Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Toponimik  ədəbiyyatlarda  hətta  bəzi  paralel  toponimlərin
Azərbaycandan kənarda da mövcudluğu göstərilir. Bəziləri isə
müəyyən dövrlərdə sinonimlik təşkil etmiş, getdikcə mövcud döv -
lətin dilinə və mənafeyinə uyğun dəyişdirildiyindən itib-batmışdır.
Xalqımızın  etnik  mənsubiyyət  məsələsinə  gəlincə,  Azər -
baycanın ən qədim kökləri türkdilli aborigenlərlə və gəlmə türk
mənşəli tayfalarla sıx şəkildə bağlı olmuşdur. Azərbaycanın digər
ərazilərində olduğu kimi, Xaçmaz rayonu ərazisində məskunlaşan
qədim  türk  mənşəli  tayfaların  izi  etnotoponimlərin,  eləcə  də
etnoantroponimlərin nüvəsində qorunaraq dövrümüzə qədər gəlib
çatmışdır.
Etnotoponimlər  haqqında  ən  maraqlı  məlumatı Azərbaycan
alimi Məhəmmədhəsən Vəlili (Baharlı) vermişdir. 1921-ci ildə
ərəb-fars əlifbası ilə yazılmış “Azərbaycan. Coğrafi-təbii etno-
qrafik və iqtisadi mülahizat” əsəri təxminən yetmiş ildən sonra
tərcümə edilərək tarixin qaranlıq səhifələrini işıqlandırmışdır.
Xaçmaz oykonimlərinin tədqiqi məsələlərində göstərilən tarixi
əsərlə yanaşı toponimçi-dilçi alimlərimizin tədqiqatlarından, ayrı-
ayrı müəlliflərin məqalələrindən də mümkün qədər bəhrələnmişik.
Oykonimlərin etimoloji təhlilində əsasən onların leksik xü -
susiyyətləri araşdırılmış, mümkün qədər tarixilik məsələlərinə də
diqqət yetirilmişdir.
Beləliklə,  Xaçmaz  oykonimləri  bu  tədqiqat  işində  ilk  dəfə
olaraq monoqrafik şəkildə öyrənilmiş, bu əraziyə məxsus yaşayış
məskənlərinin etimoloji təhlili verilməklə yanaşı, yaşayış mən -
təqəsini ifadə edən coğrafi terminlərin oykonim yaradıcılığında
yeri açıqlanmışdır. Kitabda morfoloji və sintaktik yolla yaranan
oykonimlərə də nəzər salınmışdır.
33


OYKONİMLƏRİN YARANMASININ LİNQVİSTİK
ƏSASLARI 
Xaçmaz  oykonimlərinin  tədqiqi  göstərir  ki,  onların  tərkibi
çoxşaxəlidir. Buna görə də onların linqvistik təhlilini verməzdən
əvvəl  oykonimlərin  onomastik  sistemdəki  yerini  müəy yənləş -
dirmək lazımdır.
Dildəki xüsusi adları elmi cəhətdən öyrənən dilçiliyin onoma -
logiya (yunan  mənşəli  söz  olub,  “onoma”  –  ad  “loqos” elm,
təlim,  nəzəriyyə  deməkdir)  şöbəsi  də  dilçilik  elminin  tədqiqat
obyektinə daxildir. Deməli, bu şöbədə xüsusi adların, o cümlədən
oykonimlərin əmələgəlmə yolları, inkişaf prosesləri, işlənmə yeri
şərh edilməli, onların elmi təsviri verilməlidir.
Bunu  əsas  tutaraq,  Xaçmaz  oykonimlərinin  tədqiqi  mə sə -
lələrində mümkün qədər bu məsələyə genişlik verməyə çalışmışıq.
Onomastik  leksikada  eyni  xarakterli  və  səciyyəli  mənanı
bildirən sözlər xüsusi qrupda birləşdirilir. Bu cəhət nəzərə alınaraq
onomastikada (dilin lüğət tərkibindəki xüsusi sözlər) xüsusi adlar
aşağıdakı kimi qruplaşdırılmışdır:
1. Antroponimlər
2. Etnonimlər
3. Toponimlər
4. Hidronimlər
5. Zoonimlər 
6. Fitonimlər
7. Kosmonimlər
8. Ktematonimlər
Antroponimlər (yunan sözü olub, anthropos – insan və onu -
ma – ad deməkdir) onomastik leksikanın bir hissəsi olmaqla şəxs
adları, soyad, təxəllüs və ləqəbləri əhatə edir.
34


Etnonimlər onomastik  leksikanın  bir  layını  təşkil  etməklə
tayfa, xalq və millət adlarını özündə birləşdirir.
Toponimlər coğrafiyaya aid olsa da, dilçilikdə yer adlarını
öyrənir. Toponimik vahidlər iki yerə – oronimlər (relyef quruluşlu
formalar: dağ, dərə, təpə, aşırım və s.) və oykonimlərə (yaşayış
məntəqələrinin adları) bölünür.
Hidronimlər su obyektlərinin adlarını bildirən onomastik sis-
temdir.
Zoonimlər dilin zooloji leksikasını əhatə etməklə heyvan, quş
adlarından ibarət anlayışları özündə birləşdirir.
Kosmonimlər səma  cisimlərinin  adları  ilə  bağlı  onomastik
leksikanın bir layını təşkil edir.
Fitonimlər bitkilərlə (kol, çiçək, ağac və s.) bağlı olan ono-
mastik vahidləri bildirir. 
Ktematonimlərə maddi-mədəniyyət, elm və texnika, inzibati
idarələrin, özəl şirkətlərin və s. adları daxildir.
Toponimlərin  bir  vahidi  olan oykonimlər əraziyə  məxsus
yaşayış  məntəqələrinin  (kənd,  qəsəbə,  şəhər)  adlarını  bildirir.
Oykonimlərin təhlili xalqın tarixi, dili, mədəniyyəti, ictimai həyat
tərzi, məşğuliyyəti haqqında bizə maraqlı məlumatlar verir. Bu
baxımdan Xaçmaz oykonimlərinin öyrənilməsi və tarixi-linqvistik
təhlili çox önəmlidir. Oykonimlər insanların tarixən məskunlaşdığı
coğrafi obyektlər, xalqın etnogenezini açıqlamaqla onların yayıl -
ma areallarını, dil faktorlarını da öyrənməyə imkan verir. Buna
görə də kitabda toponimik vahidlər olan oykonimlər haqqında
məlumat əsas yer tutur.
A.Qurbanov  toponimlərin  aşağıdakı  üsullarla  yarandığını
göstərir.
1. Leksik üsul.
2. Semantik üsul.
3. Morfoloji üsul.
4. Sintaktik üsul (30, 446).
Bu üsullar toponimlərin hər bir vahidi üçün xarakterikdir.
35


Azərbaycan toponimlər sistemində bu dilə məxsus, eləcə də
başqa  dillərdən  keçən  ayrı-ayrı  leksik  vahidlərdən  törənən  və
morfemlərin köməyi ilə düzələn sadə və düzəltmə oykonimlərə
təsadüf  olunur.  İlk  baxışda  sadə  və  düzəltmə  oykonim  kimi
görünən bir sıra coğrafi obyekt adları əslində coğrafi obyekt tipini
göstərən terminlərin (rayon, şəhər, qəsəbə, kənd və s.) köməyi ilə
yaranmış mürəkkəb quruluşlu adlardır (15,150). Məsələn: Xaçmaz
rayonu, Xudat şəhəri, Müqtədir qəsəbəsi, Qırağlı kəndi, Bayoba
kəndi və s.
Deməli, toponimlər və onların ən geniş yayılmış qollarından
biri  olan  oykonimlər  yalnız  coğrafi  nomenlərin  köməyi  ilə
yaradılır. Lakin funksional toposistemin yığcamlığa, qənaətçiliyə
meyli çox olduğu üçün oykonimlərin də tərkibində müəyyən ixti-
sarlar baş verir, yəni məntəqə adının spesifik cəhətini semantik
cəhətdən  özündə  əks  etdirən,  aparıcı  rola  malik  olan  müxtəlif
quruluşlu birinci komponentlər müstəqil şəkildə oykonimləşir.
Məsələn:  Qarğalıq  kəndi −  Qarğalıq,  Dədəli  kəndi  −  Dədəli,
Uzunoba kəndi − Uzunoba, Manafoba kəndi − Manafoba, Şıxlar
kəndi − Şıxlar və s. Belə komponentlərin ilkin funksiyaları mənşə
etibarilə etnonim, antroponim, hidronim, fitonim və s. kimi adları
bildirmiş, sonradan həmin modellərdən məqsədli şəkildə istifadə
edilmişdir.
Oykonimləri xalq yaradıcılığı nümunələri də hesab etmək olar.
Çünki  xalq  özünün  bir  çox  əlamətlərini  oykonimlərdə  yaşada
bilmişdir. Oykonimlərin yaradılması dilin lüğət tərkibinə əsaslanır.
Dilin bir sözü hesabına ümumən onlarla, yüzlərlə toponim yarat-
maq mümkündür. Məsələn: oba, yurd, qışlaq, qala, kənd, tala,
yataq və s. kimi topoformantlar müəyyən sözlərlə birləşərək kiçik
yaşayış məntəqələrini – oykonimləri bildirir. Bu komponentlərin
bəziləri  ümumən  toponim  yaradıcılığında  topoformant  kimi
işlənərək böyük coğrafi əraziləri əhatə etsə də, Xaçmaz oyko nim -
ləri  üçün  kiçiklik  xarakterikdir.  Bu  cür  komponentləri  olan
oykonimlərə  aşağıdakıları  misal  göstərə  bilərik:  İdrisoba,
Aşağıoba,  Tikanoba,  Ağaşirinoba,  Manafoba, Üçgünqışlaq,
36


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə