Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   2   3   4   5   6   7   8   9   ...   126


 
YÜZ 
ĠLLƏRĠN 
YADDAġI 
 
 
Cəbrayıl  Azərbaycanın  zəngin  tarixə  malik,  istiqanlı,  mərd  insanları  və 
bənzərsiz  təbiəti  ilə  seçilən  bölgələrindən  biridir.  Bu  gün  igid  oğulları  Ģəhidlik 
zirvəsinə yüksələn Cəbrayıl barədə nə bilirik? 
Cəbrayıl adlı tarixi Ģəxsin 8-12-ci əsrlərdə Elxanilər, Cəlayirilər, yaxud da 
Ağqoyunlular  zamanında,  sultan  Əhməd  adında  üç  hökmdardan  birinin 
hakimiyyəti illərində yaĢaması elmə məlumdur. 
Eyni  adlı  məqbərə  Cəbrayıl  adlı  Ģəxsin  böyük  nüfuz  sahibi  olduğunu 
göstərir.  Buna  görə  də  o,  dövrün  adətinə  uyğun  olaraq,  ona  məxsus  torpaqların 
yuxarı  baĢında,  AlıpaĢa  dağının  hündür  və  tamaĢalı  bir  yerində  ayrıca  dəfn 
edilmiĢdir. 
Cəbrayıllı  tayfası  haqqında  məlumatlara  A.Bakıxanovun,  Mirzə  Həsən 
Əfəndinin  əsərlərində,  19-cu  əsrdə  yazılmıĢ  bir  çox  kitab  və  rəsmi  dövlət 
sənədlərində,  habelə  sovet  dövrü  alimlərinin  tədqiqatlarında  rast  gəlinir.  Belə 
görünür  ki,  Cəbrayıl  hələ  öz  sağlığında  "ata"  kimi  tanınan  el  ağsaqqalı  olduğu 
kimi, onun övladları da öz dövrünün sayılan adamları olmuĢlar. s. Onullahi 15-17-
ci  əsrlərdə  Qarabağ  əhalisini  təĢkil  edən  məĢhur  ġahsevən,  CavanĢir,  ƏfĢar  və  s. 
tayfalarla  yanaĢı  Cəbrayıllı  tayfasının  adını  çəkmiĢdir.  Cəbrayıllı  tayfası  və  bu 
tayfaya  daxil  olmayan  kəndlərin  əhalisi  Azərbaycanda  yaranmıĢ  siyasi  vəziyyətlə 
əlaqədar  olaraq  15-ci  əsrdə  Qaraqoyunlu  və  Ağqoyunlu,  16-17-ci  əsrlərdə 
qızılbaĢlar  və  Ģahsevənlər,  18-ci  əsrdə  əfĢar,  nəhayət  CavanĢir  tayfa  ittifaqlarının 
tərkibinə daxil idilər. Ona  görə də 19-cu əsr  müəllifi D.Zubarev və ona  əsaslanan 
bəzi  tədqiqatçılar  Cəbrayıllıları  gah  CavanĢir,  gah  da  ƏfĢar  tayfasının  bir  tirəsi, 
1878-ci  ildə  Londonda  türkcə  nəĢr  edilmiĢ  bir  topluda  isə  ġahsevənlərin  bir  qolu 
kimi göstərmiĢlər. 19-cu əsrin 30-cu illərindən sonrakı yazıllı mənbələrdə və rəsmi 
dövlət sənədlərində Cəbrayıllı tayfasının adına rast gəlinmir. 
Cəbrayıl  torpaqları  e.ə.  7-ci  əsrdə  Mil  düzündən  baĢlayaraq  Urmiyə 
gölünün Ģimalınadək ərazilərdə mövcud olmuĢ çarlığın, e.ə. 7-6-cı əsrlərdə Midiya 
dövlətinin  və  Əhəməni  imperiyasının,  e.ə.  4-3-cü  əsrlərdən  isə  Qafqaz 
Albaniyasının  tərkibində  olmuĢdur.  O  dövrlərdə  Cəbrayıl  əraziləri  Pazkank, 
sonralar  isə  Əhristan  və  nəhayət,  Dizaq  adlanan  mahalın  tərkibinə  daxil  idi. 
Əhristan  mahalı  Qarabağın,  o  cümlədən,  Cəbrayılın  dağətəyi  ərazilərini  və  Mil 
düzünün bir hissəsini, Dizaq mahalı isə Quruçay (Füzuli), Araz və Həkəri (Zənki-
lan) çayları arasındakı zonanı və  Cəbrayılın Arazboyu hissəsini  əhatə  edirdi.  Diri 
dağının  adı  ġumer-türk  sözü  olan  diri,  dirilik,  həyat  mənalarını  verən  tir,  tar,  tiri 
sözlərindən yaranmıĢdır. Diri sözünü Qafqaz Albaniyasının bir əyalətinin adı kimi 


10 
 
alban  tarixçisi  Muca  Kalankatlı  da  (7-8-ci  əsrlər)  iĢlətmiĢdir.  Diri  dağı  səmtində 
olan Tiri kəndinin (Zəngilan) adı da diri, tiri sözlərindən əmələ gəlmiĢdir. 
4-7-ci  və  11-12-ci  əsrlərdə  Azərbaycana  gələn  çoxlu  türk  tayfalarının 
əksəriyyəti əsasən Aran əyalətində, Kür-Araz ovalığında yerləĢmiĢdilər. Onlar yerli 
türk  tayfaları  ilə  qaynayıb-qarıĢdı.  Professor  T.Hacıyevin  verdiyi  məlumata  görə, 
Cəbrayıl Ģivələrində süzmə, tuĢax, dağar, surquĢlamaq və s. sözlər o dövrdə gəlmə 
türk  tayfalarından  qalma  sözlərdir.  Bu  sözlərin  bəziləri  Azərbaycanın  baĢqa  re-
gionlarında da iĢlənir. 
1502-ci  ildə  görkəmli  sərkərdə  və  siyasi  xadim  I  ġah  Ġsmayılın  baĢçılığı 
altında  Səfəvilər dövləti  yarandı.  Cəbrayıl  ərazilərinin daxil olduğu Dizaq  mahalı 
mərkəzi  Gəncə  olan  Qarabağ  bəylərbəyliyinə  daxil  edildi.  16-cı  əsrin  40-cı 
illərindən  I  ġah  Ġsmayılın  oğlu  I  ġah  Təhmasib  əsli  Qacar  tayfasından  olan 
ġahverdi  Ziyad  oğlunu  Qarabağın  ilk  bəylərbəyisi  təyin  etdi  və  bundan  sonra 
bəylərbəyi  vəzifəsi  Ziyadoğullarının  əlində  oldu.  Xudafərin  körpülərinə  qədər 
bütün  torpaqlar  Ziyadoğullarına  məxsus  idi.  Azərbayçan  Səfəvi  dövləti 
yarandıqdan sonra məhsuddar qüvvələr inkiĢaf etməyə baĢladı. 16-cı əsrin 30-50-ci 
illərindən  etibarən  Qarabağ  Ġranla  Türkiyə  arasında  döyüĢ  meydanına  çevrildi. 
səfəvi  hökmdarı  I  ġah  Abbas  Türkiyənin  hücumları  üçün  Ģərait  olmasın  deyə 
Arazboyu  ərazilərdə  yaĢayan  əhalinin  çox  hissəsini  Ġranın  mərkəzi  əyalətlərinə 
köçürdü.  Qarabağda,  o  cümlədən,  Cəbrayılda  Əhmədli  tayfasına  məxsus  olan 
ġahvəlli,  Qalaçıq,  Hacı  Ġsmayıllı,  Gödəklər,  QuĢçular  və  s.  kəndlərin  camaatı  və 
Çaxarlı  tayfası  doğma  yurdlarını  tərk  etməkdən  boyun  qaçırıb  inadlı  müqavimət 
göstərdilər.  ġahın  əmri  ilə  onların  çoxu  məhv  edildi,  qalanları  isə  I  ġah  Abbacı 
müdafiə edən Ģahsevənlərin tərəfinə keçməyə məcbur oldular. 
1747-ci  ildə  Nadir  Ģah  xaincəsinə  öldürüldükdən  sonra  Azərbaycanda 
ayrı-ayrı feodal dövlətlər - Qarabaq, Naxçıvan, ġəki, ġirvan, Quba və s. xanlıqlar 
yarandı. 
Qarabağ  xanlığı  Naxçıvandan  Araz  və  Kür  çaylarının  qovuĢduğu  yerə, 
Kürəkçaydan  (Gəncə)  Tərtər  çayına,  oradan  da  Göyçə  gölünə  qədər  əraziləri, 
Zəngəzur  və  Sisiyan  mahallarının  bir  hissəsini  əhatə  edirdi.  Cəbrayıl  ərazisi  də 
Qarabağ xanlığına daxil idi. 
Qarabağ  xanlığının  ərazisi  22  inzibati  vahidə  -  mahala  bölünmüĢdü. 
Cəbrayıl  əraziləri  Xırdapara-Dizaq,  Dizaq-CavanĢir,  Xudafərin  və  Çovundur 
(Ġranda  indi  də  Oxçu  çayına  Çovundur  deyilir)  mahallarına  daxil  idi.  Xırdapara-
Dizaq  mahalı  Hadrut  kəndindən  ġəybəy,  Nüzkar  kəndlərinə  qədər  əraziləri  əhatə 
edirdi. Dizaq-CavanĢir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində 
olan  ərazilər,  Xudafərin  mahalına  Dağtumas  -  Sirik  kəndləri  və  Diri  dağı  zonası, 
Çovundur mahalına isə Diri dağından Oxçu çayına qədər ərazilər daxil idi. 
Təəssüf ki, Azərbaycan xanlıqları arasında birlik yox idi, bəziləri arasında 
hətta  düĢmənçilik  də  var  idi. Bundan  istifadə  edən  Rusiya  ġimali  Azərbaycanı  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə