Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   4   5   6   7   8   9   10   11   ...   126

23 
 
VƏTƏN, 
DAĞIN-DAġIN 
OLLAM 
 
ġöhrət igidlərin  
Ömür yelkəni,  
Həyatın mənası  
Kim deyər nədir?  
ġəhidlik ucalıq,  
ġəhidlik həyat,  
ġəhidlik ucadan  
Uca zirvədir... 
 
*** 
 
Vətən, dağın, daĢın ollam,  
Yazın ollam, qıĢın ollam.  
Dar gündə sirdaĢın ollam,  
Təki unutma məni. 
 
DüĢmən üstə od ələrəm,  
Sənə xoĢ günlər dilərəm.  
Ölsəm qeyrətlə ölərəm, - 
Təki unutma məni! 
 
*** 
 
Bir dünyayam, təbiətin 
Nəfəsindən yaranmıĢam. 
Gözlərindən alov yağan 
Bir ĢimĢəyin həvəsindən 
YaranmıĢam. 
Anam günəĢ baĢım üstə 
Nur çələngi. 
Zaman-zaman igidlərə 
Bayraq olub "Yallı", "Cəngi"... 
Xəritədə bir nöqtəyə 
Bənzəsəm də, 
 
 


24 
 
Ürəklərdə gur nəğməyəm,  
Solmaz duyğu yarpağıyam.  
Ölkə-ölkə, qitə-qitə  
Sözü gəzən  
Azərbaycan torpağıyam... 
 
*** 
 
SığınmıĢdın təmiz ada,  
Niyə qəfil düĢdün oda?  
Vətən üçün doğulanlar,  
Unudulmur bu dünyada... 
 
*** 
 
Bu torpağın yad önündə  
Məğrur duran əsgəriyəm.  
DüĢmənləri niĢan alıb,  
Gözdən vuran əsgəriyəm. 
 
*** 
 
Xətainin nəvəsiyəm,  
Yerin, göyün nəfəsiyəm.  
Bu torpağın gur səsiyəm,  
Ulu Turan əsgəriyəm... 
 
*** 
 
Qəlbimi isidən ocağım, odum  
Dünyaya sığmayan Ģöhrətim, adım.  
Mənim bükülməyən qolum, qanadım – 
Tükənməz saflığım, heyrətim Vətən. 
 
*** 
 
Qarqarım, Arazım, Kürüm də sənsən 
Gor evim, ocağım, pirim də sənsən.  
Kəpəzim, Murovum, Dirim də sənsən 
Namusum, ismətim, qeyrətim Vətən... 
 


25 
 
OĞUL, OĞUL  
DEMƏKDƏN... 
 
 
Bir məkrdən, fitnədən  
Aranım, dağım Ģəhid.  
Heç bilmirəm ki, nədən  
Çəmənim, bağım Ģəhid. 
 
Ġnsafmı axa qanım,  
Bu zilləti nə danım.  
Güllələnib gümanım – 
Ötən hər anım Ģəhid. 
 
Taleyin dönüb üzü,  
Kimlər qarğadı bizi?  
Sinəmdə güllə izi – 
DaĢım, torpağım Ģəhid 
 
*** 
 
Oğul, çərxi-fələyin  
Sözünə niyə uydun?  
Namərd, əlin qurusun – 
Balama necə qıydın? 
 
*** 
 
Ocaqda göz qalmadı,  
Cığırda iz qalmadı.  
Sənə ağı deməkdən  
Dilimdə söz qalmadı. 
 
Qanı sel olan balam,  
Dili lal olan balam,  
Dünyadan nakam getdin,  
Bəxti kül olan balam. 
 
Yaz idin, qıĢa döndün,  
Bir qara daĢa döndün.  


26 
 
Ürəyimdə nisgilə,  
Gözümdə yaĢa döndün... 
 
*** 
 
Tayada bəlim yandı,  
Əl atdım, əlim yandı.  
Oğul-oğul deməkdən,  
Ağzımda dilim yandı. 
 
Apardı çaylar məni,  
Həftələr, aylar məni.  
Yüküm qurğuĢun yükü,  
Yordu bu taylar məni. 
 
Ürəyimdə dağım var,  
Talan olmuĢ bağım var.  
Allah, görən qabaqda – 
Daha hansı çağım var.... 
 
*** 
 
Allah, gümanım nəydi,  
Zaman qəddimi əydi.  
Yağı atdığı güllə,  
Qəfil balama dəydi. 
 
Üç bacının qardaĢı,  
Qurumur gözüm yaĢı.  
Gücüm çatmır qaldırım,  
Fələk atdığı daĢı. 
 
*** 
 
DüĢmənə uyan fələk,  
Bir azca dayan, fələk!  
Ürəyimə dağ çəkib,  
Oğluma qıyan fələk! 
 
 
 


27 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QuĢçular kəndində tarixi əsrlərlə ölçülən Çinar ağacı. 
 
 
 
 


28 
 
 
Siklop tikintiləri. E. ə. III minillik. (Tatar kəndi). 
 
 
 
 


29 
 
Ġbtidai  insane  məskəni.  “Divlər 
sarayı”. (Dağtumas kəndi, əhəng dövrü).    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
On bir aĢırımlı Xudafərin körpüsü, (B. e. ə. V əsr, Qumlaq kəndi).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
On beĢ aĢırımlı Xudafərin körpüsü (VII əsr, Qumlaq kəndi). 
 
 
 


31 
 
 
 
ġıxlar türbəsi (XVI əsr, ġıxlar kəndi). 
 
 
 
 
 


32 
 
Sultanməcid hamamı. (XVIII əsr, Cəbrayıl Ģəhəri) 
                                                                                
 
 
 
Qəbirüstü abidələr. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə