Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   2   3   4   5   6   7   8   9   ...   126


 
CƏBRAYIL.  
NƏYĠM KETDĠ,  
NƏYĠM QALDI?...
 
 
 
Ərazisi                                                  - 
1050 kv. km. 
 
Əhalisi                                                  - 
54,430 nəfər 
 
Əhalisinin tərkibi 
KiĢilər                                                   - 
26580 nəfər 
 
Qadınlar                                                - 
27850 nəfər 
 
PeĢə məktəbi                                         - 
27850 nəfər 
 
Ümumitəhsil məktəbi                            - 
72 
 
Xəstəxanalar                                          - 

 
Tarixi abidələr                                       - 
5 məscid, 127 abidə 
 
Mədəniyyət ocaqları                             - 
149 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
QƏHRƏMANLIQ HAQQINDA HEKAYƏT 
 
 
Əsas  qayəsini  Vətən,  torpaq  sevgisi  təĢkil  edən,  lazım  gələndə  onun 
yolunda canını əsirkəməyən mərd oğullarımızın hünəri, igidliyi böyük məhəbbətlə, 
vətəndaĢ qeyrəti ilə lakonik bir dildə əks olunaraq ərsəyə gətirilmiĢ "Qəm leysanı" 
kitabı  hər  birimizin  qəlbini  ovundurub  ürəyinə  toxtaqlıq  verməklə  yanaĢı 
gənclərimizin  hərbi-vətənpərvərlik  tərbiyəsində  və  torpaqlarımızın  müdafiəsi 
uğrunda hazır olmaları istiqamətində əvəzsiz rolu inkaredilməzdir. 
Kitabı  oxuduqca  gözlərimiz  önündə  yaralanmıĢ  torpaqlarımızın  qisasını 
almaq  uğrunda  aparılan  ölüm-dirim  mübarizəsinin  dəhĢətli  mənzərəsi  canlanır. 
Qəhrəman əsgərərimizin qorxmazlığı, Ģücaəti adamda daxili bir qürur hissi oyatsa 
da,  hələ  həyatdan  əməlli-baĢlı  kam  almayan,  kökslərində  gəzdirdikləri  Ģirin 
arzulara  çatmadan  ömür  yolları  yarımçıq  qırılmıĢ  Ģəhid  balalarımızın  vaxtsız 
əbədiyyətə qovuĢmalarına heyfsilənməyə bilmirsən. 
Hər  sətrinə  müəlliflərin  qəlblərinin  göynərtisi,  ürəklərinin  qanı  hopmuĢ 
kitabı həyəcansız oxumaq mümgün deyil. Onu vərəqlədikcə adamı dəhĢət bürüyür, 
inanmaq  istəmirsən  ki,  tarixin  sərt  sınaqlarından  həmiĢə  baĢıuca,  üzüağ  çıxan  ulu 
Cəbrayıl torpağı altı ildir erməni təcavüzkarlığının iĢğalına  məruz qalıb. Axı necə 
də inanasan? Məgər hər daĢı, qayası, hər evi, məktəbli çantasını silahla əvəz edərək 
əfsanəvi qəhrəmanlıq göstərən 11 yaĢlı Samirləri, əsir düĢməmək üçün qumbaraya 
əl ataraq düĢmənlərlə bərabər özünü də məhv edən Cabbarları, ən ağır iĢgəncələrə 
dəyanətlə  dözərək  erməni  cəlladları  qarĢısında  baĢ  əyməyən,  Vətənin  namusunu 
ölümdən  üstün  tutaraq  varlığımızın  simvolu  kimi  bayrağımızı  öpüb  gözünün 
üstünə  qoymaqla  düĢmənin  özünü  də  heyrətə  salan  Ġlqarları,  ulu  babalarının 
mətanətini,  igidliyini,  dönməzliyini  özündə  yaĢadan  Muradları,  ġakirləri,  Faiqləri 
və yüzlərlə ürəyi təpərli qəhrəman oğulları olan bir torpaq heç erməni faĢistlərinin 
qanlı caynağına keçə bilərdimi?! Artıq bütün dünyaya səs salan məlum həqiqətlər 
bir daha xatırladılır, baĢımıza gətirilən faciənin səbəbkarları lənətlə damğalanaraq 
oxucuya  təqdim  olunur.  Zənkin  sərvətə  malik  Azərbaycana  zəhərli  diĢlərin 
qıcanması,  imperiyapərəst  qüvvələrin  onu  yenidən  kölə  vəziyyətinə  salmaq  istəyi 
ərazimizin bir hissəsinin itirilməsinin əsas səbəbi kimi kitabda öz əksini tapmıĢdır. 
Əsərdə  ermənilərin  heç  bir  günahı  olmayan  dinc  əhalini,  qocaları, 
uĢaqları,  qadınları  atəĢə  tutaraq  qəddarcasına  məhv  etmələri  ürək  ağrısı  ilə 
verilərək faĢist xislətli Milli düĢmənlərimizin insanlıqla bir araya sığmayan iyrənc 
əməllərinə  qarĢı  oxucuda  dərin  nifrət  hissi  oyadır.  Bizi  xalqımızın  sonrakı  taleyi 
barədə düĢünməyə, bədnam düĢmənlərimizin bəd niyyətlərinin puça çıxması üçün 
daha sayıq olmağa çağırır. 
"Qəm  leysanı"  təkcə  Ģəhidlərimiz  haqqında  qələmə  alınan  qəhrəmanlıq 
dastanı  deyil,  o  həm  də  tarixinə  Ģəhidlik  ağrısı  yazılmıĢ  bütöv  ellərimizin, 
yandırılmıĢ  evlərimizin,  qiyməti  heç  nə  ilə  ölçüyə  gəlməyən,  qədim  tarixə  malik 



 
maddi  və  mədəniyyət  abidələrimizin  harayından  söhbət  açan,  habelə  quduzlaĢmıĢ 
ermənilərin məmləkətimizi yer üzündən silmək kimi azğın məqsədlərini ürək ağrısı 
ilə, daxilən qovrula-qovrula təsvir edən bir tarixi sənəddir. 
Kitabın “Qəm leysanı" adlandırılması tamamilə məzmuna uyğun səslənir. 
Çünki  neçə  illərdir  ki,  baĢımız  üstündə  fırlanaraq  Milli  varlığımızı  təhlükə  altına 
alan  qara  kabus  yurdumuzu  qan  leysanına  bürüyüb.  Ancaq  təsəllimiz  onadır  ki, 
belə  leysanlar  uzun  çəkə  bilməz  və  biz  inanırıq  ki,  yaxın  vaxtlarda  səmamız 
üzərindən qara buludlar yox olacaq. O zaman Ģəhid balasının qəbri üstünə bir ovuc 
Vətən  torpağı  atmaq  üçün  əlləri  havada  uzalı  qalan  ağ  saçlı  ananın,  gözünün  ağı-
qarası  itkin  düĢmüĢ  yeganə  oğlunun  intizarından  qəddi  kaman  kimi  əyilmiĢ 
ixtiyarın,  gözləri  üzünü  görmədikləri  Ģəhid  atalarının  yollarına  dikilmiĢ  körpə 
fidanlarımızın,  qardaĢ  həsrəti  ilə  gecə-gündüz  Ģam  tək  əriyən  bacıların  göylərə 
bülənd  olan  nalələrinin  intiqamı  alınar.  Əks  təqdirdə  qəzəbindən  qəbri  çat-çat 
olmuĢ  babaların,  Ģəhidlərimizin  baĢımız  üstə  narahat-narahat  dolanan  nigaran 
ruhları bizi bağıĢlmaz. 
Ümumiyyətlə,  Ģəhidlər  üçün  bir  kəlmə  söz  söyləmək  də  savabdır  deyən 
Ġ.Ġmanzadə  və  T.Abbasov  böyük  zəhmət  bahasına  çox  nəcib  və  xeyirxah  bir  iĢ 
görərək  yurdu  yaĢatmaq  üçün  canlarından  keçən  Ģəhid  oğullarımız  haqqında 
gələcək nəsillərə nümunə ola biləcək bir qəhrəmanlıq abidəsi ucaltmıĢlar. 
Qələmləri  ilə  xeyirxah  iĢ  görən  müəlliflərin  fikrinə  Ģərik  çıxır,  onların 
sözlərinə bircə onu əlavə etmək istəyirik ki, Ģəhidlərimizin yolunda az-çox zəhməti 
olan  hər  kəs  böyük  ehtirama  layiqdir  və  belələrinin  adlarını  yeri  gəldikcə 
xatırlamamaq mümgün deyil. Burada köçgünlüyün ağrılı-acılı günləri yada düĢür. 
Didərginliyin  ilk  günlərində  Ģəhidlərimizi  yerlərdə  öz  doğmaları  kimi  hörmətlə 
dəfn  edən,  onların  ruhuna  dua  oxuyan,  ehsan  verilməsinə  köməklik  göstərən 
insanların  yaxĢılıqlarını  Cəbrayıllılar  heç  vaxt  unutmayacaq,  həmiĢə  minnətdarlıq 
hissi ilə xatırlayacaqlar. 
Köçgünlərimizin məskunlaĢdıqları ərazini ev-ev gəzərək yuxusuz gecələr 
hesabına Ģəhidlərimizin keçdikləri həyat və döyüĢ yolları haqqında faktlar toplayan 
müəlliflərə,  dəyərli  köməlik  göstərən  icra  hakimiyyətinin  əməkdaĢlarına,  ərazi 
nümayəndəliklərinə, kitabın sponsorlarına, ümumiyyətlə, onun iĢıq üzü görməsində 
əməyi  olanların  hamısına,  xüsusilə  Azərbaycan  Respublikası  Prezidenti  Ġcra 
Aparatının humanitar siyasət Ģöbəsinin rəhərliyinə və iĢçilərinə öz dərin hörmət və 
ehtiramımızı bildiririk. 
 
 
 
K.Q.Əliyev,  
Cəbrayıl rayon Ġcra Hakimiyyətinin baĢçısı 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə