QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

 
24 
etmişdir:  məhsul  minimum  vəziyyətdə  olan  faktordan  asılıdır.  Məsələn,  əgər  torpaqda  faydalı  komponentlər 
bütövlükdə  tarazlaşdırılmış  sistem  təşkil  edirsə  və  yalnız  fosfor  minimum  miqdardadırsa,  bu  faktor  məhsulu 
azalda bilər. Lakin torpaqda mineral maddələr optimal miqdarda olduqca faydalı olduğu halda, onların hədsiz 
çox  olması  da  məhsulun  azalmasına  səbəb  olur.  Deməli,  faktorlar  maksimum  miqdarda  olduğu  halda  da 
limitləşdirilmiş faktor ola bilər.  
Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı (çatışmazlığı) və hədsiz çoxluğu (izafi-
liyi)  ilə  orqanizmin  inkişafını  məhdudlaşdıran  faktorlar  limitləşdirici  faktorlar  adlanır.  Bəzən  bu  faktorlara 
məhdudlaşdırıcı  faktorlar  da  deyilir.  Deməli,  orqanizmlər  ekoloji  minimum  və  ekoloji  maksimumla 
xarakterizə  olunur:  bu  iki  miqdar  (ölçü)  arasındakı  diapazonu  tolerantlıq  hüdudu  (tolerantlıq  qanunu) 
adlandırmaq qəbul edilmişdir (V.Şelford, 1913). Y.Odum (1975) tolerantlıq qanununu tamamlayan aşağıdakı 
məqamları göstərir.  
1. Orqanizm bir faktora görə geniş, digərinə isə dar diapazonda tolerantlığa malik ola bilər.  
2. Bütün faktorlara qarşı geniş diapazonluğa malik olan orqanizmlər adətən geniş yayılmışdır.  
3.  Hər  hansı  növ  üçün  ekoloji  faktorun  biri  üzrə  şərait  optimal  deyilsə,  digər  ekoloji  faktora  qarşı  da 
tolerantlıq  diapazonu  məhdudlaşa  (darala)  bilər.  Məs.,  azotun  limitləşdirilmiş  miqdarı  zamanı  taxıl  bitkisinin 
quraqlığa  davamlığı  aşağı  düşür;  azotun  miqdarı  az  olduqda  solmanın  qarşısının  alınmasına  çox,  azotun 
miqdarı çox oldduqda isə nisbətən az su tələb olunur. 
4. Çoxalma dövrü adətən kritik olur; bu dövrdə bir sıra mühit faktorları çox vaxt limitləşdirilmiş olur.  
Tolerant orqanizmlər ətraf mühitin əlverişsiz dəyişkənliyinə olduqca dözümlü növlər hesab olunur.  
 
2.2. Orqanizmin həyatında fiziki və kimyəvi mühit faktorlarının əhəmiyyəti  
 
2.2.1. Temperaturun orqanizmə təsiri 
Temperatur  –  mühüm  limitləşdirici  faktorlardan  hesab  olunur.  Temperatur  daim  təsir  göstərən  faktor 
sayılır;  onun  kəmiyyətcə  göstəricisi  geniş  coğrafi,  mövsümi  və  sutkalıq  müxtəlifliyi  ilə  səciyyələnir.  Belə  ki, 
səhrada qum səthində temperatur 60
0
C-yə qalxa bilir, Şərqi Sibirdə isə havanın minimum temperaturu mənfi 
70
0
C-yə enir. Ümumiyyətlə, +50-dən -50
0
C temperatur diapazonu biosferdə temperatur şəraitin fundamental 
xarakteristikası hesab olunur, hərçənd bu parametrlərdən sapmalar da olur.  
İqlim zonalarına görə temperatur rejimindəki fərq – Arktika və Antarktikanın sərt və uzun sürən qışı və 
sərin qısa yayı olan qütb səhralarından, yüksək və nisbətən sabit temperatur ilə seçilən ekvator vilayətlərinə 
qədər yaxşı təzahür olunan konkret ərazinin temperatur şəraitinə dənizə olan yaxınlığı, relyef və digər faktorlar 
təsir göstərir. Aşağı en dairəsinin sahil vilayətində və ya rütubətli tropikada temperatur rejimi yüksək stabilliyi 
ilə fərqlənir. Məsələn, Ekvatorda temperaturun illik dəyişmə amplitudu cəmi 6
0
C, Konqo çayı hövzəsində orta 
aylıq kontinental fərqi -1-2
0
C təşkil edir. Halbuki, kontinental səhralarda temperaturun sutkalıq fərqi 25-38
0

mövsümi fərqi isə 60
0
C-dən yuxarı ola bilər. Avropa kontinentinin şimali-şərqində aşağı orta illik temperatur 
fonunda temperaturun mövsümi dəyişmə amplitudu 100
0
-yə qədər təşkil edir. Dağlarda temperaturun şaquli 
qradiyenti,  temperatur  rejiminin  yamacların  cəhətindən,  parçalanma  dərəcəsindən  asılılığı  yaxşı  təzahur  olu-
nur.  
Torpaqda  temperatur  şəraiti  daha  çox  «hamar» (zəif)  gedir.  Əgər  torpağın  səthində  temperaturun 
dəyişməsi  hava  temperaturunun  dinamikasını  əks  etdirirsə,  dərinliyə  getdikcə  mövsümi  və  digər  temperatur 
tərəddüdü azalır və temperatur rejimi canlı orqanizmlər üçün stabil əlverişli olur.  
Qeyd  edildiyi  kimi  istənilən  növ  üçün  tolerantlıq  hüdudu  maksimum  və  minimum  letal  (öldürücü, 
məhvedici)  temperatur  hesab  olunur,  bu  hüduddan  kənarda  növ  istidən  və  ya  soyuqdan  ölümcül  zədə  alır. 
Bəzi nadir istisnalar nəzərə alınmasa, bütün canlılar 0 və 50
0
C temperaturu arasında yaşamağa qadirdir, bu hal 
hüceyrə protoplazmasının xassələri ilə bağlıdır.  
«Optimal interval»da orqanizmlər özlərini rahat hiss edir, fəal çoxalır və populyasiyanın sayı artır. Həyatın 
temperatur  hüdudlarının  «aşağı  həyat  fəaliyyəti»  kənar  sahələrində  orqanizmlər  özünü  sıxılmış  hiss  edir. 
Sonrakı  soyumada  –  «dözümlülüyün  aşağı  sərhədi»  hüdudunda  və  ya  istilyin  «yuxarı  dözümlülük  sərhədi» 
hüdudunda  orqanizmlər  «ölüm  zonası»na  daxil  olaraq  məhv  olur.  Bu  misalla  bioloji  davamlılığın  ümumi 
qanunu  izah  olunur  (M.Lammottuya  görə).  Bunu  istənilən  mühüm  limitləşdirici  faktora  aid  etmək  olar. 
«Optimal  interval»ın  ölçüsü  orqanizmin  dözümlülük  (davamlılıq) «ölçüsü»nü,  yəni  onun  faktora  qarşı 
tolerantlıq ölçüsünü və ya «ekoloji valentliyi» səciyyələndirir.  
Heyvanların  temperatura  görə  adaptasiya  olunma  prosesləri  «Poykiloterm»  və  «qomoyoterm» 
heyvanların  təşəkkül  tapmasına  səbəb  olmuşdur.  Heyvanların  əksəriyyəti  poykiloterm,  yəni  onların 


 
25 
bədənlərinin temperaturu ətraf mühitin temperaturunun dəyişməsi ilə dəyişilir. Bura suda-qurada yaşayanlar, 
sürünənlər,  həşəratlar  və  s.  daxildir.  Heyvanların  az  hissəsi  qomoyoterm  və  ya  bədənin  temperaturu  xarici 
mühitin  temperaturundan  asılı  olmayaraq  dəyişmir.  Bura  məməlilər  (o  cümlədən  insan)  və  quşlar  aiddir. 
Məməlilərin bədəninin temperaturu 36-37
0
, quşlarınkı isə 40
0
C olur.  
Sıfır  dərəcədən  aşağı  temperaturda  yalnız  qomoyoterm  heyvanlar  aktiv  həyat  sürə  bilir.  Poykilotermlər 
sıfır dərəcədən aşağı temperatura dözsə də bu zaman onlar hərəkətini dayandırır.  
Bitkilərin həyatında da temperatur mühüm rol oynayır. Temperatur 10
0
C yüksəldikdə fotosintez prosesinin 
intensivliyi  iki  dəfə  artır,  bu  +30-35
0
C-yə  qədər  müşahidə  olunur,  lakin  temperaturun  sonrakı  yüksəlməsi 
nəticəsində fotosintezin intensivliyi aşağı düşür, +40-45
0
C-də isə bu proses dayanır.  
Ayrı-ayrı  coğrafi  zonaların  bitkiləri  temperatura  müxtəlif  cür  tələbat  göstərir.  Məlum  olduğu  kimi  tropik 
meşələrin bitkiləri +5, +8
0
C temperaturda zədələnir. Uzaq Şərq və Sibir meşələrində bitən qaraşam cinsi isə -
70
0
 şaxtalara davam gətirir.  
Bitkiləri istiliyin kənar defisitliyi şəraitinə adaptasiya olunmasına görə üç qrupa bölmək olar:  
1. Soyuğadavamlı olmayan bitkilər – suyun donma temperaturu şəraitində güclü zədələnir və məhv olur. 
Bura «yağışlı» meşələrin bitkiləri və isti dənizlərin yosunları daxildir. 
2. Şaxtaya davamsız bitkilər – aşağı temperatura dözür, lakin toxumalarında buz əmələ gəldiyi vaxt məhv 
olur.  İlin  soyuq  dövrü  başlandıqda  onlarda  toxuma  şirələrində  və  sitoplazmada  osmotik  aktiv  maddələrin 
qatılığı artır, bu isə donma nəticəsini -5-7
0
C aşağı salır. Hüceyrələrdə su donma nöqtəsindən aşağıda soyuya 
bilər, hədsiz soyuma vəziyyəti bir neçə saat davam edə bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. 
Vegetasiya dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir.  
3. Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən mövsümi iqlimli vilayətlərdə bitir. Güclü 
şaxtalar zamanı ağac və kolların yerüstü orqanları donur, bununla belə həyat fəaliyyətini saxlaya bilir.  
Yüksək temperatura adaptasiya olunma dərəcəsinə görə orqanizmləri aşağıdakı qruplara bölmək olar: 
1.  İstiyə  davamsız  növlər  -  +30…+40
0
-də  zədələnir:  eukariotik  yosunlar,  su  çiçəkli  bitkiləri,  yerüstü 
mezofitlər. 
2.  İstiyə  dözümlü  eukariotlar  –  güclü  insolyasiya  olan  quru  yerlərin  (bozqır,  səhra,  savanna,  quru 
subtropika və s.) bitkləri. +50…+60
0
C qızmaya yarım saat dözə bilir. 
3.  İstiyə  dözümlü  prokariotlar  –  termofil  bakteriyalar  və  göy-yaşıl  yosunların  bəzi  növləri  bura  aiddir, 
onlar isti su mənbələrində +85, +90
0
C-yə dözür.  
Bəzi  bitkilər  müntəzəm  olaraq  yanğınların  təsirini  sınaqdan  keçirərək  qısa  müddət  ərzində  temperatur 
100
0
C-yə çatsa da, məhv olmurlar. Yanğınlar xüsusilə savanna, quru. sərtyarpaq meşələrdə və kolluqlarda baş 
verir.  Orada  yanğına  davam  gətirən  bitkilər  qrupu  –  pirofitlər  bitir.  Savannaların  ağaclarının  gövdələrində 
odadözümlü maddələrlə hopmuş qalın qabıq daxili toxumaları yanğının təsirindən etibarlı qoruyur. Pirofitlərin 
meyvə və toxumları qalın, çox vaxt ağaclaşmış örtüyə malik olur, odun (alovun) təsirindən çatlayır. Uzaq Şərq 
və Sibir meşələrində üstünlük təşkil edən qaraşam (Larix) da yanğına dözümlüdür. Bu meşələrdə gövdəsi oda 
məruz qalmayan ağac tapmaq çətindir.  
Bitkilərdən fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox daxili istilik yaradır. Əzələlər güclü və aktiv 
olduqca  heyvanlar  daha  çox  istilik  toplayır.  Bitkilərdən  fərqli  olaraq  heyvanlar  olduqca  müxtəlif  imkanlarla 
daima  və  ya  müvəqqəti  olaraq  şəxsi  bədənlərində  temperaturu  nizamlayır.  Heyvanların  temperatura 
adaptasiya olunması aşağıdakı yollarla baş verir: 
1.  Kimyəvi  termonizamlanma.  Ətraf  mühitdə  temperaturun  aşağı  düşməsinə  cavab  olaraq  istilik 
məhsulunun aktiv artması; 
2.  Fiziki  termonizamlanma  –  istilikvermə  səviyyəsinin  dəyişməsi,  istiliyi  saxlamaq  və  ya  əksinə  izafi 
istiliyi qovmaq (kənarlaşdırmaq). Fiziki termonizamlanma heyvanların xüsusi anatomik və morfoloji quruluşları 
ilə  yerinə  yetirilir:  tük  və  lələk  örtükləri,  qan  damarları  sisteminin  quruluşu,  piy  ehtiyanın  paylanması, 
buxarlanma ilə istilik buraxma imkanı və s. 
3.  Orqanizmin  davranışı.  Yerini  dəyişməklə  və  ya  daha  mürəkkəb  davranışı  ilə  heyvanlar  hüdud 
temperaturdan  aktiv surətdə uzaqlaşa bilər.  Bir çox heyvanlar üçün davranış istilik  balansını saxlamaq üçün 
yeganə və olduqca effektiv üsul sayılır.  
İstiqanlı  heyvanlar  yüksək  kimyəvi  termonizamlanmaya  qabildir.  Onlar  yüksək  intensiv  maddələr 
mübadiləsi ilə fərqlənərək böyük miqdarda istilik hasil edir.  
Fiziki termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, belə ki, soyuğa qarşı adaptasiya əlavə istilik hasil 
etmək hesabına deyil, heyvanın bədənindəki istiliyi saxlamaq hesabına yerinə yetirilir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə