QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

 
30 
mm-dən  az  (Saxara,  Cənubi  Koliforniya)  yağıntı  düşür.  Respublikamızda  da  yağıntıların  miqdar  və  rejimi 
müxtəlifdir.  Yağıntıların  orta  illik  miqdarı  110  mm-dən  (Puta) 1750 mm-ə  (Kəkiran,  Lənkəran)  dəyişir. 
Yağıntılar mövsümə görə də kəskin dəyişir.  
Havanın  rütubətliyi  (nəmliyi)  vahid  həcmdə  (1m
3
)  havada olan  su  buxarının  qramla  miqdarı  (mütləq 
rütubət) və nisbi rütubət - verilmiş temperaturda havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş 
buxarın  elastikliyinə (təzyiqinə) nisbətinin  faizlə ifadəsidir.  Havanın nəmliyi orqanizmə örtük vasitəsilə suyun 
daxil olması, həmçinin həmin yolla tənəffüs yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir.  
Tropik yağışlı meşələrin alt yaruslarında – 100% nisbi rütubətlik şəraitində su itirməyə uyğunlaşan bitkilər 
var,  səhrada  isə  hətta  uzunsürməyən  quraqlıq  dövründə  belə  bəzi  bitkilərin  su  balansı  pozulmur.  Bitkinin 
rütubətliyə adaptasiya  üsullarından  asılı  olaraq  bir neçə  ekoloji qrup  ayrılır:  məsələn,  hiqrofitlər  –  olduqca 
rütubətli  torpaqlarda  yüksək  rütubətlilik  şəraitində  bitən  bitkilər.  Bu  bitkilərin  əsas  xüsusiyyəti  onlarda  su 
sərfinin  qarşısını  alan  uyğunlaşmaların  olmasıdır.  Su  hövzələrində  sərbəst  üzən  və  ya  kökləri  ilə  hövzənin 
dibinə bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). 
İti  axan  çaylarda  yaşayan  bitkilər  reofitlər  adlanır  (məs.  liloderma,  su  mamırı).  Hiqrofitlər  üçün  katikula 
buxarlanması  səciyyəvidir.  Bura  düyü  (çəltik),  papirusu  misal  çəkmək  olar;  mezofitlər  –  orta  dərəcədə 
rütubətli torpaqlarda bitən bitkilər. Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə əsasən ağac 
və  kollar,  xüsusilə  çəmən  bitkiləri  (çəmən  qırtıcı,  üçyarpaq  yonca,  pişikquyruğu  və  s.),  kənd  təsərrüfatı 
bitkilərinin  çoxu  və  alaqlar  daxildir;  Mezofit  qruplaşmaları  müxtəlif  bitmə  şəraitlərində  müxtəlif  həyati 
formalara malik olur. A.İ.Şennikov (1950) mezofitləri 5 qrupa ayırır.  
1. Həmişəyaşıl mezofitlər – rütubətli tropiklərin ağac və kolları; 
2. Qışı yaşıl ağac mezofitləri – tropik və subtropik növlər olub, quraqlıq dövründə yarpaqlarını tökür və 
qeyri-aktiv vəziyyətə keçir;  
3.  Yayda  yaşıl  ağac  mezofitləri  –  mülayim  zonanın  ağac  və  kolları.  Qış  vaxtları  yarpaqlarını  tökür  və 
donmuş hala keçir; 
4. Yayda yaşıl ot bitkiləri. Qışa yaxın bərpa tumurcuqlarından başqa yerüstü hissələri quruyur; 
5. Efemerlər və efemeroidlər – arid zonada məskunlaşır, qısa rütubətli dövr müddətində vegetasiya keçi-
rir.  
Mezofitlər  məhdud  su  ilə  təmin  olunmağa  və  havanın  temperaturunun  dəyişkənliyinə  uyğunlaşır. 
Onlarda  hüceyrə  şirəsinin  osmotik  təzyiqi  kifayət  qədər  yüksək  olduğundan  kök  sisteminin  sorucu  gücünü 
təmin edir. Bunun sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün kifayət qədər 
su  olur.  İlin  əlverişsiz  mövsümlərində  qeyri-aktiv  vəziyyətə  («sakitliyə»)  keçməsi  mezofitlərin  kompleks 
faktorlara adaptasiya olunmasıdır, bu faktorlardan aparıcı yeri su balansının saxlanması tutur. Kserofitlər – 
bir  sıra  uyğunlaşdırıcı  əlamət  və  xassələrin  köməyi  ilə  istiyə  və  susuzluğa  dözüb,  quraq  yerdə  yaşayan 
bitkilərdir, 20-50% su itirildikdə solmağa dözür. Kserofitlər əsasən aşağıdakı ekoloji-fizioloji qrupları əhatə edir. 
Sukkulentlər  –  ətli  yarpaq  (aqava,  aloye),  yaxud  gövdəsi  (kaktuslar),  kökü  üst  qatdan  yayılan,  istiyə 
davamlı,  lakin  susuzluğa  dözumsuz  bitkilər;  hemikserofitlər  –  kök  sistemi  qrunt  suyuna  çatan,  quraqlığa 
davamlı,  lakin  uzun  müddət  susuzluğa  dözməyən,  transpirasiya  və  maddələr  mübadiləsi  intensiv  gedən 
bitkilər.  Bura  çöldə  (bozqırda)  bitən  istiyə  davamsız  (məs.  sürvə)  və  səhrada  bitən  istiyə  davamlı  (məs. 
dəvətikanı) bitkilər daxildir;  
Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və 
istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər;  
Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala düşən, lakin tənəffüs 
tam mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər; 
Sklerofitlər – morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar 
orqan və toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən 
quru,  sərt,  şirəsiz  görünür.  Sklerofitlər  dehidratasiyaya  qarşı  möhkəm  toxumalarının  olması  ilə  seçilir,  onlar 
25%  su  itirdikdə  belə  heç  bir  patoloji  nəticəyə  məruz  qalmır.  Bu  dərəcədə  susuzlaşma  şəraitində  onların 
sitoplazması  öz  xassələrini  saxlayır,  digər  bitkilərdə  belə  hal  məhvedici  təsir  göstərir.  Sklerofitlərin  mühüm 
uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 atmosferə 
çatır.  Bu  rütubət  az  olduqda  da  torpaqdan  suyu  çəkməyə  imkan  yaradır.  Sklerofitlər  yüksək  transpirasiya 
etmək qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda 
isə  transpirasiya  aktiv  surətdə  tormozlanır.  Bu  isə  quraq  şəraitdə  sudan  istifadəni  azaldır.  Sklerofitlər  sərt 
yarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş 
palıd), bir çox sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.  


 
31 
Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə 
uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir 
sıra şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər 
hissəsi  sukkulent  olmayan  bir  qədər  kseromorfluq  əlaməti  olan,  qrunt  suyu  bir  qədər  dərində  yerləşən 
sahələrdə bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. 
Bəzi  halofitlər  xüsusi  uducu  vəziciklərin  köməyi  ilə  artıq  duzları  ayıraraq  hüceyrə  şirəsinin  osmotik  qatılığını 
tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan 
yetirmir.  
Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan 
növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.  
Suya  olan  münasibətinə  görə  heyvanlar  da  ekoloji  qruplara  ayrılır:  hiqrofillər  (rütubətsevənlər); 
kserofillər  –  quraq  mühitə,  xüsusilə  torpağın  quraqlığına  (səhralarda)  uyğunlaşan  heyvanlar.  Kserofillərin 
bədən səthindən,  tənəffüs orqanları qişasından və mübadilə məhsulları ilə su itkisi olduqca azdır.  Kserofillər 
metobolik  sudan  (dəvə,  ərəb  dovşanı,  həşəratlar),  sidik  kisəsində  topladığı  ehtiyat  sudan  (Avstraliya 
qurbağası), yaxud qida ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət 
yaşaya bilir. Metabolik südan istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su 
itirdikdə  dözür.  Lakin  insan  10%  su  itirdikdə  ölür.  Peykiloterm  heyvanlar  istisevər  heyvanlar  kimi  sudan 
bədənini  sərinləşdirmək  üçün  istifadə  etmədiyindən  daha  dözümlüdürlər.  Kserofillərin  çoxunda  yay  yuxusu, 
mövsümi  diapauza,  axşam-gecə  fəallığı  suyun  qənaətlə  sərf  edilməsinə  səbəb  olur.  Kserofillər  susuzluğa 
dözümlü olsalar da, su içmək üçün uzaq məsafələr qət edirlər (qulan, büldürük).  
 
2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi  
Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%) 
və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil 
edir.  Ən  yüksək  duzluluğu  ilə  duzlu  göllər  deyilən  daxili  su  hövzələri  seçilir,  bunlarda  elektrolitlərin  qatılığı 
370%-ə  çatır.  Təbiidir  ki,  belə  müxtəlif  şəraitlərdə  su  orqanizmləri  müxtəlif  adaptasiya  tipləri  seçir.  Su-duz 
mübadiləsinin  xarakterinə  görə  hidrobiontlar  aydın  şəkildə  şirin  su  və  dəniz  hidrobiontlarına  bölünür,  lakin 
evriqalin formalar hər iki şəraitdə yaşaya bilər.  
Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı 
ətraf  mühitdən  artıqdır.  Başqa  sözlə,  şirinsulu  orqanizmlər  hipertonikdir  (yüksək  təzyiqli),  buna  görə 
orqanizmin daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili 
mühitində osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.  
Bir  çox  şirinsulu  heyvanlarda  olan  müxtəlif  örtüklər  onların  dərisindən  suyun  daxil  olmasını  çətinləşdirir 
(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı 
tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.  
Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili 
mühitinin  osmotik  təzyiqi  dəniz  suyuna  nisbətən  aşağıdır,  buna  görə  orqanizm  daima  susuzlaşır.  Dəniz 
balıqlarında  suyu  güclü  xaric  etməyə  yönəldilən  böyrəklərin  süzmə  funksiyası  zəifdir,  yumaqcıqların  çox 
hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.  
 
2.3.2. Dünya okeanının ekoloji zonaları  
Okean  və  ona  daxil  olan  dənizlərdə  hər  şeydən  əvvəl  iki  ekoloji  sahə  ayırırlar:  su  qatı  –  pelagial  və 
suyun  dibi  (bental).  Dərinlikdən  asılı  olaraq  bental  litoral  zonaya,  batial  zonaya  –  dik  yamac  sahəsi  və 
abissal zonaya bölünür. Litoral zona okean dibinin çəkilməsi zamanı ən aşağı və qabarma zamanı ən yuxarı 
su  səviyyələri  arasındakı  sahilboyu  ekoloji  zonadır.  Dərinliyi  40-50  sm-dən  200  m-ə  qədərdir.  Litoral  sahə 
qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən 
asılı  olaraq  gilli,  qumlu,  daşlı  və  qayalı  litorallara  ayırırlar.  Təbiidir  ki,  litoralın  sakinləri  nisbətən  yüksək 
olmayan təzyiq, gündüz günəş işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.  
Abissal  sahə  okean  dibinin  2500  m-dən  dərin  olan  sahəsidir  (6000-7000  m-ə  qədər).  Bu  sahə  daim 
qaranlıq  olub,  temperatur  aşağı  və  sabit,  yüksək  təzyiq  (yüzlərlə,  bəzən  min  atmosferə  yaxın)  altında  olur. 
Abissalın bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və 
ya böyük gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.  
Okean dibinin bütün canlıları bentos adlanır.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə