Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

zolaq, ləpədöyən” deməkdir. Tədqiqatçılar yalama sözünü mən şəcə
qıpçaq tayfasına mənsub yalama tirəsinin adı ilə də bağla yırlar.
Türkdilli xalqlarda yalama ağac budaqlarına, kiçik uzunsov
daşlara  bağlanan  cürbəcür  rəngli  əski  paralarına  deyirlər.
İ.Şahbazov Yalama toponiminin bu inanclarla əlaqədar yarandığını
göstərməklə,  yalamalıların Azərbaycana  gəlişini  eramızdan
əvvəllərə aid edir. 
Yalama Altay Dağlıq Muxtar Vilayətində bir dialekt olmaqla
eyni  zamanda  həmin  rayonda  Kiçik  Yalama adlı  yaşayış
məntəqəsinin, qayalığın və Böyük Yalama adlı çayın adını bildirir.
Yalama sözü həm də omonim dialektizm olub, Zaqatala, Cəb -
rayıl,  Kürdəmir  bölgələrində  “mala  yaladılan  duz  parçası”,
Daşkəsən şivələrində isə “kiçik yumru daş” (bu daşdan məişət
əşyası kimi istifadə edirlər) mənasında işlənir (4, 240). 
Açma, yalama sinonim  variantları  rus  dilindəki  “отмывка”
təsviri sənət termininin qarşılığı kimi də işlənir (22).
Yalama rayonun  eyniadlı  İƏV-də  kənd  və  dəmir  yolu
stansiyasıdır. Toponim kimi çox qədim dövrlərə aid edilir.
YATAQOBA. Rayonun Uzunoba İƏV-də kənd. Yaşayış mən -
təqəsi  XIX  əsrin  ortalarında  Quba  rayonunun  Qrız  kəndindən
çıxmış ailələrin özlərinə məxsus yataq yerlərində salındığı üçün
belə adlandırılmışdır.
Yataq davar və mal-qaranın saxlanması üçün müxtəlif tikililəri
olan xüsusi yerlərdir. Yataqda maldarlar üçün müvəqqəti yaşayış
mənzilləri olurdu. Bir çox yataqlar tədricən böyüyərək yaşayış
məntəqələrinə  çevrilmişdir.  Bu  oykonim  də  belə  çevrilmənin
nəticəsində yaranmaqla“yataq olan oba” mənasını ifadə edir. 
YENİ HƏYAT. Oykonim əvvəllər Tağıyev və paralel olaraq İn-
qilab da adlandırılırdı. 1965-ci ildən qəsəbəyə rəmzi olaraq Yeni
Həyat adı  verilmişdir.  Sonralar  burada  Axısxa  türkləri
 məs kun laşmışlar.
XIX əsrin əvvəllərində Rusiya Quba xanlığının ərazisini tut-
duqdan sonra bu ərazilərə İrandan gəlmiş ermənilər köçürül müş -
92


dülər. Ötən əsrin ortalarından Azərbaycanda milli burjuaziyanın
yaranması ilə əlaqədar ermənilər bu torpaqları baha qiymətə mi-
lyonçu Hacı Zeynalabdin Tağıyevə satıb ticarət qurmaq məqsədi
ilə ölkənin mərkəzi yerlərinə köçdülər. Sonralar Tağıyev bu tor-
paqlarda böyük üzümçülük təsərrüfatları yaratdı.
Qəsəbə eyniadlı İƏV-də yerləşir.
YENİ SUDUR
. Rayonun  Pirquluoba  İƏV-də  kənd. Yaşayış
məntəqəsi Qusar rayonundakı Sudur kəndindən fərqləndirilmək
üçün belə adlandırılmışdır. 
Azərbaycan dilinin dialektlərində sudur coğrafi termini suluq
sözünün ekvivalenti kimi işlənir və “sulu yer, gölqalın meşə” mə -
na larını bildirir. Şəki rayonu ərazisində, Baş Qafqaz silsiləsindəki
aşırım da Sudur adlanır.
YERGÜC. Rayonun eyniadlı İƏV-də kənd. Bu kənd keçmişdə
Quba rayonunun dağlıq zonasında yerləşirdi. XIX əsrin sonlarında
əhali indiki yerə köçmüş və qədim adı da özləri ilə gətirmişlər. 
Yerli əhalinin məlumatına görə oykonim “güclü yer”, “münbit
torpaq” mənasındadır. Tədqiqatçılar isə oykonimin birinci kom-
ponentini qrızlıların ümumi adı her etnonimi ilə əlaqələndirir və
yer sözünü həmin etnonimin fonetik şəkli hesab edirlər. Oykon-
imin  ikinci  komponenti  isə  qədim  türk  dillərindəki  kuç/quc
sözündən olub, “zolaq, qurşaq, dairə, əhatə” mənasını ifadə edir.
Ümumilikdə,  bu  sözün  ilkin  mənası  “herkuç”  olub,  “hərlərin
dairəsi, hərlərin yaşadığı yer” mənasını ifadə edir.
ZUXULOBA
. Kənd rayonun Yalama İƏV-də yerləşir. Yaşayış
məntəqəsini  Qusar  rayonunun  Zuxul  kəndindən  köçüb  gəlmiş
ailələr kəndin keçmiş qışlaq yerində salmışlar. Oykonim zuxul 
oba komponentlərindən ibarət olub, “Zuxul kəndin obasızuxul-
lulara məxsus oba” mənasındadır.
Mənbələrdə zuxul\suxul sözünün qədim türk dillərindəki “sul-
kal” sözündən olub, “bələdçi” mənasını bildirməsi qeyd olunur.
93


NƏTİCƏ
Xaçmaz oykonimlərinin etnolinqvistik və struktur baxımdan
araşdırılması bir sıra elmi nəticələri qeyd etməyə imkan verir:
1.  Xaçmaz  oykonimlərinin  yarısından  çoxunda  toponimik
vahidlərin  bir  çox  topoformantları,  demək  olar  ki,  ümumtürk
səciyyəlidir. Belə ki, Azərbaycanın bütün zonalarında türk mənşəli
paralel toponimlərin mövcudluğu onu göstərir ki, türkdilli etnoslar
bu ərazilərin ən qədim yerli sakinləridirlər. 
2.  Oykonimlərin  bir  qismi,  xüsusən  etnotoponimlər  areal
xarakterə malikdir. Belə ki, areallıq eyni türkdilli qəbilə və tayfaya
mənsub əhalinin yaşadığı ərazidə mövcudluğu ilə bərabər hər bir
türkdilli xalqların yaşadığı ərazilərdə də mövcuddur (Padar, İlxıçı,
Qaradağlı və s.).
3. Xaçmaz oykonimlərində leksik, semantik, morfoloji və sin-
taktik sözyaratma üsulları əsas yer tutur.
4.  Ərazidə  sintaktik  yolla  yaranan  oykonimlər  geniş  yayıl -
mışdır. Komponentin birinci tərəfi xüsusi, ikinci tərəfi isə ümumi
isimlərdən ibarət olan oykonimlər çoxluq təşkil edir. Bu, ən çox
ikinci  tərəf  coğrafi  nomenklatur  olan  “oba”  komponenti  ilə
bağlıdır. 
5. “Oba”, “qışlaq”, “yurd” komponentli yaşayış məskənləri
Xaç  maz  rayonu  ərazisində  XIX  əsrin  ortalarından  yaranmağa
başlamışdır.  Bu  qisim  oykonimlər  Quba  rayonunun  dağlıq
 ərazilərində yaşayan əhalinin (etnik qrupların – cek, əlik, buduq,
hapıt və s.) oba, qışlaq, yurd yerləri olmuş və getdikcə yaşayış
məntəqəsinə  çevrilmişdir  (Manafoba,  Şərifoba,  Hacıisaoba,
Ağaşirinoba və s.).
6. Bəzi oykonimlər semantik inkişaf nəticəsində ümumişlək
sözlər anlayışını ifadə edir (Qarğalıq, Qalağan, İlxıçı və s.).
94


7. Az bir qisim oykonimlər addəyişmə nəticəsində rus dilinə
məx sus leksik vahidlərdən morfoloji yolla yaranmışdır. Müs tə -
qillik illərində belə oykonimlərin əvvəlki adları qaytarılmış, yaxud
da Azərbaycan dili normalarına uyğun yeni adla adlandırılmışdır
(Alekseyevka oykonimi istisna olmaqla, bunlara Borispol, Rod-
nikovka, Pavlovka, Aleksandrovka və s. aiddir).
8.  Oykonim  tərkibində  sabitləşən  bir  sıra  coğrafi  nomenlər
(oba, binə, qazma və s.) ilkin mərhələdə, yəni toponimik status qa -
za nana qədər lüğəvi mənalarda məntəqə tipini müəyyənləşdirməyə
xidmət  etmişdir.  Sonrakı  inkişaf  mərhələsində  isə  mürəkkəb
oykonimlərin topoformantına çevrilmişdir və s. 
Beləliklə,  deyə  bilərik  ki,  xalqımızın  qədim  salnaməsinin
səhifələrindən biri olan oykonimlərin elmi səviyyədə araşdırıl -
masının ən başlıca əhəmiyyəti onlarda təşəkkül tapmış tariximiz,
dilimizin formalaşmasında və inkişafında iştirak etmiş kompo -
nentlər, ulu babalarımızın keçdiyi yol, bir sıra başqa tayfa və etnik
qrupla, eləcə də, onların məşğuliyyəti, ərazinin coğrafi landşaftı,
miqrasiyalar  və  s.  haqqında  dolğun  və  aydın  məlumatlar  əldə
edilməsindən ibarətdir. 
A.A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Əgər
ölkənin qəbilələri, kəndlərin binaları və qədim hasarı geniş bir
surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün
olacaqdır” (9, 29).
95


XRONOLOJİ QEYDLƏR
I. Qəzet məqalələri
1.  Vicdanlı  əməyimizlə.  “Azərbaycan  müəllimi”, №47. 
12 iyun 1992.
2. Təsviri sənət ustaları. “Dostluq”, №58. 7 noyabr 1992.
3. Dizayn sənəti və müasirlik. “Dostuq”, 18 aprel 1992.
4. Estetik tərbiyə. “Dostluq”, №33. 16 may 1992.
5. İki şəhid məzarı. “Dostluq”, №48. 29 avqust 1992.
6. Təbiət aşiqi. “Dostluq”, 16 dekabr 1994.
7.  Təbiət  aşiqi  (S.Bəhlulzadə-85,  yeni  variant).  “Quba”, 
23 dekabr 1994.
8. Qoşa döyünən ürəklər. “Quba”, №19. 20 may 1995.
9.  Kadrlar  öz  yerlərini  tuturlar. “Azərbaycan  müəllimi”,
№31. 23 aprel 1998.
10. Doğma yerlərin şirin xatirələri. “Samur”, iyun 1998.
11. Mənəvi tərbiyə və din. “Azərbaycan müəllimi”,  №15. 
24 fevral 1998. 
12.  Təsviri  sənət  dərslərinə  diqqət  artırılmalıdır.
“Azərbaycan müəllimi”, №65. 29 fevral 1998.
13. Səttarlı günlərin simfoniyası. “Samur”, №6. 25 mart 1999.
14. “Rezonans”ın qalibi əməllicə rəssammış. “Rezonans”,
№18. 10-12 mart 1999.
15. Quba hamamında “Rüstəmin divlə mübarizəsi”, “Re-
zonans”, №36. 12-14 mart 1999.
16.  “Rezonans”  məni  özümə  tanıtdı.  “Rezonans”,  №  40. 
26 may – 1 iyul 1999.
17. Bazarda imtahan. “Azərbaycan müəllimi”, iyun 1999.
18.  Birgecəlik  qonağım  (professor  Q.Kazımov  haqqında).
“Azərbaycan müəllimi”, №8. 20-26 fevral 2004.
19. “Qırağlı” toponimi haqqında. “Xaçmaz”, №7–8. 27 aprel
2004.
96


97
20. Əsrlərin şahidi (Gülüstan Hacıqayıblı ilə birlikdə). “Xaç-
maz”, №9–10. 14 may 2004.
21.  Şeirləşən  görüşlər  (professor  Q.Kazımov  haqqında).
“Xudafərin”, №8-9. 30 sentyabr 2004.
22. Kövrək qəlbin göynərtiləri. “Kredo”, №15–16 (291–292).
19 fevral 2005. 
23. Şeirlər. “Kredo”, №7–8 (283–284). 29 yanvar 2005.
24. Bir yaz günü yazılan ömrün səhifələri (prof. Q.Kazımov
haqqında). ”Kredo”, №17–18 (293–294). 26 fevral 2005.
25. “Özümlə söhbət” haqqında bir neçə söz. “Kredo”,  №
64, 13 avqust 2005.
26. Şeirlər. “Kredo”, №65 (341). 20 avqust 2005.
27. Əsrə bərabər gün. “Kredo”, №9 (370). 4 mart 2006.
28.  Qırağlılar  və  Qırağlı  toponimi.  “Kredo”,  №32  (393). 
29 iyul 2006.
29. Azərbaycan dilində təsviri sənət terminləri; mənşəyi və
dövrləşməsi. “Azərbaycan müəllimi”, №24. 15 iyun 2006.
30. İstiqlal tarixində hər birimizin payı var. “Xaçmaz”,  №16
(6086). 14 noyabr 2009.
31. Dağlar salam deyir sizə. “Kredo”, №9. (579). 27 fevral 2010. 
32. 75 yaşlı “cavan”. “Kredo”, №9 (579). 27 fevral 2010. 
33. Xaçmaz-mənəvi tərbiyə məktəbi. “Xaçmaz”, №8 (6096).
12 may 2011. 
34. Qanlı qovaq. “Kredo”, №21 (591). 15 may 2010. 
35. “Vətən mənə oğul desə...”. “Kredo”, №21 (591). 15 may 2010. 
36. Rəsul Rza dühası təsviri sənətdə. “Kredo”, №37 (607).
18 sentyabr 2010.
37. Gözüm dağlarda qaldı. “Kredo”, №37 (607). 18 sentyabr
2010.
38. Xınalıqda bir gün. “Kredo”, №15 (635). 23 aprel 2011. 
39. Söz müəllif ünvanıdır. “Kredo”, №16 (636). 30 aprel 2011.
40. Həqiqi müəllim ömrü. “Kredo”, №18 (638). 14 may 2011. 


II. Elmi əsərlər
41. Azərbaycan dilində təsviri sənət terminlərinin təşəkkül
tarixinə  dair. “Elmi  axtarışlar”,  VIII  toplu  (filologiya
məsələlərinin xüsusi buraxılışı). “Nurlan”, 2002, səh.122–125.
42.  Qobustan  toplusunda  təsviri  sənət  terminləri.
“Tədqiqlər–2”, “Elm”, 2003, səh.79–81.
43. Azərbaycan dilində incəsənət terminləri (“Tədqiqlər–3”),
“Elm”, 2003, səh. 178–182.
44. Azərbaycan dilində təsviri sənət terminlərinin quruluşu.
“Elmi  axtarışlar”,  IX  toplu  (filologiya  məsələlərinin  xüsusi
buraxılışı). “Nurlan”, 2003, səh. 127–130. 
45. Qədim memarlıq terminləri. “Terminologiya məsələləri”,
“Elm”, 2003, səh. 102–105.
46.  Azərbaycan  dilində  ərəb-fars  mənşəli  təsviri  sənət
terminləri. “Elmi axtarışlar”, XIII toplu, “Səda”, 2005, səh. 119–123.
47.  Təsviri  sənət  terminlərinin  yaranma  mənbələri
haqqında. “Tədqiqlər–1”, “Elm”, 2005, səh. 119–127.
48.  Azərbaycan  dilində  semantik  inkişaf  nəticəsində
yaranan  təsviri  sənət  terminləri. “Filologiya  məsələləri”,
“Nurlan”, 2007, səh. 29–35.
49. Azərbaycan dilində türk mənşəli təsviri sənət terminləri.
“Onomastika” (Elmi-onomastik jurnal). ADPU-nun nəşri, №1–2,
2008, səh. 207–211. 
IIIKitablar
1. Ürəyimi açıram. “Nurlan”, 2006, 156 səh.
2. Qırağlı toponimi və qırağlılar. “Nurlan”, 2008, 112 səh.
3. Azərbaycan dilində təsviri sənət terminləri. “Müəllim”,
2010, 220 səh.
4.  Xaçmaz  toponimləri.  “Şərq-Qərb”  Nəşriyyat  evi,  2011,
138 səh.
98


Müəllifin həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri
haqqında yazılanlar
1.  İ.Abdullayev.  Uğur  olsun  Sevinc!  (pedaqoji  ustalığı
xatırlanıb), “Dünyanın səsi” qəzeti, avqust, 1999, №15,16.
2.  Y.Əliyev.  Gələcəyin  böyük  rəssamı  olacağına  ümid
bəslənilən məktəbli qız (şəkil və pedaqoji ustalığı haqqında),
“Azərbaycan müəllimi” qəzeti, 17–24 noyabr 1999, №46.
3. N.Məmmədbəyov. Estetik tərbiyə üzrə respublika simpoz-
iumu, “Azərbaycan müəllimi” qəzeti, 7–13 iyun 2002, №23.
4. İ.Kazımov. Cəbrayıllı dilçi alimlər. “Xudafərin” qəzeti, 
22 iyul 2004, № 6–7.
5. Əli Rza Xələfli. İşığın mənbəyi. “Kredo” qəzeti, 8 iyul 2006.
6. Ayişə Məmmədxanova. “Ürəyimi açıram”. Yeni kitablar.
“Xaçmaz” qəzeti, 13 may 2006, №4.
7. Gülxar Rəhimli. “Qırağlı toponimi və qırağlılılar”. Yeni
kitablar. “Xaçmaz” qəzeti, 28 avqust 2008, №11.
8. Şakir Albalıyev. Yurddaşlıq harayları. “Kredo” qəzeti, 3–
10 oktyabr 2009, №37-38.
9. Zakir Eloğlu. “Ürəyimi açıram”. “Tərəqqi” qəzeti, fevral
2009, №2.
10.  Şıxəmməd  Seyidməmmədov.  Layiqli  monoqrafiya.
(“Azərbaycan dilində təsviri sənət terminləri” kitabı haqqında).
“Tərəqqi” qəzeti, may 2010, № 5.
11. Təbrik  edirik!  (“Qızıl  Qələm”  Mükafatı  almaq
münasibətilə). “İnkişaf və tərəqqi” qəzeti, 14–21 fevral 2011, №1.
12. Güləddin Həmzəyev. “Qırağlı toponimi və qırağlılar”.
Yeni kitablar. “Tərəqqi” qəzeti, aprel 2011, №5–6.
13. Şıxəmməd  Seyidməmmədov.  Təbrik  edirik! (“Qızıl
Qələm” Mükafatı almaq münasibətilə). “Tərəqqi” qəzeti, aprel
2011, №5–6.
99


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Abdullayev B. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985.
2. Adilov M.İ. Mürəkkəb adlar haqqında. Azərbaycan ano mastikası
problemləri; II c., Bakı, 1988.
3. ADİL (Azərbaycan dilinin izahlı lüğəti) 4 cilddə. III cild, Bakı,
2006.
4. ADDL (Azərbaycan dilinin dialektoloji lüğəti). Bakı, 1964.
5. Aslanov V.İ. Onomastik vahidlərin dilin qədim leksik laylarını
öyrənməkdə yeri. Azərbaycan onomastikası problemləri; III c., Bakı,
1990.
6. Azərbaycan tarixi. 7 cilddə; I cild. Bakı, 2006.
7. Azərbaycan tarixi (Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə). Ali
məktəblər üçün dərslik. Bakı, 1994.
8. Azərbaycan  toponimləri  (Ensiklopedik  lüğət);  II  cilddə.  Bakı,
2007.
9. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, 1951.
10. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, 1994.
11. Buduqlu V. (Piriyev) Buduq və buduqlular. Bakı, 1994.
12. Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı,
1993.
13. Əliyeva R. Azərbaycan toponimləri (XVIII–XIX) əsrlər rus və
Avropa səyyahlarının əsərlərində qeydə alınmış Azərbaycan toponim -
lərinin tarixi-linqvistik təhlili). Bakı, 2002.
14. Əliyev V. Azərbaycan toponimiyası. Bakı, 1999.
15. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, 1991.
16. Əhmədov T. El-obamızın adları. Bakı, 1984. 
17. Əjdər Fərzəli. Xaç – od nişanıdır. “Elm və həyat” jurnalı. 1987,
№6.
18. Əjdər Fərzəli. Dədə-Qorqud yurdu. Bakı, 1989.
19. Əsgərov N. Azərbaycan hidronimləri. Bakı, 2002.
20. Xalıqov F. Azərbaycan onomalogiyası. Bakı, 2009.
21.  Xalıqov  F.  Regional  toponimika.  Azərbaycan  onomastikası
problemləri; VII c., Bakı, 1999.
100


22. İdrisov Q.S. Azərbaycan dilində təsviri sənət terminləri. Bakı,
2010.
23. İdrisov Q.S. Qırağlı toponimi və qırağlılılar. Bakı, 2008.
24. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000.
25. Kazımov Q.Ş. Dil, tarix, poeziya. Bakı, 2005.
26. Kazımov İ.B. Müasir türk dillərinin müqayisəli leksikası. II cild,
Bakı, 2010.
27. Kazımov Ç.B. Cəbrayıl toponimləri. Bakı, 1994.
28.  Kazımov  Cahid.  Mahmud  Kaşqarinin  “Divanı”ndakı
toponimlərin Azərbaycan ərazisindəki izləri. Onomastika, 1–2. Bakı,
2008.
29. Qurbanov A. Azərbaycan onomastikası. Bakı, 1986.
30. Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, 1988.
31. Qeybullayev Q. Bəzi coğrafi adların mənşəyi. “Elm və həyat”
jurnalı; №2, 1980.
32.  Mehrəliyev  E.  Xalq  coğrafi  terminlərinin  izahlı  lüğəti.  Bakı,
1987.
33. Məmmədov N. Azərbaycan yer adları (oronimiya). Bakı, 1993.
34. Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı,
1990.
35. Məlikməmmədov M. Qanlı dərə (1918-ci il Quba faciəsi). Bakı,
2009.
36. Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, 2005.
37. Nəbiyev N. Coğrafi adlar. Bakı, 1982.
38.  Nərimanoğlu  F. Azərbaycanın  Şimal  qapısı  –  Xaçmaz.  Bakı,
2006.
39. Nuriyev E.B. Azərbaycan toponimiyasında bitki və heyvan adları.
Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları.
Bakı, 1987.
40. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı,
1989.
41. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı,
1983.
42. Seyidov F., Əsgərov İ. Xaçmaz haqqında nə bilirik? “Dostluq”
qəzeti; №5. 11.01.1990.
43. Şahin Fazil (Fərzəlibəyli). Quba tarixi. Bakı, 2001.
44. Şahbazov İ. Baraxum. “Dostluq” qəzeti; №69. 19.06.1990.
101


45. Şahbazov İ. Çarxı. “Dostluq” qəzeti; №73. 28.06.1990.
46. Şahbazov İ. Qaraçaycek. “Dostluq” qəzeti; №11. 06.02.1991.
47. Şahbazov İ. Hacıəlibəy. “Dostluq” qəzeti; №143. 25.12.1990.
48. Tahirzadə Ə. Kəsrəviçilik. Kökü, özəyi, ardıcılları, dirilməsi.
Azərbaycan filologiya məsələləri; III buraxılış. Bakı, 1991.
49.  Yusifov  Y.  Toponimiya  tarixi  mənbə  kimi.  Azərbaycan
toponimiyasının öyrənilməsinə dair elmi-praktik konfransın materialları.
Bakı, 1973.
50. Yüzbaşov R., Əliyeva K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları.
Bakı, 1972.
51. Vəlili (Baharlı) M. Azərbaycan. Coğrafi-təbii etnoqrafik və iqti-
sadi mülahizat. (1921-ci il nəşri üzrə əski əlifbadan çevirmə). Bakı,
1993. 
Rus dilində
52. Васкаков Н.А. Каракалпакский язык. Част 2. Москва, 1952.
53. Радлов В.В. Опыт словаря тюркских наречий. Том 1, част 2.
Санкт-Петербург, 1893.
54. Гейбуллаев Г.А. Этногeнeз азербайджанцев. Баку, 1991.
55. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку,1986.
56. Гулиева Л.Г. Русская топонимия Азербайджана. Баку, 1984.
57. Никонов В.А. Краткий топонимический словарь. Москва,
1966.
58.  Савина  И.В.  Этнонимы  в  топонимии  Ирана.  Ономас тика
Востока. Москва, 1980.
59. Плетнева С.А. Хазары. Москва, 1976.
60. Иванов П. Этнографическое описание туркменской кибитки.
Туркменоведение. 1930, № 8–9. 
102


MÜNDƏRİCAT
Ön söz  ...................................................................................... 10 
Sənətdən elmə gedən yol  ......................................................... 12
Xaçmazım ..................................................................................14
Xaçmaz. Ensiklopedik məlumat  .............................................. 20 
Xaçmazın etimologiyası haqqında mülahizələr ....................... 21 
Xaçmaz oykonimlərinin öyrənilməsinə dair .............................30 
Oykonimlərin yaranmasının linqvistik əsasları  ....................... 34 
Oykonimlərin etimoloji xülasəsi .............................................. 49 
Nəticə  ....................................................................................... 94 
Xronoloji qeydlər ..................................................................... 96
İstifadə olunmuş ədəbiyyat  .................................................... 100
103


“Şərq-Qərb” Nəşriyyat evində çapa hazırlanmışdır
Buraxılışa məsul:
Rasim Müzəffərli
Texniki redaktor:
Rövşən Ağayev
Kompyuter səhifələnməsi:
Alyona Duxanina
Üz qabığının dizaynı:
Elşən Qurbanov
Korrektor:
Fəridə Səmədova
Operator:
Məharət İdrisov
Çapa imzalanmışdır 25.07.2011.
Formatı 60×90 
1
/
16
. Fiziki çap vərəqi 6,5 + 16 səh. illüst. 
Sifariş N168. Tirajı 500. 
“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.:   (+99412) 370 68 03; 374 83 43
Faks: (+99412) 370 68 03; 370 18 49
www.eastwest.az

Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə