Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Hacıqazma,  Həbibkənd,  Həsənqala,  Əbilyataq,  Çinartala,
Qusarçay və s.
Leksik üsul
Rayonumuzun ərazisində bir sıra yer adları vardır ki, bunlar
müəyyən  leksik  vahidlər  olub,  oykonimləri  ifadə  edir.  Bu  tip
oykonimlər antroponimlərdən, nəsil-tayfa bildirən anlayışlardan
(etnonimlərdən),  bir  qismi  isə  ümumişlək  sözlərdən  ibarətdir.
Məsələn: leksik yolla antroponimlərdən Müqtədir, Müşfiq (memo-
rial toponimdir) – etnonimlərdən Padar, Ərəb Cığatayümumişlək
sözlərdən – Şimal, Arzu, Turist və s. əmələ gəlmişdir. Bununla
yanaşı rayon ərazisində elə sadə toponimlərə rast gəlirik ki, onların
mənası  hələ  də  dilçilik  baxımından  əsaslı  şəkildə  tədqiq
olunmayıb.
Sadə quruluşlu toponimləri linqvistik baxımdan tədqiq edən
dilçilər leksik vahidi coğrafi ad kimi qəbul edirlər.
Etnonimlərin müəyyən bir hissəsini yalnız Azərbaycan dili və
onun dialekt və şivələri baxımından sadə etnonim adlandırmaq
olar. Çünki etimoloji təhlil zamanı aydın olur ki, onların bir çoxu
morfoloji (düzəltmə) və sintaktik (mürəkkəb) üsulla yaranmışdır.
Qeyd etmək lazımdır ki, “sadə oykonim” ifadəsi burada şərti
səciyyə daşıyır. Nəzərdə tutulmalıdır ki, toponimiyada sadəlik an -
layışı ola bilməz. Çünki sadə sözlər, sadə leksik vahidlər hələ heç
də sadə toponimlər deyillər. Müxtəlif məfhumları ifadə edən sadə
leksik vahidlər toponim yaradıcılığında yalnız iştirak edir, lakin
bu zaman həmin sözlər müəyyən bir obyektin ünvanına çevrilmək
üçün  ən  azı  digər  bir  leksik  vahidlə  (coğrafi  nomenlə)  ya naşı
durmalıdır  (16,  92–93).  (Məsələn;  Xaçmaz  –  Xaçmaz  şə hə  ri,
Nabran – Nabran kəndi, Gödəkli – Gödəkli kəndi və s. – Q.İ.).
N.Əsgərov  isə  müəllifin  fikri  ilə  razılaşmadığını  bildirir. 
O, qeyd edir ki, bir halda ki, söhbət adlardan gedir, onda əsas
diqqəti coğrafi terminə yox, ada yönəltməliyik (19, 47).
37


Özünün  qrammatik  görünüşünə  görə  bu  gün  sadə  söz  kimi
formalaşan və səslənən coğrafi adlar, əslində məlum toponim ik-
inci (təyin edən) komponentini itirdikləri üçün toponimə məxsus
bütün semantik yükü daşıyır.
Semantik üsul
Xüsusi adların bir qismi semantik üsulla konvensiya yolu ilə
yaranır. Belə ki, müxtəlif nitq hissələrinə mənsub olan bir sıra
ümumi sözlər substantivləşir və sırf xüsusi ad əmələ gətirilir(30,
448). Məsələn: Şimal, Arzu, Turist, Palçıqoba, Tikanlıoba, Pər -
diqıran, Qaraçı, Qaraqurdlu, Vələmir və s.
“Şimal” sözünə  diqqət  yetirək:  ərəb  mənşəli  olan  “şimal”
sözü, yer kürəsinin cənuba əks olan cəhəti, soyuq iqlim zonasında
yerləşən sahəsi kimi başa düşülür. Bu söz mənanın xüsusiləşməsi
nəticəsində oykonimə çevrilmişdir. Şimal yaşayış məntəqəsi Xəzər
dənizinin  sahilində,  rayonun  şimala  tərəf  soyuq,  külək  tutan
ərazisində yerləşdiyi üçün belə adlandırılıb. 
Fars  mənşəli  “arzu”  sözü  də  dilimizdə  “bir  şeyin  olmasını
ürəkdən istəmək, dilək, əməl, həsrət” mənalarındadır. Arzu həm
də, şəxs adıdır.
“Turist” sözü də məna çalarının xüsusiləşməsi nəticəsində
oykonimə çevrilmiş və bu ərazidə turist bazasının yaranması ilə
əlaqədar yaşayış məskəni belə adlandırılmışdır.
Eleziya nəticəsində (ilk sözün son səsinin düşməsi) yaranan
“Vələmir” oykonimi semantik mənasına görə taxıl fəsiləsindən
olan dənli yem bitkisinin adını bildirir. Toponimik ədəbiyyatlarda
isə oykonimin Vəli Əmir şəxs adından yarandığı qeyd olunur.
Semantik  üsulla  yaranan  toponimik  vahidlərdə  bəzi  nitq
hissələri  substantivləşir.  Rəng,  əlamət,  istiqamət,  yer  bildirən
sözlər birinci tərəf kimi çıxış edərək coğrafi məkan bildirən tərəflə
birləşir. Məsələn: Ağtala, Ağçay, Ortaoba, Çuxuroba və s.
Oykonimlərin semantikası bəzi hallarda Xaçmaz rayonunda
38


yaşayan etnik qrupların dil xüsusiyyətlərində də özünü göstərir.
Burada bəzi xalqlar və etnik qruplara məxsus bir neçə oykonim
vardır  ki,  həmin  dillərin  öz  semantikası  əsasında  yaranmışdır.
Onların araşdırılması üçün həmin dilləri bilmək, onların məişət və
mədəniyyətinə dərindən bələd olmaq lazımdır. 
Morfoloji üsul
Xaçmaz oykonimlərinin təhlili göstərir ki, onların müəyyən bir
qismi morfoloji yolla əmələ gəlmişdir. Morfoloji üsulla yaranmış
oykonimlər məhsuldarlığı ilə seçilir. Bu zaman söz kökünə mü-
vafiq şəkilçi qoşulmaqla yeni söz – oykonim düzəlir. Məsələn:
Dalğalı, Əzizli, Günəşli, Xəzərli və s. Oykonimlərin çoxu dilimizin
daxili imkanlarına əsaslanıb türk mənşəli olduğuna görə bu yolla
yaranan  oykonimlərdə  dilimizin  qanunauyğunluqları  özünü
göstərir. Dilimiz leksik şəkilçilərlə zəngin olsa da oykonimlərin
yaranmasında onların müəyyən bir qismi iştirak edir.
Toponim yaradıcılığında morfoloji yoldan bəhs edən tədqi -
qatçı-alim  R.Əliyeva  yazır:  “Dildə  sadə  sözlərdən  mürəkkəb
sözlər düzəlir, sonra mürəkkəb sözün komponentlərindən biri öz
mənasını itirərək şəkilçiləşir, daha sonra şəkilçi də öz mənasını
itirir və həmin söz sadə sözə çevrilir (13, 86). Bu baxımdan Xudat,
Xuray, Ləcət, Nabran və s. oykonimlər dilimizdə sadə sözlər hesab
olunur”.
-lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə yarananlarRayon əra zi -
sindəki oykonimlərin yaranmasında ən məhsuldar şəkilçi -lı, -li, -
lu, -lü şəkilçiləridir. Türk xalqlarının toponimiyasında bu müxtəlif
variantlarda  işlənsə  də  eyni  səciyyə  daşıyır.  Bu  şəkilçi  isimlərə
qoşularaq müxtəlif oykonimlər yaradır. Həmin oykonim lərin tərkibi
də müxtəlifdir. -
4
şəkilçiləri etnonimlərə (nəsil tayfa ad la rına),
antroponimlərə (şəxs adlarına), coğrafi anlayışlara və s. qo şularaq
oykonim əmələ gətirməsi bölgəmiz üçün daha xarakterikdir.
Müşkür ərazisi ayrı-ayrı qışlaq və obalardan ibarət olduğu üçün
bəzən həmin yaşayış məskənləri konkret olaraq müəyyən bir nəslə,
39


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə