Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   2   3   4   5   6   7   8   9   ...   27

11
Toponimlər vasitəsilə biz xalqın, ona məxsus qəbilə, tayfa, yer-yurd,
şəxs və s. kimi adların ətraflı öyrənilməsinə nail ola bilir və bu
adların nəsildən-nəslə ötürülməsinə yardımçı oluruq.
Müəllif haqlı olaraq qeyd edir ki, Xaçmaz rayonu əraziləri
qədim türkdilli xalqların yaşayış məskənlərindən biri olmuşdur.
Müxtəlif dövrlərdəki könüllü və məcburi miqrasiyalar onun etnik
tərkibinin də müxtəlifliyinə təkan vermiş, bu miqrasiyalar nəti -
cəsində rayon ərazilərində bir çox etnonim və antroponim mənşəli
toponimlər yaranmışdır.
Məlumdur ki, tarixi torpaqlarımızın böyük bir hissəsi başqa
dövlətlərin ərazisinə qatılmış, minilliklər ərzində azərbaycanlıların
yaşadıqları  bu  torpaqlara  1828-ci  ildə  Rusiya  ilə  İran  arasında
bağlanmış Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən
ermənilər, daha sonra isə Rusiya ərazilərindən ruslar kütləvi surətdə
köçürülmüşdülər. Belə köçürmələr Xaçmaz rayonu ərazi lə rindən də
yan  keçməmiş,  məskunlaşdıqları  ərazi  topo nim lərində  öz  izini
buraxmışdır. Bir çox yaşayış məntəqələrinin adları dəyişdirilmiş,
yaxud da yeni yaşayış məskənləri salınaraq onlara yad dil tərkibli
toponimik adlar verilmişdir.
Dilimizin leksik sistemi uzun müddət zorla dəyişdirilən bu
adların  təsiri  altında  qalsa  da,  respublikamız  müstəqillik  əldə
etdikdən  sonra  həmin  yaşayış  məntəqələrinin,  demək  olar  ki,
hamısının tarixi adları rayon rəhbərliyinin təşəbbüskarlığı və təkidi
nəticəsində özünə qaytarılmışdır. Bu toponimlərin sistemli şəkildə
tədqiqi  sahəsində  həmyerlimiz,  dilçi  alim  Q.İdrisovun  əməyi
danılmazdır.
Görkəmli alimlərin müsbət rəy verdikləri “Xaçmaz toponim -
ləri”  kitabını  biz  də  yüksək  qiymətləndirir,  müəllif  əməyini  bu
sahədə  atılmış  uğurlu  addım  kimi  dəyərləndirir  və  Qələmşah
müəllimə yeni-yeni yaradıcılıq uğurları diləyirik.
Şəmsəddin Xanbabayev
Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı


SƏNƏTDƏN ELMƏ GEDƏN YOL
Müəllim,  rəssam  və  şair  kimi  tanıdığım  filologiya  elmləri
namizədi Qələmşah Seyidəhməd oğlu İdrisovun bir vaxtlar mənə
hədiyyə etdiyi şeirlər kitabından oxumuşdum:
Mənə könül verən qız
Bilmədin sevgi nədi!
Sən yerdə axtarırsan,
Mənim sevgim göydədi.
Bu nümunəni elə-belə çəkmədim. Çünki sevgisi göydə olan
kəslərin mənəviyyatı bütövlükdə ilahi sevgi ahənginə bürünür.
İstər poetik, istər təsviri, istərsə də elmi yaradıcılığında olsun,
Qələmşah müəllimin əsas sevgi obyekti Vətən, el-oba və insan
mənəviyyatıdır. Haqqında söz açacağım kitab da onun doğulub
boya-başa çatdığı el-obasına böyük məhəbbətin təzahürüdür. 
Mən Qələmşah müəllimlə 10 ildən çoxdur ki, tanışam. Onun
bütün yaradıcılıq şaxələrinə yaxından bələdəm. Onda olan çox -
şaxəli istedad bu tanışlığı daha da möhkəmləndirdi və dostluğa çe-
virdi.  Rəsmdə,  sözün  bədii  ifadəsində,  elmi  araşdırmalarda
Qə ləm şah müəllimin özünəməxsus dəsti-xətti və üslubu var.
Əyalətdə  yaşasa  da  tez-tez  mətbuatda  bir-birindən  maraqlı
elmi-publisistik  yazıları  ilə  çıxış  edir.  Təbiət  gözəlliklərinin,
insanların daxili aləminin, mənəvi dünyasının tərənnümü nəsrlə
nəzmin vəhdəti şəklində Q.İdrisovun yaradıcılığında daha güclü
əks olunur. 
Q.İdrisov 50-dən çox elmi, metodiki, publisistik yazıların müəl -
lifidir. Hazırda nəşrə hazırlanan “Xaçmaz toponimləri” adlı kitabı
müəllifin  sayca  dördüncü  kitabı  olsa  da,  mən  deyərdim  ki,
tədqiqatçılıq baxımından bu, daha yüksək dəyərə malikdir. Xalqın
12


tarixi qədər onun dilinin təşəkkül tarixinin də qədimliyini əsas
meyar  göstərən  müəllif  əsərdə  “xaçmaz” sözünü  türk  mənşəli
qədim xeçmatak//xaçmatak tayfaları ilə bağlayır. Çünki dilimizin
özəyini Azərbaycan torpaqlarındakı türk əsilli soyların dili təşkil
etmiş və onlar zaman-zaman öz etnik tərkibləri ilə bu ərazilərdə
toponimik izlər buraxmışlar.
Ümumi leksikanın tərkibinə daxil olan Xaçmaz toponim lə rin -
dəki bir qisim oykonimlər (Qarğalıq, Qaradağlı, Qırağlı, Qara -
qurdlu  və  s.)  uzun  müddət  ümumişlək  söz  kimi  anlaşılmışdır.
Doğrudur, müəyyən mənbələrdə etnotoponimlər haqqında ensik-
lopedik məlumatlara rast gəlirik. Ancaq onların yaranma yolları,
quruluşunun linqvistik əsasları, mənşə mənzərəsi məhz bu əsərdə
öz əksini tapır.
Xaçmaz toponimlərini təşkil edən toponimik laylar və onların
inkişaf  xüsusiyyətlərinin  açılması,  aydınlaşdırılması  dilçiliyin
vacib məsələlərindən biri kimi əsərdə tədqiqatın əsas məzmununu
təşkil edir. Bu layların qruplaşdırılaraq dil baxımında təhlili alimin
böyük uğuru kimi qiymətləndirilməlidir.
İnanırıq ki, Q.İdrisovun “Xaçmaz toponimləri” kitabı təkcə mü -
tə xəs sislərin deyil, eləcə də geniş oxucu kütləsinin böyük mara -
ğına səbəb olacaqdır.
Sənətdən elmə doğru gedən bu yolda həmkarıma yeni yara dı -
cılıq uğurları arzulayıram.
İsmayıl Kazımov
filologiya elmləri doktoru, professor
13


XAÇMAZIN
A məndən Xaçmazı soruşan bəndə,
Qoy deyim, ucadır başı Xaçmazın.
Neçə tarixləri qoyub arxada
İllər, əsrlərdi yaşı Xaçmazın.
Öpür sahilini aynalı Xəzər,
Kəndi, qəsəbəsi xalıya bənzər
Bəzəksiz-düzəksiz incə bir gözəl,
Ləldi, cəvahirdi daşı Xaçmazın.
Dərbəndə bağlıdır dostluq telləri
Birdir uluları, birdir elləri 
Neçə qəhrəmanı, igid ərləri…
Qələbədir hər yarışı Xaçmazın.
Dirilik suyudur Şollar bulağı,
Nabran heyran qoyar gələn qonağı.
Bülbüllər yurdudur bağçası, bağı,
Sanki, yay kimidir qışı Xaçmazın.
Hər küçə laləzar, hər park gül-çiçək,
Baxdıqca baxmaqdan doymayır ürək
Gəzməyə nə London, nə Paris gərək,
Bir cənnətdir hər qarışı Xaçmazın.
Qələmşah İdrisov
14


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə