QəDİm türklər və buddizm inanci elvin babayev



Yüklə 363,81 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü363,81 Kb.
#75062


90

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 03 (50) May - İyun 2017



QƏDİM TÜRKLƏR VƏ BUDDİZM İNANCI

Elvin BABAYEV,

AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı,

BDU-nun İlahiyyat fakültəsinin İslamşünaslıq 

Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi,

babayevelvin90@mail.ru

Aslan SULTANOV

Dini Qurumlarla İş üzrə 

Dövlət Komitəsinin əməkdaşı,

aslan-sultanov-2015@mail.ru

AÇAR SÖZLƏR: türk, buddizm, məbəd, mədəniyyət, din.

KЛЮЧЕВЫЕ СЛОВА: турок, буддизм, храм, культура, религия.

KEY WORDS: turk, Buddhism, temple, culture, religion.

Qotama (Qautama) ləqəbli, Skif mənşəli ailəyə mənsub Siddharta (Budda) b.e.ə. 560-cı 

ildə Şimali Hindistanın Kapilavattu şəhərində dünyaya gəlmişdir. Onun əsasını qoyduğu dini 

sistem mistik təməllərə söykənir. Bu mistik inanc sisteminə  əsasən, dörd mərhələli həqiqət 

təsəvvürü dünyəvi çətinliklərin və əzabın xilasıdır. Buddaya görə, doğulmaq iztirabdır və bu 

iztirabı arzu (hissiyyat, cinsi zövq), qocalıq, ölüm kimi iztirablar təqib edir. Bu iztirabların 

sonu yoxdur və insan dünyada yaşadığı müddətcə onlar davam edəcəkdir. İnsan iztirablardan 

ancaq arzu hissini söndürərək qurtula bilər. İztirabların sona çatdığı yer isə Nirvanadır. Nirvana 

bədənin olmadığı yerdir. Buddizmdə  tək Tanrı  məfhumu yerinə, böyük tanrılar iyerarxiyası, 

ilahlar sistemi vardır. Xilasa çatmanın yolu ilhamdır. Buddizmdə dua və niyaz yoxdur, bunun 

müqabilində idrakla məşğuliyyət vardır [1, s. 24-25]. 

Buddizm Hindistanın cənub-şərqində meydana çıxmışdır və zaman ötdükcə Şri-Lanka, 

Monqolustan, Mancuiya, Koreya, Yaponiya, Tibet, Çin, Tayland və Nepal ərazisində yayılmışdır. 

Ondan  əvvəl Hindistanda ölkəni işğal etmiş ariyalıların (hindlilərin) dini olan brahmanizm 

geniş yayılmışdı. Ariyalılar birindən o birinə keçilməsi mümkün olmayan möhkəm kasta 

sistemi tətbiq edirdilər. Bu kasta sisteminə görə, cəmiyyət dörd qrupa ayrılmışdı. Hər qrup da 

öz daxilində bölünürdü. Brahman din adamları cəmiyyətin ən üst təbəqələrini təşkil edirdilər. 

Onlar xalqa qəddarcasına zülm edirdilər [2, s. 88]. 

Bu gün dünyada təxminən 300 milyon buddistin olduğu güman edilir. Buddizmə 

tərif vermək məsələsində  fi kirayrılığı mövcuddur. Bəzilərinə görə, buddizm bir din olduğu 

halda, digərləri onu məzhəb, təriqət və ya fəlsəfi   cərəyan kimi dəyərləndirmişlər. Buddist 

dünyagörüşünü və bütün əməli tərəfl ərini nəzərə alaraq deyə bilərik ki, təktanrı inancına sahib 

olmayan buddizm axirət, hesab günü, cənnət və  cəhənnəm, mələklərin varlığı anlayışlarını 

TARİXƏ PƏNCƏRƏ



91

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 03 (50) May - İyun 2017



inkar edir. 

“Budda” kəlməsi “oyanmış adam - fərqində olan” mənalarına gəlir. Bu da Siddharta 

Qautamanın çatdığı mənəvi dərəcəni ifadə edir. Buddadan dövrümüzə qədər gəlib çatan mətnlər 

onun ölümündən 300-400 il sonra yazılmışdır [3, s. 145]. Bu dinin ardıcılları Buddaya qarşı 

coşqulu sevgi, dərin ehtiram və qorxu duyur, onu tanrı olaraq qəbul edirlər. Buddanın yaşadığı 

dövrdə ona sitayiş edilməsinə  təşviqə dair hər hansı  sənəd, məlumat olmasa da, ölümündən 

sonra bütpərəst brahmanlar ardıcıl şəkildə Budda heykəlləri düzəltməyə başlamışdılar. Buddaya 

qarşı həddindən artıq sevgi bəsləyənlər də zaman keçdikcə bu heykəllərə sitayiş edərək onu 

tanrılaşdırmışlar. 

Buddizmin türk inanc sistemi üzərində müəyyən təsiri olmuşdur. Onun iki əsas məzhəbi - 

Hiyanaya və Mahayana türklərə təsir etmişdir. Daha çox Mahayana ilə maraqlanan türklər onu 

“uluğ könlünqü” (böyük gəmi), Hinayananı isə “kiçik könlünqü” (kiçik gəmi) adlandırmışlar. 

Buddistlər fərdi kamilliyi əsas götürdükləri üçün “kiçik gəmi” təlimi onlar arasında geniş 

yayılmışdır. Türklərin isə Mahayanaya marağı  həmin məzhəbin universalizm anlayışı ilə 

yaxınlığından qaynaqlanmışdır. Burada qədim türk inanc sistemindəki Göy Tanrı kultu Burkan 

kultu olaraq öz əksini tapmışdır [1, s. 24-25]. Lakin Mahayana Buddizmi VII əsrdən etibarən 

əvvəlki parlaqlığını itirməyə başlamış  və Orta Asiyada türklər arasında X əsrdən etibarən 

İslamın sürətlə yayılması qarşısında tab gətirə bilməmişdir. Bunun müqabilində Buddizmin 

başqa bir qolu olan Lamaizm XIII və XVI əsrlərdə iki fərqli dalğa şəklində Monqolustanda 

formalaşmağa başladıqda bəzi türk boylarına azda olsa, təsir göstərmişdir [4, s. 269].

Təməlini tək Tanrı inancı təşkil edən Göy Tanrı dininə mənsub hunların bəzi boyları IV 

əsrdə Buddizmi qəbul etmişdilər. Xüsusilə, şərqi hunlar Çin mədəniyyəti içərisində yox olmamaq 

məqsədilə Buddizmi mənimsəyir və yaymağa çalışırdı. Bu məsələdə  ən çox səy göstərənlər 

çinlilərin “Chüch’ü” dediyi hunlar (Bütün Çini öz torpaqlarına qatan Hun xaqanı Göy xanın 

dövründə Buddizm Çinin siyasi həyatına daxil oldu. Şad Hun isə tamamilə Buddizmin təsiri 

altına girmişdi. 336-ci ildə Çao bölgəsi bütünlüklə Buddizmin təsiri altında idi. Buddizmin 

xalq üzərində yaratdığı psixoloji təsirlərin hunlara zərər verdiyini görən  Şad Hunun oğlu 

atasına qarşı sui-qəsd hazırladı. Lakin sui-qəsd planı rahib Janqa tərəfi ndən Hun hökmdarına 

xəbər verildi. O da oğlunu 26 nəfərlik ailəsi ilə birlikdə edam etdirdi. Bu hadisədən sonra Şad 

Hun dövlətin mərkəzi Lo-yanq və Çanq-anda buddist memarlıq ənənələrinə uyğun binalar və 

məbədlər tikdirməyə başladı.  Şad Hun bütün vaxtını  məbədlərin inşasına ayırdığından 340-

ci ildə Leao sülaləsinin hücumuna belə reaksiya verməmişdi. 344-cü ildə Lo-yanqda böyük 

bir məktəb tikdirən Şad Hun öz övladlarını və dövlət məmurlarının uşaqlarını həmin məktəbə 

getməyə  məcbur etdi. Məktəb buddist təhsili verirdi [5, s. 109]) və  əksəriyyəti türk olaraq 

bilinən tabğaclar idi. Hunların Buddizm ilə təmasa keçdiyi ilk yerlərdən birinin Hotan olduğu 

bilinir. Çinlilərin “Anyang Hou” kimi xatırladığı Hun bəyi “Chüch’ü” Hotanda “Gomati” 

monastırında yetişmişdi. Hunların  şərqdəki boyları Buddizmi siyasi səbəblərlə, xüsusilə  də 

Çinin mədəni təsirinə qarşı öz mədəniyyətlərini qorumaq məqsədilə qəbul etmişdilər. Çünki 

e.ə. II əsrdə hunların “Göy Tanrı” inancına sahib olduğunu görürük. Tarixçi Harun Güngörün 

TARİXƏ PƏNCƏRƏ



92

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 03 (50) May - İyun 2017



ehtimalına əsasən, hətta Oğuzxan (Mete - Modun, e.ə. II əsr) bütlərə sitayişin baş düşməni idi. 

O, bütlərə inananlarla mübarizə aparmış, bütpərəstliyə dönən atasına qarşı çıxmış və əvvəlki 

dinini yenidən bərpa etmişdir. Metenin köhnə inancları ilə hökmranlıq etməsi öz dini inanclarına 

bağlılığın bir ifadəsidir. Müxtəlif dövrlərdə xarici dinlərin qəbul edilməsində isə yuxarıda da 

qeyd edildiyi kimi, daha çox siyasi səbəblər rol oynamışdır [4, s. 270]. 

Buddizm türklər arasında sürətlə yayılsa da, Manixeizm dininin ortaya çıxması ilə tədricən 

nüfuzunu itirməyə başlamışdır. Göytürk xaqanları Muğan (553-572) və Tasparın (572-581) 

Buddizmi qəbul etdiyi, hətta Taspar xaqanın bu dini öyrənmək məqsədilə “Nirvanasutra”nı türk 

dilinə tərcümə etdirdiyi deyilir. Bunlarla yanaşı, Göytürklərin Bəlxdə yaranan Tiginlər dövləti 

Buddizmi rəsmi din olaraq qəbul etmiş, bu din türklər vasitəsilə Xorasanda geniş yayılmışdır 

[1, s. 24-25]. O dövrdə Buddizmin bəzi qanunları öyrənilməklə yanaşı, bir çox dini kitab və 

mətnlər qədim türk dilinə tərcümə olunmuşdur. Rəvayətə görə, Taspar xaqan buddist rahibin 

təlqinləri ilə Budda məbədi və heykəli də inşa etdirmişdir [6, s. 80].

Çox güman ki, Göy Türk dövləti zamanına aid olan və 580-ci illərdə yazılan Bugut 

yazılarındakı “Böyük yeni bir Samgha qur” ifadəsi Buddizmi qorumaq və yaymaq məqsədilə 

Tabo Xaqan (Taspar xaqan) tərəfi ndən  şəxsən verilmiş  əmrdir. Bu əmrdən də aydın olur ki, 

Tabo Xaqan xalq içində və bölgədə Buddizmi yaymaq üçün səy göstərmişdir [7, s. 96].

Artıq qeyd etdik ki, Tabqac türk sülaləsi IV əsrin sonlarına doğru Çində hakimiyyəti ələ 

keçirdikdən sonra mədəniyyətlərinə son dərəcə bağlı olan çinlilər içərisində assimilyasiyaya 

uğramamaq üçün özlərini onlardan ayıra biləcəkləri bir dinə ehtiyac duyurdular. Bu səbəbdən 

də Asiya və Hindistandakı buddistləri himayəsi altına alan xaqan özünü də Buddanın müridi 

qəbul etmişdi. Bu da Tabqac xanədanının hamısının Buddizmi mənimsəməsinə rəvac vermişdi. 

Ancaq döyüşçü ruhlu, mübarizəçi xarakterə sahib millətlər üçün heç də uyğun olmayan Buddizm 

inancını qəbul edən türk boyları bu seçimlərinə görə müəyyən zərər görmüşlər. Məsələn, çinlilərin 

Toba, türklərin isə Tabqac adlandırdığı türk birliyi Budda dini və Çin mədəniyyətinin təsiri ilə 

öz əcdadlarının qüdrətli hərbi xüsusiyyətini itirmişdilər [6, s. 80]. Buddizmin hamisinə çevrilən 

tabqaclar bu dinin təsirilə milli hiss və duyğularını itirmiş, Çinin qədim və incə mədəniyyətinin 

təsiri altına düşmüşdülər. Çin xalqının onların başlarına açdığı iqtisadi və ictimai problemlər 

səbəbilə getdikcə siyasi və iqtisadi güclərini də itirmişdilər [4, s. 270]. 

Mənbələrdə o da keçir ki, Tabqac xaqanlığı Buddizmi Çində rəsmi din halına gətirmiş 

və ilk olaraq bu dini kəndlilər qəbul etmişlər. Həmçinin, Buddizm Abar (avarlar) xaqanlığı 

dövründə (350-550) türklər arasında yayılmağa başlamışdır. Abar ölkəsində buddist rahib Fa-

ai 3000 ailənin vergisini vəqf olaraq öz adına toplayırdı. Mənbələrdə Göytürk ölkəsinə gələn 

buddist rahib Jinaquptanın fəaliyyətlərindən də bəhs olunur [1, s. 24-25].

Buddizmin Göytürklərin suverenliyi altındakı torpaqlarda yayılmasının digər səbəbi də 

ticarət yolları ilə əlaqəlidir. Buradan yalnız ticarətlə məşğul olanlar deyil, missionerlik fəaliyyəti 

həyata keçirən səyyah rahiblər də keçmişlər. 

Yaz aylarında əhali qrup şəklində toplanır və Budda məbədlərini ziyarət üçün ekskursiyalar 

təşkil edirdilər. Bu gəzintilərə qatılanların çoxu atlara minir, ox və yaylarını qurşanır, ov 

TARİXƏ PƏNCƏRƏ



93

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 03 (50) May - İyun 2017



arxasınca düşürdülər. Bununla yanaşı, qurban ayini üçün xüsusi mərasimlər keçirilirdi. Türk 

xaqanı dinin rahibi idi. Buddizm inancında heç bir canlını öldürməmək və qan axıtmamaq 

prinsipinə baxmayaraq, ov və qurban mərasiminin keçirilməsindən aydın olur ki, türklər 

mənimsədikləri hər dinin içərisində öz adət-ənənələrini davam etdirmişlər [4, s. 272]. Türklərin 

əsrlər boyu həyat tərzi halına gətirdikləri bu adətləri bir anda tərk etmələrini gözləmək doğru 

yanaşma olmazdı.

Türklərin  İslam anlayışında da Buddizmin müəyyən izlərinə rast gəlmək mümkündür. 

Xüsusilə  də, Xorasan mərkəzli sufi -təsəvvüf məktəblər Buddizmin dərin təsiri altında 

olmuşlar. Xorasan, Azərbaycan və Anadoluda müsəlman dünyagörüşünə təsir edən məlamilik, 

qələndərilik, hətta qızılbaşlıq və bektaşilik təriqətləri Buddizmdən mənimsədikləri inancları türk-

İslam inancı içinə yerləşdirmişlər. Türk təsəvvüf anlayışında yer alan tənasüh (reinkarnasiya), 

hülul (enkarnasiya), şəkil dəyişdirmək (metamarfoz), havada uçmaq (levitasiya) kimi mistik 

hallar birbaşa Buddizmdən qaynaqlanır. Buddizm xürrəmilik, hürufi lik, babailik, ələvilik kimi 

inancların ayrılmaz tərkib hissəsi olacaq qədər təsirli idi [1, s. 24-25]. Bununla belə, Buddizm 

Orta Asiyada türklər arasında  İslamiyyət ilə  rəqabətə tab gətirə bilməmiş (Təsadüfi  deyildir 

ki, 751-ci ildə baş vermiş Talas döyüşündə Orta Asiya türkləri Çin hücumlarından qorunmaq 

üçün müsəlman  ərəbləri köməyə çağırmışdılar [8, s. 202].  Məhz bu döyüşdən sonra türklər 

Abbasilərin güc mənbəyinə çevrildilər) və İslam dininin türklər arasında yayılmasına paralel 

olaraq bəzi izlər xaricində silinib getmişdir.

ƏDƏBİYYAT



1.  Əkbər Nəcəf. İnanc Yaddaşı. Bakı: 2014.

2.  Harun Güngör. Türk bodun bilimi araştırmaları. Kayseri: 1998.

3.  Erman Artun. Türklerde İslamiyet Öncesi İnanç Sistemleri - Öğretiler-Dinler. 2004.

4.  Harun Güngör. “Eski Türklerde Din ve Düşünce” / Türkler Ansiklopedisi, III cilt. 

Ankara: Yeni Türkiye Yayınları, 2002. 



5.  Əkbər Nəcəf. Hun Minilliyi. Bakı: 2015. (Əlavə bax: Saadettin Gömeç. Türk-Hun tarihi. 

Ankara: 2002, s. 263-264; Hüseyn Namık Orhun. Hunlar. İstanbul: 1938, s. 87-88).



6.  Saadettin Gömeç. “Eski Türk İnancı Üzerine Bir Özet” // Ankara Üniversitesi Dil Tarih 

Coğrafya Fakültesi Tarih Araştırmaları Dergisi, c. XXI, sayı 33, Ankara, 2003.



7.  Klimkeit H.J. Türk Orta Asyasında Budizm (çeviren: Mehmet T. Berbercan) // Türkiyat 

Araştırmaları Dergisi (Selçuk Üniversitesi), sayı 26, Konya, 2009.



8.  Abbas Qurbanov. İslam Tarixi, II cild. Bakı: 2009.

TARİXƏ PƏNCƏRƏ


94

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 03 (50) May - İyun 2017



A.Султанов, Э.Бабаев

ДРЕВНИЕ ТЮРКИ И БУДДИЙСКИЕ ВЕРОВАНИЯ

АННОТАЦИЯ

Тюркская система верования находилась под серъезным влиянием буддизма. Два 

основных направления буддизма хинаяна и махаяна повлияли на тюрков. Тюрки больше 

всего интересовались направллением махаяна. Буддисты беря за основу индивидуальное 

созревание, принимали учение «небольшого судна». А тюрки наборот, за основу взяли 

направление махаяна, т. к. это направление близко к понятию универсализма. В тюркской 

системе верования культ небесного Бога нашел свое отражение в культе Буркан.

A.Sultanov, E.Babayev

THE ANCIENT TURKS AND BUDDHIST BELIEFS

ABSTRACT


The Turkic system of belief was under serious infl uence of the Buddhism. The Hinajana 

and a Mahajana, two main directions of the Buddhism, have infl uenced Turkic peoples. Turkic 

peoples were interested in the Mahajana direction most of all. Taking individual maturing as 

a basis, the Buddhists accepted the doctrine of the «small vessel». But Turkic peoples on the 

contrary, have taken the Mahajana direction as a basis since this direction is close to a concept 

of universalism. In Turkic system of belief a cult of heavenly God has found the refl ection in a 



Burcan cult.

TARİXƏ PƏNCƏRƏ

Document Outline

  • JUrnal-2017-MAY

Yüklə 363,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə