Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   22   23   24   25   26   27   28   29   ...   126

85 
 
-  O,  kəndimizə  baĢucalıqı  gətirib,  -  deyirlər.  Bu  hərarətli  sözlər  el 
istəyindən güc alıb bir Ģəhid adının sığalına çevrilir bu gün... 
 
 
 
 
 
 
Quliyev Mehman Qulu oğlu 
doğulub - 02.02.1968-ci il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 05.07.1995-ci il, 
QuĢçular kəndi 
 
 
 
 
 
QƏHRƏMANLAR CAN VERƏR YURDU YAġATMAQ ÜÇÜN 
 
Mehman  evlərinə  səhərə  yaxın  qayıtdı.  AĢağılarda  sökülən  dan  yerindən 
torpağa sübh Ģəfəqləri yağmaqda idi. Ziyaratın zirvəsi daha əzəmətli görünürdü bu 
səhər.  Doqtazın  qapısı  ağzına  çatanda  ayaq  saxlayaraq  üst-baĢını  qaydaya  salıb 
barmağını  zəngin  düyməsinə  toxundurdu.  Qulu  kiĢi  qapını  açıb  qollarını 
Mehmanın  boynuna  doladı.  Növbə  ġəfiqə  anaya  çatanda  o,  baĢını  ciyərparasının 
sinəsinə qoyub hıçqırdı: 
-  Boyuna  qurban  olum,  ay  Mehman,  sən  gedəndən  kipriklərim 
qapanmayıb. Nə yaxĢı gəlib çıxdın. 
Mehman  onları  sakitləĢdirib  qol-budaqlı  ağacın  kölgəsindəki  skamyada 
əyləĢdi.  ġəfiqə  xanım  səhər  yeməyini  hazırlamaq  üçün  mətbəxə  keçdi.  Əlindəki 
dolu padnosla geri qayıdanda Mehmanla Qulu kiĢini Ģirin söhbət edən gördü. 
-Ziyaratın  lap  o  üzünə  kimi  gedib  çıxmıĢdıq  ata.  DüĢmən  Dolanlara, 
Ağcakəndə,  Köhnə  Tağlara  xeyli  canlı  qüvvə,  ağır  texnika  gətirib.  Süleymanlı, 
QıĢlaq  tərəfdə  də  hücuma  möhkəm  hazırlaĢır  onlar,  Gorusdan  gələn  maĢınların, 
vertalyotların ardı-arası kəsilmir. 
Anasının bənizinin qaçdığını görəndə səsinin tonunu bir az yumĢaltdı: 
-Ziyaratın ətəyində gül-gülü, çiçək-çiçəyi çağırır. Baldırğanı, qırxbuğumu 
yarıb  yerimək  olmur.  Ağcakənddən  yuxarıdakı  Novlu  bulağın  suyundan  doyunca 
içib,  bizi  bu  günə  salanları  o  ki  var  yamanladım.  Köpək  uĢağı  yaman  kəsiblər 
baĢımızın üstünü. Qulu kiĢi dözməyib dilləndi: 
-Bəs, bizimkilər nə edirlər, a bala, xəbərləri yoxdu bu hay-haraydan? 


86 
 
-Gördüklərimizi  yerli-yataqlı  danıĢmıĢıq  qərargahda.  Bakının  da  xəbəri 
var ermənilərin hazırlaĢmağından. Bəlkə bu günlərdə nəsə etdilər... 
-Eh,  ay  oğul,  bəlkəni  əkiblər  bitməyib.  Atalar  deyir,  "yasin  oxumaqla 
donuz darıdan çıxmaz"... 
Mehman atasının ruhdan düĢdüyünü sezib söhbəti nikbinliklə tamamladı: 
-Ata,  bilirsən  cəbhədə  kiĢi  qeyrətli  oğullarımız  çoxdur,  təkcə  bu  xalqın 
sərkərdəsi  çatmır.  Ġmkanım  olsaydı  o  dil  qəhrəmanlarını  bir  yerə  toplayıb 
deyərdim: 
-Bəsdir,  bu  xalqın  baĢına  tərs  dəyirman  açdığınız.  Bir-birinizlə  söz 
güləĢdirincə gəlin bizimlə yanaĢı səngərdə dayanın. Dar gündə adını kiĢi qoyan kəs 
kərək diĢi ilə, dırnağı ilə də olsa düĢməni didib parçalasın. Axı: 
 
KiĢi - vüqar, əzəmət,  
KiĢi - namus, ucalıq,  
KiĢi - qeyrət deməkdir.  
KiĢi - xalqın varlığı,  
KiĢi - sərvət, səltənət,  
KiĢi - millət deməkdir... 
 
Ömrünün sonuna kimi kiĢi adının ucalığına söykəndi Mehman. Müharibə 
adlı əjdahanın qorxunc sifətini bir neçə il qabaq Əfqanıstan döyüĢlərində görmüĢdü 
o. Burada ağır texnikanın idarə olunmasından tutmuĢ, ən müasir silah növlərindən 
atəĢ  açmağın  sirlərinə  kimi  hər  Ģeyi  yerli-yerində  öyrənib  mənimsəmiĢdi. 
Əfqanıstan  müharibəsindən  dörd  medalla,  bir  qovluq  arası  təĢəkkürnamələrlə 
qayıdandan sonra rayonda sürücü iĢləyirdi Mehman... 
Doxsan  birinci  ildən  Cəbrayıl  batalyonunun  kəĢfiyyat  rotasında  xidmət 
edən  Mehman  Quliyevin  gecəsi,  gündüzü  seçilmirdi  burada.  Ən  gizli  yollarla 
düĢmən  arxasına  keçib  elə  mühüm  xəbərlərlə  geri  dönürdü  ki,  hamı  hünərinə 
"əhsən" deyirdi onun... 
Rayondakı  batalyon  təzə-təzə  yarananda  hərbi  texnika  sarıdan  əsgərlər 
korluq  çəkirdilər.  Mehman  komandanlıqdan  icazə  alıb  pusquda  dayandı  onda. 
Birinci dəfə "Ural" markalı avtomaĢınla geri döndü. Ġkinci "ovu" daha uğurlu oldu 
onun.  Təptəzə  zirehli  bir  maĢını  sürüb  rayon  mərkəzinə  gətirdiyini  eĢidənlər 
əfsanəvi bir qəhrəman kimi baxdılar Mehmana... 
QuĢçular - ġayaq məntəqələri arasında Mehman üç əsgər yoldaĢı ilə qeyri-
bərabər döyüĢdə düĢmənin xeyli canlı qüvvəsini, bir neçə texnikasını vurub sıradan 
çıxardı.  Ratsiyadan  ermənilər  qudurmuĢ  it  zinkiltisinə  bənzəyən  səsləri  ilə  Meh-
manı  asıb-kəsirdilər  onda.  Bu  igid  gizir  öz  hərbi  maĢınında  axıra  qədər  cəsarətlə 
döyüĢdü.  Yaralandığını  düĢmən  hiss  etməsin  deyə  döyüĢə-döyüĢə  maĢını 
meydandan uzaqlaĢdırdı. Mehmanın  həyatını ən  mahir həkimlər xilas edə bilmədi 


87 
 
o vaxt.  Ömrünün iyirmi beĢinci baharında  dünyasını dəyiĢib haqqın dərgahına  üz 
tutdu o... 
Valideynləri, qardaĢ-bacıları mərdliklə dözdülər Mehmanın ölümünə. Elə 
indinin  özündə  də  ġəfiqə  ana  oğlunun  ölümünə  inanmaq  istəmir.  Elə  bilir  ki, 
Mehman Murovda, Araz qırağında dayanıb yenə də yurda keĢik çəkir. Ana onu da 
bilir  ki,  qəhrəmanlar  ölümsüz  olurlar.  Vətəni  Vətən  edən  Mehman  kimi  oğullar 
öləndən sonra da yaĢamağa qadirdirlər... 
 
 
 
 
 
Quliyev Elbrus Vaqif oğlu 
doğulub - 09.05.1973-cü il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid - olub 12.02.1994-cü il, 
Mehdili kəndi 
 
 
 
 
 
ÖLMƏYƏ VƏTƏN YAXġI... 
 
Min  illərdən  bəri  dağların  ətəyi  ilə  qıvrıla-qıvrıla  axıb  Kürlə  görüĢə 
tələsən  Araz  özünün  "çay  ömründə"  doxsan  dördün  o  fevral  günündəki  qədər 
dəhĢətli  savaĢ  görməmiĢdi.  Cəbrayıl  ərazisini  iĢğalçılardan  təmizləmək  naminə 
Horadiz qəsəbəsindən Mehdiliyə tərəf irəliləyən igid oğullarımızın gözünü qırmaq 
üçün düĢmən ağır texnikanın və canlı qüvvənin köməyi ilə hücuma keçmiĢdi. Ensiz 
sərhəd zolağında torpaq qarıĢıq hər nə var idisə alıĢıb yanırdı o gün. Lələ yüksək-
liyindən  atılan  mərmilər  Arazın  sahillərində  partladıqca  türk  qanına  susayan 
qəlpələr  ayna  suların  sinəsini  didim-didim  didməkdə  idi.  Adama  elə  gəlirdi  ki, 
məhĢər  ayağına  çəkilən  dünyanın  qətl  günüdür  burda.  Mirzənağılı,  Qazaxlar, 
Cocuq  Mərcanlı  kəndlərinin  azad  edilməsindən  ruhlanan  əsgərlərimiz  Mehdili 
kəndinə inadla can atmaqda idilər. Buradakı hər qarıĢ torpaq uğrunda  gedən qanlı 
döyüĢ axĢama yaxın igidlərimizin qələbəsi ilə sona çatdı. Hərbi əməliyyat zamanı 
Ģəhid  olanların  sırasında  Elbrus  da  var  idi.  Onun  get-gedə  iĢığı  öləziyən 
gözlərindən... 
Gəzməyə qərib ölkə, 
Ölməyə Vətən yaxĢı - ifadəsi oxunmaqda idi... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə