QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə2/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   ...   94

 

 
 
Şəkil 1. Ekologiya elmlərinin strukturu 
 
«Ekologiya»  termini  canlı  orqanizmlər  arasında  və  onların  olduğu  mühitlə  qarşılıqlı  əlaqəni  öyrənən 
biologiyanın bir bölməsi kimi ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür. 
Qeyd  etmək  lazımdır  ki,  tipik  elmi  fənn  kimi  ekologiya  XX  əsrin  əvvəlində  formalaşmışdır,  geniş  elmi 
istimaqət kimi isə bu elm sahəsi yalnız 1960-cı illərin ortalarında qiymətləndirildi. Bu dövrdə ilk dəfə insanın Yer 
üzərindəki fəaliyyətinin nəticələri nəzəri cəlb etdi və bu nəticələrin çox hallarda müsbət olmadığı aşkar olundu, 
«ekologiya»  sözü  dedikdə  ətraf  mühitin  vəziyyətini  səciyyələndirən  geniş  məlumatlar  və  onun  insanın 
sağlamlığına  təsiri  başa  düşüldü.  Tədris  və  elm  sahələrində  insan  fəaliyyətinin  ekolojiləşdirməkdə  müəyyən 
ekoloji elmlər sisitemi yarandı. 
Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında ekologiya elminə təbii mühit və onun 
insanla - insan cəmiyyəti ilə qarşılıqlı təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını birləşdirən-sintez 
edən kompleks elmi istiqamət kimi baxmalıdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana 
gələrək sürətlə inkişaf etməyə başladı. (şəkil 1,2.)  
«Ekologiya,  ətraf  mühit  və  insan»  kitabına  aşağıdakı  mövzular  daxil  edilmişdir:  Dünyada,  o  cümlədən 
Azərbaycanda  ekologiya  elminin  inkişaf  tarixi;  həyat  mühiti  və  ekoloji  faktorlar;  müxtəlif  səviyyələrdə 
(populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, onların 
davamlığı,  məhsuldarlığı,  enerjisi  və  digər  xassələrini  göstərən  faktorlar,  insan  ekologiyası;  insan  tərəfindən 
təbii  ekosistemlərin  fəaliyyət  prinsiplərinin  pozulması  və  onun  ekoloji  nəticələri;  ətraf  mühitin  (atmosfer, 
hidrosfer,  litosfer,  o  cümlədən  torpaq)  əsas  çirkləndiricilərinin  ətraflı  xarakteristikası  və  onların  insanın 
sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii və sosial-iqtisadi nəticələri, 
istilik  (parnik)  effekti,  ozon  təbəqəsini  dağıdan  səbəblər,  turş  yağışlar,  avtomobil  nəqliyyatının  tullantılarının 
ətraf mühitə və insanın sağlamlığına təsiri; litosferə, o cümlədən torpağa antropogen təsir: torpaq eroziyası, 
nitrat  və  nitritlərin  insan  sağlamlığına  təsiri,  səhralaşma;  bitki  örtüyünə  antropogen  təsirin  nəticələri,  təbii 
otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyası səbəbləri, dərman bitkilərindən istifadə; təbiətin 
müxtəlif istiqamətlərdə dəyişdirilməsi (əkinçilik, meşədən istifadə, süni su anbarlarının yaradılması, suvarma, 


 

bataqlıqların qurudulması, heyvandarlığın intensivləşdirilməsi, tikinti işləri) və insan sağlamlığı; biosferə xüsusi 
təsir  növləri  (səs  və  elektromaqnit  çirklənməsi)  və  onların  insan  sağlamlığına  təsiri;  biosferə  ekstremal 
təsirlərin (kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen ekoloji qəzalar) ətraf mühitdə nəticələri; 
təbii  fəlakətlərin  (fırtına.  zəlzələ,  daşqın,  tropik  tsiklonlar,  sel  və  sürüşmə  hadisələri,  quraqlıq,  vulkanlar, 
kosmik fəlakətlər və b.) nəticələri; ətraf mühitin sosial faktorları (siqaret çəkmə, nakromaniya və alkoqolizm) 
və onların insanın sağlamlığına təsiri.  
 
 
Şəkil 2. Ekoloji-təbiət elmlərinin (fənlərinin) sxemi 
 
«Ekologiya  ətraf  mühit  və  insan»  kitabının  tərkibində  göstərilən  mövzular  üzrə  MDB  dövlətlərində  və 
xaricdə  nəşr  edilmiş  ədəbiyyatlardan,  həmçinin  müəlliflərin  şəxsi  tədqiqatlarının  materiallarından  istifadə 
olunmuşdur. 
Hazırda  respublikamızda  ekoloji  mühitin  pozulması,  meşələrin,  otlaqların,  kənd  təsərrüfatına  yararlı 
torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, şəhərlərdə atmosfer havasının, Kür, Araz və 
digər çayların, Xəzərin, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması 
və ya azalması «Ekologiya» kitabına ehtiyac olduğunu sübut edir.  
 «Ekologiya,  ətraf  mühit  və  insan»  kitabı  ekoloqlar,  bioloqlar,  coğrafiyaşünaslar,  torpaqşünaslar, 
meşəçilər,  geobotaniklər,  kənd  təsərrüfatı,  həmçinin  təbii  ehtiyatlardan  istifadə  problemləri  və  onların 
mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.  
Geniş oxucu kütləsinin «Ekologiya, ətraf mühit və insan» kitabına verəcəkləri məsləhətlər və ya iradlara 
görə müəlliflər qabaqcadan öz təşəkkürünü bildirir.             


 

 
I FƏSİL 
 
EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ 
 
Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən 
–  onu  əhatə  edən  üzvi  və  qeyri-üzvi  mühitdən  asılı  olması,  heyvan  və  bitkilərin  yayılması  xarakteri  haqqında 
məlumatlara  hələ  eramızdan  əvvəlki  dövrlərdə  rast  gəlinir.  Hələ  Aristotel  (e.ə. 384-322), Böyük  Pliney  (23-79 
e.ə),  R.Boykonun  (1627-1691)  əsərlərində  yaşayış  mühitinin  orqanizmlərin  həyatında  əhəmiyyəti  və  onların 
müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.  
Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların 
davranışları  haqqında  (məs.  balıqların  miqrasiyası  və  qış  yuxusu,  quşların  köçməsi,  heyvanların  qurucu 
fəaliyyətindən,  qu  quşunun  parazitizmindən,  mürəkkəbböcəyinin  özünü  mühafizə  üsulundan)  yazmışdır. 
Aristotelin şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371-280 e.ə) müxtəlif şəraitlərdə bitkilərin 
xüsusiyyətləri, onların forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir.  
İntibah  epoxasında,  yeni  ölkələrin  müstəmləkəçiliyi  dövründə  böyük  coğrafi  kəşflər  və  sistematikanın 
inkişafı  başladı.  Bitki  və  heyvanların  təsviri,  onların  xarici  və  daxili  quruluşu,  forma  müxtəlifliyi  ilk  inkişaf 
mərhələsində  bioloji  elmin  başlıca  məzmunu  idi.  İlk  sistematiklərdən  A.Sezalpin  (1519-1603),  D.Rey  (1623-
1705),  J.Turnefor  (1656-1708)  və  başqaları  bitkilərin  bitmə  və  ya  becərmə  şəraitindən  asılı  olmasını 
göstərmişlər.  
Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.  
Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu 
mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, 
ilk  elmi  yekunlar  hazırlanmışdır.  XVII-XVIII  əsrlərdə  ekoloji  məlumatlar  ayrı-ayrı  canlı  orqanizmlərə  həsr 
olunur,  onların  bioloji  təsvirləri  yerinə  yetirilir.  Məs.  A.Reomyurun  əsərləri  həşəratlara  (1734),  L.Tramblenin 
əsərləri  isə  hidra  və  mşankalara  (1744)  həsr  olunur.  Ekoloji  yanaşmanın  elementlərinə  rus  alimlərinin  – 
İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, 
alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə səyahətlər edildi. 
S.P.Kraşennikov,  İ.İ.Lepexin,  P.S.Pallas  və  başqa  rus  cooğrafları  və  təbiətşünasları  iqlim,  bitki  örtüyü  və 
heyvanat  aləminin  Rusiyanın  geniş  ərazisinin  müxtəlif  yerlərində  qarşılıqlı  əlaqəli  dəyişməsini  göstərmişlər. 
P.S.Pallas  özünün  çox  mühüm  «Zoocoğrafiya»  əsərində  151  məməli  və  425  quş  növünün  həyat  tərzini, 
həmçinin miqrasiya, qış (yay) yuxusu, qohum növlərin qarşılıqlı əlaqələri və s. bioloji hadisələrin təsvirini verir.  
Fransız  təbiətşünası  Y.Byuffona  (1707-1788)  görə  bir  növün  başqasına  çevrilməsinin  əsas  səbəbləri 
«İqlimin  temperaturu,  qidanın  keyfiyyəti  və  əhlilləşdirmənin  təsiridir».  İlk  evolyusiya  təliminin  müəllifi  Lan-
Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişgənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən 
mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir.  
Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin 
neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.  
Ekoloji  təfəkkürün  sonrakı  inkişafı  XIX  əsrin  əvvəlində  biocoğrafiyanın  peyda  olmasına  səbəb  oldu. 
Aleksandr Qumboldtun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Qumboldt elmə 
belə  təsəvvür  irəli  sürdü  ki,  landşaftın  «fizionomiyasını»  bitki  örtüyünün  xarici  görkəmi  müəyyənləşdirir.  O, 
qeyd  edir  ki,  zonal  və  şaquli  qurşaqlıq  coğarfi  şəraitində  bitkilərin  müxtəlif  taksonomik  qruplarında  bənzər 
«Fizionomik» formalar, yəni eyni xarici görünüş yaranır; bu formaların paylanması və nisbəti ilə fiziki-coğrafi 
mühitin  spesifikası  haqda  mühakimə  yürüdülür.  Bu  dövrdə  iqlim  faktorlarının  heyvanların  yayılmasına  və 
biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana gəldi. Alman zooloqu Q.Qloqerin (1833) iqlimin 
təsiri ilə quşların dəyişməsi, Danimarkalı T.Faberin (1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K.Berqmanın 
(1848)  istiqanlı  heyvanların  ölçülərinin  dəyişməsinin  coğrafi  qanunauyğunluğu  əsərləri  buna  misal  ola  bilər. 
A.Dekandol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühitin ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq, 
torpaq tipi, yamacın cəhəti) bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji 
plastikliyinə diqqət yetirmişdir.  
1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və onun əsasında özünün demoqrafik 
konsepsiyasını qurdu. L.B.Lamark «Hidrogeologiya» əsərində biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız 
həkimi  V.Edvardsın  (1824) «Fiziki  faktorların  həyata  təsiri»  kitabı  ekoloji  və  müqayisəli  fiziologiyanın 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə