Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
  1   2   3   4   5   6   7   8   9   ...   49


WWW.KİTABXANA.NET 
Milli Virtual Kitabxana 
 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTU 
 
 
Qədim Yunan Fəlsəfəsi Antologiyası 
 
 
Redaktorlar: Fəlsəfə elmləri doktoru Ə.S.Abasov, N.A.İmanov 
Rəyçi: Fəlsəfə elmləri doktoru Ə.F.Abbasov 
 
 
Bakı,  2002 
 
 
Azərbaycan Milli Elmlər Akademiyası Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunda hazırlanan bu 
kitabda antik fəlsəfənin yarandığı dövrdən, antik fəlsəfənin ən parlaq nümayəndəsi olan Aristotelə qədər 
inkişafı öz əksini tapmışdır. Redaktorlar heyəti qədim mütəfəkkirlərin əsərlərindən onların dünyagörüşünü 
daha çox səciyyələndirən fikirlərdən ibarət mətnləri kitaba daxil etməyə çalışmışlar. 
 
Kitab ali məktəb tələbələri, aspirantlar, ümumiyyətlə, fəlsəfə tarixilə maraqlanan geniş oxucu kütləsi üçün 
nəzərdə tutulmuşdur. 
 
 
* * * 
 
 
İçindəkilər 
 
- ANTİK FƏLSƏFƏ HAQQINDA  
 
 
- I fəsil. ƏN QƏDİM ANTİK FƏLSƏFƏ.  
Milet məktəbi: Fales, Anaksimandr, Anaksimen, Heraklit. 
 
 
Pifaqor məktəbi: Pifaqorçular bütövlükdə, Pifaqor, Alkmeon, Filolay.   
 
Eleya məktəbi: Eleatlar bütövlükdə, Ksenofan, Parmenid, Zenon, Empedokl, Anaksaqor  
 
- II fəsil. SOFİSTLƏR. 
Sofistlər bütövlükdə, Protaqor, Gorgiy, Prodik, Frazimah, Hippiy, Antifont. Levkin - Demokrit. Epikur   
 
- III fəsil. PLATON.  
Fedon. Parmenid. Dövlət.  
 
- IV fəsil ARİSTOTEL. 
Metafizika. Kateqoriyalar. İkinci analitika. Fizika. Ruh haqqında. Etika. Siyasət.  
 
 
1


   
- QEYDLƏR VƏ İZAHATLAR.  
 
 
 
 
ANTİK FƏLSƏFƏ HAQQINDA 
 
 
Antik fəlsəfə - eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və 
eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin 
əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun inkişafında vahid və 
özünəməxsus hadisədir. Antik fəlsəfə, qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi olan elmi-
astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların 
əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsində 
təşəkkül tapmışdır. Artıq eramızdan əvvəl VI əsrdə "milet məktəbi" adı ilə tanınan filosofların - Falesin, 
Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin 
əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik. Fales - suyu, Anaksimen - havanı, 
Heraklit - odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab 
etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri - müəyyən bir ünsür olduğunu göstərirdi 
və onu "apeyron" adlandırmışdı. 
 
 
İbtidai animizm ənənələrini davam etdirən ilk filosoflar öz təlimlərində təbiəti antropomorfik (insana 
bənzətmə) və sosiomorfik (cəmiyyətə bənzətmə) nöqteyi-nəzərindən izah etməyə səy göstərirdilər, məsələn, 
bu baxışlara görə təbiətdə hər bir ilk başlanğıca cəmiyyətdə olduğu kimi ali hakimiyyət mənsubdur. Təbii 
şeylərin qarşılıqlı münasibəti, şəhər  əhalisinin üzvləri arasındakı qarşılıqlı münasibətə uyğun olaraq baş 
verdiyi göstərilirdi və bununla bağlı mənəvi kateqoriyalar, çox vaxt isə "ədalət" anlayışı işlədilirdi. Digər 
baxışlara görə təbiətdə hər şey ruha malikdir: Heraklitə görə  psiheyalar (yəni ruhlar) sudan buxarlanırlar, 
Anaksimenin fikrincə isə onlar havadan ibarətdirlər. Canlı və cansız, psixi və fiziki bu dövrdə hələ vahid bir 
şey kimi qavranılırdı. 
 
Bununla belə, qədim təbiət fəlsəfəsində bənzətmə təkcə antropososiomorfik deyildi. Təbiətin anlaşılmayan 
hadisələrini-meteoroloji, astronomik, kosmik və sair-qədim mütəfəkkirlər analogiya yaxud onlara məlum 
təbiət hadisələrilə birbaşa eyniləşdirmə vasitəsilə aydınlaşdırmağa çalışmışlar. Eksperimental tədqiqat 
metodu onlara demək olar ki, bəlli olmadığından (axı istehsal o dövrdə əsasən əl əməyi və çox sadə alətlərin 
tətbiqi üzərində dururdu), qədim mütəfəkkirlər  təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş 
istifadə etmişlər. 
 
Erkən yunan fəlsəfəsinin ən parlaq nümayəndələrindən biri də Heraklitdir. Böyük mütəfəkkir, bütün antik və 
avropa-bizans orta əsr fəlsəfə tarixini keçərək bizim dövrədək gəlib çıxan "loqos" sözünü, özünün loqos 
haqqında təlimilə ilk dəfə daxil etmişdir. "Loqos" termini çoxmənalı olub söz, nitq, ağıl, məntiqə uyğun əsas 
bildirirdi. Bu da təsadüfi deyildi. Qədim yunanların təbiət fəlsəfəsində insan təbiətin ayrılmaz hissəsi 
sayılırdı və buna görə də həm "söz", həm "ağıl" Heraklit üçün təkcə insana subyektiv mənsub olan deyil, 
şeylərin özünün mahiyyətini ifadə edirdi. Heraklitə görə loqos təbiətdə maddənin dövranı haqqında 
təsəvvürləri, daima canlı odu ifadə edir. Sonralar, eramızdan əvvəl IY əsrin sonu və bizim eranın birinci 
əsrlərinə kimi, stoiklər məktəbi mövcud olan zaman, bu anlayış təbiət hadisələrinin qanunauyğunluqlarının 
anlanılmasında əsas rol oynamaqda davam etmişdir. Heraklitin ardınca stoiklər də bu qanunauyğunluqları 
dövri fəaliyyətdə olan kimi təsəvvür etmişlər. Onların qənaətinə görə, hər biri min il davam edən dövr 
hüdudunda oddan yaranmış dünya, onda olan bütün imkanlar tükəndikdən sonra elə od tərəfindən udulur və 
bundan sonra, əvvəlkini eynilə təkrarlayan yeni dünya əmələ gəlir. 
 
Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq 
ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI 
əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə 
Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və 
 
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə