Баку: Элм, 1999, 168 с.
6. Ашурбейли С.Б. Государство Ширваншахов, Баку, Элм, 1989, 344s
7. Ашурбейли С.Б. История города Баку, Баку, 1992, 402s
8. Mahmudov Y.M. Azərbaycan tarixi. İntibah dövrü, Bakı, Altay dünyası, 1996, 84 s
9. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Баку 1991
10. Мамедов С.А. Азербайджан по источникам XV- первой половины XVIII вв. Баку,
Элм, 1993, 238 s
11. Fərzəliyev.Ş. Azərbaycan XV-XVI əsrlərdə, Bakı, Elm, 1983, 152 s
12. Xacə Zeynəlabdin Əli Əbdi bəy Şirazi Təkmilətül əxbar. Bakı, Elm, 1996, 200s
13. Məmmədova Ş. “Xülasət-ət təvarix” Azərbaycan tarixinin mənbəyi kimi, Bakı, Elm, 1991,
120 s
14. Фазлуллах Рашид ад-дин. Джами ат-таварих. Том III, - Баку: 1957, 391 с
15. Бартолдь.В.В. Краткий обзор истории Азербайджана. Соч., том 11, ч.1, М.1953, с-
775-783
16. Ахмедов Я.З. Очерки политической истории народов Северного Кавказа в XVI-XVII
вв. Грозный, 1988, 176 s
17. Onullahi S XIII-XVII əsrlərdə Təbriz şəhəri, Baku, Elm, 1982, 280 s
18. Кудрявцев. А.А. Дербендский проход. ВИ, 1976, 38s
19. Azərbaycan tarixi, 7 cilddə, III cild, Bakı, Elm, 1999, 534 s
20.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,AU nəşr, 1989, 326s
21. Azərbaycan Sovet Ensiklopediyası, I-X cildlər, Baki 1978-1987
22. Aбд aр-Рашид ал-Бакуви. Талхис ал-асар ва “аджа”иб ал-малик ал- каххар – М.:
Наука, 1971, 162
23.. История народов Северного Кавказа, Москва, Наука, 1988, 544s
24. История народов Северного Кавказа с древнейших времен до конца XVIII в. М.,
1988. с.258
25. Килчевская Э.В., Иванов А.С. Художественные промыслы Дагестана. М.: Всесоюзн.
коопет.изд-во, 1959 – 176 с
26. Козубский, Е.И. История Дербента. – Темирхан-Шура: 1906, 468 с.
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
57
27. Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. В сб.: ССИА, вып. I, Баку, 1949,
стр.225-298
28. Магомедов, Р.М. История Дагестана.- Махачкала: 1968, 340 с.
29. Шыхсаидов А.Р. Арабские строительные надписи Дагестана (XI-XVII вв) //УЗ
ИИЯЛ ДФ АН СССР.Махачкала, 1977. с. 99-119
30 . Шыхсаидов А.Р. Взаимоотношения народов Дагестана и Азербайджана XIV- XVI
вв.// РФ ИИАЭ ДНЦ РАН. Ф.З. Оп.1.Д. 233. Л.63-64
МАТАНАТ БАХРАМОВА
ДЕРБЕНТ В XVI –В НАЧАЛЕ XVIII ВЕКА
В данной статье на основе многочисленных источников говорится о политической
истории города Дербента в XVI –в начале XVIII века. Дербент в XVI –в начале XVIII
века был одним из главных городов Кавказа, тем самым оставался в центре всех поли-
тических событий. Военные действие оказались разрушительными для этого древнего
города.
MATANAT BAHRAMOVA
DERBENT IN THE XV1- EARLY XV111 CENTURIES
In the article basis of sufficient historic facts a short data on the city of Derbent. Its role
in region and political history are stated. It had a great influence on all spheres – political,
social-economic. The city of Derbent was in the centre of all historical events occurring in this
region and had certain influence on many of them.
Rəyçilər: t.e.d.Ş.Fərzəliyev, t.e.d. Q.Ə.Əliyev
AMEA A.A.Bakıxanov adına Tarix “Qafqaz tarixi” şöbəsinin 17 iyul 2013-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №03).
Dostları ilə paylaş: |