QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

 
38 
Torpaq məhlulunun tərkibi və konsentrasiyası torpağın reaksiyasını müəyyən edir (pH). Bitki və torpaq 
heyvanları üçün neytral reaksiya (pH=7) daha əlverişli sayılır.  
Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar üçün istifadə edə bilmə dərəcəsini 
müəyyən edir. Molekulyar qüvvə ilə torpaq hissəciklərinin bir-birilə birləşməsi torpağın strukturunu yaradır. 
Onların arasındakı boşluqlar məsamə adlanır. Torpağın ümumi həcminə görə onda olan bütün məsamələrin 
həcmlərinin cəminin faizlə ifadəsi torpağın məsaməliyi adlanır.  
Torpağın quruluşu. Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru gedərək, intensivliyi getdikcə 
azalır.  Mülayim  zonada  bu  proses  1,5-2,0  m  dərinlikdə  sönür.  Torpağın  şaquli  kəsiyində  torpaqəmələgəlmə 
prosesinin xarakteri də dəyişir.  
Torpaqəmələgəlmə  prosesində  ayrılan  və  torpaq  səthinə  müəyyən  dərəcədə  paralel  yerləşən,  nisbətən 
oxşar qatlara torpağın genetik horizontları deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna, 
quruluşuna,  tərkibinə  və  digər  əlamətlərinə  görə  seçilir.  Torpağın  genetik  horizontlarının  birliyi  torpaq 
profilini əmələ gətirir. Profildə əsas üç horizont ayrılır: 1) üst çürüntü-akkumlyativ və ya humus horizontu 
(A),  bu  horizontda  üzvi  maddələr  toplanır  və  dəyişir,  birləşmələrin  bir  hissəsi  su  ilə  yuyularaq  aşağı  qatlara 
aparılır; 2) yuyulma  –  illuvial  qat,  burada  yuxarıdan  yuyulan  maddə  çökərək  mineral  formalara  çevrilir, 
karbonatlar, gips, gilli minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir.  
Torpağın  mühüm  ekoloji  faktorları.  Qeyd  edildiyi  kimi  bu  faktorlar  fiziki  və  kimyəvi  faktorlara 
bölünür. Fiziki faktorlara torpağın nəmliyi, temperaturu, strukturu və məsaməliyi daxildir.  
Torpağın  nəmliyi,  daha  doğrusu  bitkilər  üçün  istifadə  olunan  nəmlik  bitkinin  kök  sisteminin  sorucu 
gücündən və suyun fiziki vəziyyətindən asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez 
sızaraq,  sonra  isə  xırda  məsamələrdən  tədricən  sızaraq  torpağın  dərin  qatlarına  gedir;  bağlı  və  kapilyar 
rütubətlik torpaqda uzun müddət qalır.  
Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama qabiliyyətindən asılıdır. Torpaq nə qədər gilli 
və  quru  olarsa,  susaxlama  qabiliyyətinin  gücü  yüksək  olur.  Torpağın  nəmliyi  çox  aşağı  olub,  yalnız  istifadə 
oluna  bilməyən  möhkəm  bağlı  su  qaldıqda  bitki  quruyur,  hiqrofil  heyvanlar  (yağış  soğulcanı  və  b.)  aşağı 
rütubətli qatlara keçərək yağış düşənə qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın 
quru həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir.  
Torpağın  temperaturu  xarici  mühitin  temperaturundan  asılıdır,  lakin  aşağı  temperatur  keçirməsi 
sayəsində  temperatur  rejimi  xeyli  stabildir, 0,3 m  dərinliyində  temperaturun  dəyişmə  amplitudu  2
0
-dən 
aşağıdır, bu hal torpaq heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın aşağı 
qatlarına keçməyə ehtiyac olmur.  
Temperaturun  sutkalıq  dəyişməsi  yalnız  1  m  dərinliyə  qədər  hiss  olunur.  Yayda  torpağın  temperaturu 
havanın temperaturundan aşağı, qışda isə yuxarı olur.  
Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını təmin edir. Torpaq soğulcanları 
gilli, gillicəli və qumluca torpaqlarda aktiv hərəkət edərək onun məsaməliyini artırır. Sıx torpaqlarda aerasiya 
çətinləşir  və  oksigen  limitləşdirici  faktor  ola  bilər,  lakin  torpaq  orqanizmlərinin  çoxu  sıx  gilli  torpaqlarda  da 
yaşaya bilir.  
Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də yaşayış mühiti sayılır.  
Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu sayılır. Mühitin reaksiyası bir çox 
heyvan və bitkilər üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində neytral və qələvi, rütubətli 
rayonlarda  isə  turş  torpaqlar  üstünlük  təşkil  edir.  Taxılların  çoxu  neytral  və  zəif  qələvi  torpaqlarda  (məs. 
qaratorpaq) yaxşı məhsul verir.  
Duzlu  torpaqlarda suda  həll  olan  duzların  (xloridlər,  sulfatlar,  karbonatlar)  miqdarı  izafi  həddə  çatır.  Bu 
torpaqlar çox vaxt qrunt sularının torpaq horizontuna qədər qalxması ilə əlaqədar təkrar şorlaşma nəticəsində 
əmələ gəlmişlər. Duzlu torpaqların şoran və şorakət tipləri mövcuddur. Şorakət torpaqlarda natrium-karbonat 
üstünlük təşkil edir, bu torpaqların reaksiyası (pH) 8-9-a çatır.  
Duzlu torpaqların özünəməxsus flora və faunası var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə 
davamlıdır,  lakin  müxtəlif  bitki  növləri  müxtəlif  cür  uyğunlaşmışdır.  Duzadavamlı  bitkilər  halofitlər  adlanır. 
Duzlaq  coğanı  adlanan  halofit  növü  20%-dən  artıq  torpağın  duzluluğuna  dözür.  Bununla  belə  torpaq 
soğulcanları torpağın zəif duzluluğuna uzun müddət davam gətirə bilmir.  
   
Torpağın canlı sakinləri (orqanizmləri)    
Torpağın  müxtəlifliyi  onun  müxtəlif  ölçülü  orqanizmlər  üçün  müxtəlif  mühit  yaratmağa  imkan  verir. 
Mikroorqanizmlər  üçün  torpaq  hissəciklərinin  səthinin  cəmi  xüsusi  əhəmiyyət  kəsb  edir,  belə  ki,  onların 


 
39 
üzərində  mikrobların  əksər  hissəcikləri  adsorbsiya  olunur.  Torpaq  mühitinin  mürəkkəbliyi  çox  müxtəlif 
fəaliyyətli  qruplaşmaların  –  aerobların  və  anaerobların,  üzvi  və  mineral  birləşmələrdən  istifadə  edənlərin 
məskunlaşması üçün müxtəlif cür şərait yaradır. Mikroorqanizmlərin yayılması üçün torpaqda kiçik mənbələr 
(yuvacıqlar) xarakterikdir, belə ki, hətta bir neçə millimetr məsafədə müxtəlif ekoloji zonalar bir-birini əvəz edə 
(dəyişə) bilər.  
Mikrofauna  (ibtidailər,  rotatorilər,  ərincəklər,  nematodlar  və  b.)  adlanan  qruplaşmada  birləşən  kiçik 
torpaq  heyvanları  üçün  torpaq  mikro  su  hövzəsi  hesab  olunur.  Əslində  onlar  su  orqanizmləridir.  Onlar 
qravitasiya  və  kapilyar  su  ilə  dolmuş  torpaq  məsamələrində  yaşayırlar,  həyatlarının  bir  hissəsini  isə 
mikroorqanizmlər  kimi  pərdə  suyunun  hissəcikləri  səthində  adsorbsiya  olunmuş  vəziyyətdə  keçirə  bilir.  Bu 
növlərin çoxu su hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla 
yanaşı,  əlverişsiz  dövrlərin  sonunu  gözləyərək  uzun  müddət  sistalaşmış  vəziyyətdə  qalmaq  qabiliyyətinə 
malikdirlər. Halbuki, şirin su amyoblarının ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 
10-15 mkm olur. Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə 
olur və bədənlərinin formalarını kəskin dəyişə bilirlər.  
Hava  ilə  tənəffüs  edən  bir  qədər  iri  heyvanlar  üçün  torpaq  kiçik  mağara  sistemi  sayılır.  Belə  heyvanlar 
mezofauna  adlanan  qrupda  birləşir.  Torpaq  mezofaunasının  nümayəndələrinin  ölçüləri  millimetrin  onda  bir 
hissəsindən 2-3 mm-ə qədər olur.  Bu qrupa əsasən buğumayaqlılar,  gənələrin bir sıra qrupları,  ilk qanadsız 
həşəratlar,  qanadlı  həşəratların  xırda  növləri  və  s.  daxildir.  Onların  xüsusi  qazımağa  (eşməyə)  uyğunlaşma 
üzvləri  yoxdur.  Onlar  torpaq  boşluqlarının  divarları  ilə  sonluqlarının  köməyi  ilə  və  ya  qurdşəkilli  qıvrılaraq 
sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara örtükləri ilə tənəffüs etməyə imkan yaradır. Bir çox 
növlərin  traxeya  sistemi  yoxdur.  Belə  heyvanlar  qurumağa  qarşı  çox  həssasdırlar.  Havanın  rütubətliyinin 
dəyişməsindən qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları 
ilə  hərəkət  etmək  dərinliyə  doğru  miqrasiyanı  məsamələrin  diametrlərinin  kiçilməsi  məhdudlaşdırır,  odur  ki, 
torpaq  boşluqları  ilə  yalnız  ən  kiçik  növlər  üçün  mümkün  olur.  Mezofaunanın  bir  qədər  iri  nümayəndələri 
torpaq havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: bunlardan bədəndə 
qoruyucu pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv sistemli epikutikula 
ilə başdan-başa qalındivarlı zirehi göstərmək olar.  
Torpaq  su  ilə  basıldıqda  mezefaunanın  nümayəndələri  həyatını  havanın  qovuqcuqlarında  keçirir.  Hava 
heyvanların  tüklə  və  pulcuqlarla  örtülü  sukeçirməyən  bədənlərinin  ətrafında  yığılaraq  saxlanılır.  Havanın 
qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür.  
Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər, 
belə ki, növlərin əksəriyyəti donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir.  
Bədənlərinin  ölçüləri  2...20  mm  olan  torpaq  heyvanları  makrofaunanın  nümayəndələri  sayılır.  Bura 
həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit 
olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini 
aralayaraq onun təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər 
iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır.  
Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər üçün xasdır, 
əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə təzyiq 
göstərmək  hesabına  torpaq  hissəciklərini  aralayaraq  hərəkət  edənlərdən  torpaq  soğulcanları,  uzunayaqlılara 
aid  milçəyin  sürfələrini  və  b.  göstərmək  olar.  Bir  çox  növlər  torpaqda  ekoloji  cəhətdən  sərfəli  hərəkət  tipi 
uyğunlaşması  (qazıma  və  arxasınca  yolu  bağlama)  inkişaf  etmişdir.  Qazıma  torpağı  yumşaltmaq  və 
hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində 
qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.  
Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə 
yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə 
(məs.  torpaq  soğulcanı,  enxitreid)  tənəffüs  edir.  Torpaqeşən  (yereşən)  heyvanlar  əlverişsiz  vəziyyət  baş 
verdikdə qatlardan çıxırlar. Quraqlıq vaxtı və qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on 
santimetrdə konsentrasiya olunur.  
Torpağın  meqafaunası  –  əsasən  məməlilərdən  ibarət  olub  iri  yereşənlərdir.  Bir  sıra  növlər  bütün 
həyatını  torpaqda  keçirir  (Avrasiyada  –  korsiçan,  sokor,  köstəbək;  Afrikada  –  qızılköstəbək;  Avstraliyada  – 
kisəli köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik 
xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı 
kompakt,  dalğalı  bədənə,  qısa  sıx  xəz  dəriyə,  möhkəm  dırnaqlı  güclü  qazıcı  sonluğa  malikdirlər.  Torpağın 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə