QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

 
34 
Dərinliyə  getdikcə  heyvanların  da  rəngləri  qanunauyğun  olaraq  dəyişir.  Litoral  və  sublitoral  zonalarda 
heyvanların rəngləri daha parlaq və müxtəlif olur. Dərinlik və mağara orqanizmlərinin piqmentləri olmur. To-
ran-qaranlıq  zonada  qırmızı  rəng  daha  geniş  yayılıb  bu  dərinlikdə  göy-bənövşəyi  işığa  əlavə  hesab  olunur. 
Rəngə görə əlavə şüalar bədən tərəfindən tam udulur. Bu isə heyvanlara düşmənindən gizlənməyə imkan ve-
rir, belə ki, onların qırmızı rəngi göy-bənövşəyi şüalarda qara kimi görünür. Qırmızı rəng toran-qaranlıq zonası 
heyvanlarından olan dəniz xanı balığı, mərcan, xərçəngkimilər və b. üçün səciyyəvidir.  
Su hövzələrinin üst qatlarında işığın miqdarı yerin en dairəsindən və fəsillərdən asılı olaraq kəskin dəyişir. 
Arktikada  və  Antarktikaya  yaxın  su  hövzələrində  uzun  qütb  gecələri  fotosintez  üçün  faydalı  olan  vaxtı 
məhdudlaşdırır, qışda donan su hövzələrində buz örtüyü işığın keçməsini çətinləşdirir.  
Okeanın qaranlıq dərinliklərində orqanizmin görmə mənbəyi informasiyası kimi canlı orqanizmlər buraxdığı 
işıqdan  istifadə  edirlər.  Canlı  orqanizmin  işıqlanması  biolyuminessensiya  adlanır.  İşıqverən  (işıqsaçan) 
növlərə demək olar ki, su heyvanlarının bütün siniflərində – bəsit birhüceyrələrdən tutmuş balıqlara kimi hətta 
bakteriyalar,  ibtidai  bitkilər  və  göbələklərdə  rast  gəlinir.  Biolyuminessensiya  yəqin  ki,  evolyusiyanın  müxtəlif 
mərhələlərində baş vermişdir.  
Biolyuminessensiya  heyvanların  həyatında  əsasən  siqnal  əhəmiyyəti  daşıyır.  İşıq  siqnalları  sürüdə 
istiqamətlənmək  (səmtlənmək),  digər  cinsi  cəlb  etmək,  şikarı  (ovu)  tovlamaq  (aldadıb  çağırmaq), 
maskalanmaq  və  ya  yayındırmaq  (azdırmaq)  məqsədi  daşıyır.  İşıqsaçma  yırtıcının  gözünü  qamaşdırmaq  və 
istiqamətini çaşdırmaq,  ondan qorunmaqda da istifadə olunur. Məsələn,  dərinlikdə yaşayan mürəkkəbböcəyi 
(dəniz  molyusku)  düşmənindən  xilas  olunaraq  işıqlanan  sekret  (şirə)  buludu  buraxır,  halbuki  işıqlı  sularda 
yaşayan növlər bu məqsədlə qara mayedən istifadə edir.  
Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını məhdudlaşdırır. 
İşıq  şüalarının  suda  tez  sönməsi  ilə  əlaqədar  hətta  yaxşı  inkişaf  edən  görmə  orqanlarının  köməyi  ilə  yalnız 
yaxın məsafədə istiqamətlənmək mümkündür.  
Səs  suda  havada  olduğundan  daha  tez  yayılır.  Hidrobiontlarda  səslə  istiqamətlənmə  görməyə  nisbətən 
daha  yaxşı  inkişaf  etmişdir.  Bəzi  növlər  hətta  çox  aşağı  tezlikli  (infrasəs)  səsləri  eşidir  və  fırtınadan  əvvəl 
vaxtında üst qatlardan daha dərin qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər, 
balıqlar, molyusklar, xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə 
sürtməklə;balıqlar  üzücü  kisələri,  udlaq  dişləri,  çənələri  və  digər  üsullarla  səs  çıxarırlar.  Səs  siqnalları  hər 
şeydən  əvvəl  növdaxili  qarşılıqlı  əlaqə,  məsələn,  sürüdə  istiqamətlənmək,  digər  cinsin  fərdlərini  cəlb  etmək 
vəzifəsi  daşıyır  və  bu  xüsusən  bulanlıq  sularda  və  dərində  qaranlıq  şəraitində  yaşayan  orqanizmlərdə  yaxşı 
inkişaf etmişdir.  
Bütün  su  heyvanlarına  xas  olan  ən  qədim  üsul  mühitin  kimyəvi  xassəsini  qavramaqdır.  Bir  çox  balıqlar 
üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı əsasən iyə görə istiqamət götürür və çox dəqiqliklə 
kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar.  
Bəzi hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli 
asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem axtarmaq 
üçün  böyük  enerji  sərfi  tələb  olunmur  və  bəzi  molyusklar,  oturaq  dərisitikanlılar,  polixet,  plankton 
xərçəngciklər və b. üçün səciyyəvidir. 1 m
2
 sahədə yaşayan midilər (dəniz molyusku) manti boşluğundan sutka 
ərzində 150-280 m
3
 su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan dafnilər, taygözlər və okeanda 
ən  kütləvi  yayılan  xərçəngciyin  (Calanus  finmarchicus)  hər  bir  fərdi  gün  ərzində  1,5  litr  suyu  süzgəcindən 
keçirir.  Okeanın  litoral  zonası  xüsusilə  süzücü  orqanizmlərlə  zəngin  olub  effektli  təmizləyici  sistem  kimi 
fəaliyyət göstərir.  
Yer  üzərində  daşqınlar,  güclü  yağışlar,  qarın  əriməsi  və  b.  səbəblərdən  əmələ  gələn  çoxlu  müvəqqəti, 
dərin olmayan su hövzələri mövcuddur. Bu su hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif 
hidrobiontlar  məskunlaşır.  Bu  quruyan  hövzələrin  sakinlərinin  ümumi  xüsusiyyəti  qısa  müddət  ərzində  çoxlu 
nəsil  vermək  və  uzun  dövr  susuzluğa  dözməkdir.  Onlar  əlverişsiz  şəraitdən  (susuz)  çıxmaq  üçün  olduqca 
müxtəlif üsullardan istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır.  
 
2.4. Temperatur və rütubətliyin birgə təsiri.  
Temperatur  və  rütubətlik  ümumi,  qarşılıqlı,  birgə  qarşılıqlı  təsir  göstərərək  ən  mühüm  iqlim  faktorları 
hesab edilir və iqlimin «keyfiyyətini» təyin edir: il ərzində yüksək rütubətlik temperaturun mövsüm ərzindəki 
tərəddüdünü  yumşaldır  (zəiflədir),  bu  dəniz  iqlimi  sayılır.  Havanın  yüksək  quraqlığı  temperaturun  kəskin 
dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur.  


 
35 
Temperatur  və  rütubətlik  kəmiyyətcə  kifayət  qədər  etibarlı  qiymətləndirilir,  çünki  onlar  bütün  xarici 
limitləşdirici  faktorların  təyinedicisidir,  onların  təsirilə  heyvanat  və  bitki  aləmində  əksəriyyət  ekoloji  hadisələr 
asan korrelyasiya olunur.  
Temperatur və rütubətliyin, həmçinin əksər digər faktorların qarşılıqlı təsiri bu faktorların həm nisbi, həm 
də mütləq ölçülərindən asılıdır. Belə ki, rütubətlik kritik vəziyyətə yaxın olduqda, yəni çox yüksək və ya çox 
aşağı olduqda temperatur orqanizmə daha aydın limitləşdirici təsir göstərir. Əgər temperatur hüdud qiymətinə 
yaxın  olarsa,  elə  rütubətlik  də  yüksək  kritik  rol  oynayır.  Məsələn,  rütubətlik  aşağı  və  mülayim  vəziyyətdə 
olduqda  pambıq  taxılbiti  yüksək  temperatura  dözür.  Pambıqçılıq  rayonlarında  quru  isti  hava  şəraiti 
pambıqçılara  taxılbitinin  sayının  artmasına  siqnal  olub,  onlara  çiləyiciləri  hazırlamağa  xəbərdarlıq  edir.  İsti 
rütubətli hava taxılbitinin artması üçün az əlverişli olsa da, pambıq bitkisi üçün əlverişsizdir.  
Qeyd  edək  ki,  yarpağını  tökən  meşələr  zonasında,  xüsusən  onun  cənub  hissəsində  su  yayın  sonunda 
limitləşdirici  faktor  kimi  özünü  göstərir.  Yabanı  bitki  örtüyü  dövri  baş  verən  yay  quraqlığına  adaptasiya 
olunmuşdur, lakin bu zonada yetişdirilən kənd təsərrüfatı bitkiləri quraqlığa adaptasiya olunmayıb. Odur ki, bu 
zonada bəzi quraqlıq illərində süni suvarmanın aparılmasına tələbat vardır.  
 
2.5. Atmosfer qazları ekoloji faktor kimi 
Atmosfer mühiti az sıxlığa, cüzi dayaqlığa malikdir. Odur ki, orada yaşayan bütün orqanizmlər yer səthi ilə 
bağlıdır.  Lakin  hava  mühiti  orqanizmlərə  həm  fiziki,  həm  də  kimyəvi  təsir  göstərərək  onların  tənəffüs  və 
fotosintezini təmin edir.  
Fiziki faktorlara hava kütləsinin hərəkəti və atmosfer təzyiqi aiddir.  
Hava  kütləsinin  hərəkəti  konvektiv  təbiətin  passiv  qarışması  və  ya  atmosferin  tsiklon  fəaliyyətinin  külək 
şəklində  ola  bilər.  Passiv  qarışma  zamanı  spor,  tozcuq,  toxum,  mikroorqanizmlər  və  xırda  heyvanların 
yerləşməsi təmin olunur, bunun üçün xüsusi uyğunlaşma - anemoxorlar olur. Orqanizmin bu kütləsi birlikdə 
aeroplankton  adlanır.  Külək  isə  aeroplanktonu  xeyli  uzaq  məsafələrə  aparır,  bu  zaman  çirkli  maddələr  də 
yeni zonalara aparıla bilər.  
Külək çay axını kimi bitkiyə birbaşa, məsələn, onun böyüməsinə (Abşeronda xəzrinin təsiri ilə ağacların bir 
tərəfə əyilməsi), heyvanların aktivliyinə (məs. quşların) mənfi təsir göstərə bilər.  
Atmosfer  təzyiqi  orqanizmlərə,  xüsusən  onurğalılara  böyük  təsir  göstərir,  bunun  sayəsində  onlar  dəniz 
səviyyəsindən 6000 m-dən yuxarı ərazilərdə yaşaya bilmirlər.  
Biosferin  çox  hissəsində  su  buxarlarının  kəskin  dəyişməsi  nəzərə  alınmazsa,  atmosferin  tərkibi 
dəyişməzdir. Müasir atmosferdə karbon qazının (CO
2
) həcmə görə miqdarı (0,03%) və oksigeninki (21%) bir 
çox  ali  bitkilər  üçün  limitləşdirilmiş  faktor  hesab  olunur.  Məlum  olduğu  kimi  bir  sıra  bitkilərdə  fotosintezin 
intensivliyini yüksəkltmək üçün CO
2
-nin konsentrasiyasını qaldırırlar. Lakin Y.Odum (1975) Byerkmenin (1966) 
paxlalılar və s. bitkilər üzərindəki təcrübələrinin nəticələrinə istinad edərək yazır ki, havada oksigenin miqdarını 
5%-ə qədər azaltmaqla fotosintez prosesini 50% yüksəltmək olar. Görünür O
2
-nin konsentrasiyasını artırdıqda 
fotosintezin yüksək dərəcədə bərpa olunan aralıq məhsulu ilə molekulyar oksigen arasında gedən reaksiya əks 
istiqamətdə  gedir;  O
2
-nin  fotosintezə  inqibisiya  (sıxışdırıcı,  əzici)  təsiri  də  bununla  aydınlaşdırılır.  Y.Odum 
(1975) qeyd edir ki, tropik rayonlarda becərilən taxıl bitkiləri, o cümlədən qarğıdalı, həmçinin şəkər qamışında 
oksigenin fotosintez prosesinə belə təsiri qeydə alınmamışdır, ola bilsin ki, bu bitkilər karbon iki oksidi başqa 
yolla fiksasiya edirlər. Müəllif onu da ehtimal edir ki, enliyarpaqlı bitkilər peyda olan və inkişaf edən dövrdə 
CO
2
-nin atmosferdə konsentrasiyası indikindən yüksək, O
2
-ninki isə aşağı olmuşdur.  
Torpaqda və onun altındakı süxurlarda, qrunt suyuna kimi (aerasiya zonasında) karbon qazının miqdarı 
10%  qalxır,  oksigen  isə  aeroboredusentlər  üçün  limitləşdirici  faktora  çevrilir,  bu  isə  ölmüş  üzvi  maddələrin 
parçalanmasını yavaşıdır.  
Qeyd  edildiyi  kimi,  suda  oksigenin  miqdarı  atmosferə  nisbətən  20  dəfə  azdır  və  burada  o,  limitləşdirici 
faktor  hesab  olunur,  onun  mənbələri  atmosfer  havasından  diffuziya  olunması  və  su  bitkilərinin  (yosunların) 
fotosintezi sayılır. Oksigenin həll olmasına temperaturun aşağı olması, külək və su dalğaları səbəb olur. Suda 
CO
2
-nin  limitləşdirici  təsiri aydın  təzahür  olunmur.  Lakin  məlum olduğu  kimi  onun  miqdarının  yüksək  olması 
balıq və digər heyvanların ölümünə səbəb olur.  
CO
2
 suda həll olduqda zəif karbonat turşusu (H
2
CO
3
) alınır, ondan isə asan karbonatlar və bikarbonatlar 
əmələ gəlir. Karbonatlar – balıqqulağı və sümük toxumalarının qurulması üçün qida maddələrinin mənbəyi və 
su  mühitinin  turşuluq  (hidrogen)  göstəricisini  (pH)  neytral  səviyyədə  saxlamaq  üçün  yaxşı  bufer  sayılır.  Bu 
göstəricinin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  hidrobiontlar  üçün  pH  üzrə  tolerantlıq  intervalı  olduqca  dar 
(məhdud) olub onun optimumdan bir az kənara çıxması orqanizmin məhvinə səbəb olur.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə