Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   2   3   4   5   6   7   8   9   ...   27

XAÇMAZIN ETİMOLOGİYASI HAQQINDA 
MÜLAHİZƏLƏR
Azərbaycan  ərazisində  “xaç”  komponentli  aşağıdakı  topo -
 nimlər  qeydə  alınmışdır:  Xaçal  Kəkər oronimi  (Balakən  ra -
yonunda dağ. Oronimlərə dağ, təpə, dərə, düz, aşırım, bir sözlə,
coğrafi relyef quruluşlu adları bildirən onomastik vahidlər da -
xildir), Xaçbulaq hidronimi (Daşkəsən rayonunda çay. Hidronim
su obyektlərinin adlarını bildirən toponimik vahiddir), Xaçbulaq
oykonimi (Daşkəsən rayonunda kənd. Oykonim kənd, qəsəbə,
şəhər, bir sözlə, yaşayış məskənlərinin adlarını bildirən toponimik
vahiddir), Xaçın hidronimi (Kür çayının bir qolu), Xaçınabad
oykonimi (Beyləqan rayonu ərazisində kənd), Xaçınçay hidronimi
(Ağdam rayonu ərazisində su anbarı), Xaçındərbətli oykonimi
(Ağdam rayonunda kənd), Xaçıntak hidronimi (Xocalı rayonunda
çay), Xaçısər oronimi (Şəmkir rayonunda dağ), Xaçmazqışlaq
oykonimi (Oğuz rayonunda kənd), Xaçmaz oronimi (Xocavənd
ərazisində dağ) və bir neçə Xaçmaz oykonimi. Bunlardan üçü
Oğuz və Cəlilabad rayonları eyniadlı inzibati ərazi vahidində və
Şuşa yaxınlığında kənd, digəri isə Xaçmaz rayonunun mərkəzi
şəhəridir.
Göründüyü kimi, Azərbaycanda Xaçmaz həm makro, həm də
mikro onomastik vahidlər kimi mövcuddur. Bu, təkcə oykonim
kimi yox, həm də oronim və hidronimlərdə öz yaşarlığı ilə diqqəti
cəlb edir.
Xaçmaz haqqında tədqiqatçıların müxtəlif fikirləri var. Bizi də
məhz “xaçmaz” sözünün mənşəyi, onun etimologiyası maraqlan -
dırır. Bu məqsədlə sözün mənşəyi və onun necə meydana gəlməsi
haqqında xeyli araşdırmalar apardıq. Bir çox müəlliflərin Xaçmaz
haqqındakı yazılarını izlədik.
Əvvəlcə “xaçmaz” sözünün komponentlərinə diqqət yetirək:
İlk baxışdan sadə görünən bu söz xaç və maz tərkiblərindən ibarət
21


olmaqla bir çox tədqiqatçıların əsərlərində öz linqvistik həllini
tapmışdır.  Zənnimcə,  bunların  bir  neçəsinə  nəzər  yetirsək,
məsələnin mahiyyətinə aydınlıq gətirmiş olarıq.
Qorqudşünas alim Əcdər Fərzəli “xaç” sözünün xristianlıqla
heç bir əlaqəsi olmadığı qənaətindədir. Müəllif “Xaç – od ni şa -
nıdır” adlı məqaləsində qeyd edir ki, “xaç” sözü və “xaç” özü
Azərbaycanda xristianlığın yayılmağa başladığı vaxtdan da qabaq
mövcud olmuşdur (18). 
Əməkdar elm xadimi, professor Mirəli Seyidov “xaç” sözü
haqqında  maraqlı  məlumat  verir:  “Biz  təbii  bir  hadisəni  yada
salmaq istəyirik. Günəş şüası – yaruqu gözdə, suda, şüşədə, ay-
nada xaç-artar (artar V.V.Radlovun lüğətində Günəş şüası kimi
göstərilir – Q.İ.) kimi əks olunur. Əski oğuzlar və bir çox  türkdilli
qəbilə birləşmələri bu təbii hadisəni müşahidə etmiş, onu özlərinin
Günəş, sonralar təktanrılıq, sonsuzluq inamları ilə bağlamışlar.
Deməli, artar-xaç xristianlıqdan qabaq mifik təfəkkürdə olmuşdur
və Günəşin, odun bəlgəsidir.”
Müəllif  daha  sonra  yazır:  “Artarın  –  xaçın mü qəd dəs -
ləşməsində başqa bir səbəb də var. Əski insan iki ağacı bir-birinə
artar şəklində sürtərək od alırmış. Beləliklə də, artar-xaç odun
bəlgəsinə çevrilmişdir. Əski insan odu müqəddəs saydığından onu
yaradan artarı, ağacı, xaçı da müqəddəsləşdirmişdir. Xaç fələyin
çərxi anlayışı, yaşarılıq, əbədilik anlayışları ilə birləşdikdən sonra
artarın  hər  ucuna  çərxi-dövranın  hərəkətinin  istiqamətini
birləşdirmək  üçün  xətt  artırmaqla  ona  yaşarılıq  sifəti  də
verilmişdir” (40, 424–425).
“Azərbaycanın Şimal qapısı – Xaçmaz” kitabının müəllifi pro-
fessor Fəxrəddin Nərimanoğlu Xaçmazın 1200 illik tarixə malik
olduğunu  yazır.  O,  “xaçmaz” sözünün  etimologiyasına  başqa
mövqedən yanaşır: “Məlumdur ki, Şimali Azərbaycanda tarixən
mövcud olmuş Albaniya feodal dövlətində xristianlıq dövlət dini
olmuşdur.  Xəzərsahili  torpaqlarda  isə  indiki  Xaçmaz  rayonu
ərazisində yaşayan tayfalar, demək olar ki, bu dini qəbul etməmiş,
kökü  ta  qədimlərə  gedib  çıxan  Atəşpərəstlik  dininə  meyilli
22


olmuşlar. Bunu nəzərə almayan bəzi yazarlar səhv olaraq “Xaç-
matak” toponimini “xaçpərəst xalq” kimi mənalandırırlar. Hal-
buki qədim türk dilində “maz” inkar şəkilçisi kimi işlənmişdir.
Məsələn: qorxmaz, tükənməz, etməz, eşitməz və s. Bu tutarlı dəlili
nəzərə alsaq, “Xaçmaz” terminini “xaç sındıran”, xaçı qəbul
etməyən” kimi mənalandırmaq daha düzgün olardı” (38, 18). 
Zənnimcə, müəllifin “xaçmaz” sözünün “xaç sındıran”, “xaçı
qəbul  etməyən”  kimi  mənalandırması  düzgün  olmazdı.  Çünki
Azərbaycan ərazisində 10-dan çox “xaç” komponentli oykonim,
oronim və hidronim mövcuddur. Həm də buradakı “xaç” tərkibinin
xristianlıqla heç bir əlaqəsi yoxdur.       
Göründüyü kimi, tədqiqatçıların “xaç” sözü haqqında apar dıq -
ları təhlillərdən aydın olur ki, bu sözün xristianlıqdan çox əvvəllər
təfəkkürdə olması və odla bağlılığı fikri daha inandırıcıdır.
Bir çox mənbələrdə də “xaç” (dörd guşəli, dörd gözlü, dörd
yanlı və s. mənalarda) sözünün türk mənşəli söz kimi Azərbaycan
toponimiyasında geniş şəkildə işləndiyi qeyd olunur. 
Bu məsələnin birinci tərəfidir. İndi isə “xaçmaz” sözündəki
“maz” tərkibinin  araşdırılmasındakı  bəzi  məqamlara  diqqət
yetirmək istərdik.
“Maz” topoformantının müxtəlif variantları (maz//mas//moz)
Azərbaycan və İran toponimiyasında geniş yayılmışdır: Mazan-
daran, Masallı, Mazımçay, Mazam, Xaçmaz və s.
“Avesta”nın  sözlüyünü  işləmiş  Mobid  Firuz  Azərkəşsbin
fikrincə, zərdüştlülərin tanrılarından olan Məzdanın adı “məz”dən
yaranmışdır.  Kökcə  türk  dillərindən  alınan  məz,  məs  –  böyük
deməkdir (47, 70).
“Ümumi türk tarixinə giriş” kitabında da “massaget ” sözü
böyük ket” kimi izah olunur.
Buna əsaslanan toponimçi alim R.Əliyeva Abşeron yarı ma da -
sı nın  şor  göllərindən  biri  olan  Masazırı  da  “Böyükşor”  kimi
mənalandırmağı məqbul sayır (13, 86).
Tarixçi-alim İmammirzə Şahbazov “xaçmaz” sözünü qədim
türkdilli xeçmatak//xaçmatak tayfaları ilə bağlayaraq tərkibindəki
23


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə