Qender və ekoloji etika etika və cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərin əxlaqi tərəfi



Yüklə 322,77 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü322,77 Kb.
#52810


QENDER VƏ EKOLOJİ ETİKA 

 

Etika və cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərin əxlaqi tərəfi 

Qadın tədqiqatları və ekoloji etika 

Ekoloji etikanın başlıca istiqamətləri 

Qeyri-zorakılıq – təbiətə münasibətinin formasıdır 

 

Müasir dövrün qlobal problemləri, insan şüurunda tarixən  əmələ  gəlmiş istehlakçılığa, insanın 



təbiətə öldürücü münasibətinə yönəldilmiş ustanovkaların təcili  şəkildə yenidən mənalandırılmasını 

tələb edir. Müasir dünyada insan və təbiətin münasibətlərinin əsasını, indikinin tələblərini ödəyən, eyni 

zamanda gələcək nəsillərin tələbatlarını ödəmək imkanlarına təhlükə yaratmayan davamlı inkişafın 

əxlaqi prinsiplərinin ən dərin ifadəsini təşkil etməlidir. 

Elmi  ədəbiyyatda, insan və  təbiət arasında yaranan münasibətlər mövcud sivilizasiyanın inkişaf 

tarixində dörd şəkildə müşahidə edildiyi göstərilir. Birinci növ – əxlaqsız, kinli münasibətdir. Buna bir 

qədər az təsadüf olunur (əylənmək naminə meşənin yandırılması, öz gücünü nümayiş etdirmək 

məqsədilə heyvanların öldürülməsi və meşələrin qırılması  və s.). İkinci növ – utilitar (praktiki fayda 

baxımından) münasibətdir, hal-hazırda ən çox yayılandır. Burada təbiətə, öz güzaranını, rifahını qoruyub 

saxlamaq üçün istifadə edilən ehtiyatlar mənbəyi kimi qiymətləndirirlər. Üçüncü növ – təbiəti nəzəri, 

elmi sırf utilitarizm münasibətə qarşı çıxan münasibətdir. Əsil alim, öz tədqiqatlarının şəxsən özünə gəlib 

çıxan faydadan düşünməz, onun vəzifəsi – təbiətin obyektiv qanunlarını axtarıb tapmaq, kainatın, 

üzərində durduğu əsaslarını müəyyən etməkdir. Dördüncü növ – estetik münasibətdir. 

Birinci və ikinci növ qəbuledilməz sayılırsa, üçüncü və dördüncülər – kifayət etməyən kimi 

qiymətləndirilir.  İnsanın təbiətə münasibətinin yeganə  ləyaqətli olanı  dəqiq ifadəsi – kosmosda insani, 

insanda isə kosmik başlanğıcının təsdiq olunmasıdır. 

Son zamanlar bir çox inkişaf etmiş ölkələrdə əxlaqi şüurda ekoloji meyllərin artması müşahidə edilir; 

nəticədə  dəyərlər sistemi dəyişilib, burada həm təbii, həm də sosial elementlər birləşir. Təbiət burada 

müstəqil dəyər statusunu alıb, çünki təkrarolunmaz, tək və unikaldır. 

Təbiətin dəyərliliyinin düşünülməsi – insanın təbiətlə, təbiətin insanla ayrılmaz vəhdətini ifadə 

edir.İnsan və  cəmiyyət təbiət-cəmiyyət kimi vahid sistemin elementləri  şəklində  çıxış edir, heç biri 

ayrılıqda mövcud ola bilməz, bununla yanaşı  təbiətin maraqları ön plana çəkilir, cəmiyyətin 

tələblərindən üstün tutulur, əxlaq sahəsinə daxil edilir. Belə yanaşmada təbiət,  əxlaqi dəyərlərin yeni 

sistemində vasitə yox, məqsəd kimi çıxış edir, bu isə insanın təbii varlıq olduğu anlamından irəli gəlir. 

Həm də söhbət insanın təbiətə  əxlaqi münasibətindən, bu münasibətin xüsusiyyətləri,  əxlaqi 

tənzimlənmənin  ənənəvi, vərdiş etdiyimiz formaların (normalar, prinsiplər, dəyərlər, ideallar və s.) 

fəaliyyət dairəsinin genişləndirilməsindən gedir. 

Sözün geniş və dəqiq mənasında etika – əxlaq və mənəviyyatın hadisələrini öyrənən əxlaqi və fəlsəfi 

fənndir.  Əxlaq dedikdə mövcud cəmiyyətdə  qəbul edilmiş  və onun mədəniyyətində öz əksini tapmış 

qadağalar, tələblər, qaydalar və ideallardır; mənəviyyət – insanların qeyd edilən qaydalara uyğun 

davranış tərzidir. Adi şüur səviyyəsində qeyri-ciddi, lakin hamı tərəfindən qəbul edilmiş mənada etika 

termini əxlaq termini ilə üst-üstə düşür, onun sinonimidir. Əxlaq və yaxud ənənədən fərqli olaraq, əxlaqi 

normalar, xeyirxahlıq və  əxlaqi  ədalətliliyin idealları  şəklində ideya cəhətdən  əsaslandırılır. Beləliklə, 

əxlaq, mənəviyyət – ictimai şüurun forması, ictimai münasibətlərin növüdür. 

Ümumi etika sahələrindən biri olan ekoloji etikanın predmeti – insan-cəmiyyət-təbiət münasibətləri 

sistemində əxlaqi normalar və mənəviyyatdır. Lakin ekoloji etikanın haqqında daha geniş mühakimələri 

irəli sürmək olar. Onun obyekti – insan və təbiətin əsaslı fundamental xarakterli qarşılıqlı münasibətlər 

olduğu üçün o ümumi etikanın digər,  ən  əhəmiyyətli sahələri arasında (hətta səhiyyə etikası, bioetika 

kimi sahələrin) seçilir. 

Ekoloji bilik və davranışın strukturunda etikanın xüsusi yerini də qeyd etmək lazımdır. Biosfer 

haqqında təlimin yaradıcısı V. İ.Vernadski yazırdı: «Başlıca məsələlər – əxlaqi məsələlər, həyatın hər 

hansı bir şəraitində özünü necə aparmalı sualına cavab verə biləcək məsələlərdir». Bu, şübhə yaratmayan 

mühakiməni yəqin ki, tamamlasaq səhv etmərik-razılaşaq ki, birinci növbədə insanı  əhatə edən təbii 

mühit korlanır, qüsurlu olur.

1

 

                                                 



1

 Вернадский В.И. Философские мысли материалиста. М, 1988, с.386 




İnsan ekologiyası-ilk növbədə  cəmiyyətin mənəvi aləminin sağlamlaşdırılması, ali mədəniyyətin və 

humanist əxlaqın qavranılmasıdır. 

Ekoloji etikanın qeyd etdiyimiz xüsusiyyətləri ilə yanaşı onun daxili strukturunda həm də  əxlaqi 

seçim və  məsuliyyətin  əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Ümumiyyətlə seçim ikili ola bilər-ya 

rasional düşüncə, hər hansı bir fəaliyyətin istiqamətini, qərarın seçilməsinin nəticələri haqqında 

mühakimələrin yeridilməsi, ya da ki, işin maraqlarından çox uzaq olan ehtiraslara qapılması. Ekoloji 

sahədə seçim edilən zaman çox vacibdir ki, burada ağıllı rasional başlanğıc hökm sürsün, çünki məhz 

sonuncu variant daha önəmlidir. Təsdiq etdiyimiz problemlə  əlaqədar deyə bilərik ki, söhbət yalnız 

yüksək  şəxsi məsuliyyətdən yox, həm də sosial-ekoloji məsuliyyətdən gedir, çünki mübaliğəsiz demək 

olar ki, sonuncu bütövlükdə tarixi inkişaf üçün çox böyük əhəiyyət kəsb edir. 

2500 ildən artıq yaşı olan etikada indiyə qədər elə bir, hamı tərəfindən birmənalı qəbul edilmiş, bütün 

əxlaqin normaların  əsasını  təşkil edən nəzəriyyə yoxdur, yəni  əxlaqın mənbəyi məsələsi hələ  də  həll 

olunmayıb. Məs, etikanın naturalist nəzəriyyələri  əxlaqın başlanğıcını  təbii qanunda görürlər:  əxlaqi 

təbiətlə təmasda olması təbii olan sayılır. Digər nəzəriyyələrdə göstərilir ki, əxlaqın bütün normalarında 

sağlam düşüncə olmalıdır, çünki məhz bu düşüncə  əsasında  əxlaqi ziddiyyətlərin  ən yaxşı  həlli yolları 

tapılır. Bir çox əxlaqi nəzəriyyələr əxlaqın dini mənşəyini, onun başlıca hökmlərini ilahi vəhy vasitəsilə 

nazil edilməsini qeyd edirlər. 

Ekoloji etika sahəsində qeyd edilən nəzəri fərqlərlə yanaşı  şübhəsiz, bir sıra spesifik mübahisəli, 

müzakirəyə  səbəb olan problemlər var. Misal üçün aşağıdakıları qeyd etmək olar: ekoloji etikanın öz 

əsası varmı? Ya da bəlkə onun prinsipləri – ümum ekoloji prinsipləridir? Onun qurulması, yalnız təbii 

obyektlərin daxili dəyərinin qəbul olunması üzərində olmalıdırmı? Ekoetikanın  əsasını istisna olaraq 

yalnız estetikamı  təşkil edir (yəni hesab olunur ki, həyatın dəyərliliyi onun gözəlliyindədir), ayrı-ayrı 

əxlaqi normalar əxlaqi etika və ekoloji şüuru formalaşdıra bilərmi? Nə dərəcədə burada etikanın utilitar 

formaları (fayda axtaran) unudulub; nəhayət əxlaqi etikanın praktiki əhəmiyyəti varmı? 

Etikanın mənbələrinə, başlanğıcına qayıdaraq (artıq ekoloji etika baxımından), biz belə bir mövqedən 

çıxış edirik ki, sonuncunun əsasında insan və  təbiətin qarşılıqlı münasibətlərin  əsasında, dünyagörüşlə 

bağlı səviyyəli yanaşmalar durur. 

Ekoloji etikada bir sıra istiqamətlər sırasında xüsusi aktuallığı, Nobel premiyasının laureatı Albert 

Şveytserin həyata pərəstiş etikası kəsb edir. Albert Şveytser özünün üzərinə qalib gələrək, insanın, onu 

əhatə edən aləmlə daxili mənəvi əlaqəsini nümayiş etdirdi. 

Həyata pərəstiş etikasının mahiyyəti ondan ibarətdir ki, insan başqa canlıya zərər vurarkən, bunun 

üzərində daima düşünür ki, bu hərəkətinin nəticəsində başqasının həyatına vurulan ziyana nə dərəcədə 

bəraət qazandırmaq olar. Burada daima daxili münaqişə yaranır, bu münaqişənin əsasında isə özünün və 

başqasının həyatına pərəstiş durur, nəticədə insan borc və  zərurinin, labüdün arasında seçmək 

məcburiyyətində qalır. Qeyd etmək lazımdır ki, mənəviyyat bütün sosial proqramların ən zəif yeri olub, 

ona görə  də ekoloji problemlərin həllində onu bir vasitə halında götürülməsinin heç bir əsası yoxdur. 

Əxlaq həyat fəaliyyətinin tipi, növündən irəli gəlir, həyatın özü isə bir sıra obyektiv, o cümlədən təbii 

amillərdən asılıdır.  

Ümumi etikanın norma və qaydaları ilə onun konkret sahələrinin  əxlaqi prinsipləri ilə  əlaqəsini 

nəzərdən keçirərək, unutmayaq ki, hamını qane edə biləcək qayda və prinsiplər yığımını  təklif etmək 

olmur. Bunların sırasında aşağıdakıları qeyd etmək olar.  

İnsanın təbiətə münasibətinin  əxlaqi mövqeləri, ilk növbədə humanist xarakterli, yəni prioritet 

halında həm insanın, həm də təbiətin xeyrini əsas götürən olmalıdır. Onların arasındakı əlaqələri «ekoloji 

imperativ» (yəni hökm) müəyyən edir. Bu anlayış Rusiya akademiki N.N. Moiseyev irəli 

sürmüşdür:göstərilir ki, cəmiyyət və  təbiətin təkamülü haqqında nəzəriyyəyə istinadən, biosferdə 

qayıtmaz proseslərin  əmələ  gəlməsinə  səbəb olmamaq üçün , təbii qanunauyğunluqlarla qarşı-qarşıya 

gəlmək olmaz. Bu hökmlə yan-yana «partnyorluq» prinsipini, təbiət və  cəmiyyətin münasibətlərində 

qoyulmuşdur. Bu prinsip, öz növbəsində başqa bir prinsip ilə tamamlanmalıdır, təbiətə, xüsusilə canlı 

təbiətə hörmət və məhəbbətlə yanaşılmalıdır. Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, gələcək 

nəsillərə biganəliyə, istehlakçılığa əsaslanan eqoist ideyologiyaya son qoyulmalı, bütün təhsil, maarif və 

tərbiyə, bütün mədəniyyət sistemi yenidən qurulmalıdır. Müvafiq olaraq, təbiətə insan təsirini 

optimallaşdıran  əxlaqi biliklər və  vərdişlər də  əxlaqi mahiyyət kəsb edir. Xüsusi olaraq, biz ekoloji 




etikanın digər prinsiplərə nisbətən daha böyük birləşdirici imkanlara malik olan, onun humanist 

mahiyyətinə daha kəskin şəkildə cavab verən qeyrizorakılıq prinsipini xüsusi olaraq seçirik.  

Bir çox feminist qadınlar və ekoloqlar istismar olunan qadın cinsi və istismar olunan təbiət arasında 

bir uyğunluğu müşahidə edirdi. İnestra Kinq yazırdı ki, «qadına mənfur münasibətlə təbiətə olan nifrət 

bir-birilə  sıx  əlaqəlidir». Buna səbəb, çox ehtimal ki, təbiətin həyatı yaradan qadın-anaya bənzədilməsi, 

qadının isə Təbiətə bənzədilməsi olıb; yunanlar öz torpaq iləhəsini Heya deyib çağırırdı. Belə analogiyanı 

(müqayisəni) davam etdirsək, istər qadınlar, istərsə də təbiət üçün real təhlükə yarada biləcək qüvvə-kişi 

hökmranlılığının  ənənəvi hal almasıdır, buna başqa cürə patriarxat deyirlər. Kişi-seksistlərin meyli, 

qorxduqları, nifrət edikləri və zəif, aciz olanları tabe etdirmək, hökmran olmaq, manipulyasiya və zülm 

etməkdir. 

İnestra Kinq hesab edir ki, sivilizasiya və təbiəti parçalayan dualizmin əsasında qadınlara olan nifrət 

durur. Rozmari Redford Ruter əlavə edir ki, kişilərin qadınlar üzərində hökmranlılığının tənqidi nəticədə 

insanın təbiətin üzərində olan hökmranlılığının tənqidinə  gətirib çıxarır. Kerolin Merçant öz «Təbiətin 

ölümü» (1980) əsərində bununla əlaqədar fikrini çox dəqiq ifadə etdi: birinci fəsli o, «Təbiət bir qadındır» 

adlandırdı. O, oxuculara xatılladır ki, təbii aləmin ana şəklində  təsvir olunması, insan iştahasını 

qabaqlayan bir amil rolunu oynayaraq, yalnız XVII əsrdə  vəhşi, idarə oluna bilməyən və təhlükəli olan 

bir mövhum haqqında təsəvvürü ilə  əvəz olundu. Təbiətin üzərində hökmranlıq ideyasını  həyata 

keçirmək cəhdinə təkan verən elmi-texniki inqilab olub. Feminizm hərəkatının tərəfdarları xam torpağın 

zorlanması və qadınların həmən hala salınmasında uyğunluq, oxşarlıq görürdülər. Nəticədə XX əsrin 60-

70-ci illərində qadın hərəkatının genişlənməsi ekologiyanın ictimaiyyət tərəfindən rəğbətlə qarşılanması 

ilə üst-üstə düşərək təbiəti, istismara məruz qalan qadın obrazı şəklində təsviri ilə nəticələndi. Təbiət və 

qadının qarşılaşdığı çətinliklər həmfikir edirsə, onda hər iki tərəfin etik sahədə təhlili də qarşılıqlı anlama 

şəraitində keçə bilər. Tədqiqatçıların çox payı, hər iki hərakatı, «ekofeminizm» və «ekosofiya» ibadələri 

vasitəsilə birləşdirməyə  cəhd göstərmişdilər.  İnestra Kinq qeyd edir ki, «ekologiya, feminizm və bütün 

təbiətin azad edilməsi (bizi də bura daxil etmək şərtilə) qarşılıqlı şəkildə bir-biri ilə əlaqəlidir». Bir çoxu 

hesab edir ki, həyatın yaradıcı qüvvəsi olan qadınlar, kişilərə nisbətən, daha yaxındırlar. Qadınlar, 

insanla təbiətin qarşılıqlı münasibətlərini daha aydın təsəvvür edir. İnestra Kinq yazır ki, «ekologiyaya 

qadın düşüncəsi lazımdır». Cim Çini hesab edir ki, holizmlə (təbiətlə bütöv, vahid olmaq) bağlı 

«dərinliklər ekologiyası»nın qadın xasiyyəti var. Süzann Hriffin bunu daha romantik şəkildə təsvir edir: 

«Qadın təbiətlə danışarkən torpağın səslərini eşidir, külək onu bürüyür, ağaclar onunla pıçıldaşır». 

Torpaq etikasının banisi, amerikalı, təbiətin mühafizəçisi Oldo Leopold yazırdı ki, etikanın ilkin 

variantında fərdlərarası münasibətlər nəzərdə tutulurdu. Sonradan buraya cəmiyyətlə  fərdin 

münasibətlərinin mahiyyəti də  əlavə olundu. Lakin insanın torpaq və torpağın üzərində yaşayan 

heyvanlar və bitkilərlə münasibətləri tənzimləyən etika hələ ki, yaranmayıb. O. Leopoldun fikrincə, 

torpaq etikası, biosistemə diqqətin artmasını ona görə arzulamır ki, bu sistem özü-özlüyündə 

mövcuddur; ona görə ki, burada, fərdi üzvlərin maraq və  mənafeləri, onun gözəlliyi, stabilliyi və 

bütövlüyünə qurban verilməlidir. Torpaq etikasına uyğun növləri məhv etmək və yaxud onların 

məhvinə səbəb olmaq, yerli və gəlmə növləri qarışdırmaq, torpaqdan bütün enercisini hasil etmək və onu 

biotasını boşaltmaq, çayları çirkləndirmək olmaz. Beyard Kallikotun fikrincə, «Yaşamaq» hüququ, 

biobirliyin strukturuna uyğun gəlmir, buna görə də torpaq etikası tərəfindən rədd edilir. 

O.Leopoldun etikasında daha çox ekoloji cəhətlər varsa, A.Şveytserin həyata pərəstiş etikası daha çox 

ali  əxlaqi prinsiplərə  əsaslanır. Onun etikası ondan ibarətdir ki, «mən eyni dərəcədə istər öz iradə  və 

həyatıma, istərsə  də istənilən başqa həyata pərəstiş hissini keçirirəm – əxlaqın başlıca prinsipi məhz 

bundadır. Həyatın qorunub saxlanılmasına qulluq edən nə varsa xeyirxahlıqdır, həyatı  məhv edən, 

yaxud onun qarşısında əngəlləri törədən isə-şərdir. İnsan o zaman həqiqətən xeyirxahlıdır ki, o, hər hansı 

bir kömək edə biləcək həyata kömək etmək kimi daxili istəyinə tabe olur və hər hansı bir canlıya zərər 

vurmaqdan özünü saxlaya bilər…  Əgər mən hər-hansı bir canlıya zərər vururamsa, gərək bunu nə 

dərəcədə zəruri olduğunu düşünəm. Mən yalnız qaçılmaz bir halda bunu etməliyəm, başqa halda hətta 

ən xırda zərəri belə vurmağa razı deyiləm». A.Şveytser deyirdi ki, insan yalnız o zaman özünü tərbiyəli, 

əxlaqlı saya bilər ki, o istənilən başqa canlıya hörmət edər, istənilən başqa təhlükə altında olan canlının 

köməyinə özünü çatdırar. O, öyrədirdi ki, bütün mövcud əxlaqi nəzəriyyələrin səhvi ondan ibarət idi ki, 

onlar insanın insana münasibətini öyrənirdilər,  əslində isə söhbət insanın onun əhatəsində olan hər bir 

şeyə münasibətindən gedir. 



İnsan və  təbiətin qarşılıqlı münasibətinin öyrənilməsində antoposentik istiqaməti müəyyən etmək 

olar. Fəlsəfədə antroposentrizm dedikdə insanı, bütün kainatın mərkəzi və ali məqsədi kimi öyrənən 

təlimə deyilir. Belə mövqedən insan və  təbiətin qarşılıqlı münasibətlərini yalnız təbiətin ağası olan 

insanın xeyri baxımından təhlil etmək olar. Müasir cəiyyətdə  təbiətə münasibətdə obyektli-praqmatik 

(fayda baxımından ) yanaşma üstünlük təşkil edir, insan psixoloji cəhətdən digər canlılara qarşı qoyulur, 

həmin canlılar subyekt-obyekt səviyyəsində qavranılır. Professor, fəlsəfə elmləri doktoru 

A.A.Hüseynovun fikrincə, insan özünü təbiətə qarşı qoyaraq, bununla məqsədi vasitəyə qarşı 

qoyulmasını  təsvir edir: belə yanaşma  əksər insanların dünyagörüşündə mövcuddur. Antik dövrdən 

başlayaraq, ictimai şüurda təbiətin obyekt-subyekt baxımından qavranılması və öyrənilməsi hökmranlıq 

sürür: Yeni dövrün ideologiyasında mərkəzi yer tutmağa başlayır. Müasir elmin və rasional səpgidə 

istiqamətləndirilmiş humanizmin baniləri, təbiəti yalnız xüsusi, mürəkkəb cihaz kimi qiymətləndirirdilər. 

O zaman onlar indi də əsas rol oynayan bir inamı yaratdılar və əsaslandırmağa çalışdılar: insanlar elmə 

və bacarıqlarına arxalanıb təbiətin yiyəsi və ağasına çevrilə bilər və çevrilməlidirlər. 

Etika sahəsində ixtisaslaşan mütəxəssislərin, bir çox filosofların finkrincə, xristian əxlaq 

konsepsiyasında antroposentrist baxışları ən qabarıq şəkildə ifadə olunub. Bu baxışlar, Akvinalı Fomanın 

teleologiyasında belə formula olunmuşdur: rasional həyat-təbiətin mövcudluluğunun qarantıdır 

(təminatçısıdır); ağla malik insanı bu dünyada qoruyub saxlamaq vasitəsi var, bu da ağılsız cisimlərdir. 

B.Kallikott insanın dünyada fövqəl rolunu, onu təbiətdə oynadığı hökram rolunu müdafiə edən mövqeyi 

təhlil edir.Prinsip etibarı ilə bu mövqe indiki texnokratik cəmiyyətin insanlarının təbiətə, ekologiyaya, 

təbiəti mühafizə etmək zərurətə müasi baxışlar üçün bir əsasdır. Hesab edilir ki, ehtiyatlar tükənməz 

deyil, insan nəinki indii yaşayanların, həm də gələcək nəsilləri haqqında düşünməlidir. O, əlbəttə, təbiətə 

mümkün qədər az ziyan vurmalı, eyni zamanda burada öz xeyri baxımından irəli gəlməlidir. Məs, 

təbiətin sərvətləri tükənməz olsaydı, insan onların daha intensiv istifadəsi üzərində düşünə bilərdi. Lakin 

hal-hazırda bu «köhnəlmiş» etika hədlərində qalaraq mülayimliliyi ifadə etmək çox çətindir. 

Təbiət və  cəmiyyətin qarşılıqlı  təsiri mahiyyətinin dərkində, həm də natursentrist cərəyanını  şərti 

olsa  da  qeyd  etmək olar. Buna baxmayaraq, belə yanaşmanın ilk əlamətlərini həm dini sistemlərdə, 

məsələn buddizmdə, həm də fəlsəfədə, məsələn, təbiətə alternativ (variant) yanaşmasını yaratmış Assizli 

Fransiskin ideyalarında tapmaq olur. Belə yanaşmanın əsasını nəinki ayrı-ayrı insanların, həm də bütün 

bəşər nəslinin itaət məziyyətinə olan inam təşkil edir. Müqəddəs Fransisk, insanı, bir növ onun 

monarxiyaya bənzər hər bir canlının üzərində hökmranlıq taxtından düşürdür və  həyatın bütün 

formaları arasında demokratiyanı yaradır. Beləliklə o, təbiətdə olan hər bir cisim və hadisənin özünün 

mənəvi dəyərli olmasını təsdiqləyir: insan gərək bu dəyərliliyi qəbul etsin və öz fəaliyyəti ilə hadisələrin 

təbii gedişatına qarışmasın. 

Problemin belə qiymətləndirilməsinin təsdiqini biz, həm də bir sıra «universal-kosmik» 

konsepsiyalarında tapırıq: burada hər bir canlı üçün əxlaqi status axtarılır, təbiətə romantikcəsinə səcdə 

edilir, onu ilahiləşdirirlər. Təbiət özü-özlüyündə olduğu kimi ehtiramlı sitayiş mənbəyi elan olunurdu. 

Ekoloji etikada radikal yanaşmalardan biri – «heyvanların xilas edilməsidir». Bu cərəyanın 

nümayəndələri ayrı-ayrı heyvanların salamatlılığını düşünür, bəzən də belə olur ki, tək bir heyvanın 

rifahı bütün növün rifahına zidd gəlir. Heyvanların xilas edilməsi hərəkatı heyvanları  qəddarlıqdan, 

mənasız  əzablardan və istismardan azad edilməsini istəyir. Onlar, bitkilərə  və yaxud cansız təbii 

obyektlərə  əxlaqi hüquqların verilməsinə  tərəf çıxmırlar: axı bitki və heyvanlarda şüurluluq olmur, 

deməli, onlar ağrını  və  həzzalmanı yaşaya bilməz. Heyvanların xilaskarları, heyvanların  əyləncə üçün 

istifadə olunmasına (məs, sirkdə və s.), bir də heyvanların qida məqsədilə öldürülməsinə qarşı çıxırlar. 

Qeyd etmək lazımdır ki, bəziləri, heyvanları azadetmə (hüquqları) tərəfdarlarının bir hissəsi heç də 

öz baxışlarını ekoloji etikaya aid etmir, onlar heyvanları tam müstəqil, hətta antaqonist (tərəf müqabil) 

olduğunu hesab edirlər. 

Ekoloji etikada ekofeminizm adlı  cərəyan xüsusi yer tutur. Ekofeminizm nəzəriyyəsinin baxışlarına 

görə, «Qadın başlanğıcının» xilasedilmə prosesi qadın arxetipinin daşıyıcısı olan təbiətin xilasından 

başlmalıdır. Qadın təbiətə yaxınlıq rəmzi kimi qiymətləndirilir, bu isə öz növbəsində, kişi başlanğıcının 

rəmzi olan mədəniyyətə qarşı qoyulur. 

Ekofeministlər, öz nəzəriyyəsində  dörd  baza  mahiyyətli prinsipi irəli sürürlər:  1)təbiətin istismar 

edilməsi ilə qadının istismar edilməsi arasında,  şübhəsiz,  əlaqə var; 2) bu əlaqənin mahiyyətinin 

öyrənilməsi, təbiətin olduğu kimi öyrənilməsi üçün zəruridir; 3)feminizmin, həm nəzəriyyəsi, həm də 



praktikası, özünə ekoloji perspektivi daxil etməlidir; 4) ekoloji problemlərinə  həmişə feminist 

perspektivləri də daxil edilməlidir. Ekofeminizmi feminizmin bir qolu olduğunu hesab etmək – 

ümumiyyyətlə, bu, feminizmə xas olmalıdır. 

Ekofeministlər hesab edirlər ki, ana-torpaq – bütün bioloji həyatın qayğıkeşli sığınacağıdır, ona 

ehtiram etmək, onu bütün əcdadlarımız etdiyi kimi sevmək lazımdır. Ekofeminizmdə müxtəlif 

yanaşmalar var. Bu cərəyanın tərəfdarları bir məsələdə eyni mövqedədirlər: təbiətin hökmranlığı qadın 

hökmranlığı ilə  sıx  əlaqəlidir;  əgər birinin subordinasiyası (tabeliyi) qəbul olunursa, digəri də  qəbul 

olunmalıdır.  

İdeya baxımından ekoloji etikaya yaxın bir mövqedən kosmosentrizm və teosentrizm durur. 

Kosmosentrizmin nümayəndələri düşünür ki, dünya özü-özlüyündə  dəyərlidir, insanın ona ixtiyarı 

çatmır ki, o, dünyanın necə olmasını həll etməyə çalışsın; əksinə, dünya, insanın necə olmalı olduğunu 

həll edə bilər. Teosentrizmin nümayəndələri öz diqqətini insanın üzərində yüksələn  əxlaqi instansiya 

qarşısında biosferin taleyinə cavabdehdir, məsuliyyət daşıyır.  

Ekoloji etikanın daha bir cərəyanı – insanı bioloji varlıq kimi öyrənən tədqiqatlar sistemi – bioetika 

var. Burada söhbət genetik mühəndisliyin metodlarının istifadə olunmasının etik problemlərin gedir.  

Sosial sahədə qeyrizorakılığa keçid-müasir əxlaqi seçim yoludur; belə seçim insanların birləşməsinə, 

müxtəlif mədəni, etnik, dini birliklər arasında qarşılıqlı anlamın yaranmasına, həll oluna bilməsinə ümidi 

kəsilən münaqişələrin həmişə hazır olmasına gətirib çıxara biləcək haldır. Burada İ.Kantın diqqətəlayiq 

sözləri yerinə düşər: «Varlıların ağıldan məhrum olan, lakin canlı hissəsinə aid heyvanlarla zorakılıqla 

müşaiyət olunan qəddarlıqla rəftar olunması, insanın özü-özünün qarşısında olan borcuna görə, o, daha 

iyrənc görünür, çünki bu zaman insanın, onların  əzablarına acımağın qarşısı alınır, digər insanlarla 

münasibətlərdə  mənəvi dəyərləri tapmaq işində çox faydalı olan təbii təmayülləri zəifləyir və  tədricən 

məhv olunur». 

1

 



Qeyrizorakılıq, insana həqiqi mənəviliyə nail olmaq imkanını verən, zorakılığı, özünün müxtəlif 

formalarında təbiətin özünə zidd olunan bir mövhum kimi qavranılması vəziyyətinə çatmaq vəzifəsində 

çıxış edən mənəvi mənbə həyati və əxlaqi prinsipdir. 

Biz qeyrizorakılığı zorakılığa bir alternativ kimi götürür, onu ideoloji, əxlaqi və  həyati prinsip 

olduğunu qeyd edirik. Bunun əsasında bütün canlının, insan və onun həyatının dəyərli olmasının qəbul 

edilməsi, siyasi, əxlaqi, iqtisadi və şəxsiyyətlərarası problemlər və münaqişələrin həllində zorakılığın bir 

vasitə kimi istifadəsini inkar edilməsi durur. 

Alimlərin müasir baxışları insan və 

təbiətin inteqrasiyası onların münasibətlərinin 

harmoniyalaşdırılması, bütün təbiətin sistemli quruluşunun qavranılması haqqındakı ideyaya əsaslanır. 

Əxlaqda əsas diqqət ekoloji vicdan və ekoloji borcun inkişafına yetirilir. Ekoloji baxımından borc-nəinki 

təbiətdə yaranmış tarazlığın qoruyub saxlanılmasını, həm də ekosistemlərin daha yaxşı vəziyyətinə nail 

olunmasına səylərin göstərilməsini nəzərdə tutur. Yalnız belə mövqedən insanın praktiki tələbatlarını 

öyrənmək, onun həyatı və fəaliyyəti ilə bağlı olan məsələlərini həll etmək mümkün olacaq. 

Hal-hazırda insanla təbiətin münasibətlərinin qurulması prinsip-lərindən biri Albert Şveytserin 

həyata pərəstiş etmək prinsipini göstərmək olar: o insanla dünyanıı bütövlülüyü anlamı prinsipindən 

irəli gəlir.  

A.Şvetserin insanın dünyaya münasibəti, həyatın mənası, xeyirxah-lığın mahiyyəti haqqındakı 

fundamental təsəvvürlərdən irəli gələrək ele-mentar təfəkkürdən danışır. Elementar (çox sadə) təfəkkür-

elə bir təfəkkür tərzidir ki, o, idrakın təbiəti, məntiqi quraşdırmaları, təbii elmlərin öyrənil-məsi ilə 

məşğuldur:  əgər insan daima özü-özünün dünyaya münasibəti üzərində düşünürsə bu artıq digər 

düşüncə tərzinin aparıcı xəttidir. 

Qısa şəkildə A.Şvetserin konsepsiyasının məzmunu belədir: 

1. Real 


aləm-canlı aləmdir. 

2. Dünya 

haqqında insan yalnız onu bilir ki, bütün mövcud olanlar (özü də o cümlədən) həyata 

iradənin ifadəsidir: bu dünyaya o, həm passiv, həm də aktiv münasibət göstərə bilər, passiv 

münasibət göstərirsə o, dünya ilə xüsusi əlaqə yaradır, çünki yalnız özü üçün yaşamır, özünü öz təsir 

dairəsində olan dünya ilə təmasda həmahəng olduğunu duyur; 

3. Öz 

həyatının sirləri, həyatla onu bağladığı telləri üzərində düşünməyə başlayan insan artıq 



özünü  əhatə edən həyata pərəstiş etmək prinsipindən kənarda görə bilmir; bu prinsip mütləq etik 

                                                 

1

 Кант И. Соч.: В 6 т. – М., 1966. – Т. 4. – С. 382 




mikro və  həyatı  təsdiqində özünü biruzə verir. İnsanın fəaliyyətində özünü bilidirir: insan adicə 

yaşamaq yox, sözün əsil mənasında həyatını duymağa başlayacaq; 

4. Həqiqətən əxlaqi keyfiyyətlərə malik olan insan üçün həyat müqəddəsdir; buraya hətta dəyərlər 

şkalasının  ən aşağı pilləsində qalan, həyat da daxildir. O, müəyyən fərqləri zərurət qarşısında, 

konkret şəraitdə nəzərə alır; məs, seçim qarşısında qalır (ikisindən kimin həyatını qurban verə bilər 

ki, digərini xilas etsin) A. Şveytser yazır ki, «əgər həyata pərəstiş etmək zərürəti ona toxunubsa, o, 

həyata zərəri yalnız dağıtmaq məcburiyyəti qarşısında qaçılmaz olanda gətirər; bunu heç vaxt 

düşüncəsiz etməz. Azad insan olduğu qədər o, həzz almağın hər bir imkanından istifadə etmək 

qadirindədir: həyata kömək etmək imkanını  əldə etmək,  əzab  əziyyəti, dağıntıları isə ondan uzaq 

etmək».


2

 

A.Şvetserin  əxlaqi eyni dərəcədə  həm humanist, həm də realist xarkteri daşıyır.  İnsanın, həyatın 



üzərində  həyatın üzərində zorakılıq onun məhv edilməsi hallarında tamam uzaqlaşmasınını mümkün 

olmadığını  qəbul edən müəllif göstərir ki, insan bunu adicə subyektiv qənaət  əsasında, sərbəst  şəkildə 

etməyəcək, çünki o həmişə fikirləşir ki, “o, qurban gətirdiyi həyatına görə  məsüliyyət daşıyır”. 

Qeyrizorakılıq prinsipinə çox yaxın olan belə bir etik yanaşma, fikrimizcə qlobal problemlərin həllinə 

köməklik göstərər, təbiətlə insanın münasibətlərində harmoniya yaradar, öz zəkasının tam istifadəsinə 

imkan yaradır, çünki belə olduqda fərd, həm özünü, həm də  ətraf Aləmi bir sərvət kimi qəbul edir, bu 

dəyərlər ilə ayrılmaz tellər ilə bağlanır. 

İlk dəfə olaraq qeyrizorakılıq problemi bir sıra dini təlimlərdə özünü biruzə verdi; birinci növbədə 

Şərqin, o cümlədən Hindistanın qədim dinlərində.  Şərq dinlərində dünya bütöv bir sistem kimi təsvir 

olunur, burada bütövün bütün elementləri bir vahidliyi təşkil edir; insan üçün də burada müəyyən yer 

ayrılır. Bu təlimlərin çoxunda ruhların başqa  şəklə düşməsi, çevrilməsi ideyası başlıca rol oynayır; bu 

ideyaya görə, insan həyatı bir-birinin ardınca baş verən bir cismani formadan digərinə keçid sistemidir. 

Çevrilmə ideyasına norma ideyası çox yaxındır; əslində burada insan fəaliyyətini, onun taleyini müəyyən 

edən səbəbiyyət ifadə olunur. Bu təsəvvürün mənası ondadır ki, insan öz normasından azad olunma 

vəzifəsinin aşılamalı, ruhun kamil durumuna nail olmalı, mütləq varlığının durumunu əldə etməli, özü-

özünün hədlərini tanımalıdır. Bundan əlavə, qeyrizorakılıq probleminin qoyulması  və  həll edilməsinə 

Şərq dinlərində xüsusiyyətlərin özü köməklik göstərdi, çünki Şərq dinləri öz açıqlığı, digər dini 

sistemlərə inteqrasiya olunma bacarığı, tolerantlığı, onun ümumbəşəri prinsip kimi təbliği ilə seçilir. 

Qeyrizorakılıq problemi xüsusi olaraq, caynizm fəlsəfəsi və etikasında öz ifadəsini tapıb. 

Caynizmin başlıca müddəası – ruhun cismaninin (materiyanın) üzərində üstün olması ideyasıdır. 

Xilasolunma, azadolunma yolu – maddinin üzərində  qələbəsindədir. Maddi dedikdə, buraya norma 

(nazik, yapışqan materiyadır, buna bütün qalanları yapışır, yəni kobud materiya). Jiva (ruh) aciva 

(materiya, cisim) ilə norma vasitəsilə birləşir; o, canlı  məxluqlar sifətinə (bitkilər, heyvanlar, insanlar) 

düşür. Karmadan asılı olmasından azad olunmaq yolu – dərketmə və sonrakı düzgün davranışındadır. 

Birinci müddəa – təlimin həqiqiliyinə əmin olmaq, düzgün hərəkətlər və düzgün davranışın əsası 

sayılan təlimin hər bir sözünə həqiqətən inanmaqdır. İkinci müddəa – düzgün dərketmə və onun nəticəsi 

olan kamil bilik; hesab olunur ki, caynizm biliyi, özünü zərərli normadan qurtarmaq üçün açıqlanır. 

Üçüncüsü – ədalətli ömrün yaşaması, yəni müəyyən davranış qaydalarına ciddi əməl etməsidir. Caynizm 

icmasının bütün üzvləri öz üzərinə könüllü olaraq beş  əsas  əhd-peyman qəbul edir: canlı  həyata zərər 

vurmamaq (ahimsa-zorakılıqdan imtina deməkdir), oğurlamamaq,  ər-arvadlıq sədaqətini pozmamaq, 

səlimçilik etməmək, səmimi olmaq, dildə abır-həyanı gözləmək.  

Ahimsa prinsipi-canlı  təbiətə qarşı zorakılığın inkarı deməkdir; bu prinsip caynizm etikasında 

aparıcı yerlərdən birin tutur: caynilər ət yemir, hətta ən xırda heyvanlara zərər vurulması ilə razı deyillər, 

iri heyvanların ovundan belə söhbət gedə bilməz:bunu bitkilər haqqında da demək olar: məs, onlar bitki 

kökünü və kök yumrusunu qida kimi istifadə etmir, həyatın mənbəyi sayılan tum da meyvədə çoxlu 

olanda, onu yemirlər; onlar, həm ev, həm də  vəhşi heyvanların qayğısına qalırlar. Caynizimdə ahimsa 

prinsipinin  əsaslandırılması müəyyən, qəti və konkret xarakter daşıyır: canlıya zərər vurmaq olmaz, 

çünki onun ruhu var, bu ruh çevrilmə silsiləsi yolundadır; özbaşına bu prosesə müdaxilə onu pozur, 

zorakılığa əl atmış insanın da karmasına mənfi təsir göstərir. 

Cayinizmlə yanaşı (demək olar ki, eyni vaxtda, e.ə. VI-V əsrlərdə) buddizm yarandı, bunun 

caynizimlə ümumi xüsusiyyətlər olsa da, çoxlu fərqli cəhətləri də olub, məhz bu cəhətlərin inkişafı 

                                                 

2

 Швейцер А. «Благоговение перед жизнью как основа микро- и жизнеутверждения». – С. 342 




nəticəsində buddizm dünya dininə çevrildi. Buddizm təliminin mahiyyəti Qautama Buddanın üç 

moizəsində ilk dəfə olaraq açıqlanır. İlk moizədə o, iki, ifrata qapılmaq hallırandan uzaqlaşmağı məsləhət 

görür: hissi həzzalmalara imkan vermək və qəti, ifrat həddinə çatdırılmış asektizmdən. Bunu, ortalıq yolu 

seçməklə  əldə etmək olar. Bu yol görməyə, öyrənməyə imkan yaradır, sülhə, ali müdrikliyə, 

aydınlaşmaya və nirvanaya doğru olan yoldur. Ortalıq yolu – səkkizdən ibarət olan yoldur; burada 

düzgün anlama, düzgün fikir, düzgün nitq, düzgün hərəkət, düzgün həyat tərzi, düzgün niyyət, düzgün 

səy, düzgün cəmlənmə daxildir.  

Sonra Qautama göstərir ki, həyat-əzabkeşlik, dukkxadır. Anadan olmaq, parçalanmaq, 

xəstələnmək və ölmək – dukkxadır;  əzabkeşliyinin səbəbi – ehtiraslarda, həyata bağlılıqda, hissi 

həzzalmalardadır. İztirablara son qoymaq üçün arzular, istəklərdən imtina etmək, uzaqlaşmaq, dönmək 

lazımdır,  bu  da  səkkizdən ibarət olan yoldan keçməklə mümkün olur. İkinci moizədə insanda ruhun 

olmaması  təlimi izah edilir. Bu xülyanın dərki azadlıqla nəticələnir. Üçüncü moizədə «çərxi-fələk»dən 

danışılır; bu çarxları, insanın həqiqi düşüncəsinə kölgə salan nadanlıq hərəkətə  gətirir. Bilməməzlik 

üzündən adi şüuru formalaşdıran hərəkətlər baş verir; bunun nəticəsində  də dünyada, duyğu 

orqanlarımız üçün obyektlərə çevrilən adlar formaları  əmələ  gəlir. Formalar, adlarla, ünsiyyətin 

nəticəsində duyğular yaranır, onlar da istəkləri yaradır, istəklər hərisliyin səbəbi olur; müasir anlamında 

buna ifrat dərəcəsinə çtadırılmış istehlakçılıq deyirlər.  

Buddistlərin dünyaya burada real şəkildə mövcud olanlara belə mürəkkəb münasibəti, onun, o 

cümlədən onun etikasının anlamını çətinləşdirir. 

Həm də qeyd etmək lazımdır ki, caynizmdə olduğu kimi, buddizmdə  də etikaya, davranış 

qaydalarına böyük diqqət yetirilirdi. Buddizmin etik prinsiplərinin  əsasını caynizmdə olduğu kimi 

karmadan azadolma zərurəti və nirvanaya nail olmaq arzusu durur. Lakin karma, burada başqa cürə, hər 

bir konkret fərdin gündəlik həyatda, bir də bütün çevrilmələrdə qazandığı günahlar bu xeyirli işlərinin 

məcmusu kimi başa düşülür, burada əsas diqqət, hərəkətlərin formal tərəfinə yox, insanların  şüurlu 

əməlləri, hətta  əxlaqi və  əxlaqsız istək və  məqsədlərə yetirilir. Məhz buna görə  hər bir insan yaşadığı 

müddətdə  gələcək karmanın  əsasını yarada bilər:  bu  yolla  o,  növbəti çevrilmələrdə tutqunlaşmamış 

idraka, xilasolunmaya ümid bəsləyə bilər. Deməli, insan özünü elə aparmalıdır ki, pozitiv norma öz 

təsirini artırsın neqativi isə-azaltsın. 

Aparıcı  əxlaqi prinsip, burada buddizm variantında ahisma prinsipi təşkil edir, burada, nəinki 

zorakılıqdan imtina etmək, həm də pisliyi etməmək, pisliyə qarşı zor işlətməmək kimi mənalar da var. 

Qeyd edilənlərlə yanaşı buddizimdə qeyrizorakılıq yeni mənalarla zənginləşdirilib. Caynizmdə olduğu, 

kimi ahimsa prinsipi önəmli olaraq, yeni məzmunla təkmilləşdirir ki, insanda eqosentrizm və 

antroposentrizmin aradan qaldırılması vasitəsi kimi istifadə edilsin. Eyni zamanda burada ahimsa 

Prinsipi ifrat dərəcəsinə çatdırılmır. Məs, orta əsr dövründə Çində buddistlər ortalıq rolu prinsipinə əməl 

edərək, təbiətə maksimum dərəcədə  rəhm edirlər, həm də düşünürlər ki, insan digər canlı varlıqları 

öldürməsə, onlarla qidalanmasa, yaşaya bilməz. Təbiətlə ünsiyyətdə olaraq, insan gərək canlı varlıqlara 

zərər gətirə biləcək praktiki fəaliyyətinin nəticələrində şəxsi marağı güdməsin. 

Sosial  ətraf mühitlə bağlı demək olar ki, buddizm ona sevgi və xeyirxahlıq niyyətləri ilə 

yanaşmasını nəzərdə tutur, eyni zamanda kiməsə xüsusi istina kəsb edən bir bağlılıq qətiyyətlə pislənir. 

Digər tərəfdən, buddizmdə sevgi-fəal, canlı mövqe yox, passiv, xeyirxahlı bir əhval-ruhiyyədir-yəni 

pisliyə pislik etməmək, günahlardan keçmək və s.  

Buddizmə görə, qeyrizorakılıq  ədalətliyə nail olmaq yolunda heç də  fəal, qeyrizorakı metodların 

istifadəsini nəzərdə tutmur, çünki ədalətin özü, bütün dünya olduğu kimi bir illuziyadır. Deməli, 

dünyanı olduğu kimi qəbul etmək olar. Yəni qeyrizorakılıq etikası ondan ibarət deyil ki, nə isə 

dəyişdirək, ondan ibarətdir ki, insan həyatın bütün qatlarına nüfuz edən müsibətləri artırmamaq, 

zorakılıqda, məcburetmədə, təzyiqdə şəxsən iştirak etməmək kimi məsləklə yaşamalıdır. Sevgi və rəhmi 

ifədə etmək halları-insanın təbii halları olmalıdır, yəni ortalıq yolunun tələblərinə cavab verməlidir. 

Hədsiz sevgi və mərhəmət həyata bağlılığın formaları, şüurun çirkləndirilməsidir, bunları, düşmənçilik, 

pislik kimi keyfiyyətlərdən azad olduğumuz kimi, uzaqlaşmaq lazımdır və s. Ahimsa zorakılığın inkarı-

məqsədə  fərdi irəliləməyinin bir pilləsidir, nirvanaya doğru çevrilmələr silsiləsinin pozulması yoludur, 

bu yenilməz,  əhəmiyyətli, özü-özülüyündə  dəyərli olan, həyatın məntəqəsinə  gətirib çıxaran bir əxlaqi 

prinsip deyil. 

İnduizmin başlıca prinsipləri aşağıdakılardır. 



Dünya təsadüfi  toplum  yox,  ağalıq-tabellik münasibətlərinə (iyerarxiyaya) əsaslanan bir bütöv 

kosmosdur. Kainatı vahid bütöv kimi təşkil edən  ən ümumi əbədi qayda-qanun dharma («saxlamaq») 

adlanır; dharmasız dünya dura bilməz. Dharma özündə, hansısa ümumməkan bütövün şəxsiyyətsiz, 

simasız qanunauyğunluğunu təcəssum edir, yalnız ikincili halda, insan taleyini, müqəddəratını həll edə 

biləcək qanun şəklində çıxış edir. Bu yolla hər bir hissəciyin, onun bütövə münasibətində yeri müəyyən 

edilir. Ən ümumi dharmadan, ayrıca götürülmüş cisimlərin dharması yaranır, formalaşır.  

Dharma hər bir yerdədir, o, immanent (əbədi, qabaqcadan müəyyən edilmiş)  ədalətlik rolunda 

çıxış edir; ona görə  də  hər bir hindliyə, öz hərəkətlərinin düzgün ölçülüb-biçilməsi məsləhət görülür; 

düzgün hərəkət xeyirxahlıqdır, yanlış  hərəkət isə  şər, pislikdir, yəni hərəkətin  əxlaqi cəhətdən 

qiymətləndirilməsini dharmaya uyğun olub-olmaması baxımından aparmaq lazımdır. 

Şərlə mübarizə apara biləcək bir vasitə var, bu da – yoqadır. Yoqaya səkkiz pillə daxildir: nəfsini 

saxlamaq (yama), göstərişlərə  əməl etmək (niyama), bədəni işlətmək (asana), nəfəsi idarə etmək 

(pranayama), hiss və duyğuları obyektlərdən uzaqlaşdırmaq (pratyaxara), şüuru cəmləşdirmək 

(dharana), seyretmə (dhyana), trans vəziyyətində özünü cəmləşdirmək (samadhi). 

Birinci və ikinci pillələr – yama və niyamada əsasən  əxlaqi cəhətlər qabardılır. Qeyri zorakılığı 

(ahimsanı) tətbiq etmək, doğrucul, namuslu, təmkinli olmalı, istər niyyət, istərsə  də  hərəkətlə  zərər 

vurmamaq, yəni, şərq ənənələrinə sadiq qalmaq lazımdır. Burada ahimsa – bütün canlı məxluqlara pislik 

etməkdən özünü saxlamaq, eyni zamanda nifrət və düşmənçilikdən uzaqlaşmaq deməkdir. «Öldürmə» – 

burada  əsas qadağadır, hətta özünü müdafiə etmək məqsədilə kimisə  qətlə yetirmək olmaz. Əxlaqi 

hazırlıq (yama və niyama) növbəti pillələr üçün bir əsasdır: bədəni, nəfəsi, idarə etməklə, duyğuları 

sakitləşdirməklə insan, tədricən yoqanın ali mərhələlərini mənimsəyir, hətta samaxda vəziyyətinə düşür: 

burada həqiqətə vəhy yolu ilə nail olurlar, ruh öz təbii əsaslarına qayıdır. 

Hinduizmdə qeyri-zorakılıq bir sərvət kimi qəbul olunmur. İnsan ruhu əbədi olduğu üçün, ölüm 

və həyat prinsip etibarilə əhəmiyyətli deyil, onda zorakılığa da bəraət qazanmaq olar. Lakin əslində hər 

bir şey çox mürəkkəbdir. Yalnız müəyyən etiqada əsasən zor işlətmək olar. Məs., dini prinsipləri naminə 

qurban qəbul edilə bilər. Krişna hesab edir ki, mübarizə göylər tərəfindən müəyyən edilib, Arcunun 

vəzifəsi isə ondan ibarətdir ki, hər hansı bir vəziyyətdə öz borcunu yerinə yetirsin; burada başlıca məqam 

odur ki, insanlar öz, hər hansı bir işinin nəticəsini gözləmədən, ona göz dikmədən yerinə yetirməlidirlər. 

Yuxarıdan nazil edilən borc anlamdan qaçmaq isə – dini günah işlətmək deməkdir. 

«Bhaqavat-Gita»da dəfələrlə qeyd edilir ki, insan üçün ən vacibi – dünyadan, hissi həzzalmalardan, 

var-dövlətdən uzaqlaşmaqdır. İnsan, öz fəaliyyəti nəticəsində əldə etdiyi nemətlərdən faydalana bilməz. 

Bütün mühakimələr bir çağırışla bitir: «Döyüş! Bütün şübhələrə son qoy!». Beləliklə, bir növ, yuxarıdan, 

göylərdən qabaqcadan göstərilmiş olan zorakılığa bəraət qazandırılır; bütün qalan hallarda başlıca əxlaqi 

prinsip hesab edilən ahisma prinsipinə əməl olunur.  

Bəs müsəlmançılıqda qeyrizorakılıq probleminə münasibət necədir? Quranda müxtəlif etik və 

hüquqi normaların müxtəlif pozulma hallarına görə kifayət qədər ciddi cəzalar sistemi var. İnsanların 

fəaliyyət növləri beş sahəyə ayrılır: 1. vəzifə və yaxud məcburi fəaliyyət; buraya elə fəaliyyət növləri daxil 

edilir ki, onların reallaşdırılması mükafatlandırılır,  əksinə olanda isə  cəza verilir; 2. məsləhət görülən 

işlər: görüləndə mükafatlandırılır, lakin görülmədiyinə görə cəza verilmir; 3. icazəli iş və yaxud fərqsiz 

(təfavütsüz) iş (görülə də bilər, görülməyə də); 4. qəbahətli, yalnız cəzasını tələb etməyən iş; 5. qadağan 

edilmiş  və  cəzalandırılan iş. Qurani-Kərimdə sözün tam mənasında tarazlaşdırma qanunu öz ifadəsini 

tapır. Bu qanunun başlıca, ilkin mənası  «əvəz-əvəzədir» yəni qisas almanın  ədalətli olmasının fikrinin 

təsdiqlənməsidir. Ədalətliliyin gözlənilməsi isə deməkdir ki, hansısa bir hərəkətə həmin hərəkətlə cavab 

vermək lazımdır. Burada bir sıra bütpərəstlik inamlarda olduğundan fərqli olaraq birinci qətlin üstündə 

müəyyən məbləğdə pulun ödənilməsinə icazə verilir, bir də  cəzanın çəkilməsi vaxtı bir qədər təxirə 

salınır. Ümumiyyətlə Quranda qətl pislənir, yalnız müqəddəs müharibə olan cihadda qətlə, öldürülməyə 

istisna olaraq icazə verilir. Qətlin düşünülmüş  və  təsadüfi formaları  fərqləndirilir.  İkinci halda qisas 

nəzərdə tutulmur, pul verib qurtarmaq olur. Mənəvi zərər vurana da cəza verilməlidir, məs, Quranın bir 

çox ayələrində  sələmçilik qadağan olunur, Quranın bir sıra müddəalarında qadının hüquqları, onların 

azadlığı  məhdudlaşdırır, diskriminasiyası, asılı  vəziyyəti alqışlanır. Bununla belə islamda qadına 

münasibət onun ana və arvad olmaq vəzifələri ilə müəyyən edilir, göstərilir ki, bu vəzifələr ona Allah 

tərəfindən verilib. Eyni zamanda Quranda qadınların mülki və sosial hüquqları müəyyən edilir, bu da 

onların ailə və cəmiyyətdə statusun möhkəmlənməsinə gətirib çıxarırdı. 



Beləliklə görünür ki, qeyd edilən dini sistemdə qeyrizorakılıq ideyasını tapmaq kifayət qədər 

çətindir. Bunula belə qeyrizorakılıq ümumbəşəri dəyər olduğu üçün o mütləq  İslamda öz ifadəsini 

tapmalı idi, söhbət birinci növbədə Qurandan gedir. Birincisi, burada xeyirxahlığa mülayimlik çağırışları 

səslənir, Allahdan qorxan, qəzəbini özündə boğan,  əzizlərin və yaxınlarının günahlarını bağışlamağı 

bacaran adamlara mükafat vəd edilir. İkincisi, burada da qeyrizorakılığa çağırışlar səslənir: «Pisliyə 

yaxşılıq et, onda görərsən ki, düşmənin sənin dostuna və himayədarına necə  çevriləcək. Belə kamilliyə 

yalnız sözünün üstündə duran, israrlı adam çata bilər: buna yalnız o çata bilər ki, ona xüsusi rəğbət, iltifat 

göstərilir». 

Beləliklə, islamda, bir tərəfdən,  əvəzinə verilən  ədalətlik, yəni yaxşılığa yaxşılıq, yamanlığa yamanlıq 

qanunu elan edilir, dini prinsiplər naminə, həyat fəaliyyətinin bütün sahələrində zorakılığa bəraət qazandırılır 

(istər insan, istər təbiətlə bağlı olan sahələrdə), amma, digər tərəfdən, burada mötədillik, emosiyaları 

cilovlamaq bacarığı, xeyir işləri görmək arzusu alqışlanır. 

Baxaq görək, xristianlıqda qeyri-zorakılıq problemi necə öz həllini tapır. Xristianlığın başlıca ideyaları – 

günahkarlıq, xilasolunma və günahı  təmizləmə, Allah-insan sifətində xilasedicinin dünyaya gəlməsi kimi 

ideyalarıdır. Günahkarlıq ideyası üzərində digərləri qurulub: biri – bəşər övladların günaha batmaq 

ucbatından başına yağdıroılmış  dərd-sərlər, digəri isə – xilasolunma qurtuluşdur. Belə xilaskar və dünyanı 

qurtaran  şəxs kimi, özünü bəşəriyyətə, bütün dünyaya qurban gətirən  İsa Məsih qəbul olunur. İsa Məsihə 

inam, onun təliminə  əməl etmə – hər bir mömin üçün şəxsi xilasolunma yoludur. Qeyd edilən məqamlar, 

mənəviyyatın iki qütbü olan xeyir və  şər kimi mövhumların yaranmasına səbəb olub. Xristianlıqda olduğu 

kimi, heç bir digər dinlərdə xeyir və şər problemi belə radikal səslənmir. 

Xristianlıqda qeyrizorakılıq, pisliyin özü-özünün məhvinə gətirib çıxaran və eyni zamanda mənəviyyatı 

və inamı möhkəmləndirən bir formadır; qeyrizorakılıq insanı alçaltmır,  əksinə, ucaldır. Deməli, qeyrizorakı 

əməlləri həyata keçirmək yolu-səbirli və itaətkar olmaqdar, bu keyfiyyətlərə burada çox böyük əhəmiyyət 

verilir. Səbr, hövsələ-itaətkarlığın keyfiyyətlərindən biridir, öz əhəmiyyətinə görə – bu – xeyirxahlığın, 

möminliyin ən vacib əlamətlirindən biridir.  

İtaətkarlıq, başıaşağılıq isə  İncil ensiklopediyasında göstərildiyi kimi – xudpəsəndliyin (qürurun) əksi 

olan bir müsbət keyfiyyətdir. İtaətkarlıq belə bir əqidənin üzərində qurulur: insanda özününkü deyilən bir şey 

olmur, bunları hamısını Allah bəxş edir, Allahın köməyi olmadan o, heç bir xeyirli iş görə bilməz. Beləliklə 

insan həmişə Allahın mərhəmətinə müraciət etmişdir.  Əlavə edək ki, Yeni Tövratda, öz məğrurluğunu, 

dikbaşlığı yatırmaq, dözümlü olmaq, riyakarlığı aradan qaldırmaq kimi çağırışlara rast gəlmək olmur, yəni 

əsas diqqəti , xarici görünüşə, el içində ibadətlərə riayət etməsinə yox, dini inamı daxilən öz əqidəsinə 

çevirmək işinə yönəltmək lazımdır: dinə məhz belə 

münasibət xilasolunmanın şərtidir.  

 

ƏDƏBİYYAT 

 

«Введение в гендерные исследования ч. III – Харьков, 2001 

Вернадский В.И. Философские мысли натуралиста. – М., 1988. с. 386 

Ситаров В.А., Пустовойтов В.В. Социальная экология. – М.., 2000 

Швейцер А. Благоговение перед жизнью как основа микро- и жизнеутверждения. – М., 1990 

http://biospace.nw.ru/ecoetnics/philosophers/leopold.html



 

 

Yüklə 322,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə