Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
  1   2   3   4   5   6   7   8   9   ...   126



 
ĠSMAYIL ĠMANZADƏ 
TARĠYEL ABBASLI 
 
 
 
 
 
QƏM 
LEYSANI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yeni NəĢrlər Evi 
BAKI - 1999 
 
 
 



 
 
 
 
Redaktoru       Qərib Qarannı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ġmanzadə Ġsmayıl Səlim oğlu  
Abbaslı Tariyel Allahverdi oğlu 
 
 
Qəm leysanı: Publisistika - Bakı: "XXI" - Yeni NəĢrlər Evi, 1999. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"XXI" - Yeni NəĢrlər Evi, 1999. 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Bu torpaq sənindi, 
onu ək və 
yağılardan qoru! 
Torpağı 
əkib becərməsən 
yağılardan 
qorumağa dəyməz, 
yox, əgər onu yağılardan 
qorumasan 
əkib becərməyə 
dəyməz." 
"Kitabi -Dədə Qorqud"-dan 
 
 
 
 
 
 
 
 
 
 
 



 
ALIN YAZISI 
 
Bayraqları bayraq yapan üstündəki qandır, 
                                                            Torpaq, uğrunda ölən varsa Vətəndir... 
 
 
 
 
 
 
ġəhidliyin  ən  böyük  həqiqəti  və  sarsılmaz  məntiqi  türk  Ģairinin  bu  qoĢa 
misrasında mükəmməl ifadə olunmuĢdur. 
Ġnsanın  ən  halal  haqqı  təbiət  tərəfindən  ona  verilmiĢ  sadə  bir  həyatı 
sonacan yaĢamaqdır. Dünyadan, insanlardan və öz qəlbindən bir an belə qopmadan 
yaĢanan bir ömür, əlbəttə, bəxtiyarlıqdır... 
Fəqət, ən qüdrətli iradəyə belə əyilməyən alın yazısı deyilən bir həqiqət də 
var  ki,  orada  eniĢlər  və  yoxuĢlar,  yarğanlar  və  sıldırımlar,  zülmət  və  iĢıq, 
bəxtiyarlıq  və  göz  yaĢı,  acı  və  Ģirin...  fövqəl  bir  gözlənilməzliklə  sıralanmıĢdır. 
ġəhidlik də alın yazısıdır! 
Amma necə ayırasan ki, Ģəhidlik faciədir, yoxsa bəxtiyarlıq... 
ġəhidliyin əbədiyyət olması isə Ģəksizdir. 
Adi insanlar ölür... 
ġəhidlər  əbədiyyətə  qovuĢur...  Hər  bir  Ģəhidin  ömrü  nə  az,  nə  çox, 
uğrunda can qurban elədiyi torpağın yaĢı qədərdir... 
Azərbaycan  torpaqlarının  bütövlüyü  uğrunda  erməni  iĢğalçı  ordusuna 
qarĢı aparılan qanlı döyüĢlərdə igid Cəbrayıl camaatı yüzlərlə Ģəhid vermiĢdir. Bu 
azdır,  yoxsa  çox?  Qəhrəmanlıq  məqamında  "bir  nəfərin  ölümü  faciədir,  minlərin 
ölümü  statistika"  deyənlərin  məntiqi  özünü  doğrultmur.  Çünki  cəbrayılılların, 
bütün Azərbaycan xalqının tam bir on illik boyunca apardığı bu savaĢ Vətən sava-
Ģıdır.  Əkər  xalq  bircə  nəfəriylə  Ģüurlu  ölüm  zirvəsinə,  Ģəhidlik  zirvəsinə  yüksələ 
bilirsə  deməli,  o  xalq  ləyaqət  haqqına  sahibdir!  Cəbrayıl  Ģəhidləri  əvəzinə 
Azərbaycan  Ģəhidləri  deyilsə  fikir  bəlkə  də  daha  dəqiq  ifadə  olunardı.  Çünki  bu 
kədərli  kitabın  qəhrəmanları  Cəbrayıl  ərazisi  ilə  yanaĢı,  Qarabağ  uğrunda  gedən 
döyüĢlərin  bütün  qaynar  xətti  boyunca  düĢmən  gülləsinə  sinə  gərmiĢlər.  Onlar 
yalnız Cəbrayılı deyil, bütün Azərbaycanı qorumuĢlar... 
Bütün  Ģəhidlərimizin  bir  amalı  olmuĢdur;  Vətən  torpağını  yağıdan 
qorumaq.  Onun  nə  fərqi  var  ki,  könlündə  yurd  məhəbbəti  gəzdirən  vətən  əsgəri 
Cəbrayılda, yaxud Ağdamda, Laçında yaxud ġuĢada, Qubadlıda yaxud Zəngilanda, 
Kəlbəcərdə yaxud Ağdərədə əbədiyyəta qovuĢub... 
Burda,  bu  kitabda  Azərbaycan  Cəbrayıl  deyilən  ulu  torpağında  ən 
müxtəlif  sənələrdə  dünyaya  göz  açmıĢ,  fəqət  əksəriyyəti  90-cı  illərin  əvvələrində 



 
qəm  leysanına  çevrilərək  yurdun  daĢlarına,  sal  qayalarına  səpələnmiĢ  insanların 
nakam taleyindən teleqraf üslubu ilə söz açılır. Hətta ən çox çəkən, ən uzun ömür 
də  belədir,  ani,  qaĢla  göz  arasında...  Nə  bilmək  olar,  bəlkə  ən  qısa  ömür  ən  uzun 
ömürdü, yaxud əksinə ən uzun ömür də ən qısa ömürdü... 
Bəlkə  bu  da  adi  həyat  adamlarına  uyar  bir  məntiqdir.  Bir  qədər  öncə, 
Ģəhidlik adi məntiqə sığmır, deyildi. Deməli, bu insanlar da hansı oymaqda, hansı 
ildə doğulduqlarından asılı olmayaraq eyni yaĢdadırlar; Ģəhidlik yaĢında... 
Sağ  qalsaydılar  hərəsi  bir  birinə  qətiyyən  bənzəməyən  tale  yaĢaya-
caqdılar.  Fəqət  indi  onların  hamısının  alın  yazısının  cəmi  bircə  kəlməsi  var: 
ġəhidlik! 
Ad və Ģöhrət onlara gərək deyil. sonuncu Ģərəf duyğusu onların al qanına 
boyanaraq  torpağının  ən  dərin  qatlarına  hopub.  Onlar  bizə  Vətəni  nə  gücdə 
sevməyi,  mərdanəliyi,  nə  sayaq  yaĢatmağı,  ən  baĢlıcası  isə  yurd  uğrunda  necə 
ölməyi  öyrətmiĢlər.  Onlar  onsuz  da  müqəddəs  olan,  saysız-hesabsız  düĢmən 
ordularını  diz  çökdürən,  hər  qarıĢı  igidlər  qanıyla  suvarılan  torpağımızın 
qəhrəmanlıq yaddaĢını yenidən oyatmıĢlar. 
Ġnanırıq ki, ən azı buna görə müəlliflərin göynər bir ürəklə "Qəm leysanı" 
adlandırdıqları bu kitabı  əziz  tutacaqsınız. Bir də  ən azı ona  görə  ki,  onlar  sənin, 
mənim, hər birmizin əvəzinə... ölümə gediblər; onlar, Cəbrayıllı Ģəhidlər! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə