Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   2   3   4   5   6   7   8   9   10   ...   27

XAÇMAZ OYKONİMLƏRİNİN 
ÖYRƏNİLMƏSİNƏ DAİR 
Xalqımızın  soykökünü,  onun  tarixi  keçmişini,  həyat  və
fəaliyyətini,  yayılma  areallarını  tədqiq  edib  öyrənmək  və  onu
obyektiv şəkildə qiymətləndirmək üçün tarix bizə geniş imkanlar
açmışdır. Azərbaycanın münbit torpaqları, yaşayış üçün zəngin
təbii şəraiti daim insanları özünə çəkmiş, nəsil-nəsil qəbilələr, tay-
falar, xalqlar müxtəlif dövrlərdə istəyi və ya zorakılıqla miqrasiya
etmişlər. Belə miqrasiyalar nəticəsində yaşayış ərazilərində et-
noslar ya tamamilə, ya da qismən dəyişib. Yaşayış məskənlərinin
kiçik və böyüklüyündən asılı olmayaraq insanlar öz etnik tər kib -
ləri, məşğuliyyəti, adları, bəzən də yaşadıqları yerin təbii-coğrafi
relyefinə, onun flora və faunasına uyğun olaraq bu əraziləri biri-
birin dən fərqləndirmək üçün ad vermişlər. Həmin adlar Azərbay -
ca nın ayrı-ayrı bölgələrinin toponimlərində öz əksini tapmışdır.
Toponimlər  xalqımızın  ictimai-mədəni  həyatı  ilə  bağlı  olduğu
üçün  onların  öyrənilməsi  və  tədqiqi  məsələləri  nadir  maddi-
mədəniyyət qalıqları qədər qiymətlidir.
Azərbaycan lap qədimdən bir çox qəbilə birləşmələrinin, xalq -
larının yaşadığı, qaynayıb-qarışdığı, formalaşdığı ölkə olmuşdur.
Onun ayrılmaz bir hissəsi olan Alban-Albaniya-Ağvan-Ağvanq-
Alvan-Aran və onun ayrı-ayrı yer adlarının (toponimlərin) anlamı
bu yerlərdə yaşayan 26 qəbilənin (Strabona görə) dili və əsasən
də Azərbaycan dili ilə bağlıdır. Əlbəttə, burada başqa dillərlə də
səsləşən bəzi yer adları da tapmaq olar. Yer adları məhz belə bir
mürəkkəb, dürlü mənzərəyə malikdir. Araşdırmalar göstərir ki,
Azərbaycanın və onun ayrılmaz hissəsi olan Albaniyanın yer ad -
larının ən əski qatı Azərbaycan dili ilə bağlıdır (40, 60–61).
Azərbaycan  ərazisindəki toponimik  adlar  tarixin  müxtəlif
dövrlərində meydana gəlmişdir. Həm tarixi, həm də müasir toponi -
30


miya məzmun etibarilə müxtəlif dillərdədir. Məlumdur ki, topon-
imik  adlar  coğrafiyanın  fənnidir,  lakin  onların  mənası  dilçilik
tərəfindən açılır və məhz həmin adlar tarixi tədqiqatlar üçün əlavə
bəzən  də  yeganə  mənbəyə  çevrilir.  Etnogenetik  öyrənmələrin
aparıl masında toponimikanın rolu xüsusilə əhəmiyyətlidir (49, 8).
Göründüyü kimi, toponimiya elmi dilçiliklə sıx bağlıdır. Buna
görə də, toponimlərin linqvistik təhlili ayrı-ayrı dövrlərdə dilin
lüğət tərkibi haqqında müəyyən təsəvvürlər yaratmaqla bərabər,
onun etimologiyasını da açmağa bizə imkan verir.
Bu mənada Azərbaycanın ayrı-ayrı ərazi toponimlərinin tarixi-
linqvistik istiqamətlərdə öyrənilməsi ən vacib məsələlərdəndir.
Toponimlərin  etimologiyası  ilə  əlaqədar  A.A.Bakıxanovun
“Gülüstani-İrəm” əsərində daha dolğun məlumat verilmişdir.
Ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan toponimləri
etnik tarixi-linqvistik istiqamətlərdə alimlərimizdən Q.Qeybul-
layev,  A.Axundov,  Ə.Dəmirçizadə,  S.Aşurbəyli,  A.Qurbanov,
T.Əh mədov, L.Quliyeva Q.Məşədiyev, R.Əliyeva və başqalarının
əsər lərində öyrənilmişdir. Son dövrlərdə ayrı-ayrı bölgə topo nim -
ləri də tədqiq edilərək həmin ərazilərdə yaşayanların etnik və dil
mənsubiyyətini üzə çıxarmağa imkan vermişdir. Bu da bütövlükdə
Azərbaycan  xalqının  tarixini,  dil  məsələlərini  öyrənmək  işini
asanlaşdırır. Bu baxımdan Azərbaycan toponimiyasında Xaçmaz
rayonunun yaşayış məskənlərinin adları da xüsusi lay təşkil edir.
Etiraf edək ki, Xaçmaz toponimləri, ayrı-ayrı məqalə və yazı -
ları nəzərə almasaq, əsaslı şəkildə öyrənilməmişdir. Bölgə tarixi-
mizin  bu  gözəl  nümunələrini  hərtərəfli  geniş  oxucu  kütləsinə
çat dırmaq həm elmi-nəzəri, həm də ictimai baxımdan çox əhə miy -
yətlidir. 
Toponimlərin bir vahidi olan oykonimlərin – Xaçmaz oy konim -
lərinin az bir qismini həmyerlimiz t.e.n. İ.Şahbazov etnik-coğrafi
baxımdan  tədqiq  edərək  ayrı-ayrı  məqalələr  şəklində  rayon
qəzetində (Dostluq) 1990–1991-ci illərdə çap etdirmişdir. Bir qis-
minin tədqiqi məsələləri isə başlanğıc olaraq qalmışdır. Buna görə
31


də, toponimik vahid kimi, hər bir bölgə oykonimlərinin öy rənil -
məsi həm tarixilik, həm də dilçilik baxımından bütövlükdə ono-
malogiya elminin inkişafına böyük kömək edə bilər. Çünki hər bir
kiçik ərazi böyük ərazinin bir hissəsidir.
Məlumdur ki, tarix boyu bütün toponimlər öz ilkin adını qoru -
yub saxlaya bilməmiş, ictimai-siyasi hadisələrin təsiri nəticəsində
onların müəyyən bir qismi ya başqa adla əvəz olunmuş, ya da
trans formasiyaya uğrayaraq şəklini dəyişmişdir. Bunun nəticə -
sində də oykonim ifadə etdiyi ilkin mənadan uzaqlaşaraq tədqiqat
işinin  istiqamətini  dəyişmiş  və  nəticədə  ayrı-ayrı  tədqiqatçılar
tərəfindən  müxtəlif  cür  yozulmuşdur.  Belə  ki,  mövcud  “Azər -
baycan toponimlərinin ensiklopedik lüğəti”ndə (iki cilddə. Bakı,
2007) Xaçmazın bəzi oykonimləri əsaslı şəkildə tədqiq edil mə -
diyindən düzgün olmayaraq verilmişdir. Bəziləri isə kitaba daxil
edilməmişdir. Məsələn: Çılqır, Müşkür, Əzizli, Müşfiq və s. (Bu
barədə oykonimlərin etimoloji xülasəsində bəhs edəcəyik.) Nəzərə
almaq lazımdır ki, adıçəkilən kitab əsasən toponimik tədqiqatlara
yardım məqsədi daşıyır.
Xaçmaz  oykonimləri  maraqlı  xüsusiyyətlərə  malikdir.  Bu
oykonimlərin yarısından çoxu “oba” komponentlidir. Oykonim -
lərin müəyyən bir qismi morfoloji yolla yaranmış, az bir hissəsi
isə kənd, qışlaq, yataq və çay komponentlərindən ibarətdir. 
Xalqımızın etnik mənşəyi ilə bağlı olan oykonimlər isə daha
bö  yük maraq doğurur. Məsələn: Ustacallı (Ustacəlilli), Padar, Cığa -
tay, Qı rağ lı, Seyidlər, Ərəb, Şıxlar, Qaracallı və s. Bu etnoto po nim -
lərin, demək olar ki, əksəriyyəti paralellik təşkil edir. Bu, onunla
izah edilir ki, tayfalar böyüdükcə ata yurdundan köçmələr baş
vermiş, yeni yurdda da onlar əvvəlki adlarla tanınmışlar. Yəni köç -
dükləri yurda da əvvəlki yurd adlarını daşımışlar. Köçmələr, əsasən,
həm  siyasi,  həm  də  iqtisadi  faktorlarla  bağlı  olurdu.  Məsələn,
padarların Səfəvilər tərəfindən Azərbaycana kö çü rül məsi siyasi
faktor idisə, onların buradan ucqarlara yayılması (Padar, Armud-
padar) həm qismən siyasi, həm də iqtisadi faktorla bağlı idi. Bu
faktoru rayondakı bir çox etnotoponimlərə aid etmək olar. 
32


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə