QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

 
42 
III FƏSİL 
POPULYASİYALAR 
 
Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə 
şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün  fərdlər qrupudur. Populyasiya  növün quruluş 
vahidi,  təkamül  vahidi  və  yaşama  forması  sayılır.  Başqa  sözlə  populyasiya  bir  növün  müəyyən  yaşama  yeri 
olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud po-
pulyasiya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir. 
«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat. popu-
lus). 
Populyasiya  qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən 
daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 
1)
 
Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə ifadə 
olunur. 
Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı) müxtəlifdir, lakin müəyyən həddən aşağı 
ola  bilməz.  Fərdlərin  sayı  müəyyən  həddən  az  olarsa  populyasiyanı  məhv  edər.  Əgər  populyasiya  məhdud 
ərazi daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq mümkündür, məs. Şirvan qoruğunda olan 
ceyranların sayı. 
Populyasiyanın sayı mövsüm və illər üzrə  kəsgin dəyişə bilər. Məs. Lemminqlərin (xırda gəmiricilər), adi çə-
yirtgə, xəstəliktörədən bakteriyalar, bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü bitki 
və heyvan populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan həşəratların və birillik bitkilərin populyasi-
yalarının sayı yüz min və milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan populyasiyalar təsadüfi sə-
bəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər məhv olub gedər. 
Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri mümkün olarsa, onda populyasiyanın sıxlığını 
müəyyənləşdirib onun tutduğu sahəyə vurmaqla sayını tapmaq olar. 
Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın 
ən çox optimal (əlverişli) sayına onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında qomectatik im-
kanlar müxtəlif olur. 
2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən miqdarıdır; yəni sahə və ya 
həcm vahidinə düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. populyasiya öz sıxlığını tənzimləməklə növün 
nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını nizamlamaq üçün mütəlif kompleks süni tədbirlər də həyata 
keçirilir. Məs. ilin çox çətin dövrlərində heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə köçü-
rülür,  brakonyerlərlə mübarizə tətbiq edilir.  Meşədə ağaclar çox sıx olduqda cavan və yetişgənlik yaşlarında 
«işıqlandırma», «seyrəltmə» və «keçid» qırıntıları tətbiq olunur. 
Populyasiyalar müəyyən quruluşa malik olub özlərini müxtəlif yaş, cins, ölçü miqdarında və genetik cəhət-
dən göstərir. 
 
3.1. Növün populyasya strukturu  
Hər  növ  müəyyən  ərazini  (areal)  tutaraq  orada  populyasiya  sistemini  yaradır.  Ərazi  nə  qədər  çox 
parçalanmış olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün 
populyasiya  strukturunu  onun  bioloji  ayrılması  –  onu  təşkil  edən  fərdlərin  hərəkətliyi  və  əraziyə  bağlılıq 
dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir.  
 
3.2. Populyasiyanın ayrılması dərəcəsi  
Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri populyasiyalara malik olur. 
Böyük  miqrasiya  qabiliyyəti  ilə  fərqlənən  növlərdə  şimal  maralını  və  şimal  tülküsünü  misal  göstərmək  olar. 
Nişanlamanın  (damğalama)  nəticələri  göstərmişdir  ki,  şimal  tülküsü  mövsüm  ərzində  çoxaldığı  (nəsil  verdiyi) 
yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək 
zamanı  yüz  kilometrə  qədər  məsafəni  qət  edir.  Belə  növlərin  populyasiyalarının  sərhədləri  adətən  iri  coğrafi 
maneələrdən – enli çaylardan, boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən 
böyük  olmayan  arealda  yalnız  bir  populyasiyadan  ibarət  olmayan  arealda  yalnız  bir  populyasiyadan  ibarət  ola 
bilər, məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.  
Zəif  inkişaf  etmək  qabiliyyəti  olduqda  növ  daxilində  landşaftın  mozaikliyini  əks  etdirən  bir  çox  kiçik 
populyasiyalar  formalaşır.  Bitkilərdə  və  azhərəkətli  heyvanlarda  populyasiyanın  sayı  mühitin  müxtəlifliyindən 


 
43 
birbaşa  asılı  olur.  Dağlıq  rayonlarında  belə  növlərin  ərazi  differensasiyası  düzən  əraziyə  nisbətən  daha 
mürəkkəb olur.  
Növün  qonşu  populyasiyalarının  ayrılma  dərəcəsi  olduqca  müxtəlif  olur.  Bəzi  hallarda  onlar  ərazicə  bir-
birindən  kəskin  ayrılır.  Xanı  və  tinqa  balıqlarının  bir-birindən  ayrı  yerləşən  göllərdə  populyasiyaları  və  yaxud 
ağbığlı silviya quşunun və Hindistan qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və 
çay vadilərindəki populyasiyalarını buna misal göstərmək olar.  
Geniş  ərazilərdə  növün  başdan-başa  məskunlaşması  bunun  əks  variantıdır.  Belə  yayılma  xarakteri, 
məsələn,  quru  bozqırlarda  və  yarımsəhralardakı  kiçik  sünbülqırana  xasdır.  Bu  landşaftlarda  onların  sıxlıq 
dərəcəsi hər yerdə yüksəkdir.  
Populyasiyalar  arasında  əlaqə  növün  vahid  bütövlüyünü  saxlayır.  Populyasiyaların  bir-birindən  uzun 
müddət ayrı düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur.  
Ayrı-ayrı  populyasiyalar  arasındakı  fərqlər  müxtəlif  dərəcədə  təzahür  olunur.  Onlar  yalnız  onların  qrup 
xarakterinə deyil, həm də fizioloji, morfoloji keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışına toxuna 
bilər.  Bu  fərq  əsasən  təbii  seçmənin  təsirilə  yaranaraq  hər  bir  populyasiyaya  konkret  şəraitdə  yaşamağa 
uyğunlaşmağa  imkan  verir.  Məsələn,  ağ  dovşan  arealının  müxtəlif  hissələrində  müxtəlif  rəngdə,  müxtəlif 
ölçüdə, müxtəlif həzm sisteminə malik olur.  
 
3.3. Populyasiyanın təsnifatı  
Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq və təsnifatını vermək üçün ekoloqlar müxtəlif 
prinsiplərə əsaslanır. N.P.Naumova (1967) görə növün ən böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi 
irqlər hesab olunur. Yarımnöv sistemi və onun tutduğu ərazinin böyüklüyü növün bioloji xüsusiyyətlərindən 
asılıdır. Yarımnövün arealları hərəkətedən formalarda olduqca böyük ola bilər. Onların daxilində eyni coğrafi 
şəraitə malik olan ərazilərdəki iqlimə, relyef və landşafta uyğunlaşan coğrafi populyasiyalar ayrılır. Onlar da öz 
növbəsində mühitin müxtəlif sahələrində məskunlaşan daha kiçik populyasiyalardan ibarət olur. N.P.Naumova 
(1963) görə coğrafi populyasiya bir növün (və ya yarımnövün) eyni şəraitə malik olan ərazilərdə məskunlaşan, 
ümumi  morfoloji  tip  və  həyat  hadisələrinin  vahid  ritmi  və  orqanizmlərin  dinamikası  ilə  seçilən  fərdlərin 
məcmusudur.  Coğrafi  miqyasda  belə  qruplaşmalar  fərdlərin  bu  və  ya  digər  rayonda  yarımnöv  arealı 
hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində əmələ gəlir. Bioloji coğrafi populyasiyalar 
məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə həm də aparıcı qida tipi, fərdlərin hərəkətlik dərəcəsi, oturaq və ya 
miqrasiya  həyat  tərzinə  görə  fərqlənə  bilər.  Bir  coğrafi  populyasiyanın  fərdlərini  birləşdirən  xarakterik  cəhət 
onların  həyat  ritminin  birliyidir.  Aşağı  dərəcə  (ranq)  populyasiyalar  üçün  müxtəlif  adlar  işlənir.  Bunlardan 
ekoloji  biotopik,  yerli,  lokal,  elementar  və  b.  populyasiyaları  göstərmək  olar.  Belə  populyasiyalar 
müvəqqəti  və  qeyri-stabil  ola  bilər.  Populyasiyanın  ranqı  (dərəcəsi)  nə  qədər  aşağı  olarsa,  populyasiyalarla 
əlaqə  də  bir  o  qədər  sıx,  fərdlər  arasında  mübadilə  dərəcəsi  böyük,  fərqləndirici  xüsusiyyətlər  isə  az  olar. 
Yarımnöv ranqının qruplaşmaları arasında fərq daha güclüdür, bu fərqlər ayrı-ayrı fərdlərin yalnız fizioloji və 
davranış tərzi, həm də onlarda morfoloji tərzlərdə nəslən möhkəmlənmişdir. Populyasiyların müxtəlif ranqları 
(dərəcələr) arasındakı əlaqələr növün vəhdətini və onun irsi fondunun zənginləşməsini təmin edir.  
Akademik  S.S.Şvars  təbii  populyasiyaların  ayrılmasına  digər  –  tarixi-genetik  cəhətdən  yanaşır.  Bu 
baxımdan,  populyasiyaları  genetik  vahid  kimi  yalnız  cinsi  çoxalma  və  çarpaz  mayalanma  olan  növlər  üçün 
ayırmaq olar.  
Ölçüsünə  görə  karlik,  adətən  lokal  və  superpopulyasiyalar  ayırırlar.  Superpopulyasiyalar  başdan-
başa geniş əraziləri əhatə edərək çoxlu miqdarda fərdlərdən ibarət olur.  
Populyasiyaları,  həmçinin  məkanca  və  yaş  strukturuna,  daimi  yerində  olan  və  ya  məskunlaşdığı  yeri 
dəyişən və digər ekoloji dərəcələrə görə ayırmaq olar.  
Müxtəlif növlərin populyasiyalarının ərazi sərhədi bir-birinin üstünə düşmür. Geniş populyasiya sərhədinə 
malik olan növlər də mövcuddur. Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasının zəbt 
etdiyi  ərazi  müxtəlif  bitki  örtüyünü  (müxtəlif  cinslərdən  ibarət  meşələr,  tarlalar,  çəmənlər,  yarğanlar,  çay 
yatağı və s.) özündə cəmləşdirir.  
 
3.4. Populyasiyanın bioloji strukturu  
Populyasiyanın  strukturunun  əsas  göstəriciləri  –  orqanizmlərin  sayı,  məkanda  yayılması  və  keyfiyyətcə 
müxtəlif fərdlərin nisbəti sayılır.  
Hər bir orqanizmin fərdi əlamətləri onun irsi proqramından, genetik tipindən və bu proqramın ontogenezin 
inkişafında  necə  həyata  keçməsindən  asılıdır.  Hər  bir  fərd  müəyyən  ölçü,  cins,  morfologiyasının  fərqləndirici 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə