Qender n?Z?Riyy?Si v? Jurnalistika



Yüklə 348,84 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü348,84 Kb.
#58832


 

 

QENDER NƏZƏRİYYƏSİ VƏ JURNALİSTİKA 

 

Qadın Qədim dövrdə 

Bu gün jurnalistikada mövcud olan qender nəzəriyyəsi qadınlar və kişilər arasındakı bioloji və ya 

psixi fərqləri inkar etməyə cəhd etmir. Bu nəzəriyyədə sadəcə olaraq deyilir ki, bu fərqlərin mövcudluğu 

o qədər də vacib deyil, vacib olan onların sosial-mədəni qiymətləndirilməsi və yozulması, eləcə  də 

fərqlərin əsasında hökmranlıq sisteminin qurulmasıdır. Sosial elmlərdə qender yanaşması kimi ad almış 

məhfum sadəcə olaran bir terminin başqa bir termin ilə əvəz edilməsmi deyil. Bu sözün arxasında tamam 

başqa metodoloji əsaslar və ənənəvi sosial elmlərin əsaslarını tənqidi şəkildə yenidən düşünmək düurur. 

Bu prosesin başlanğıcında feminist nəzəriyyəsinin formalaşması və inkişafı durur.  

Qender tədqiqatlarının nəzəri və metodoloji problemləri fəlsəfi fikrin inkişafının  əvvəlindən 

müəyyən olunub və qadınlıq /feminlik simvolik olaraq torpaq ilahəsinin qara qüvvələri ilə eyniləşdirilir 

ki, bu da ağılsızdir. Yunanlar qadının uşaq doğmaq qabiliyyətini qadının təbiətin məhsuldarlığı ilə 

əlaqəsi kimi qiymətləndirirdilər. Məhz antik dövrdə arxaik məhsuldarlıq kultundan rasional allahlar 

kultuna keçid başlanır və sona çatır. 

Rasional kişiliklə emosional qadınlıq arasındakı simvolik assosiasiya yunan fəlsəfəsində möhkəm 

yer tutdu. Məsələn, b.e. əvvəl VI əsrdə yaradılmış dünyanın  əsas ziddiyyətlərinin pifaqor cədvəlində 

qadınlıq formalaşır, qeyri-məhdudluqla əlaqələndirilərək şərh olunurdu. Pifaqorçular dünyanı ya qayda-

qanun, ya da nizamsızlıq və xaos ilə assosiasiya olunan prinsiplərin qarışığı kimi qiymətləqdirirdilər. On 

cüt kontrast (ziddiyyət) formalı və formasız, sağ və sol, aydın və aydın olmayan, kişilik və qadınlıq, işıq 

və qaranlıq, xeyir və şər və sair – pifaqorçular tərəfindən elə şəkildə tərtib olunmuşdu ki, kontrastlardan 

biri (və ya prinsiplərdən biri) öz müxalif tərəf-müqabilinə görə yaxşı və üstün sayılırdı. 

Kişilik aktiv, determinant forma ilə, qadınlıq və passiv, xaotik materiya ilə yanaşı qoyulurdu. 

Qadınlıq və  təbiət ilə assosiasiya edən materiyanı  qədim yunanlar rasional idrakın axtarışları zamanı 

dərk edilə bilməz bir şey kimi başa düşülürdü.  

Platonun artıq ilk əsərlərində ruh və bədənin, intellekt və materiyanın dualizm fikirləri var. Platon 

üçün bilik xarici formaları dərk edilməz, qeyri-rasional materiyadan fikrən ayıraraq seyr etməkdir. Ruh 

və  bədən, rasionallıq və emosionallıq haqqında paradiqmanı yaratdı ki, bu sonradan qərb fəlsəfəsində 

dominant oldu və «qadınlıqı» müəyyən mənada yaratdı (amma onu da qeyd etməliyik ki, özünün sosial-

siyasi əsərlərində Platon qadınlara qarşı münasibətdə eqalitarist kimi çıxış etdiyi üçün bəzi tədqiqatçılar 

onu tarixdə ilk feminist hesab edirlər). 

Aktiv yaradıcı forma və passiv inert materiyanın distinksiyası Aristotelin fəlsəfəsi üçün də 

xarakterikdir. Aristotel idrak və rasionallığı aktiv kişi mənşəyi ilə, ibtidai substansiya olan xaotik 

materiyanı passiv mənşəyi ilə eyniləşdirirdi. O, «Heyvanların mənşəyi haqqında» kitabında iddia edir ki, 

əsil valideyn ancaq kişi ola bilər. Məhz passiv materiyanın mayalandırılması prosesində o gələcək 

insanın aktiv formasını müəyyən edir, kişi ancaq passiv qab rolunu oynayır. Aristotel belə hesab edirdi 

ki, qadınların ruh prinsipi olmadığına görə (Aristotelə görə ruh rasionallıqla eyniləşdirilirdi) onlar ibtidai 

varlıq, impotent kişidirlər. Aristotelə görə insanların cinslərə ayrılmasının bioloji əsası yoxdur, belə ki, 

insan nəslinin törəməsində buna heç bir ehtiyac yoxdur (o bunu iddia edərkən öz-özünü mayalandıran 2 

cinsli heyvanların olduğuna əsaslanırdı).  

Cinsi fərqlər – ontoloji prinsipdir: «yuxarı prinsip aşağıdan ayrılsa yaxşıdır. Buna görə  də bu 

mümkündürsə, mümkün olan yerdə kişilik qadınlıqdan ayrıdır». (1) 

Forma və materiyanı, ruhu və  bədəni, rasionallıq və emosionallığı, maskulinlik və feminliyi bir-

birinə qarşı qoyan müqəddəs Avqustin və Aleksandriyalı Filonun ənənəsini orta əsr fəlsəfəsində Akvinalı 

Foma davam etdirir. Bizim eranın I əsrində yaşayan Aleksandriyalı Filon öz əsərlərində İncil ilə yunan 

fəlsəfəsinin ideyaları elə  şəkildə birləşdirir ki, maskulinliyin və feminliyin dualizmi güclənir. «Kişilik» 

onun fikrincə şüurlu, rasional, ilahidir, «qadınlıq» və qadının özü isə çirkin maddi dünyanın obrazıdır. 

Belə dünyanı təcəssüm edən «qadınlıq» transendental zəka sferasının əks tərəfi hesab olunur. 

Filona görə  əxlaqi, proqressiv hissiyatın və cismi ehtirasların dağıdıcı  təsirinə ruhən üstün 

gəlməkdir. Göstərilənlər qadın və «qadınlıq»la eyniləşdirildiyinə görə, bu alleqoriya əsasında qadına 

üstün gəlmək üçün mübarizə baş verir.  

Şüurun insana həyatının alçaq aspektləri üzərində üstün oldüğu düzgün həyatda kişilik 

(maskulinlik) qadınlığı (feminliyi) əzərək bərqərar olur. Filon yazırdı ki, tərəqqi qadınlıqdan kişiliyə 



 

 

doğru hərəkətdən başqa bir şey deyil, feminlik, qadın cinsi maddi, passiv, cisimli və hissiyyatlı olduğu 



halda – kişilik aktiv, rasionaldır, mənəviyyat və fikir ilə daha oxşardır. Kişilik qadınlığa nisbətən daha 

dominatdır və  səbəbi fəaliyyətə daha yaxındır, qadınlıq isə yarımçıqdır, tabedir, passivdir; rasional 

şüurlu, mənəvi-kişilikdir, qadınlıq isə irrasionaldır». 

Tamamilə aydındır ki, yuxarıda göstərilən kişilik və qadınlıq haqqında fikirlər maskulinliyi və 

feminliyi müəyyən etmək üçün mədəni-simvolik funksiya daşıyır ki, bu da anlayışı ierarxiyalaşdırmaq, 

onların hansının o birinə nisbətən «yaxşı» və ya «pis» olduğunu müəyyən etməkdir. Bununla yanaşı belə 

düşüncə  tərzi qadınlıq və kişilik anlayışlarının bütün mənalarda hətta bioloji mənada da 

müəyyənləşdirir. Bundan başqa qadın və kişilərin sosial statusu və  hətta dünyada qadınların və 

qadınlığın təhlükəsizliyi belə şəkildə müəyyən edilir. Burada 585 ilin Makedoniya Soborunu yada salmaq 

yerinə düşər, burda qadını insan saymaq olarmı sualına bir səs üstünlüyü ilə müsbət cavab verildi. Orta 

əsrlərdə rahiblər Y.Şprenqer və Q.İnstitorisın qəmli dərəcədə  məşhur cahil, «İfritələrin çəkisi» (1487) 

əsərində qadınları onların  əzəl «günahkarlığına» görə  əsarətdə saxlamaq və fiziki cəhətdən məhv 

etməyin  ədalətli olduğu isbat edən geniş sübutlar sistemi var. Şprenqer və  İnstitoris iddia edirdilər ki, 

qadınların allaha inamı zəifdir, və guya fe (fides latınca-inam) və munis (daha az) sözlərindən yaranan 

femina sözünün etimologiyası ilə izah olunur, deməli qadınlar  şeytanın toruna daha tez düşür və 

dünyada şərin səbəbkarına çevrilirlər. Orta əsrlərdə «ifritələrə qarşı ov»! minlərlə qadının ölümünə səbəb 

oldu, öldürülən kişi və qadınların nisbəti tədqiqatçılar tərəfindən 1:100 nisbəti kimi qiymətləndirilir.  

Antik fəlsəfə rasional və  təbii, maskulin və feminin kimi fərqlənmələrin mədəni simvollara 

çevrilməsinin  əsası qoyuldu, orta əsrlər fəlsəfəsi bu ideyaları  qəbul etdi. Yeni dövrdə ruhun və cismin, 

rasionallığın və  təbiiliyin, dərk edilən və edilməyənin arasında olan kəskin ziddiyyətlər və polyar 

müxalifləşmə haqqında baxışlar inkişaf edir. Bir çox tədqiqatçı belə hesab edir ki, məhz bu zaman 

təbiliyin və cismaniliyin – assosiasiyaya görə feminliyin əzilməsi qərbi Avropa fəlsəfi sisteminin 

prinsipinə çevrilir.  

XVII  əsrdə antik və orta əsrlərdən fərqli başqa idrak konsepsiyası formalaşmağa başlayır.  Ən 

ümumi halda bu fərqlər ondan ibarətdir ki, əgər antik fəlsəfədə  şüurun vəzifəsi dünya haqqında 

düşünmək idisə, yeni dövr elminin banisi XVII əsr filosofu Frensis Bekona görə,  şüur – təbiəti ölçmək, 

öyrənmək və sonunda kontrol etmək üçün bir adətdir. 

Maddi aləmin özünü isə Bekon mexanikanın qanunlarına uyğun olaraq təbiəti təşkil edən model və 

alətlər toplusu kimi görür. Bekon təbiəti antik mütəfəkkirlər kimi orqanizmi ilə yox, maşın ilə 

analoqlaşdırır. Təbiətin belə dərk edilməsi elmin əsas xidmətinin təbiət üzərində dominantlığın, onu tabe 

etməyin və istifadənin düzgün tipini tapmaq olması haqqında ideyaların yaranmasına səbəb olur. Amma 

ingilis qrammatikasına görə şəxssiz isimlərin heç bir qrammatik cinsi yoxdur. Aristoteli, öz fəlsəfəsində 

təbiəti «bakir və zorlanmamış» saxladığıma görə tənələyən Bekon idrak və təbiət arasında qanuni nigah 

kəsməyi təklif edirdi ki, burada idrak subyektinə  təbiət üzərində öz hakimiyyətini və dominantlığını 

təsdiqləyən kişi rolu və  işi ayırıb. Beləliklə elmin fayda olduğunu deyən antik təsəvvürləri, F.Bekon 

fəlsəfəsində dəyişdirələrək «elm-qüvvədir» şəklinə salındı. 

Dekart  Şüur və düşüncəni Yen-Ana anlayışı ilə assosiasiyalardan «təmizləməyi», Loqosu 

Sofiyadan, kişini və onun idrakı Təbiətdən ayırmağın zəruri olduğu ideyasını inkişaf etdirməyə başladı. 

Kartezianlıqda təbiətdən ayrılmağın müsbət epistemoloji dəyər alması haqqında yeni maskulin idrak 

nəzəriyyəsi təsdiq olundu. Bütün generativ ıə kreativ (yaradıcı  və  dərkedici) olanlar dünyanın qadın 

cisminə deyil, Allaha, maskulin rasional Ruha aid olan yeni dünya quraşdırıldı. Təbii, maddi və cizmanı 

olan hər şeyin əzilməsi ənənəsi mədəniyyətdə femin olan hər şeyin əzilməsi ilə müşayiət olunurdu. XVI-

XVII  əsrlərdə dünyaya elmi baxışın yaranması  və möhkəmlənməsi «ifritələrin ovlanması» adı altında 

qadınların  əvvəllər görünməmiş  dərəcədə kütləvi  şəkildə  məhv edilməsi ilə müşaiyət olunurdu. Arxiv 

materialların və tarixi şəhadətlərin yeni tədqiqi göstərdi ki, «cadugər» adı altında  əsasən türkəçarə  və 

mamaçalıqla məşğul olan qadınlar ovlanırdı. 

Xalq metodlarından istifadə edən bu qadınlar qadınlara doğum sayını nizama salmağa və  oğuş 

prosesini yüngülləşdirməyə kömək edirdilər. Doğum və seksuallığa kontrolun xalq metodlarını yaxşı 

bilən bu qadınların məhvi və onların diplomlu kişi mütəxəssislər «elmi metodları» ilə əvəz edilməsi ona 

səbəb oldu ki, qadın seksuallığı  sərt kişi kontrolu altına qoyuldu. Yeni elmin rasional maskulin 

prinsipləri qadınlıq-feminliyi əsarətə bu cür aparırdı.  



 

 

Qərb fəlsəfəsinin tarixi müəyyən tarixi dövrdə, bu və ya digər şəxsin əsas ideyalarının məzmununa 



görə fərqlənir. Amma, bu tarixin hər səhifəsi istənilən başqası ilə ümumi bir şeyə malikdir. Birincisi, bu 

təbii, cismani, hissi hər  şeyin qadın mənşəyi ilə daim əlaqələndirilməsi və ikincisi, bu anlayışların 

üsullarının eksplisit təminidir. 

Hətta təbiətin onun üçün əsil dəyər olduğunu söyləyən fransız maarifçisi və demokratı Can-Cak 

Russo üçün də, qadın təbiətlə eyniləşdirilsə də kişi ilə müqayisədə ibtidai əxlaqlı varlıq idi. Zira, təbiət ilə 

sıx  əlaqəsi olmayan kişi özündə  əsil insan təbiətini gücləndirmək üçün müəyyən intellektual yol 

vasitəsilə özünü əsil əxlaqi varlığa çevirir («Emil»). Bununla belə Russo belə hesab edirdi ki, qadınlarla 

assosiasiya olunan ehtiraslar vətəndaş  cəmiyyəti üçün böyük təhlükədir. Hətta qadın-ana hissləri ilə 

bağlı məziyyətlər də dövlətin düzgün funksiya etməsinə təhlükə ola bilər. İmmanuil Kant da qadınların 

mental qabiliyyətlərinin daha aşağı  səviyyədə olması ideyasına tərəfdar idi, bununla yanaşı belə 

vəziyyəti cəmiyyətin yaşaması üçün vacib şərt sayırdı. Kant özünün «İlahi və gözəl haqqında esse» 

əsərində iddia edirdi ki, abstrakt təfəkkürün azlığı qadınlarda zövq, gözəllik hissi, həssaslıq, praktiklik 

kimi şeylərin inkişafına səbəb olur. Cəmiyyətin fəaliyyət göstərməsində əsas rol oynayan ailə həyatında 

kişi qadının nöqsanlarını hamarlayır (tarazlayır) və harmonik bir cüt yaranır ki, burada həm kişi, həm də 

qadın mənşələri qarşılıqlı  şəkildə bir-birini tamamlayır. Qərb intellektual ənənəsində  həmişə olduğu 

kimi, burada da maskulinliyə nisbətdə qadınlıq femininlik aşağı, kəmdəyər, ikinci dərəcəli statusu 

verilib. 

Hegel də qadınları  və onlarla bağlı varlıq və idrak formalarını  vətəndah cəmiyyəti və  əxlaqı 

sahəsindən kənara atırdı. Hegel iddia edirdi ki, ailədə olan münasibətlər özəl xarakter daşıyaraq, 

müəyyən kişi və müəyyən uşağa qarşı yönəldilir ki, bu münasibətlər də etik sferaya daxil deyil. 

Qadınlardan fərqli olaraq kişilərin «universallıq» və «etiklik» üçün işlədikləri əlavə aktivlik sferaları var. 

Kişilər üçün ailə münasibətləri özəl səviyyədə qalır və onlara öz etik həyatlarını qurban vermək lazım 

gəlmir. Qadın isə etik həyata, Ailə,  Ər və  Uşaqlara xidmət prinsipini öz konkret ər və  uşaqları ilə 

münasibətlərini dəyişməklə qoşula bilər. 

Ancaq bu, kişi (universal idrakı ilə qadın) ailə idrakı arasında ixtilafa səbəb olur.  

Beləliklə, femininlik vətəndaş cəmiyyəti üçün təhlükəyə çevrilir və buna görə də boğulmalı və özəl 

sferaya sıxışdırılmalıdır.  

Hegelin feminliyə baxışı Russoda olduğu kimi ikilidir. Bir tərəfdən qadınların və ona aid olanların 

sosial-mədəni sahədən çıxarılmasının rapsionallaşdırılmasıdır. “Hüququn fəlsəfəsi”ndə Hegel yazırdı ki, 

qadınlar kişilərdən bitkilər heyvanlardan fərqləndiyi kimi fərqlənir. Onların inkişafına rəhbərlik edən 

prinsip universallığın dərk edilməsi deyil – hissiyyatdır, buna görə  də Hegel belə hesab edirdi ki, 

femininlik vətəndaş  cəmiyyəti üçün təhlükədir. Digər tərəfdən isə  aşağı  səviyyəli qadın dünyasının 

mövcudluğu vətəndaş  cəmiyyətinin vacib tərkib hissəsidir, ona görə ki, bu dünya kişilərə özünüdərk 

edən etik varlıq kimi inkişaf etməyə imkan verir. Bu ikililiyin nəticəsi feminliyin boğulması özəl (aşağı) 

səviyyəyə sıxışdırılması ideyasıdır.  

Yuxarıda göstərilən prinsiplərin dominantlığına baxmayaraq XVIII əsrdən başlayaraq qərb 

fəlsəfəsində qender differensiasiyası prinsipinə qarşı yeni baxışları meydana gəldi. Mədəni idealın 

maskulin və feminliyi ontoloji prinsiplərinin birləşməsi olduğu, qadın və kişilərin cəmiyyətdə 

bərabərhüquqlu olması isə sosial norma olması haqqında ideyalar yaranmağa başladı. Belə yanaşmanın 

yaranması  əsasən maarifçi və sosialist ideyaların yayılması, liberal fəlsəfənin və  vətəndaş hüquqları 

konsepsiyasının inkişafı, eləcə  də bütün Avropanı bürümüş burcua-demokratik inkişafları dalğası ilə 

əlaqədardır. Fəlsəfədə qadın və kişilərin hüquq bərabərliyi anlayışı ən çox fransız utopik sosialistləri Sen-

Simon və Furyenin əsərlərində inkişaf etdirilib. 

F.Engels bu məsələyə daha çox diqqət verib. O, məşhur «Ailənin, xüsusi mülkiyyətin və dövlətin 

mənşəyi»  əsərində qadınların diskriminasiyasının tarixini və sosial-iqtisadi əsaslarının sinfi mövqedən 

analizini çox müfəssəl şəkildə şərh etmişdir.  

Engels qadınların diskriminasiyasının yaranması  və mövcudluğunun  əsas səbəbini xüsusi 

mülkiyyətin kişilərin  əlində  cəmləşdirilməsində görürdü. Engelsin fikrincə, mülkiyyət təkcə qadınların 

deyil, həm də ona malik olmayan kişilərin (yəni proletariatın) da əzilməsi üçün əsasdır. Başqa sözlə, 

qadınların dikriminasiyası antaqonist sinifli cəmiyyətdə insnaın  əzilməsi prosesinin təsadüfi hadisəsi 

kimi təsvir olunub ki, ondan qurtulmağın yolu ancaq inqilab və sosializmin qurulmasııdır.  



 

 

Cəmiyyətin sosial-cinsi (müasir terminologiyaya görə qender) stratifikasiyasının ideyası Engelsin 



ailənin mənşəyi haqqında tədqiqatında eksplisitiv şəkildə mövcud idi və eləcə də kölgədə qaldı. Bunu bir 

qədər diqqətlə araşdıraq. Məsələn, Engels etnoqraf Morqan və Bahofenin əsərlərinə istinad edərək yazır 

ki, ibtidai cəmiyyətdə cinslərin sosial bərabərliyi mövcud olub və  nəsil ana xətti ilə hesablanıb. Amma 

xüsusi mülkiyyətin yaranması cinslər arasında  əmək bölgüsunə, kişinin rəhbərliyi altında patriarxal 

monoqam ailənin yaranmasına, qadınların kişilərdən iqtisadi cəhətdən asılılığına və sonunda «qadın 

cinsinin ümumdünya tarixi məğlubiyyətinə» gətirib çıxartdı.  

Məhəbbət fəlsəfəsinin üçüncü cərəyanı ortodoksal ilahiyyatçı  cərəyanıdır ki, Pavel Florenski, 

Sergey Bulqakov, İvan İlyin kimi adlarla təmsil olunub. Onlar üçün məhəbbət Allah idi, amma Eros yox, 

«caritas» – məhəbbət, şəfqət, rəhmdillik, ənənəvi olaraq bu keyfiyyətlər qadın mənşəyi ilə eyniləşdirilirdi. 

Bu mütəfəkirlərdə ilahilik və femininlik oxşar mədəni simvollar kimi qiymətləndirilir. 

Freydin nəzəriyyəsi qadın və kişilərin seksuallığı haqqında baxışların inkişafına dərin təsir 

göstərdi. Bu təkcə psixologiyaya yox, həmçinin XX əsrin bütün sosial və humanist biliklərinə  də  təsir 

göstərdi.  

Yəqin ki, Freydin qadına baxışı onun bioloji cəhətdən kəmdəyər olması postulatına əsaslanır, Freyd 

bundan nəticə  çıxararaq belə hesab edir ki, qadının kişiyə paxıllığı onun psixi xüsusiyyətlərini 

formalaşdıran mexanizmdir. Bu mexanizm daxili psixi prosesləri elə yönəldir ki, Freydə görə qadınlar 

üçün üç mümkün yol qalır – isteriya, kişiyə  bənzərlik və «normal» qadınlıq, sonuncuda qadının 

maraqları yataq otağı, uşaq otağı və mətbəx arasındakı dünyada məhdudlaşmalıdır. Məlum olduğu kimi, 

Freyd öz konsepsiyasını klinik praktika üzərində qururdu – onun pasiyentləri ailədə olan əsarətli, 

hüquqsuz vəziyyət nəticəində  həqiqətəndə psixi stress keçirən orta sinif qadınları idi. Freydin baxışları 

təkcə psixologiyanın deyil, həm də XX əsr Avropa mədəniyyətinin də inkişafına səbəb olmuşdur.  

Sovet dövründə Freydi daim «burcua» və mürtəce mütəfəkkiri kimi tənqid edilməsinə 

baxmayaraq, milli nəzəri və praktiki psixologiya bu vaxta qədər onun baxış  və qiymətlərinin təsiri 

altındadır.  

Cinsin,  əmək bölgüsünün və sosial rolların differensiallaşmasının cinsi əlamətlər  əsasında sosial 

aspektdə tədqiqi artıq çoxdan sosiologiyanın ənənəvi mövzusu olmuşdur. 

Hələ Emil Dyurkheym özünün XX əsrin əvvəlində çap olunmuş «İctimai əməyin bölüşdürülməsi» 

və  «İntihar»  əsərlərində cinslərin sosial problemlərinə  və cinsi rollara toxunurdu. O, ilk olaraq belə bir 

fakta fikir vermişdi ki, müxtəlif nigah statusu olan qadınlar və kişilər arasında intihar və psixi xəstəlik 

sayı fərqlidir, subay və boşanmış kişilər arasında intihar sayı eyni vəziyyətdə olan qadınlar arasında olan 

intihar etmişlərin sayından yüksəkdir.  

Qadın və kişi rollarının strukturuna aid ilk jurnalist konsepsiyasının Amerika alimi Talkott Parsons 

irəli sürmüşdür, amma onun nəzəriyyəsində konsepsiya struktur funksionalizmin ümumnəzəri 

quruluşuna illustrasiya xarakteri daşıyır. Parsonsa görə  cəmiyyət həmişə dinamik tarazlıq və sabitliyə 

can atır. Sosial strukturun ayrı-ayrı elementləri bütün sistemin sabitliyi, inteqrasiyası  və inkişafını 

saxlamaq üçün funksional fəaliyyət göstərirlər. Onlar sosial konfliktləri və ziddiyyətləri xəstəlik kimi 

qiymətləndirir, ziddiyyətlərin yaranmasına səbəb olan faktorlara isə cəmiyyətin həyatında disfunksional 

hadisə kimi baxırlar.  

Parsons belə hesab edirdi ki, sosioloqların vəzifəsi cəmiyyəti və onun elementlərinin sabitliyini 

saxlamaq üçün sosial mexanizmlərin aşkara çıxarılması, yəni sosial terapiyadır. Başqa sözlə, 

funksionalizm naməlum «işlərin hansı  vəziyyətdə olduğu onu göstərir ki, işlər bu vəziyətdə olmalıdır» 

fikri təşkil edir. 

Amerika cəmiyətini öz tədqiqatları üçün əsas obyekt seçən Parsons məhz bu mövqedən öz 

analizlərini həyata keçirir. Bu, ümumiyyətlə,  əvvəldən empirik və  tətbiqi fənn kimi formalaşmış 

çərçivəsində olduğu cəmiyyətin tədqiqinə yönəldilmiş Amerika sosiologiyasının xarakterik 

xüsusiyyətidir.  

Qadınlar üçün vaxib olan «öz ərinin arvadı, onun uşaqlarının anası  və  təsərrüfatının idarə 

olunmasına cavabdeh şəxs statusu» olmalıdır. Dominant qadın rollarına arvad, ana, evdar qadın rolları 

daxildir, kişinin sosial nüfuzlu professional fəaliyyəti onun ailədə rəhbər olmasını müəyyən edir. Parsons 

tərəfindən psevdoməşğuliyyət adlandırılan qadın ev əməyi isə onu tabe vəziyyətini təsdiqləyir. Rolların 

belə bölüşdürülməsini Parson ər və arvad arasında hakimiyyət, status, nüfuz uğrunda mümkün ola 



 

 

biləcək və nigah – ailə üçün dağıdıcı yarışın qabağını almaq üçün bir mexanizm kimi qiymətləndirir. Və 



onu funksional elan edir.  

Parsons iddia edir ki, əgər  ərli qadının işi «karyera» deyil, sadəcə «məşğuliyyət» olub ailə 

büdcəsinə çox az gəlir gətirirsə, və ya “kişi ilə yarışdan” çox uzaqda durursa və kişinin özünəhörmətinin 

iqtisadi əsaslarını sarsıtmırsa, belə işin evliliyə mənfi təsiri olmaz. Bununla belə o hesab edir ki, hətta belə 

olduqda da qadın işi nigahın stabilliyni azaldır.  

Parsonsa görə ər-arvad arasında rolların bölüşdürülməsi ailənin stabil saxlamaq effektindən başqa 

daha bir funksiyanı yerinə yetirir. İş ondadır ki, Freyd tərəfindən təsvir olunmuş insest tabusunu və Edip 

kompleksini Parsons uşağı cəmiyyətə və mədəniyyətə cəlb eləmək universal, psixi mexanizm hesab edir. 

Yadınıza salaq ki, Freydə görə insest tabusu «uşağı (oğlan) öz anasına qarşı həvəslənməkdən» qoruyur və 

onu istiqamətləndirərək uşağı atanın avtoritenini tanınması zərurəti qarşısnıda qoyur, çünki Freydə görə 

ata sosial normaların əsas aparıcısıdır. Eyni funksiyaları yerinə yetirən sosial mexanizm isə Parsonsa görə 

ailədə rolların bölüşdürülməsidir. Kişinin dəqiq liderliyi uşağı ananın həddən artıq emosional təsirindən 

azad  edir  ki,  bu  da  onun  kişiləşməsi üçün vacibdir. Gördüyümüz kimi, söhbət həmişə ancaq oğlan 

uşağından gedir. Ona görə ki, insest tabusu qızlara aid deyil. Araşdırdığımız nəzəriyyələr fənn 

müxtəlifliyinə baxmayaraq, onlarda ümumi əsas biodeterminizm üzərində qurulur. Qadın və kişilərin 

arasında olan bioloji fərq faktı təbii dəlil kimi qəbul olunur və bütün sonrakı psixoloji, sosioloji və fəlsəfi 

nəzəriyyələr sadəcə olaraq bu fərqləri təsvir edir və onlara haqq qazandırır.  

KİV-də qender problematikasının tədqiqat metodlarına tarixi prizmada baxırlar. Müasir qadınları 

həm dünya, həm də Azərbaycan klassikasından olan tarixi personaclarla müqayisə edilər.  

 

İslam dini və qadın 

Azərbaycanın tarixi İslam tarixi ilə  qırılmaz  şəkildə bağlıdır. Rəvayətə görə Peyğəmbər Həzrəti 

Məhəmməd hər dəfə müharibəyə gedən zaman püşk ataraq arvadlarından birini özü ilə götürürdü. 

Məsələn Bəni-Müstələq döyüşündə Peyğəmbərimizin zövcəsi Ayişə  iştirak etmişdir. Bu müharibələrdə 

onun tərəfdarlarının da arvadları  iştirak edirdilər. Onların  əsas vəzifəsi tibbi xidmət göstərmək, qida 

hazırlamaq və silahları qorumaq idi. Müharibə  və cihad qadılar üçün «vacib» sayılmasa da, bəzi 

müsəlman qadınlar döyüş meydanında qəhrəmanlıq göstərirdilər. 

Peyğəmbər Həzrət Məhəmməd (s) Xeybər müharibəsinə yola düşərkən Bəm-Qaffar tayfasının 

qadınları ona müraciət edərək yaralılara yardım göstərmək üçün orduya qəbul edilməklərini xahiş 

etmişdilər. Peyğəmbərin razılığı ilə bu qadınlar ordu ilə birlikdə müharibəyə yolu düşdülər. Xeybər 

qalası alındıqdan sonra Peyğəmbər qadınları unutmadı  və  qənimət bölünən zaman onlara kişi 

döyüşçülərin payına bərabər pay verdi. Qadınlardan biri bu döyüşdə qazandığı boyunbağını qiymətli bir 

yadigar kimi ömür boyu saxlamışdır (bax: İbn Heyşəm «Siratül-Nəbavi»yə (Peyğəmbərin həyatı)). 

Peyğəmbərin Kəb  Ənsarı  Nəsibə adlı  tərəfdarlarından biri də müharibələrdə döyüşçü kimi iştirak 

etmişdir.  

Qeyd etmək lazımdır ki, Peyğəmbər Həzrəti Məhəmmədin (s) ölümündən sonra müsəlman 

qadınlarının müharibələrdə  iştirakı azalmır. 636 ildə bizanslılar və müsəlmanlar arasında baş vermiş 

Yərmuk döyüşündə üstünlük əvvəl bizanslıların əlində idi. Müsəlman döyüşçülərinin bir qismi qaçmağa 

məcbur oldu. Bu zaman gürzlə silahlanmış Ümmi-Həbib adlı qadın bir dəstə silahlı qadınlarla düşmənə 

hücum etdi. Cəsur müsəlman qadınların bu hərəkəti qaçan döyüşçüləri utandırır və ruhlandırır, onlar 

döyüş meydanına qayıdaraq düşməni qovurlar. Bu döyüşdə Yezidin qızı Əsma bizanslını öldürmüşdü. 

Ümmi-Həkim Mahrumiyyə çadır dayabı ilə silahlanaraq yeddi düşməni məhv etmişdi.  

Bəni-Qaffar nəslindən olan Leyla adlı qadın hələ Peyğəmbərin sağlığında döyüşlərdə iştirak edirdi. 

30 il sonra o İmam Əlinin odusunun tərkibində Camal döyüşündə iştirak etmişdi. Həzrət Əlinin apardığı 

Camal və Sifleyn müharibələridə kifayət qədər çox qadın iştirak edirdi (məsələn Ümmi-Zərihul-Əbdiyyə, 

Baqarey-Hilaliyyə və s.). 

İmam  Əli Camal döyüşündən sonra Bəni-Əbdül-Qeysə  nəslindən olan 70 qadına kişi paltarı 

geyinərək  əsir qadınları  şəhərə  qədər müşayiət etməyi  əmr etmişdi. Bu onları qadın zənn edən 

«müsəlmanların anası» Aişəni narahat edir, lakin işin nə yerdə olduğunu biləndə sakitləşir (bax: Yaqubi 

«Taix» Şeyx Müfid «İrşad»). 

Hicrinin ilk əsrində bir çox cəsur qadınlar təhlükəsizlik və kontrol sahəsində xidmət edirdilər. Belə 

qadınlardan biri Nüfeylin qızı  Səmra  Əsədiyyə çadra örtərək bazarda moizə oxuyur və ticarətdə xalqı 



 

 

aldadanları qamçı ilə cəzalandırırdı. Rəvayətə görə Peyğəmbər Həzrət Məhəmməd (s) dindar və cəsur bir 



qadın olan Şəfa Abdullah qızını bazar rəisi təyin etmişdir. xəlifə Ömərin dövründə Şəfa hələ bu vəzifəni 

aparmaqda idi. (bax: İbn Əbdülbarr «Ər-İstiab»). 

Bəzi müsəlman qadınlar, hərbi işi öyrənərək, döyüş taktikasına mükəmməl yiyələnib kiçik 

dəstələrə rəhbərlik edə bilirdilər. İran Sasanilərinə qarşı müharibədə Muqeyrə ibn Şöbə  hərbi rəis olub. 

Bu döyüşdə bir çox qadınlar kişilərə kömək edirdilər. Döyüşün  ən  şiddətli vaxtında sasanilər 

müsəlmanlara arxadan zərbə vurmaq qərarına gəldilər.  Ərda Haris qızı düşmənin bu taktikasını başa 

düşərək qadınlarla məsləhətləşir və operativ qərar qəbul edir. qadınlar baş örtüklərini nizələrin başına 

bağlayaraq uzaqdan yavaş-yavaş döyüş meydanına yaxınlaşmağa başladılar. Təpəliyin arxasından 

yellənən yaylıqları bayraqlara bənzədən sasanilər elə  zənn etdilər ki, müsəlmanların köməyinə yeni 

dəstələr gəlir. Qorxuya düşmüş düşmən özünü itirir və  məğlub olur. Beləliklə,  Əzdanın hərbi hiyləsi 

müsəlmanların qələbəsinə səbəb olur.  

İslam dini qadınların  ədəbi qabiliyyətlərin inkişafı üçün şərait yaratmışdır.  İslamın yarandığı ilk 

illərdən müsəlman qadınlar, xüsusən Qureyş qadınları arasında çoxlu bacarıqlı natiq talantlı yazıçı  və 

şairə var idi. Onların tarixi hadisələri  əks etdirən yazdığı müxtəlif hədislər,  şerlər  əvəzsiz  ədəbi 

əsərlərində aydın məntiq, güclü emosiyalar, hadisələrə original baxış, müxtəlif siyasi ifadə vasitələri 

müşahidə olunur.  

Peyğəmbər və İmam Əlinin tərəfdarları arasında Qüreyş nəslindən olmayan, amma poetik talantı 

olan qadınlar da var idi. Məsələn Əbuzərir arvadı Ümmi-zar, Hüseyn, ibn Sabitin qızı Əbuzərin arvadı 

Ümmi-Zar, Hüseyn ibn Sabitin qızı Səbiyə, Əsvadın qızı Ümbül Heysəm, Bakarei-Hilaliyyə və başqaları. 

Hieri tarixin ilk əsrində bir çox müsəlman qadınlar yazıb oxuya bilirdilər və Quranın və duaların 

mətnlərinin köçürülməsi ilə  məşğul olurdular. Peymğəmbərin müasiri olan Şəa Abdullah qızı duaları 

yaza bilirdi və Xəlifə Ömərin qızı Hafizəyə ozuyub yazmaq öyrətmişdi.  

Müxtəlif dini mətnlərdə Peyğəmbər və  12 imam haqqında qadınlar tərəfindən yazılmış  hədislərə 

rast gəlmək olar. Hədis danışanların adı  və yaradıcılığından bəhs edən kitablarda 1500 hədis danışan 

qadının adı  çəkilir.  Şeyx Tuy tərəfindən yazılmış  hədis kitabında 6424 hadisçidən 62-si qadındır. 

Peyğəmbərin qızı Fatimeyi-Zəhra (ə), Peyğəmğərin zövcələri: Aişə, Ümu-Səlimə, Zeynəb və Sudə; 

Aişənin bacıları  Əsma;  İmam  Əlinin (ə) arvadı  Əsma, Üveys qızı  İmam  Əlinin (ə) bacısı Ümmi-Xani, 

Fatimeyi-Zəhranın (ə) xidmətçisi Fizzə, Abdullah ibn Məsudun arvadı Zeynəb, Ümbül Həsən Naciyə, 

Ümm-Ruman, Ümmin-Atiyə, Hisniyyə Ümmi-İshad, İmam Cəfər Sadiqin kənizi Seyda, Gülsüm, Kerxiya, 

İmam Əli Naqanın (ə) qızı Hakimə və b.  

Danışılan hədislərin sayına görə bu qadınlar arasında birinci yeri «Ümmil-möminin» Aişə durur. 

Kitablarda onun söylədiyi 2208 (və ya 2210) hədisəyə rast gəlmək olar.  

Bütün İslam tarixi boyu müsəlman qadınlar təsərrüfatla məşğul olublar.  

İlk müsəlman qadınlar arasında kosmetoloqluq, həkimlik, kulinariya, dərzilik, dekorativ tikmə 

kimi sənətlər geniş yayılmışdı. Rəvayətə görə kosmetoloq kimi fəaliyyət göstərən Ümmi-Rəhlə Qüşeyriya 

Peyğəmbər Həzrət Məhəmmədin (ə) yanına gələrək baş  əyir ıə ona müraciət edərək deyir: «Ey Allahın 

Elçisi, mən məşşatəlik ilə məşğul olaraq qadınları bəzəyirəm ki, onlar öz ərlərinin xoşuna gəlsinlər. Əgər 

bu dinimizin qanunlarına ziddirsə, mən daha bununla məşğul olmaram». Peyğəmbər qadına cavab verir: 

«Ümmi Rəhya, qadıları  bəzəməkdə davam et, qoy onlar öz ərlərinin xoşuna gəlsinlər» (bax: «Nizamül-

hüküməti-navabiyə (Peyğəmbərin idarə sistemi). 

Başqa bir hədisdə deyilir ki, Mədinə  şəhərində kosmetologiya ilə  məşğul olan Ümmi-Ətiyyə  və 

Ümmi Həbibə adlı 2 bacı Peyğəmbər Həzrət Məhəmmədə (s) müraciət edərək öz işlərini davam etdirmək 

üçün icazə istəyirlər. Peyğəmbər icazə verir və  hətta Ümmi-Ətiyyəyə bir neçə qiymətli məsləhət verir: 

«Qadınların üzünü parça ilə silmə, belə ki, parça üzün təravətini korlayır» (bax: Təbrizi «Makarimur-

əxlaq»). 

İslam tarixindən məlumdur ki, qadınlar həmişə dini hökmlərin öyrənilməsi və  tədqiqinə böyük 

maraq göstəriblər və mömün adamlar onları bu işə həvəsləndirirdilər.  

Peyğəmbər Həzrəti Məhəmmədin (s) arvadları  və  qızları qadınlara müsəlman qanunlarını izah 

etməklə bu sahədə  yığılıb qalmış  çətinlikləri həll edirdilər. Qadınlar daha çox «ümmi-mömin» Aişəyə 

müraciət edirdilər. Tarixi mənbələrdən məlumdur ki, hətta kişilər də ona müraciət edərək öz suallarına 

cavab tapa bilirdilər.  



 

 

Aişənin bacısı  oğlu onun haqqında yazırdı: «Mən Aişənin poeziya sahəsində biliyinə 



təəccüblənmirəm, ona görə ki, o Əbu-Bəkrin qızıdı. Fiqh sahəsində bilikləri məni təəccübləndirmir, çünki 

o peyğəmbərin arvadıdır. Məni onun tibb sahəsində bilikləri heyran edir, çünki mən onun, onları 

haradan əldə etdiyini bilmirəm».  

Tarixçilər hicrətin ilk əsrində fiqh elmi və tarixi sahəsində qadınların rolundan danışarkən 

Peyğəmbərin zövcələri Aişə və Ümmi-Səlimənin, eləcə də Ümmi-Səlimənin qızı (Peyğəmbərin ögey qızı) 

Zeynəbi və Əbubəkir qızı Əsmanın adını çəkirlər. Fatimə məktəbində dərs almış Ümmi-Eyman, Fizzə və 

Əsma Umeys qızı dini məsələlərdə müstəqil mövqeyə malik idilər. Tarixi kitablarda məlumat var ki, 

Ümmi-Əbd və Ümmi-Vərəqə kimi ilahiyyat elminə vurğun qadınlar icma namazına rəhbərlik edirdilər. 

İslamın bəzi məşhur alimləri qadınlardan dərs alır, bundan nəinki utanır, hətta bununla fəxr 

edirdilər. Hədislər üzrə alim İbn Cövzi öz müəllimi olan Şehda adlı qadına çoxlu hədis həsr etmişdir. 

Hədislərin, tarixin və terminlərin təfsiri üzrə böyük mütəxəssis sayılan Əllamə Süyüti yazırdı ki, bir çox 

elmlər üzrə onun müəllimləri qadınlar olub.  

Bununla belə qeyd etmək lazımdır ki, İslam aləmində uzun əsrlər boyu qadınlara hakim olmaq, 

hökm çıxartmaq, başqalarına müctəhidlik etməyə icazə verməyə icazə verilmirdi. Şafii, maliki və zeydi 

təriqətlərinə görə «qadın» qazi olub, hökm çıxarda bilməzdi. Hənəfi fiqh məktəbində isə qadınlara ancaq 

onların şahidliyinin qəbul edildiyi işlərdə qazilik etməyə icazə verilirdi (məsələn, əmlakla bağlı məhkəmə 

işlərində). Qadınların  şahidliyinin qəbul edilmədiyi məhkəmə  işlərində, (məsələn, qisas, zorakılıq, 

cinayətin ağırlığına görə hökm çıxartmaq və s.) qadın hakim ola bilməzdi. 

Orta əsrlərdən bizə bir sıra rituallar gəlib çatıb. Bəy və gəlin üzüklərini taxanda, bəyin qardaşı və 

ya başqa qohumu gəlinin belinə  qırmızı bafta bağlayaraq deyir: «Anam-bacım qız gəlin,  əl-ayağı düz 

gəlin, yeddi oğul istərəm, bircə dənə qız, gəlin». Adama elə gəlir ki, bu qədim deyim bizim dövrümüzdə 

də toyun bəzəyi olmalıdır. Amma bu günün reallığı bu qədim deyimi təhlükəli mənalandırır: cinsə görə 

selektiv seçici abortların sayını artıb. Selektriv abort onunla dəhşətlidir ki, texniki tərəqi amoral olan bir 

seçimə imkan verərək cinayətə çevrilir. Ona görə ki, ultrasəs diaqnostikası  uşağın cinsini o zaman 

müəyyən edir ki, qanun belə müddətli hamiləliyi pozmağı qadağan edir (əlbəttə,  əgər bunun ananın 

həyatı və sağlamlığına təhlükə yoxdursa).  

«Yeddi oğul istərəm, bircə dənə qız gəlin» qender filmi çox kəskin alındı, ona görə ki, seleksiyanın 

reallığı tamamilə  dərk edilmirdi. Həqiqətin güzgüsünə baxıb öz-özünü, dostunu, qonşunu görmək çox 

çətindir. Təbiidir ki, film kişi tamaşaçıların adekvat gur reaksiyasına səbəb oldu. Sosial status, intellektual 

səviyyə, tutduğu vəzifədən asılı olmayaraq ilk impuls psixoloji uşaqlaşma oldu. 

Film 2002-ci ilin payızında Bakıda keçirilən «Şərq-Qərb» beynəlxalq festivalında göstərildi. 

Baxışdan sonra keçirilən müzakirələrdə  çıxış edən məşhur rejissor müharibə vaxtı  oğlan uşaqlarının 

doğum sayının artdığını deyən alimlərə istinad edərək xeyirli «özünü qoruma instinktininə  təzyiq 

göstərməməyə,  əksinə ona qulaq asmağa» çağırırdı. Dünya müharibələrinin səbəbi iqtsiadiyyat və din 

deyil, kişi anlayışları, hakimiyyətə patoloji can atma və kişi özünütəsdiqinin aqressiv formasıdır. Hərbi 

dövrdə  oğlan uşaqlarının daha çox doğulması –təkamül fakorudur və  tənzimlənməyə uymur. Dərk 

edilən seleksiya isə amoraldır. Bu gün «instinklərin» qorunmasına yox, mənəviyyatın yüksəlməsinə 

çalışmaq lazımdır – axı biz XXI əsrdəyik.  

Rejissor kuluarda mənə yaxınlaşaraq öz mövqeyini çox qarışıq şəkildə izah etməyə başladı. Dedi ki, 

onun arvadı bir-birinin ardınca onun üçün qız doğanda onun heysiyyətinə çox toxunub. Lakin, sonra o 

sakitləşib «dərk edib» və qızlarını çox sevir.  

Çox maraqlıdır ki, bədnam «qadın məntiqi» danlayanda nəyi nəzərdə tuturlar?  

Bu da başqa bir nəzər nöqtəsi – «Exo» qəzetində  məşhur alim Eldar İsmayılovun məqaləsi çap 

olundu. Bu ilin yayında mən Amerikadan olan elmi təşkilatın Rusiyada tarixçi tələbələr üçün təşkil etdiyi 

seminarın işində natiq qismində  iştirak etməyə  dəvət olundum. Dərs günlərinin birinin sonunda çox 

hörmət etdiyim beynəlxalq donor təşkilatının keçmiş sovet respublikaları olan Azərbaycan və 

Tacikistanda qender probleminin vəziyyəti haqqında 2 sənədli filmə baxmağı təklif etdilər.  

Tacik versiyası qadınların narkobiznesdə iştirakı məsələsinə toxunurdu. Söhbət cinayətkar, bir neçə 

cəlb olunmuş  və  cəzasını almış tacik qadınlarının qəmli taleyindən gedirdi. Film çox nəsihətverici idi, 

həbsxanada çəkilmiş  və müşahidə obyekti dərin peşmançılıq keçirən qadınlar idi. Filmin təbliğatçı 

xarakteri açıq-aşkar idi. O təkcə qadınların narkobiznesdə  iştirakına deyil, ümumiyyətlə narkobiznesə 

qarşı idi. Belə filmi təkcə Tacikistanda deyil, keçmiş SSRİ-nin başqa respublikalarında, Avropa və ABŞ 




 

 

daxil olmaqla dünyanın bir çox ölkələrində – çəkmək olardı. Hər halda tamaşaçıda qadınların narkotik və 



milli mentalitetdən doğduğu təsəvvürü yaranmır.  

Növbəti film bizim idi, bizim ustalarımız tərəfindən çəkilmişdi və elə bil ki, sırf milli, tipik 

Azərbaycan mövzusu idi. Hər halda filmin yaradıcılarının fikri belə idi. Filmin əsas ideyası onda idi ki, 

azərbaycanlı ailəsində qızın doğulması onun başçısı üçün faciədir. 

Bunun bütün Azərbaycan cəmiyyəti üçün ümumi olduğu aşkardır. Bu mövzuda müsahibə verən 

qadınların hamısı  səs-səsə verərək qızların doğulmasının onlar üçün necə faciəli nəticələr verdiyini 

bildirirlər.  

Bəli, bizim kişilər ailədə oğlan uşağının doğulması xəbərini böyük entuziazm ilə qarşılayırlar. Qız 

uşağı doğulanda bu heç də  qəzəb hissi ilə müşayiət olunmur. Əlbəttə ailədə ancaq qızlar doğulanda 

bəzən məyusluq hissi olur. Amma filmdə göstərilmiş bu hadisə Azərbaycan mentalitetinin 

dərinliklərində olan qadına nifrət sindromunun adi halı kimi qiymət almamalıdır.  

Halbuki, filmin yaradıcıları istər-istməz məhz bu fikri tamaşaçılara aşılamaq istəyirlər. Mən 

M.Lomonosov adına Moskva Universitetinin tələbəsi olarkən, azərbaycanlı  tələbələrin yığıncağında 

müzakirə olunan bir məsələ yadıma düşdü: “Bir cənub  şəhərində” filmini ümumittifaq tamaşaçılarına 

göstərməyə dəyər ya yox. Axı film patriarxallığın təzahürləri və həyatımızın geri qalması haqqında idi. 

Bu bizim xalqı gözdən salmaz ki? Xeyir gözdən salmadı, çünki film həyati idi. Bizi pərt edən sücet isə 

filmdə, təmiz, tərbiyəli, tam sivil insanların sağlam münasibətləri fonunda baş verirdi.  

Əlimizdə olan filmdə isə ancaq qara tonlar mövcud idi. Heç bir əsası olmadan xalqın gözdən 

salınması açıq-aşkar idi. Bəli bizim respublikada problemlər çoxdur. Onlar haqqında danışmaq və açıq 

yazmaq, bu mövzuda bədii və sənədli filmlər yaratmaq lazımdır. Amma bizə bizi nadan, geridə qalmış 

adam kimi göstərən qondarma sücetlər lazım deyil.  

Film haqqında daha bir rəy: jurnalist Mila Fərəcullayeva qeyd edir ki, bu filmə baxış zamanı ondan 

bir komanda üzvü kimi tez-tez soruşurlarmış: «Bu filmin televiziya ilə translaysiyası zamanı 

problemləriniz olmadı ki?» Yox deyə cavab verirəm. Və bu bizim yerli fenomendir. Bir tərəfdən qender 

qeyri-bərbarəliyi çox pis dərk olunur. Digər tərəfdən isə qender üzrə yazılmış yaxşı məqalələrin çapı ilə, 

mövzu üzrə rolik və filmlərin, televiziya verilişlərinin translyasiyası ilə problem yaranmır.  Əksinə 

telekanallar böyük ictimai resonans yaradacaq süceti efirə böyük həvəslə buraxırlar. Bu reytinq və reklam 

axınıdır – hər  şeyi normaldır. Çap KİV-də qender üzrə  məqalələrin sayının minimal olması başqa 

məsələdir. Bir dəfə müxtəlif qeyri hökumət ictimai təşkilatlarının qender tematikası üzrə  tədbirlərini 

daim işıqlandıran jurnalist qız mənim «qender» nə olduğunu bilirsənmi?- sualıma səmimi cavab verdi: 

«Doğrusunu desəm, Mila xanım, mən bilmirəm».  

Qender bizim jurnalistlərin çoxu tərəfindən «qadın» məsələsi kimi başa düşülür. «Kişilərin 

diskriminasiyası» kimi qender məsələləri hüquqi profilli qender-ekspertlərdən başqa çox az adama 

məlumdur. Buna görə  də  hətta doğma redaksiyada məndən tez-tez soruşurlar «Yenə  də qenderə aid 

məqalə verirsən? Axı bizim həftəlik «Femina» əlavəmiz çıxır!» Mən isə özümü çox zəhlətökən hiss edərək 

100-cü dəfə izah edirdim ki, mətbəx, moda, «qısqanclıq» və «necə  ərə getmək» haqqında düşüncələr 

oxucu marağına səbəb olur, amma bu qender deyil. Onda qender nədir – deyə redaktor müavini 100-cü 

dəfə məndən soruşur və cavab gözləmədən məqaləni təsdiqləyir.  

Qeyri-müsəlman ölkələrində tez-tez soruşurlar: qızlara və qadınlara ədalətsiz münasibət Qurandan 

gəlir? Əlbəttə ki, yox, Quranda mahiyyətcə qender olan çoxlu proqressiv fikirlər var. Amma hüquqi və 

davranış normalarının toplusu olan şəriət də var və belə hesab olunur ki, onlar Qurana əsaslanır. Bəzi 

şeylər əsaslanıb, çoxusu isə yox. Şəriət tarixi olaraq bir çox ilahiyyatçı və sxolast nəslinin kollektiv işinin 

nəticəsidir, heç cürə vahid Allah kitabı deyil.  

Şəriət dinin dövlətdən ayrı olmadığı ölkələrdə müsəlmanların həyatına çox dərindən daxil 

olmuşdur. Və son illər dünya islam ekstremizmi ilə üzləşdi ki, Quranın ruhundan deyil, müasir insanın 

heç cürə qəbul edə bilməyəcəyi şəriət doqmalarından faydalanır. Hətta vəhabilərin islama istinad edərək 

haqq qazandırdıqları bədnam «cihad» Quranda «özündə olan ancaq şeylə mübarizə» kimi izah olunur. O 

ki, qaldı keçmiş SSRİ-nin müsəlman xalqlarına onlar xristianlardan daha çox savadlı din xadimlərindən, 

ilahiyyatçılardan məhrum idilər. 

Bu da savadsız,  ərəb dilini bilməyən, Quranı oxumamış, amma öz avtoritetinə hörmətə  və 

mənəviyyata can atan əhalidən gələn nəzirlərə göz dikən mollaların meydana çıxmasına səbəb oldu.  

Fərqlərə baxmayaraq, onlar 2 əsas aprior prinsipə əsaslanırlar. 




 

 



 

qadınlar və kişilər arasındakı fərqlər ancaq bioloji xarakter daşıyır  

 

kişi və qadın rolları əks diametral şəkildə differensiallaşdırılmışdır.  



 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 



 

Mətbuatda kişi və qadın obrazı 

 

İslam qender bərabərliyinə necə qiymət verir? 



 

Onların amazon tayfasına münasibəti necədir və onlar «zaman maşını» ilə o dövrə düşsəydilər nə 



edərdilər? 

 

İş üsulları – diskussiya, «Yeddi oğul istərəm bir qız qəlin» sənədli filmin baxışı və müzakirəsi 

 

ƏDƏBİYYAT 

 

Бок Г. История женщин, история полов // «THESIS», 1994, № 6, с. 180 

Большой толковый социологический словарь. Пер. с англ. – М., 1999, Т.1 

Образы ъенщин в современной российской ъурналистике. Ассоциация ъурналисток. – М., 1998 

Современный философский словарь. Под. ред. В.Е. Кемерова. Лондон 1998 

Уэст К. и Зиммерман Д. Создание гендера. Пер. с англ. Е. Здравомысловой. – Гендерные тетради. Вып. 1. 

Труды СПБ-филиала ИС РАН. – СПБ., 1997 



Rubin G. The Traffic in Women: Notes on the «Political Economy» of Sex. – In: Towards an Anthropology of 

Women. Reiter R. (eds.) New York and London: Monthly Review Press, 1975 



 

 

Yüklə 348,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə