3-4(55-56)2016
42
“QƏLƏVİ METALLAR VƏ ONLARIN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ”
MÖVZUSUNUN AUDİOVİZUAL VASİTƏLƏRDƏN İSTİFADƏ
ETMƏKLƏ TƏDRİSİ TƏCRÜBƏSİNDƏN
A.A.Ələsgərova
Qafqaz Universitetinin müəllimi
Yeni informasiya texnologiyalarından eləcə də multimedia proqramlarından
istifadə təlim-tədris prosesində müəllimlərə öz pedaqoji ideyalarını daha asan
həyata keçirməyə imkan verir. Prinsip etibarilə, istənilən pedaqoji texnologiya
informasiya xarakterlidir və tədris prosesində tədris keyfiyyətinin artırılması üçün
istifadə olunur. Təcrübədə xüsusi texniki təlim vasitələri (multimedia proyektoru,
interaktiv lövhə) kimi istifadə olunan bütün texnologiyalar informasiya
texnologiyalari adlanır. Bu cür müasir şərtlər şagirdi daxil olan informasiyanı
rahat qəbul, tədqiq, təhlil etməyə və uğurlu istifadəyə hazırlıyır.
Multimedia əsaslı tədris və ya audiovizual vasitələrdən istifadə ilə baglı
tədris dərsin audio və vizual numayişi ilə materialın daha tez qavranılıb
mənimsənildiyi metoddur. Multimedia vasitələrindən istifadə edilməsi ilə aparılan
pedaqoji praktikanın nəticəsi aşkar göstərir ki, bu təlim- tədris prosesini
yaxşılaşdırır.
“Qələvi metallar və onların fiziki - kimyəvi xassələri” mövzusunun izahı
zamanı müəllimin audiovizual vasitələrdən istifadəsi dərsin səmərəliliyini artırır
və müəllimin şərhini asanlaşdırır.
Əvvəlcə, müəllim şagirdlərin diqqətini cəmləmək üçün ilk sualı bu şəkildə
verir:
O, gümüşü –ağ rənglidir
Bıçaqla kəsilə bilir
Havaya çıxdıqda tez oksidləşir
Kerosin içində saxlanılır
Yumşaq və yüngüldür
Daha əvvəl belə bir metala rast gəlmisinizmi?
Cavab: Litium
Daha sonra muəllim növbəti sualları verir: Litium hansı qrupa daxildir? Bu
qrupa basqa hansı elementlər daxildir? Bu qrup necə adlanır?
Bundan sonra dərsin mövzusu artıq gizli qalmır. Dərsin planını şagirdlərə
təqdim edirəm.
Dərsin planı:
1. Elementlərin dövri sistemdə yerləşməsi (qrup və dövrün nömrəsi) və
Kimya məktəbdə
43
təbiətdə tapılması
2. Qələvi metal atomlarının elektron konfiqurasiyası
3. Fiziki xassələri
4. Kimyəvi xassələri
7. Tətbiqi
Dərsin planına uyğun olaraq, ilk əvvəl, qələvi metalların dövri cədvəldə
mövqeyini slayd nömrəsiylə göstərirəm. Şəkildə 1-ci qrupun əsas yarımqrup
elementləri olan qələvi metallar qırmızı çərçivəylə göstərilmişdir.
Şəkil 1.
Daha sonra qələvi metalların aktivliyinə diqqət çəkirəm. Şagirdlərə belə bir
sualla müraciət edirəm
Qələvi metallar təbiətdə hansı şəkildə tapılır, sərbəst yoxsa birləşmələr
şəklində?
Cavab: birləşmələr şəklində.
Bildirirəm ki, Na və K-un birləşmələri geniş yayılıb, digərlərinə isə nadir
hallarda rast gəlinir. Fr süni yolla alınmışdır, radioaktivdir. Qələvi metalların rast
gəlinən mineralları sonrakı slaydda göstərilmişdir.
NaCl - daş duz (xörək duzu)
Na
2
SO
4
∙10H
2
O – Qlauber duzu
Na
3
AlF
6
- kriolit
NaCl ∙ KCl - silvinit
KCl – silvin
Qələvi metallar olan Li, Na, K, Rb, Cs atomlarının quruluşundan aydın olur
ki, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə onların nüvələrinin yüklərinin
artması ilə valent elektronlarının nüvə tərəfindən cəzb olunması zəifləyir.
3-4(55-56)2016
44
Litium
1s
2
2s
1
Natrium
1s
2
2s
2
2p
6
3s
1
Kalium
1s
2
2s
2
2p
6
3s
2
3p
6
4s
1
Rubidium
1s
2
2s
2
2p
6
3s
2
3p
6
4s
2
3d
10
4p
6
5s
1
Sezium
1s
2
2s
2
2p
6
3s
2
3p
6
4s
2
3d
10
4p
6
5s
2
4d
10
5p
6
6s
1
Fransium
1s
2
2s
2
2p
6
3s
2
3p
6
4s
2
3d
10
4p
6
5s
2
4d
10
5p
6
6s
2
4f
14
5d
10
6p
6
7s
1
Şəkil 2.
Qələvi metallar xarici elektron səviyyəsindəki elektron sayına müvafiq
oksidləşmə dərəcəsi göstərirlər.
Audiovizual vasitələrdən istifadə edərək hər bir metalın elektron
konfiqurasiyasının təsviri fərdi kompüterlə, yaxud multimedia proyektorunun
köməyilə böyük ekranda göstərilir. Bu vaxt itkisinə yol vermədən mövzunun
şagirdlər tərəfindən qavranılmasını asanlaşdırır.
Dərs planının sonrakı hissələrinin izahına keçirəm. Qələvi metalların fiziki
xassələrini cədvəl şəklində göstərirəm.
Cədvəl 1. Qələvi metalların fiziki xassələri
Metal
Elektron
konfiqurasiyası
Ərimə,
o
C
Sıxlığı,
q/sm
3
Atom
radiusu, Å
I,
kC/mol
Li
[He] 2s
1
181
0.53
1.52
520
Na
[Ne] 3s
1
98
0.97
1.86
496
K
[Ar] 4s
1
63
0.86
2.27
419
Rb
[Kr] 5s
1
39
1.53
2.47
403
Cs
[Xe] 6s
1
28
1.88
2.65
376
Atomların elektron quruluşundan görünür ki, litiumdan seziuma doğru
getdikcə elementlərin energetik səviyyələrinin sayının artması ilə atom radiusu
böyüyür. Atom radiusunun böyüməsi isə öz növbəsində xarici energetik səviyyədə
olan elektronlar ilə nüvə arasındakı cazibə qüvvəsinin zəifləməsinə səbəb olur.
Buna görə də elementlərin xarici energetik səviyydə olan valent elektronlarını
verməsi asanlaşır və həmin sırada fəallıqlarının artmasına səbəb olur.
Görünən cədvəldən şagirdlər öz aralarında gəldikləri nəticələri müzakirə
edirlər. Qələvi metallar yüngül (Li, Na, K sudan yüngüldür) yumşaq və
asanəriyəndir. Li-dan Cs-a doğru getdikcə metalların bərkliyi və ərimə
temperaturu ardıcıl olaraq zəifləyir.
Daha sonra qeyd edirəm ki, yüksək aktivliklərinə görə qələvi metallar ağ
neftin(kerosinin) altında saxlanılır.
Sonrakı slaydda qələvi metalların kimyəvi xassələri göstərilmişdir. Qələvi
Kimya məktəbdə
45
metallar aktiv metallardır. Qeyri-metalların hamısı ilə reaksiyaya daxil olur.
Bundan başqa, su və turşularla reaksiyaya girirlər. Şagirdlərə göstərilən reaksiya
tənlikləri növbəti slaydda tapşırıq şəklində verilir.
1. ? + ? =NaH,
2. ? + ? = NaCl,
3. ? + ? = Na
2
SO
4
+ H
2
,
4. ? + ? = NaOH + H
2
Bərabərliklər şagirdlər tərəfindən həll olunduqdan sonra müəllim yoxlama
aparır. Növbəti slayda keçməzdən əvvəl şagirdlərə belə bir sualla müraciət edir.
Sizcə bu metallar niyə qələvi metallar adlanır?
Cavab olaraq videofraqmentdən istifadə edirik.
İçərisində bir neçə damcı fenolftalein məhlulu əlavə edilmiş su olan iki şüşə
kasaya növbə ilə neftdən çıxarılıb bıçaqla kəsilərək süzgəc kağzı ilə təmizlənmiş
litium və natriumun kiçik parçaları salınır.
Şəkil 3.
Daha sonra ekrana kalium, rubidium və seziumun su ilə qarşılıqlı təsirinə
aid təcrübələrin görüntüləri gətirilir.
Şəkil 4
3-4(55-56)2016
46
Belə nəticəyə gəlinir ki, Lİ –Na – K – Rb – Cs istiqamətində elementlərin su
ilə qarşılıqlı təsiri reaksiyası şiddətlənir. Belə ki, litiumun su ilə qarşılıqlı təsiri
fəal olsa da alovun görünməməsi ilə, natriumunku alovlanmaqla, kaliumunku
alovlanma və partlayışla, rubidiumunku güclü partlayışla, seziumunkuisə güclü
partlayış və şüşə qabın sınması ilə müşaiət olunur.
Sonuncu slaydlarda “bunları bilirsinizmi” başlığı altında qələvi metallar
haqqında maraqlı məlumatlar veririk.
Litium 1817-ci ildə isveçrə alimi İ.A.Arfvedson lipidolit mineralını analiz
etdikdə kəşf etmişdir. Litium yunanca “litos” sözündən əmələ gəlmişdir və daş
deməkdir. Onun sərbəst halda 1855-ci ildəbir-birindən aslı olmayaraq Alman
kimyaçısı R.Bunzen və İngilis kimyaçısı O.Matissen almışlar.
Natrium və Kalium sərbəst halda 1807-ci ildə ingilis kimyaçısı H.Devi
onların ərinmiş hidroksidlərinin elektrolizindən almışdır. Elementə verilən
natrium adı müxtəlif dillərdə işlədilən “nitron” (yunan) və “natron” (ərəb)
sözlərindən əmələ gəlmişdir.
Kalium ərəbcə “kili” sözü olub, bitki külü deməkdir.Rus dilində “kaliy”
adlandırılması 1831-ci ildə Q.İ.Hess tərəfindən təklif edilmişdir.
Rubidium 1861-ci, sezium isə 1860-cı ildə spektral analiz vastəsi ilə
R.Benzen və Q.Kirxhof tərəfindən kəsf edilmişdir. Adları onları xarakterizə edən
spektr xətlərinin rənginin latınca adlarına görə verilmişdir. Bu xətlərin rəngi
seziumda göy, rubidiumda isə qırmızıdır.
Fransium radioaktiv elementdir. O, 1939-cu ildə fransa kimyaçısı Marqarita
Pere tərəfindən aktiniumun alinması zamanı kəşf edilmiş və ona “aktinium-K”
adı verilmişdir. 1946-cı ildə Pee bu elementi öz vətəninin şərəfinə adlandırmışdır.
Mövzunun izahında audiovizual vasitələr 45 dəqiqəlik dərs müddətində
qoyulan tələblərə tam əməl olunmasını təmin edir. «Qələvi metallar və onların
fiziki-kimyəvi xassələri» dərsi slayd təqdimatı ilə dərsin planına uyğun ardıcıllıqla
yerinə yetirilərək, videofraqmentlər vasitəsilə kimyəvi reaksiyalar ekranda
göstərilmiş və bu şəkildə dərsin tam mənimsənilməsinə nail olunmuşdur.
İstifadə edilmiş ədəbiyyat:
1.V.Abbasov,
M.Abbasov,
R.Əliyev,
A.Əliyev, V.Əliyev, L.Ə liyev. Kimya
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
dərslik. «ASPOLİQRAF». Bakı 2013
2.
http://bibliofond.ru/
3. Мария С.Пак. Теория и методика
обучения химии. Изд-во.ПГПУ им.
Герцена.2015
Kimya məktəbdə
47
Aлескерова A.A.
Из опыта обучения темы “Щелочные металлы и их физико - химические
свойства” с использованием аудиовизуальных cредств
АННОТАЦИЯ
В статье дается методическая разработка по изучению темы «Щелочные
металлы и их физико-химические свойства» в условиях применения
аудиовизуальных средств обучения. Аудиовизуальные средства обучения являются
эффективным источником повышения качества обучения. При этом на занятиях
успешно реализуются дидактический принцип наглядности, возможность
индивидуализации обучения и одновременно массового охвата обучающихся,
усиливается мотивационная сторона занятий. Результат педагогической практики
проведенной с использованием средств мультимедии ясно показывает что эти
средства подготавливают школьников к получению и усваиванию информации.
Рассказано об их положительном влиянии на весь процесс обучения.
Alasgarova A.A.
From the experiment about teaching the topic “Alkali metals including their
physical and chemical features” by means audiovisual stuff
SUMMARY
The article gives the methodical development on the study of theme of “Alkali
metals and their physical and chemical properties ” under the condition of use of
audiovisual stuff methods. Audio-visual teaching aids are an effective source of
improving the quality of education.At the same time in the classroom successfully
implemented didactic clarity principle, the possibility of individualization of learning and
studying at the same time the mass coverage, enhanced motivational side sessions. The
result of teaching practice carried out with the use of multimedia shows clearly that these
funds are preparing students for the preparation and assimilation of information. It tells
about their positive influence on the whole process of learning.
Açar sözlər: audiovizual vasitə, multimedia proyektoru, interaktiv lövhə, qələvi metal,
daş duz, elektron konfiqurasiyası, atom radiusu
Ключевые слова: аудиовизуальные средства, мультимедийный проектор,
интерактивная доска, щелочный металл, каменная соль, электронная
конфигурация, атомный радиус
Key words: audiovisual stuff, multimedia projectors, smart bords, alkali metal, rock salt,
electron configuration, atomic radius
Dostları ilə paylaş: |