Qədim Yunan pedaqoji fikir və tərbiyə


Sparta sisteminin tərbiyə mərhələləri



Yüklə 23,86 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü23,86 Kb.
#81607
1   2   3   4
pedaqogika tarixi

Sparta sisteminin tərbiyə mərhələləri

Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi.Tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi:

a) 7 yaşdan 14 yaşadək;

b) 14 yaşdan 20 yaşadək;

c) 20 yaşdan 30 yaşadək

Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar.

Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.

Likurq pul sikkəsini hörmətdən salsa da "söz sikkəsi" ilə başqa cür davrandı.O,istəyirdi bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun.Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib,dərin mənalı cavab verməyə alışırdılar.Ona görə də belə yığcam danışan adamların vətəninin adından "lakonik danışıq " anlayışı yaranmışdır.Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdirirdilər.Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşıyır,sərt fiziki və hərbi tərbiyə əsas yer tutur,savad təliminə,təhsilə də kifayət qədər diqqət yetirilmirdi.Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu.Spartada mükəmməl şəxsiyyət dedikdə,fiziki cəhətdən möhkəm döyüş çü nəzərdə tutulurdu.Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi.Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi.




Yüklə 23,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə