QENDERDƏ EKOLOJİ ŞÜUR VƏ ƏTRAF MÜHİTİN
MÜHAFİZƏSİNİN İDARƏ EDİLMƏSİ
Ekoloji şüur. Ekoloji şüurun strukturu
İdarəetmə kadrlarda ekoloji şüur xüsusiyyətlərinin qender aspekti
Davamlı inkişaf yolunda ictimai şüurun inkişafı zərurəti
XX əsrdə insan və təbiətin qarşılıqlı münasibətləri olduqca kəskin xarakter aldı. Uzun müddət
ərzində təbiətə göstərilən təzyiq, onun fəaliyyət qanunlarının pozulması, bu prosesin nəticələrinin nəzərə
alınmaması Yer kürəsində bir çox dönməz ekoloji hadisələrə səbəb oldu. Kütləvi şüurda artıq ekoloji
problemlərə müəyyən maraq oyanıb. Cəmiyyətin siyasi strukturları, idarəetmə sistemi ekoloji
problemlərin həllinə daha fəal şəkildə qoşulmalıdırlar. Ümumiyyətlə belə şəraitdə ekoloji şüurun
formalaşması və öyrənilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Burada (şüurda) gedən proseslər
insanın təbiətə, özünə və bütövlükdə cəmiyyətə münasibətlərini əks etdirir.
Ekoloji şüur sözün geniş mənasında ictimai və fərdi şüurun, varlığın ayrılmaz hissəsi olan təbiəti
özündə inikas edən sahəsini təşkil edir. Təbiətin aləmi xüsusi şəkildə qavranıldıqca ona özünəməxsus
münasibət də formalaşır, nəticədə ekoloji şüur meydana gəlir.
Öz növbəsində artıq formalaşmış ekoloji şüur təbii obyektlər və hadisələrin qavralınması
xüsusiyyətlərinə, onlara yaranan münasibətinə də təsir edir.
Yalnız 30-40 il əvvəl tədiqatçılar ekoloji şüur anlayışının müəyyən edilməsi, onun strukturunun
tədqiqi zərurəti ilə rastlaşdılar. «Ekoloji şüur» əvəzinə «ekoloji təfəkkür», «təbiəti mühafizəedici
dərketmə» kimi ifadələr işlənirdi. Sonradan onlar «ekoloji şüur» anlayışı ilə əvəz edildi. XX əsrin 80-ci
illərində R.U.Biciyeva öz əsərlərində ekoloji şüurun mahiyyətini müəyyən etməyə çalışır. Burada,
cəmiyyətdə ictimi istehsalın xarakteri, müəyyən bir qrupun iqtisadi vəziyyətindən asılı olaraq onun
ekoloji baxışları, qiymət vermələri, nəzəriyyələrinin məcmusu nəzərdə tutulur. Əslində müəllif, ekoloji
şüurun məzmununa ekoloji bilikləri daxil edir, həmin biliklərin də özəyini özü-özünü inkişaf edən sistem
olan təbiət haqqındakı təsəvvürlər təşkil edir.
Bir qədər sonra digər Rusiya tədqiqatçıları A.N.Koçerqin, Y.Q.Markov, N.Q.Vasilyev bir çox aktual
ekoloji problemlərinin həllində vacib şərt rolunu oynayan ekoloji şüurun spesifikasını (xüsusiyyətlərini)
öyrənməyə cəhd göstərdilər. Onların fikrincə, ekoloji şüur – «təbiət-cəmiyyət» sisteminin fəaliyyətində
sosial, təbii və xüsusi xarakter daşıyan sosial-ekoloji qanunlarının inikasıdır; bu qanunlar ictimai şüurun
bu formasının inikası obyektidir.
XX əsrdə ekoloji şüur haqqında təsəvvürlər əsaslı şəkildə dəyişilir. Bunun səbəbi – müasir dünyada
qenderin yeri və rolu haqqındakı təsəvvürlərin dəyişilməsidir. Bu zaman ekoloji şüuru bir çox
mövqelərdən: gələcək baxımından (ekoloji nikbinlik və ekoloji bədbinlik), utilitar (fayda) – iqtisadi
baxımdan (neçəyə başa gələcək), bir də aksioloji (dəyərlər sistemi) baxımından (insanlar üçün nə
dərəcədə əhəmiyyətlidir) qiymətləndirirlər. Bununla yanaşı, ön plana ekoloji şüurun məzmunu və
strukturunun bilavasitə psixoloji təhlili məsələsi çəkilir. Bir sıra tədqiqatlarda qeyd edilir ki, müasir
cəmiyyətdə, insanların şüurunda ikili mövqe formalaşıb: ekoloji bədbinlik (daha üstündür) və ekoloji
nikbinlik (burada gələcəyi utilitar, yəni fayda baxımından qiymətləndirir, onun işıqlı olmasını
gözləyirlər). Bununla yanaşı biganəliyi ifadə edən insanlar da var (çünki onlar yalnız bu günün gündəlik
problemlərinin dərdini çəkir).
Xüsusi tədqiqatlar əsasında ekoloji şüurun daşıyıcılarını dörd qrupa bölüblər. Bölgü üçün əsas –
ekoloji məsələlərin həllində yeni maliyyə mənbələrin tapılması ilə bağlıdır. Bu dörd qrup insanlar
aşağıdakılardır: birinci qrupa aid olanlar mövcud ekoloji durumdan çox nigaran, təbii mühitin gələcəyi
üçün çox narahatdırlar; iknici qrup da bu hissləri keçirir, yalnız ekoloji tədbirlərə öz cibindən vəsaitin
ayrılmasına razı deyillər; üçüncü qrup insanlar ekoloji vəziyyəti dəyişdirmək niyyətindədirlər, lakin
maliyyə məsələsini dövlətin üzərinə qoyurlar; nəhayət, dördüncü qrupun nümayəndələri mühitin
vəziyyətinin dərdini çəkmir, ümumiyyətlə bu adamlarda dövlətdə ekoloji və iqtisadi məsələlərin həllində
yaranmış vəziyyət haqqında çox az təsəvvür var.
Əgər, ekoloji şüurun strukturu və xüsusiyyətlərin psixoloji tərəfinə müraciət etsək, görərik ki, burada
kifayət qədər mürəkkəb və məzmunlu məsələlər var. Ən əsas məsələ burada ekoloji şüurun mahiyyəti,
strukturu, tipləri, fəaliyyət mexanizmləridir.
Müasir psixologiyada şüur dedikdə psixikanın ali, inteqrasiya etmək qabiliyyətində olan durum
nəzərdə tutulur, burada varlıq inikas edilir, vasitə kimi istifadə edilərək, onu yaradıcı-quraşdırıcı şəkildə
dəyişdirir. İstər inikas, istərsə də yaradıcı-quraşdırıcı dəyişdirmə fəaliyyətində insanın bütün psixik
prosesləri iştirak edir (qavrama, yaddaş, təfəkkür, təxəyyül), nəticədə insanda dünya haqqında biliklər
sistemi yaranır, bunlar da, öz növbəsində öz ifadəsini reallıqda, insan davranışında tapır. Belə proseslərin
daha bir xüsusiyyəti var: onlar müxtəlif hisslər və iradə ilə bağlı hallarla müşayiət olunur; nəticədə
şüurda (fərdi səviyyədə) subyektivlik və qərəzlik kimi keyfiyyətlər əmələ gəlir. Ekoloji şüur, ictimai
şüurun formalarından biri olaraq, özünəməxsus xüsusiyyətlərə malikdir, bu xüsusiyyətlər təbiətin
özünəməxsus şəkildə inikas edilməsi və onun yaradıcı-quraşdırıcı dəyişdirilməsi ilə bağlıdır.
V.A.Skrebets qeyd edir ki, ekoloji şüur – təbii və süni mühitin psixi inikasının ali mərhələsidir;
burada insan öz daxili aləmini müşahidə edir, bioloji, fiziki və kimyəvi aləmdə insanın yeri və rolunu
dərk edir, şüur vasitəsi ilə bu prosesi idarə edir. Müəllif qeyd edir ki, ekoloji şüur fasiləsiz olaraq hissi və
nəzəri obrazların dəyişilməsi əsasında inkişaf edir, təhlil nəticəsində bu obrazlar müəyyən anlayışlar və
ifadələrdə öz əksini tapır, bu yolla da ekoloji praktikanın, ya da fəaliyyətin əsasını təşkil edən fərdi,
yaxud ictimai ekoloji təcrübə qeydə alınır. Gördüyümüz kimi, artıq ekoloji şüuru yalnız biliklərlə
məhdudlaşdırmaq cəhdlərə son qoyuldu. Müəllif, ekoloji şüurun vahidləri kimi düşüncəni və emosiyanı
birləşdirərək, zaman və struktur baxımından onları əlaqələndirə bildi. Xüsusi olaraq o, ekoloji şüurun
praktiki, fəaliyyətlə bağlı tərəfini qeyd edir.
Qeyd edilən təsəvvürlərə istinadən, V.A.Skrebets ekoloji şüurun tərkib hissələrini müəyyən etmək və
onların başlıca keyfiyyətlərini təsvir etməyə çalışıb. Ekoloji şüurun struktur komponentləri sırasında
müəllif şüurun, təöii aləmin cisim və hadisələrində cəm olunmasını, mövcud cəmiyyətə, burada yaşayan
nəsillərə xas olan təbiətlə qarşılıqlı münasibətlərinin qəbul olunmuş qaydalardan istifadə edilməsi,
müəyyən qruplarda, o cümlədən cinsi mənsubiyyətinə görə bölünənlərdə qavranılmış tarixi-mədəni
təcrübəsinin hissi və rasional tərəflərini qeyd edir. Belə təcrübədə biz, qadağa və icazələri, mövcud sosial
qrupda qəbul edilmiş dünya ilə qarşılıqlı fəaliyyətinin işarələr və simvollar sistemini müşahidə edirik.
Ekoloji şüurun başlıca keyfiyyətləri və yaxud əlamətlərinə müəllif aşağıdakılarını aid edir: ekoloji
şüurun, cəmiyyətdə qəbul olunmuş normalar, dəyərlər sistemi, yaranmış ənənələrlə müəyyən edilməsi;
təbiətin mahiyətinin müxtəlif işarələr, simvollar vasitəsilə (o cümlədən nitq vasitəsilə) qavralınması;
ekoloji şüur özü-özlüyündə dərketmə vasitəsilə daxilən inkişaf edir; ekoloji şüurda ziddiyyətlər üzərində
qurulan mühakimələrin tədqiqi.
S.D.Deryabo və V.A.Yasvin, ekoloji şüurun iki növünü göstərərək (antroposentrik və ekosentrik),
burada dəyərlər sistemlərini fərqləndirirlər; insan və təbiətin qarşılıqlı əlaqələrini ifadə edən bəzi
təsəvvürlər aşağıdakı şəkildə təsnif edilə bilər (bax 1 №-li cədvəl).
Cədvəl 1. Antroposentrik və ekosentrik ekoloji şüurun strukturu
Antroposentrik ekoloji şüur Ekosentrik
ekoloji
şüur
İnsan – ən ali dəyərdir.
Ən ali dəyər – insan və təbiətin ahəngdar
inkişafıdır.
Dünya-qarşılıqlı asılılıq və tabeçilik üzərində
qurulur.
Dünya – qarşılıqlı asılılıq və tabeçilik üzərində
qurulmur.
«Praqmatizm hökmü» – insana fayda verə biləcək
hər bir şey – düzgündür.
«Ekoloji hökm» – təbiətdə ekoloji müvazinəti
pozmayan hallar – düzgündür
Təbiət-insan fəaliyyəti üçün bir obyektdir.
Təbiət – insanla qarşılıqlı fəaliyyətdə olan bir
subyektdir.
Etik norma və qaydalar təbiətlə qarşılıqlı
münasibətlərə aid deyil.
Etik norma və qaydalar bərabər şəkildə həm
insanların bir-biri ilə qarşılıqlı münasibətlərdə,
həm də təbiətlə yaranan münasibətlərdə vacibdir.
Təbiətin inkişaf prosesi insanların məqsəd və
vəzifələrinə uyğun gəlməlidir.
Təbiətin inkişafı qarşılıqlı fayda verə biləcək bir
proses kimi qəbul edilməlidir.
Təbiətin mühafizəsi işi gələcək nəsillər üçün
qorunub saxlanılması baxımından
qiymətləndirilməli, bu mənada praqmatizm
mövqeyində durmalıdır.
Təbiətin mühafizəsi işi təbiətin özünə görə, bir də
insan nəslinin yaşaması naminə qurulmalıdır.
Beləliklə, qeyd edilən bu əlamətlər, ekoloji şüurun müxtəlif növlərinə aid olaraq, həm də bütövlükdə
bu şüurun təsvirini verir.
Ümumiyyətlə, antroposentrik ekoloji şüur – təbiətin hadisələrin və obyektlərinin, onların qarşılıqlı
əlaqələri, bunlarla əlaqədar insanların məqsədyönlü və dəyişdirici fəaliyyətinin iniukasının xüsusi
formasıdır. Burada insan və təbiətin qarşıdurması gözə çarpır; ən ali dəyəri – insanın özüdür; o, təbiəti öz
tələbatlarını ödəmək üçün istifadə edir, öz əxlaqi norma və qaydalarını təbiətə şamil etmir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, sosial ekologiya məsələlərini tədqiq edən bir sıra alimlər
qeyd edilən ifadəni (yəni, «antroposentrik ekoloji şüur») qəbul etmirlər, çünki bu şüur forması, əslində
antiekolojidir.
Ekosentrik ekoloji şüur – təbii hadisələr və obyektləri onların qarşılıqlı əlaqələroin insan şüurunda
inikasının xüsusi növüdür. Bu hadisələr, obyektlər və əlaqələr insanın məqsədyönlü və dəyişdirici
fəaliyyətini müəyyən edir; öz şüur vasitəsilə insan təbiəti bir subyekt olaraq öyrənir, onun yüksək dəyər
olduğunu qəbul edərək bərabərhüquqlu münasibətləri qurur, fayda baxımından yox, ümumbəşəri
dəyərlər və qaydalar baxımından onu qiymətləndirir.
Müasir ekoloji psixologiya qeyd edilən ekoloji şüur tiplərinin nəzəri təsviri ilə məhdudlaşmır. Məs.,
T.V.İvanova ictimai şüurda ekoloji dəyərləri öyrənərkən maraqlı bir halı müşahidə etdi: şüurda
ekosentrik yönüm daha çox 17-19 yaşında olanlar üçün səciyyəvidir: onlar üçün, istifadə olunmaq
mümkünlüyündən asılı olmayaraq, təbiət müstəsna dəyərə malikdir. Daha yaşlı nəsil tərəfindən təbiətə
münasibətdə daha çox praqmatizm müşahidə olunur. Ətraf mühit onlar üçün ilk növbədə milli sərvət,
cəmiyyətin ictimai inkişafın təməlidir. Bu prosesə daha çox təsir edən təhsil sistemində mütəxəssislərin
hazırlanmasıdır: tələblərdə müxtəlif sahələr üzrə öz peşə, gələcək iş haqqındakı təsəvvürlər getdikcə
daha çox praqmatik xarakter daşımağa başlayır.
Digər tədqiqatçı İ.V.Kryac, ictimai şüurun strukturunda gündəlik ekoloji təsəvvürlərin
psixosemantik tədqiqini apardı. Təbiətə münasibətdə insanları iki qrupa bölmək olar. Bir tərəfdən
«biganəlik-ekoloji savadsızlıq – məsuliyyətsizlik-qəddarlıq-eqoizm», digər tərəfdən, «insansevərlik –
daxili harmoniyaya meyl – həyatındakı dəyərlərinə yenidən baxış-məsuliyyət-mənəvi əsasların axtarışı –
ekoloji düşüncələr (qayğılar) – təbiətə olan məhəbbət – onunla ünsiyyətdə olmaq tələbatı».
Bütövlükdə Kryac təəssüflə qeyd edir ki, insanların adi şüurunda atroposentrik ekoloji təsəvvürlər
üstünlük təşkil edir, insanların təbiətlə ünsiyyətin mümkün formaları sırasında əldə etmək, mənimsəmək
psixologiyası hökm sürür. T.V.İvanova və İ.V.Kryac tərəfindən əldə edilmiş nəticələr, bir sıra digər
tədqiqatlar onu göstərir ki, həm fərdi, həm ictimai şüur səviyyələrində antroposentrizm mövqeli baxışlar
üstünlük təşkil edir. Bunun səbəbi birinci növbədə onunla bağlıdır ki, insanlarda (o cümlədən, bizim
ölkədə) yeni ekoloji əxlaqi dəyərlər hələ ki formalaşmayıb; bu işdə özünü sınayan yeni elmlər – ekoloji
etika, ekoloji psixologiya və ekoloji pedaqogika hələ formalaşmayıb.
Beləliklə, ekoloji problemlərin aktuallığı ona gətirib çıxartdı ki, ekoloji şüurun problemləri üzrə
tədqiqatlar müxtəlif sahələrdə (filologiya, etika, psixologiya, sosial ekologiya və s.) aparılır.
Həm ölkədə, həm də xaricdə nəşr olunan elmi ədəbiyyatda bu mövzu geniş işıqlandırılıb. Lakin
dövlət idarəçilikdə işləyən kadrdarın ekoloji şüurun inkişaf xüsusiyyətlərinin qender aspektləri hələ
kifayət qədər öyrənilməyib. İnsan nəsli, qarşısına gələn ekoloji fəlakəti saxlamaq cəhdlərini daha uğurlu
etmək üçün birinci növbədə dövlət idarəçilik sistemində çalışan kadrlardan, onların cəmiyyətdə ekoloji
ab-hava yaratmaq istəyindən asılıdır. 1992-ci ilin iyun ayında Rio-de-Janeyro şəhərində BMT tərəfindən
ətraf mühit və inkişaf üzrə proqram xarakterli sənəd olan «XXI əsrin gündəliyi»ndə deyilir: «İdarəetmə
səviyyəsində aparılan fəaliyyət, insanlara ən yaxın olan sahədir; yerli hakimiyyət orqanları ictimaiyyətin
maarifləndirilməsində, sabit inkişafına nail olması yoluna istiqamətləndirilməsi və səfərbər edilməsində
olduqca vacib rol oynayırlar».
Davamlı inkişafa nail olmaq yolunda qadınların çox vacib rolu var. Qadınların vəziyyəti üzrə IV
Ümumdünya konfransının yekun sənədində qeyd olunub ki, «qadınlar, istehsalçı və istehlakçı kimi çıxış
edərək, öz ailəsinin qeydinə qalaraq, uşaqlarını tərbiyələndirərək, davamlı inkişaf işinə kömək etməsində
vacib rol oynayaraq, indiki və gələcək nəsillərin həyat keyfiyyəti və sabitliyinin artırılması işini həll
edirlər». Bu fikir cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, dövlət qərarları səviyyəsində təbii
ehtiyatların idarə olunması işində yollarının axtarışında əsas kimi götürülməlidir.
Ekoloji sahədə çalışan kadrların koqnitiv sistemlərinin faktorlu (bir neçə göstərici əsasında) başgird
tədqiqatçılar tərəfindən aparılan təhlil göstərdi ki, qadınlarda koqnitiv səviyyə emosional səviyyə ilə
güclü əlaqədə, davranış səviyyəsi isə – zəif əlaqədədir. Müəyyən edilmişdir ki, koqnitiv emosional və
davranış səviyyələri kişi və qadınlarda fərqlidir (söhbət idarəetmə kadrlardan gedir). Qadınların bir
qismi qeyd etdilər ki, ekoloji problemlər onları düşündürür, onlar bunları öyrənir və anlayır, eyni
zamanda onların yalnız 28,5% cavab verdilər ki, bu problemlərin həllinə onlar təsir edə biləcək, bunların
həlli şəxsən onların özündən asılıdır (söhbət ali pilləsində çalışan qadın rəhbər kadrlardan gedir).1
Qadınlar təbii ehtiyatların idarə olunmasü üzrə peşə hazırlığını az hallarda alır; ekoloji siyasət
cavabdeh olanların sırasında onlar az təmsil olunub; bunu maliyyə və korporativ təşkilatlar haqqında da
demək olar: baxmayaraq ki, bu təşkilatların qərarları ətraf mühitin vəziyyətinə çox ciddi təsir göstərir,
qadınlar burada müxtəlif vəzifələrdə kişilərlə bərabər səviyyədə təmsil olunmayıb.
Kişilərdə ekoloji mədəniyyətin mənimsənilməsinin koqnitiv səviyyəsi davranış səviyyəsi ilə
uyğunlaşır (bu nisbət 66,6% təşkil etdi). Ola bilsin ki, kişilər özünü müdafiə etmək məqsədilə müəyyən
şəraitin üzərində nəzarəti itirmək duyğusundan qaçır. Butövlükdə kişilər, həyatın ekoloji aspektinin
qiymətləndirilməsində daha əhəmiyyətlisini nəzarət olanlar sırasında olduğunu göstərdilər (75%),
qadınlarda bu göstəricisi bir qədər az idi (62,5%). Ekoloji informasiya insanlara stress xarakterli təsir
göstərir; ekoloji təhlükə artdıqca fərdlər daha çox ümidsizlik, həyatın mənasızlığı hissini keçirirlər. Belə
halı daha çox ekoloji risqin yüksək olan ərazidə yaşayanlar keçirirlər.
Qlobal mənada təbii mühitin keyfiyyətinin azalması adətən dövlət sahəsinə aid edildiyindən,
insanlarda həmrəylik hissi yaranmır, onlar öz münasibətini dəyişdirmir, gözləmək mövqeyini tutub
dövlətdən yeni qanun və qaydaları gözləyrirlər. Onu da qeyd edək ki, dövlət idarəçilik orqanlarının
işçiləri də belə «gözləmə» mövqeyində qalır, «yuxarıdan» qərarları gözləyirlər.
Digər amil – insan həyatına təhlükə yaradan hadisələrdir – insan ömrünün davamlılığına təsiri,
insanların sağlamlığı və qenofonduna təsiri, bütün canlı həyatın təhlükə qarşısında qalması, canlının bir
çox növlərinin məhv olmaq təhlükəsi və s. Qeyd olunan amili 75% qadın və 50% kişi göstərdilər. Görünür
ki, bu amil özünü qorumaq kimi ana instinktini ifadə edir. Qadınlarda belə instinkt daha güclüdür. Bu
amilin (yaşamağın özünün belə təhlükə altında qalması) özü də iki hissəyə bölünə bilər: «insan üçün
təhlükə», «bütün canlı aləm üçün təhlükə». Təbii fəlakətlər, nüvə təhlükəsi haqqında məlumatın
qavranılması zamanı formalaşan koqnitiv proseslərin nəticələri göstərir ki, insanlar adətən belə məlumatı
nəzərə almır, risqin dərəcəsinin rəqəmlər dili ilə (statistika ilə) qiymətləndirilməsi onları düşündürmür.
Təhlükə amili olduqca yüksək dərəcəyə yaxınlaşıb, deməli, insan nəsli elə bir mərhələyə çatıb ki, bundan
sonra ekoloji məsələləri saymamaq, onları nəzərə almamaq mümkün olmayacaq.
«Qloballıq» amili 100% kişilər və 50% qadınlar üçün əhəmiyyətli olub. Bu amilin məzmununa
«onun həlli hamıdan asılıdır», «həlli mürəkkəbdir», «iqlimə mənfi təsir edir» və s. kimi mövhumlar daxil
edilir. Ümumiyyətlə, göstərilən amil bədbinlik əhval-ruhiyyəsi, ekoloji problemlərin həllində
məsuliyyətdən qaçmaq kimi hadisələrlə əlaqəlidir. Eyni zamanda o, bütün canlının qarşılıqlı şəkildə
əlaqəli olmasının dərki, ətraf mühitin ekoloji tənəzzül proseslərinin qlobal xarakteri, bütün bəşər nəslinin
birgə tədbir görmək zərurətindən xəbər verir. Ümumiləşdirmiş şəkildə qeyd edilən amilləri kişi və
qadınların təsəvvürlərində aşağıdakı şəkildə fərqləndirmək olar:
Qadınlar, %
Kişilər, %
Cəlb olunma dərəcəsi 87,5 75
Təhlükə
75
50
Nəzarət olunma dərəcəsi 62,5
70
Qloballaşma
50
100
Qeyd edilən amillərin belə nisbəti heç də təsadüfi deyil. Fikrimizcə, «qloballıq» amili təhlil
etdiyimiz sosial təsəvvürlərin koqnitiv, təhlükə-emosional, «nəzarət olunma dərəcəsi» – davranış
1
Махмутова Е.Н., Валитова А. «Особенности экологического сознания кадров государственного управления» (гендерный аспект)
Материалы I Российской летней школы по женским и гендерным исследованиям. «Валдай –96». МЦГИ. М., 1997. с. 92-96
tərəflərini özündə inikas edir. «Jəlb olunma dərəcəsi» ekoloji mədəniyyətin mənimsənilmə səviyyəsinin
cəmi göstəricisidir.
Bütövlükdə tədqiqatların nəticəsi onu göstərir ki, qadınlar ekoloji problemlərdən yaranan
təhlükəni daha yaxşı duyur, ona görə də onların təəssüratlarında qayğı çəkmək, emosionallıq (ürəyindən
keçirmək), müdaxilə etmək kimi ifadəolunma halları daha çoxdur. Qadınların əksəriyyəti qeyd edir ki,
ekoloji problemlər şəxsən onlara toxunur, gündəlikdə onları müşaiyyət edirlər. Qadınlar ekologiyanın
insan sağlamlığına, onun genofonduna mənfi təsirini, bunlara qarşı təcili tədbirlərin görülməsi zərurətini
xüsusi olaraq qeyd edirlər.
Qadın və kişilərin şüurunda ekoloji problemlərin əhəmiyyəti müxtəlif şəkildə qiymətləndirilir.
Başqa bir, qender sahəsində aparılan tədqiqatda, bununla bağlı suallara, o cümlədən «Daha çox nədən
narahatsınız?» 18,1% qadınlar və 10,5 % kişilər qeyriqənaətbəxş ekoloji vəziyyəti qeyd etdilər.
Kişiləri daha çox praktiki həllini tələb edən, nəzarət altına alına biləcək həyatın ekoloji tərəfləri
düşündürür, onlar bir çox ekoloji problemlərin qlobal xarakterini qeyd edir, onların konkret şəraitdən,
asılı olmasını, qaçılmazlığı və dönməzliyini vurğulayırlar.
Ola bilsin ki, cavablarda yaranan belə fərqlər qadının analıq vəzifəsilə, insan nəslinin qalıb-
qalmaması problemi ilə əlaqəli olmasına əsaslanır. Qadınlar ekoloji problemlərin həlli yollarının
axtarışında ekoloji etika, maariflənmə, mənəviyyat kimi amillərə müraciət edirlər.
Kişilər, vəziyyəti əldə etmək, öz həyatına nəzarət etmək tələbatı üzündən ekoloji problemlərin
təhlükəli anları, günahkarlıq hissini özündən uzaqlaşdırır, əvəzinə bu problemlərin mürəkkəbliyi,
qloballığı və nəzarətolunma dərəcəsini düşünürlər. Onlar, ətraf mühitə fayda baxımından nəzər salaraq,
ekoloji problemləri insanların iqtisadi (sənaye) fəaliyyəti ilə əlaqələndirir, elm və texnikanın gələcək
nailiyyətlərə ümid edirlər. Bu fikri belə bir fakt təsdiqləyir ki, kişilər, sorğu zamanı, siyahıda göstərilən
göstəricilirə daha bir neçəsini əlavə etdilər: sənaye istehsalının tullantıların zərərsizləşdirilməsi, daş
kömürdən əmələ gələn toz, avtonəqliyyatın qazları ilə havanın çirklənməsi və s. qadınların siyahıya əlavə
etdiyi faktlar göstərir ki, onların koqnitiv strukturları daha qətidir (orta hesabla 32,3) kişilərdə müvafiq
olaraq – 23,4-dür. Kellinin fikrincə, mənalar sisteminin sabitliyi elementlər arasındakı əlaqələri daha
möhkəm, emosional tərəfinin yüksək olması və birmənalılıq ilə xarakterizə olunur. Tədqiqat zamanı
müəyyən edilmişdir ki, elementlər bəzən birləşir, bu da nevrotik simptomların təzahürüdür.
Dövlət idarəçilikdə işləyən kadrların ekoloji şüurunun təhlili göstərir ki, ekoloji problemlər
qadınlarda bütün digər problemlərin 14,5%-ni təşkil etmişdir (inflyasiya, tənəzzül, borclar); kişilərdə bu
göstərici – 11,5%-dir. Ümumiyyətlə, o vaxtlar ki, ətraf mühitin problemlərini az adam tanıyıb, təbii
sərvətlər tükənməz hesab edilib, ətraf aləmin əbədi və dəyişilməz biliblər, çoxdan keçib.
Tədricən, Yer kürəsində ekoloji vəziyyətin pisləşməsi faktının dərki, baş vermiş dəyişikliklərin
dönməzliyi və qlobal xarakteri haqqında təsəvvürlər ictimai şüurda ön plana çəkilməyə başlandı.
Qadınlar, öz cavablarında ekoloji böhrandan çıxış yolları sırasında daha çox ekoloji mədəniyyətin
formalaşması zərurətini, kişilər isə sənaye, elmi-texniki imkanlarından istifadə olunmasının əhəmiyyətini
qeyd edirlər (burada ekoloji şüurda yaranan bir sıra əfsanələr də qeyd edilməsi arzu edilə bilər, məsələn,
«ekoloji cəhətdən təmiz təsərrüfatın» qurulması haqqında əfsanə və s.).
Ümumiyyətlə, tədqiqatlar göstərir ki, həm qadınlar, həm də kişilər planetin ekoloji gələcəyini
bədbin şəkildə təsvir edir, bütün təhlükələrin daha da artmasını qeyd edirlər. Arzuladığı nemətlər –
təmiz hava, təmiz su, bir də insanın özü və təbiətlə təmasda olub harmoniyaya nail olmasıdır. Keçmişə
də ideal kimi baxırlar.
Bütün ekoloji, sosial və iqtisadi problemlər insanın özündə, ilk əvvəl onun bütün həyat fəaliyyəti
sahələrini müəyyən edən şüurundadır. İnsanın şüuru təxminən son on min ildə formalaşıb; bütün bu
müddətdə onun təbiətə münasibəti «fəthedici» olaraq, belə bir fikrə əsaslanırdı ki, təbiət-insanın tam
ixtiyarında və tabeliyində olan yaşamaq üçün sonsuz bir mənbədir. Müasir həm özəl, bazar, həm də
mərkəzdən idarə olunan iqtisadiyyat biosfer ilə tam ziddiyyət təşkil edir; XX əsrdən başlayaraq, burada
dünya iqtisadiyyatını yaratmaq üçün ümumbəşəri dəyərləri hər bir insanın şüurunda aşılamaq lazımdır.
Sabit inkişafı, yalnız köhnə, ənənəvi təsəvvürlərə əsaslanıb təmin etmək mümkün deyil. Təsərrüfatçılığın
bütün yeni formaları ekoloji və sosial vəziyyətlə uzlaşdırılmalıdır.
İqtisadiyyatın inkişaf qanunları ilə biosferin inkişaf qanunlarını uzlaşdırmaq lazımdır. Əsas şərt –
təbii ekosistemlərin inkişafını təmin etmək, ətraf mühitin təbii davranış və stabilliyini qoruyub
saxlamaqdır.
Davamlı inkişafın ilkin mərhələdə, xüsusilə, müasir dövrə xas olan böhranlı vəziyyət şəraitində
iqtisadi və ekoloji problemlərin həllində bazar iqtisadiyyatı münasibətləri ifadə edilməlidir. Bazar
rəqabətinin öz qanunları var. Burada planlı idarəolunmasının imkanları çox məhduddur. Planlı
idarəetmənin əsas vəzifəsi – bazar münasibətlərini əvəz etmək yox, onun fəaliyyət hədlərini müəyyən
etməkdir. Bazar iqtisadiyyatının sərhəd zonalarında fəaliyyət şəraitini müəyyən edən ekoloji
qiymətvermələr, müvafiq qadağalar, verginin tətbiqi mümkündür. Bu sərhədlərin daxilində, strateji
planlaşdırma əsasında sistemin işinə qarışmaq olmaz. Burada «bərabərçəkili iqtisadiyyat» formalaşır;
belə iqtisadiyyatın konsepsiyası artıq XIX əsrtin axırı – XX əsrin əvvəllərində Lozann məktəbinin
nümayəndələri olan L.Varas və V.Pareto tərəfindən irəli sürülmüşdür. Belə iqtisadiyyat dünya iqtisadi
prosesində formalaşmağa başladı.
Bununla belə, gələcəkdə bilmək olmaz, bazar iqtisadiyyatı mexanizmi əsasında inkişaf edən
iqtisadi sistem davamlı inkişafı təmin edə bilər, yoxsa yox. Sabit cəmiyyət, yalnız bazar münasibətlərinin
imkanlarına, (nə qədər qüdrətli olan olsa da) onun innovasiya proseslərinə arxalanaraq, inkişaf edə
bilməz. Bazar mexanizmi uzunmüddətli məsələlərin həllində etibarlı əsas ola bilməz.
«İqtisadi determinizm»ə (yəni cəmiyyətin inkişafının əsasında iqtisadi qanunların durması
ideyasına) son qoyub, digər dəyərlər sistemini formalaşdırmaq üçün insanın dünyagörüşündə mühüm
dəyişikliklər baş verməlidir. İndi həm sənaye mərhələsinin istehlakçı cəmiyyətin prioritetlərindən
(üstünlük təşkil edən dəyərlər), həm də sonrakı mərhələyə xas olan iqtisadiyyatın fasiləsiz inkişafı və
biosferdə antropogen təzyiqi ideyalarından əl çəkmək lazımdır. Şübhəsiz, şüuru alt-üst etmək çox
çətindir; sivilizasiya tarixində belə hallar olmayıb, bəlkə də bu – utopiyadır? Bununla belə, bu –
labüddür, çünki əks təqdirdə insanın yaşaması belə böyük təhlükə altında qalır. İctimai şüurun
transformasiya prosesinə biz köhnə ölçülərlə, yəni əvvəlki tarixi dövrlərdə baş verən proseslərlə yanaşa
bilmərik.
Sosial-iqtisadi sistemlərin inkişafında yeni yanaşmalar birinci növbədə onların təbiətlə sıx təmasda
olmasını nəzərdə tutur (təbii mühit insan nəslinin yaşamasının zəruri və yeganə müqəddəm şərtidir). Axı
insan özü – təbiətin bir hissəsidir. Şübhəsiz, əvvəlki sivilizasiyalar da təbii mühitdən kənarda yaşamayıb;
söhbət ondan gedir ki, insan cəmiyyətinin istənilən inkişaf mərhələsi həm də ekoloji (təbii) amillərin
təhlili əsasında öyrənilməlidir. Müasir dövrdə sosial-iqtisadi sistemlər nə təbiətdən təcrid olunmalı, nə də
ki, onun üzərində hökmranlıq etməlidirlər. Sosial-iqtisadi sistem ekoloji tarazlığa nail olmaq üçün biosfer
qanunları ilə hesablaşmalıdır. Davamlı inkişafa doğru belə bir, daha geniş və daha sistemli yanaşma bir
çox fəaliyyət istiqamətləri üzrə yeni imkanlar açır. Lakin bu imkanlar çox zaman dünyada, o cümlədən,
ölkəmizdə mövcud olan stereotiplərlə uzlaşmır.
Sosial-iqtisadi münasibətlərdə ekoloji amilin nəzərə alınması sosial və iqtisadi fəaliyyət
formalarının biosfer qanunları ilə uzlaşdırılması de-məkdir. Burada bazar və yaxud planlı iqtisadiyyat
mexanizmlərinin səmə-rəliliyi haqqında diskussiyalar, «özəl və yaxud ictimai mülkiyyət» nisbətinin
müzakirəsi yersizdir. İnsan nəsli az yaşamasının təməlini, sosial-iqtisadi sistemlərin biosferə uyğun olub-
olmaması üzərində quracaq. Azərbaycanda, bütövlükdə dünyada olduğu kimi, ictimai şüurda qeyd
edilən fikirlər hələ ki, özünə yer tapmayıb. Xaricdə bəzi alimlər, iqtisadi elm nümayəndələri iqtisadi və
sosial elmlərin inkişafında ekoloji prob-lemlərə diqqət yetirirlər. Azərbaycanda iqtisadçı-alimlərin
bəziləri iqtisadi inkişafını yalnız bazar münasibətlərində görür, digərləri isə ekoloji problemləri heç
nəzərə almırlar. Mərkəzləşdirilmiş idarəetmədən sosial bazar iqtisadiyyatına keçid şəraitində islahatlar,
iqtisadi səmərəliliyi və rəqabətə dözümlü olmaq qabiliyyətliliyi birləşdirib sosial müdafiə və ekoloji
təhlükəsizliyi təmin etməlidirlər. Davamlı inkişafın prinsiplərindən biri olan bu amil insan cəmiyyətini
gələcəyə doğru irəliləməyə imkan verəcək.
Davamlı inkişafa nail olmaq məqsədilə insanlar yeni təfəkkül tərzinə nail olmalı, dövlət siyasətinə
təsiretmə imkanlarını genişləndirməlidirlər. İndiyə qədər ictimai şüur ictimai varlıqdan geridə qalırdı,
xüsusilə təbiətlə, onun dəyişdirilməsi ilə bağlı olan fəaliyyətindən. Bu fəaliyyət nəticəsində biosfer
parçalandı. Şüur vasitəsilə insanlar bu prosesə son qoya bilər, təbiətin yanaşması və sabitliyinə səbəb ola
bilər. Gec olsa da, nəhayət, insanlar dərk ediblər ki, ekoloji fəlakətə gətirib çıxara biləcək ekoloji böhran
şəraitində yaşayırlar.
Şüurda əsaslı, köklü dəyişikliklər elmə də təsir edir. Elm-biliklərin istehsalı sahəsidir, təhsil
simstemi vasitəsilə bu biliklər ötürülür və mənimsənilir, davamlı inkişaf mədəniyyəti bunların əsasında
formalaşır.
XXI əsr bizi sınağa çəkib – bu da ekoloji sınaqdır. Bunun cavabını yalnız elm verə bilər. Elmi
zəminində ictimai şüur ictimai varlığı qabaqlaya bilər ki, nəticədə davamlı inkişafı təmin edə biləcək
qərar qəbul edilsin, qeyri-müəyyənlik və risq aradan qaldırılsın.
ƏDƏBİYYAT
Введение в гендерные исследования. ч.3. – Харьков, 2001
Кочергин А.Н., Марков Ю.Г., Васильева Н.Г. Экологическое знание и сознание. – Новосибирск, 1987
Ситаров В.А., Пустовойтова В.В. Социальная экология. – М., 2002
Chose a Future Issues and Options For Adolescent Girls. The Center for Development and Population
Activities
http://www.a-z.ru/texts/mahmr.htm
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Qenderin
ekoloji
şüurunun öyrənilməsi zərurəti nədər irəli gəlir?
2. Qenderin
ekoloji
şüuru ətraf mühitin idarəolunmasına necə təsir edir?
3. Kişi və qadın rəhbər kadrlarının şüurunda nə kimi fərqələr var?
İş üsulları: diskussiyanın keçirilməsi, kiçik qruplarda iş, konkret situasiyanın təhlili «Birlikdə
görülən iş ətraf təbii mühitin mükəmməlləşməsinə imkan yaradır».
TƏHLİL ÜÇÜN SİTUASİYA: «BİRLİKDƏ GÖRÜLƏN İŞ ƏTRAF TƏBİİ MÜHİTİN
MÜKƏMMƏLLƏŞMƏSİNƏ İMKAN YARADIR»
Tapşırıq:
-
İşin yekunu seminar iştirakçıları üçün belə olmalıdır:
-
ən vacib ekoloji problemləri müəyyən etmək;
-
bu problemlərin həlli üçün fəaliyyət planını işləyib hazırlamaq.
Vəsait: «Bizi əhatə edən ətraf mühit» mövzusnuda keçirilən seminarda tərtib edilmiş ekoloji
problemlərin siyahısı.
Nə etməli:
1. Seminarın məqsədini iştirakçılara çatdırmaq – «ekoloji problemlərin həlli üçün planın tərtibi».
2. Tərtib edilmiş suallar üzrə intervyu aparmaq. Siyahını, biri digərinə göstərib onu oxumalıdır.
3. Sonra
bu
siyahını digər suallarla tamamlamalıdırlar. İşi tamamlanandan sonra, qeyd edilən
problemlərin həlli üzərində birgə düşünün.
4. Diskussiyaya
rəhbərlik etmək, yəni burada söhbət sualların seçilməsi prosesində iştirak edən
dincəyiciləri cəlb etmək.
5. Qruplar,
verilən tapşırığı 20-30 dəqiqə ərzində yerinə yetirilməlidirlər. Hər bir qrupla müəyyən iş
aparılmalıdır (kömək məqsədilə).
6. Nəticədə hər qrup öz planını təqdim edir.
Seminarı aparan aşağıdakı sualları verir:
1. Siyahı necə tərtib edilməlidir?
2. Bu
siyahıları vahid plan şəklinə salmaq olarmı (bəlkə kimsə bu işin mərhələlərini izah edər).
3. Hansı çətinliklərlə bu zaman qarşılaşmaq olar?
4. Onları necə aradan qaldırmaq olar?
5. Qruplar
birgə işləyib planı tərtib edə bilərmi?
6. Bilərsə, onda nədən başlamaq lazımdır?
7.
Əgər yox, onda kimləri köməyə çağırmaq olar (digər qrupları, o cümlədən qadın təşkilatları)?
Dostları ilə paylaş: |