Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   2   3   4   5   6   7   8   9   ...   27

“maz”  (maso) komponentinin  “balıqyeyən” (Qədim Avestaya
görə) mənasında olduğu qənaətindədir. Daha sonra o, “Dostluq”
qəzetində Xaçmaz haqqında dərc etdirdiyi məqalədə qeyd edir ki,
massagetlər su hövzələrində, su sahillərində yaşayıb balıq ovu ilə
məşğul olmuşlar. Deməli, massaget anlayışını mas və ket kimi
başa düşsək, onda Xaçmaz toponimindəki mas//maz hissəsi üçün
Qədim Avestadakı “maso” sözünü əsas götürmək olar. O, belə
qənaətə gəlmişdir ki, “xaçmaz” sözü qədim Masqut dövlətindəki
xeçmatak//xaçmataq adlı  tayfanın  (əyalətin)  etimologiyası  ilə
əlaqədar yaranmış və həmin tayfalar su hövzələrində (Samurun
yuxarı hissəsində) yaşamışlar.
VII əsr coğrafiyasında da qədim xeçmatak//xaçmataq tayfala -
rının Samur çayı boyunca yerləşməsi göstərilir. 
Tədqiqatçı müəllimlər Fazil Seyidov və İbrahim Əsgərov da
“Dostluq” qəzetinin (№ 5) yanvar 1990-cı il buraxılışında müxtəlif
mənbələrə  istinad  edərək  Xaçmaz  haqqında  nə  bilirik?” adlı
məqalədə yazırlar ki, “xaçmaz” sözü “heçmatik” etnonimi əsasın -
da yaranmışdır. V əsr tarixçisi Favstos Buzanskinin qeydlərinə
əsaslanan  müəlliflər  heçmatakların Samur  və  Vəlvələ  çayları
arasındakı ərazilərdə yaşadıqlarını yazırlar. Müəlliflərə görə Xaç-
maz yaşayış yeri kimi Qudyalçayın sahilində XV əsrdən də əvvəl
mövcud olmuşdur. Məqalədə göstərilir: “Ehtimal etmək olar ki,
yaxınlıqda yerləşən orta əsr Niyazabad şəhəri XIII əsrdə monqol-
lar, bir az sonra isə şimaldan basqın edən köçərilər tərəfindən
darmadağın edildikdən və elmi ədəbiyyatda Dəyirmantəpə kimi
qeyd olunan yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra
əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır. Bu
da öz növbəsində bu yaşayış yerinin inkişafına, ərazisinin bö yümə -
sinə və nəticədə XV əsrdə yaşayış yerinin şəhərə çevrilməsinə
səbəb olmuşdur» (42). 
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə Xaçmaz
şəhəri adının hazırkı Köhnə Xaçmaz kəndinin adı ilə bağlı olduğu
göstərilir. Şəhərin dəmiryol stansiyası ətrafında genişlənməsi ilə
əlaqədar yaşayış məskəni böyümüş və Xaçmaz adlandırılmışdır.
24


Hazırda şəhərə birləşdirilmiş Xaçmaz kəndinin əhalisi vaxtilə tat
dilində danışan xristianlar olmuşdur. Bu əhalinin qədim xaçmatak
(xaçpərəst xalq) tayfasından olması ehtimal edilir (8, 234).
Bəzi  müəlliflər  xaçmatak (xaçpərəst  xalq)  tayfasının  adını
çəkməyə ehtiyat edirlər. Amma bu ehtiyatlı yanaşmadan istifadə
edərək bəzi müasir xaçpərəst müəlliflər “xaçmaz” sözünü öz milli
mənafelərinə uyğun istiqamətə yönəldirlər. 
Məlumdur ki, islamiyyətə qədər türklər dini etiqadlarına görə
xaçpərəst, atəşpərəst, bütpərəst olmuş, bir-birindən fərqli inanc -
larla müxtəlif ayinlər icra etmişlər. Bu, təxminən eramızın VII
əsrinə qədərki dövrü əhatə etmişdir. Buna görə də, “Azər baycan
toponimlərinin ensiklopedik lüğəti”ndə Xaçmaz kəndinin (Köhnə
Xaçmaz – Q.İ.) əhalisinin vaxtilə tat dilində danışan xristianlar
olması kimi göstərilməsi heç bir şübhə doğura bilməz.
F.Xalıqov müxtəlif mənbələrə əsaslanaraq yazır ki, tat türk
sözüdür.  Türk  dilində  göstərilən  leksik  vahid  “zəli”,  “zəlil”,
“yabançı” mənalarındadır. Bu leksik vahid əvvəllər İran dillərində
işlənsə  də,  sonralar  türkdilli  xalqlar  onu  iranlıların  özlərinə
qaytarıb,  onları,  yəni  irandilli  xalqları  tat (tacik)  adı  altında
birləşdirmişdir (20, 110).
N.Nəbiyev tatların IV əsrdə Sasanilər dövründə Azərbaycan
ərazilərinə köçmələrini yazır (37, 193).
Q.Qeybullayevə  görə  tatlar  xristianlığın  hökm  sürdüyü
dövrlərdə  Albaniyaya  köçmüşlər.  Bu  dövr  bizim  eramızın  I
əsrindən VI əsrə qədərki dövrü əhatə edir. Ona görə də onların bir
hissəsi xristianlığı qəbul etmiş, böyük bir hissəsi isə atəşpərəst
olduqlarından  ərəb  işğalından  sonra  islam  dinini  qəbul  edib
müsəlman olmuşlar (54, 183).
Azərbaycanda tatların üç qrupu məlumdur: müsəlman tatlar,
xristian  tatlar  və  cuhud  tatları.  B.Savina  müsəlman  tatlarının
farslarla qaynayıb-qarışmalarını qeyd edir (56, 143).
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, Xaçmaz ərazisinin
qədim sakinləri türk mənşəli xeçmatak/xaçmatak tayfaları olmuşlar.
25


Bu  tayfaların  böyük  bir  hissəsi  atəşpərəst  olduğundan  ərəb
istilasından sonra islamiyyəti qəbul etmişlər. Xristianlığı qoruyub
saxlamağa çalışan bir qisim tayfalar isə Albaniyanın şimalına, Baş
Qafqaz  silsiləsinin  yamaclarına  və  indiki  Dağlıq  Qarabağ  əra -
zilərinə çəkilmişlər. “Xaç” komponentli toponimlərin bu əra zi lər -
də çoxluq təşkil etməsi, fikrimizcə, bu ehtimalı inandırıcı göstərir.
Xaçmazın  bir  yaşayış  məskəni  kimi  tarixi  çox  qədimdir.
Mənbələrdə “Xaçmaz” toponimik adına XVIII əsr müəlliflərinin
əsərlərində daha çox rast gəlinir. 
Müşkür mahalı (Xaçmaz) Quba xanlığının tərkibində olduğu
üçün professor Şahin Fərzəlibəylinin “Quba tarixi” kitabında bu
barədə mümkün qədər fakt və materiallar verilmişdir. Kitabda
qeyd olunur ki, Rusiyanın İrandakı səfiri A.P.Volinski dvoryan
Adrian Lopuxinə Niyazabaddan Rusiya sərhədinə qədər mövcud
olan  Azərbaycan  torpaqları  barədə  icmal  xarakterli  məlumat
toplamağı  və  həmin  məlumatı  şəxsən  onun  özünə  çatdırmağı
barədə sərəncam verdi. A.Lopuxin əlahəzrət çarın (I Pyotrun –
Q.İ.)  tapşırığına  təcili  əməl  etmək  üçün  yubanmadan  səfərə
başlayır: “Biz iki kəndi keçdik. Onlardan biri Hacı Davud bəyin
yeri idi ki, biz Xaçmaz (indiki Köhnə Xaçmaz kəndi nəzərdə tutu-
lur – Q.İ.) adlanan o yerdə gecələdik. Quba şəhərinə isə günortaya
yarım saat qalmış çatdıq (43, 43).
“Материалы для новой истории Кавказа с 1722 до 1803 год
П.Г.  Буткова”  adlı  əsərdə  Azərbaycan  toponimləri  içərisində
“Xaçmaz” toponiminin “Kaçmaş” kimi qeyd olunduğu göstərilir
(13, 19-20).
Başqa bir mənbədə oxuyuruq: “Quba qəzasına ermənilər XVIII
əsrin sonlarında Qubalı Fətəli xanın zamanında gəlmişdilər və
Gilvar ilə Xaçmaz (indiki köhnə Xaçmaz kəndi nəzərdə tutulur –
Q.İ.) kəndlərində sakin olmuşdular. Bu kəndlərin erməniləri keçən
əsrin ortalarına kimi (XIX əsrin – Q.İ.) tat dilində danışırdılar və
bir kəlmə də olsa erməni sözü bilmirdilər. Fəqət eyni zamanda
xristianlığı mühafizə edə bilmişdilər. İndi isə bu ermənilər öz ana
dillərində danışırlar (Xaçmazı tərk etmişlər)” (51, 30).
26


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə