QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə1/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
  1   2   3   4   5   6   7   8   9   ...   94


 
 
 
 
QƏRİB  MƏMMƏDOV,   MAHMUD XƏLİLOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
EKOLOGİYA, ƏTRAF MÜHİT VƏ İNSAN 
 
 
Ali məktəblər üçün dərslik 
 
 
 
 
 
 
 
 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Elmi  Metodik  Şurası 
«Biologiya  bölməsinin»  29.06.2006-cı  il  tarixli  14  saylı  iclas  protokolu  ilə 
ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – «ELM» – 2006 
 


 

Elmi redaktor: akademik B.Ə.Budaqov 
 
Rəyçilər: Şəhvələd Xəlilov – AMEA-nın müxbir üzvü, c.e.d. 
Məcnun  Babayev  –  b.e.d.,  professor,  Rusiya  Ekologiya  Akademiyasının  üzvü,  Beynəlxalq 
Noosfer Akademiyasının həqiqi üzvü 
 
Məmmədov Q.Ş., Xəlilov M.Y. 
«Ekologiya, ətraf mühit və insan» 
 
Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s. 
ISBN  5 – 8066 – 1765 - 3 
 
Kitabda  dünyada,  o  cümlədən  Azərbaycanda  ekologiya  elminin  inkişaf  tarixi,  müxtəlif  səviyyələrdə 
(populyasiya,  biosenoz,  ekosistem,  biosfer)  təbii  sistemlərin  funksiyalarının  əsas  qanunauyğunluqları,  insan 
ekologiyası; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun ekoloji nəticələri; 
ətraf mühitin (atmosfer, hidrosfer, litosfer, o cümlədən torpaq) əsas çirkləndiricilərinin ətraflı xarakteristikası 
və onların insanın sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii-sosial-
iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan səbəblər, turş yağışlar, litosferə, o cümlədən 
torpağa antropogen təsir, nitrat və nitritlərin insan sağlamlığına təsiri, səhralaşma, bitki örtüyünə antropogen 
təsirin  nəticələri,  təbii  otlaqların  vəziyyəti,  bioloji  müxtəliflik  və  onun  deqradasiyasının  səbəbləri,  dərman 
bitkilərindən  istifadə,  təbiətin  müxtəlif  istiqamətli  dəyişdirilməsi  və  insan  sağlamlığı;  səs  və  elektromaqnit 
çirklənməsinin  insan  sağlamlığına  təsiri;  kütləvi  qırğın  silahları,  müharibələr,  nüvə  silahları,  texnogen  ekoloji 
qəzaların ətraf mühitdə nəticələri, təbii fəlakətlərin nəticələri, ətraf mühitin zərərli sosial faktorlarının insanın 
sağlamlığına təsiri. 
«Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər, 
kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul 
olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 
 
Ecology, Environment and Man 
 
Garib Shamil oglu Mammadov 
Mahmud Yusuf oglu Khalilov 
 
The development history of the science of ecology, basic principals of general ecology, studies on bios-
phere, man ecology, anthropogenic influence on biosphere and questions of its influence on human health are 
widely elucidated in the book. 
The book is intended for wide reader mass. 
 
 
© «Elm» nəşriyyatı, 2006 


 

GİRİŞ 
 
İnsan  təbiətin  bir  hissəsi  olub  onunla  sıx  bağlıdır.  İnsanın  həyatında  və  fəaliyyətində  təbiətin  rolunu 
qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin 
rifah və inkişaf səviyyəsini təyin edir. 
Hələ  XX  əsrin  başlanğıcında  yer  kürəsinin  əhalisi  təmiz  hava  alır,  saf  su  içirdilər.  Dünya  sonsuz,  təbii 
sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət 
hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra 
onu fəlakət gözləyir. 
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya 
proseslərinin  əlamətlərini  yaratdı.  Milyon  illər  ərzində  formalaşan  təbii  ekosistemlər  ciddi  dəyişikliyə  məruz 
qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. 
XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr 
ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların 
tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində 
əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır. 
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və 
avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla 
yanaşı,  həm  də  təbii  resursların  azalmasına,  bəzən  tükənməsinə  səbəb  oldu.  Belə  ki,  materiallardan  və 
enerjidən  istifadə  XX  əsrdə  son  dərəcə  sürətlə  artaraq,  hətta  əhali  artımını  da  keçdi.  Enerjidən  istifadə  10 
dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı. 
İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin 
dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur. 

 
Meşələrin  məhv  edilməsi,  bozqırların  (çöllərin)  şumlanması,  meliorasiya,  süni  göllərin  və  dənizlərin 
yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir. 
Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi 
ildə  200  min  ha  azalır,  səhraların  sahəsi  isə  ildə  60  min  km
2
  genişlənir.  Hazırda  pozulmayan  (təbii) 
ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır. 

 
Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması nəticəsində yerin istilik balansı 
dəyişir, qlobal istiləşmə baş verir. 

 
Ozon  təbəqəsinin  ildə  1-2 % nazilməsi,  ozon  «bacalarının» (deşiklərinin)  əmələ  gəlməsi  müşahidə 
edilir. 

 
Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir. 
                      

 
Torpaqda, suda, havada zərərli maddələr toplanır. 

 
Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər) 

 
Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin 
yeni  heyvan  cinslərinin  və  bitki  çeşidlərinin  yaradılması  və  onların  yeni  sahələrə  köçürülməsi,  nəticəsində 
növ, populyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına 
bitki örtüyü və heyvanat aləminin tərkibi dəyişir. 

 
Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir. 

 
Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % 
artır. 

 
Həyatın  (yaşayışın)  keyfiyyəti  (genetik  və  yeni  xəstəliklər,  immun  statusu)  müəyyən  dərəcədə 
pisləşir. 
Ekoloji  tarazlığı,  onun  mürəkkəb  və  bir-birilə  sıxı  bağlı  mexanizmlərini,  ətraf  mühitin  (təbiətin)  insanın 
təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən 
təbiətdən,  onun  ehtiyatlarından  səmərəli  istifadə  etmək,  təbii  mühiti  həyat  üçün  yararlı  (davamlı)  halda 
saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən 
artır. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə