QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

 
44 
əlamətləri,  davranış  xüsusiyyətləri  və  dəyişən  mühitə  qarşı  uyğunlaşma  dərəcəsinə  malikdir.  Bu  əlamətlərin 
populyasiyada yayılması da onun strukturunu təyin edir.  
Populyasiyanın  strukturu  sabit  deyildir.  Orqanizmlərin  böyümə  və  inkişafı,  yenisinin  dağılması,  müxtəlif 
səbəblərdən  ölümü  (məhv  olma),  ətraf  mühitin  dəyişməsi,  düşmənlərinin  sayının  artma  və  ya  azalması  – 
bütün bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.  
 
Populyasiyanın cinsi strukturu  
Fərdlərin mühitə tələbatı və onun ayrı-ayrı faktorlara qarşı davamlığı qanunauyğun və əhəmiyyətli dərəcədə 
dəyişir. Ontogenezin müxtəlif mərhələlərində yaşayış yeri, qida tipi, yerdəyişmə xarakteri, orqanizmlərin ümumi 
aktivliyi  dəyişə  bilər.  Çox  vaxt  növ  daxilində  ekoloji  yaş  müxtəlifliyi  növlər  arasındakı  fərqdən  daha  yüksək 
dərəcədə təzahür edir.  
Populyasiyanın  yaş  fərqləri  onun  ekoloji  müxtəlifliyini  və  bununla  da  mühitə  müqavimətini  əhəmiyyətli 
dərəcədə  gücləndirir.  Şəraitin  normadan  artıq  güclü  kənara  çıxması  zamanı  populyasiyada  yaşamağa  qabil 
fərdlərin bir hissəsinin qalması və populyasiyanın mövcudluğunun davam etməsi ehtimalı çoxalır.  
Populyasiyanın  yaş  strukturu  uyğunlaşma  xarakterinə  malikdir.  O,  növün  bioloji  xassələrinə  əsaslanır, 
lakin həmişə ətraf mühit faktorlarının təsir gücünü əks etdirir.  
 
3.5. Bitkilərdə populyasiyanın yaş strukturu 
Bitki  senopopulyasiyası  müəyyən  fitosenoz  daxilində  onun  fenotik  vəziyyətindən  və  ekotopik  və  genetik 
xüsusiyyətlərindən  asılı  olmayaraq  növün  bütün  fərdlərini  birləşdirir.  Bitkilərdə  senopopulyasiyanın  yaş 
strukturu (yaxud konkret fitosenozun populyasiyasının) yaş qruplarının nisbətilə təyin olunur.  
Cücərtilər – toxumda olan ehtiyat maddələrindən və xüsusi assimlyasiyanın hesabına qarışıq qida alır. 
Bu kiçik bitkilər üçün rüşeym strukturun mövcudluğu səciyyəvidir: rüşeym kökün inkişafı başlayan ləpə və bir 
qayda olaraq yaşlı bitkilərdən fərqli olaraq sadə formalı böyük olmayan yarpaqlı biroxlu zoğdur.  
İlkin bitkilər – (yuvenil bitkilər) – sərbəst qidalanmağa keçir. Bu bitkidə daha ləpə yoxdur, çox vaxt 
təkoxluluğunu saxlayır, yarpaqlar başqa formada olub yaşlı bitkilərə nisbətən xırdadır.  
İmmatur bitkilər – yuvenil bitkidən yaşlı vegetativ bitkiyə keçid əlamətlərə malikdir. Bunlarda çox vaxt 
zoğun budaqlanması başlayaraq fotosintetik aparatın böyüməsinə şərait yaradır.  
Yaşlı vegetativ bitkilərdə yeraltı və yerüstü orqanların strukturunda növün həyati forması üçün tipik 
əlamətlər  meydana  gəlir  və  vegetativ  üzvün  quruluşu  əsasən  generativ  vəziyyətə  uyğun  gəlir,  lakin  hələ 
reproduktiv orqanlar yoxdur.  
Bitkinin  generativ  dövrə  keçməsi  təkcə  çiçək  və  meyvələrin  peyda  olması  ilə  deyil,  həm  də  orqanizmin 
dərin daxili biokimyəvi və fizioloji qurulması ilə təyin olunur.  
Cavan generativ bitkilər – çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur formalaşmasının yekunlaşması 
gedir. Bəzi illərdə çiçəkləmədə fasilə də ola bilər.  
Ortayaşlı generativ bitkilər – adətən ən yüksək böyümə həddinə çatır, hər il böyük artım və toxum 
məhsulu verir.  
Qoca  generativ  bitkilər  –  reproduktiv  funksiyası  kəskin  aşağı  düşür,  zoğvermə  və  köklərin  inkişafı 
prosesi  zəifləyir.  Məhvolma  prosesləri  yenidənyaranma  proseslərini  üstələyir,  dezinteqrasiya  güclənir.  Qoca 
vegetativ (subsenil) bitkilərdə toxumvermənin (meyvəvermə) dayanması, əzəmətliyi aşağı düşür, destruktiv 
proseslər güclənir, zoğ və kök sistemi arasındakı əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa 
bilər, immatur tipli yarpaqlar peyda olur.  
Senil bitkilər – son dərəcə zəif olması, ölçülərinin azalması, bərpa olunduqda az miqdarda zoğun olması 
ilə səciyyələnir, bəzən – yuvenil əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri və s.). 
Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə təkcə ayrı-ayrı canlı toxumalar 
qalır.  
Populyasiyanın  fərdlərinin  yaş  vəziyyətinə  görə  bölünməsi  onun  yaş  spektri  adlanır.  O,  müxtəlif  yaş 
səviyyələrinin nisbətini əks etdirir.  
Senopopulyasiya əgər bütün yaş qruplarından (və ya ona yaxın) ibarət olarsa, (konkret növlərin bəzi yaş 
vəziyyətləri,  məsələn,  immatur,  subsenil,  yuvenil  təzahür  etməyə  də  bilər)  ona  normal  senopopulyasiya 
deyilir.  Belə  populyasiya  asılı  olmayıb  toxum  və  vegetativ  yolla  özünü  saxlama  qabiliyyətinə  malikdir.  Belə 
populyasiyada bu və ya digər yaş qrupu üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca 
(yaşlı) normal senopopulyasiyalar ayrılır.  


 
45 
Senopopulyasiyanın  yaş  strukturu  əsasən  növün  bioloji  xüsusiyyətləri  ilə  toxumvermənin  - 
meyvəvermənin dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin qalma 
müddəti, fərdlərin bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) təyin olunur. 
Göstərilən bütün bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır.  
Bir  senopopulyasiyanın  fərdlərinin  inkişafı  və  bir  yaş  qrupundan  digərinə  keçmə  sürəti  müxtəlif 
intensivlikdə  ola  bilər.  Normal  inkişafla,  yəni  yaş  vəziyyətləri  biri  digərini  adi  ardıcıllıqla  əvəz  etməsi  ilə 
müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar sükutluq başlaya 
bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır növləri istixanada və ya 
əkinlərdə  yaxşı  aqrotexniki  fonda  becərildikdə  öz  ontogenezlərini  qısaldır,  məsələn,  çəmən  topalotu  və 
çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 ilə qədər və s. Digər bitkilər isə 
şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər.  
Quraqlıq  illərində  və  intensiv  otarma  zamanı  senopopulyasiyanın  ayrı-ayrı  yaş  vəziyyətləri  sıradan  çıxır, 
bəzi növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə 
fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.  
Yaş  spektri  yalnız  xarici  şəraitlə  deyil,  həm  də  növün  reaktivliyindən  və  davamlığından  asılı  olaraq 
tərəddüd  edir.  Otarmaya  qarşı  bitkilərdə  müxtəlif  maneələr  olur:  otarmada  bəzi  bitkilərdə  cavanlaşma  baş 
verir, belə ki, qocalma həddinə çatmamış məhv edilir (məs. yovşan), digərində isə bərpa aşağı düşdüyündən 
senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu).  
Bəzi  növlərdə  arealın  bütün  sahəsində  geniş  diapazon  şəraitində  normal  senopopulyasiyalar  yaş 
strukturunun əsas əlamətlərini saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı və s.). Belə yaş spektri 
əsasən növün bioloji xassələrindən asılı olub baza spektri adlanır.  
Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator növlərin senopopulyasiyalarına xasdır.  
Fərdlər  nə  qədər  böyük  olarsa,  onun  mühitə  və  qonşu  bitkilərə  təsiri  geniş  sferdə  olur.  Əgər 
senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil 
edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında davamlı vəziyyət tutacaqdır.  
Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun vəziyyətini və xarici mühitin dəyişən 
şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün mövqeyini təyin edir.  
 
3.6. Heyvanlarda populyasiyanın yaş strukturu 
Növün  çoxalma  xüsusiyyətlərindən  asılı  olaraq  populyasiyanın  üzvləri  bir  və  ya  müxtəlif  generasiyaya 
mənsub  ola  bilər.  Bir  generasiyada  olduqda  bütün  fərdlər  yaşa  görə  yaxın  olur  və  həyat  tsiklinin  növbəti 
mərhələləri təxminən eyni vaxtda keçir. Qeyri sürülü çəyirtkələrin çox növlərinin çoxalması yumurtalardan ilkin 
yaşlı sürfələr peyda olur. Sürfələrin nəsilverməsi mikroiqlim və digər şəraitlərin təsirindən bir qədər ləngiyir, lakin 
bütövlükdə  kifayət  qədər  birgə  keçir.  Bu  vaxt  populyasiya  yalnız  ayrı-ayrı  fərdlərin  bir  bərabərdə  inkişaf 
etməməsilə  əlaqədar  populyasiyada  eyni  vaxtda  yanaşı  yaşların  sürfələrinə  də  rast  gəlinə  bilər,  lakin  bütün 
populyasiya  tədricən  imaginal  vəziyyətə  keçir  və  yayın  sonunda  yalnız  yaşlı  yarımyetişmiş  formalardan  ibarət 
olur.  
Eyni vaxtda yaşayan müxtəlif generasiyalı növləri iki qrupa bölmək olar: həyatında bir dəfə və dəfələrlə 
artan.  
May böcəyinin dişiləri yazda yumurta qoyduqdan sonra tezliklə məhv olur. Sürfələr torpaqda inkişaf edir 
və dördüncü ilində puplaşır. Populyasiyada eyni vaxtda dörd generasiyanın nümayəndələri iştirak edir, onların 
hər biri özündən əvvəlkindən sonrakı ili peyda olur. İlbəil bir generasiya özünün həyat tsiklini başa vurur və 
yenisi gəlir. Belə populyasiyada yaş qrupları dəqiq fasilələrlə ayrılır.  
Təkrar çoxalan növlərin populyasiyalarının yaş strukturu daha da mürəkkəbdir. Bu zaman iki kənar vəziyyət 
mümkündür: 1) yaşlı vəziyyətdə həyat uzun sürmür  və 2) yaşlı fərdlər uzun yaşayaraq dəfələrlə çoxalır. Birinci 
halda hər il populyasiyanın böyük hissəsi əvəz olunur. Onun sayı sabit deyil və növbəti nəsilvermə üçün əlverişsiz 
olan ayrı-ayrı illərdə kəskin dəyişə bilər. Populyasiyanın yaş strukturu güclü dəyişə bilər.  
İkinci halda populyasiyanın müxtəlif nəsillərinin mövcud olduğu nisbətən davamlı (sabit) strukturu əmələ 
gəlir. Belə ki, Hindistan filləri 8-12 yaşında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər dörd ildə bir, nadir 
halda iki bala verir. Sürüdə adətən müxtəlif yaşlı fillər 80%, cavanlar isə 20% olur.  
Yüksək  nəsilvermə  qabiliyyəti  olan  növlərdə  yaş  qrupları  müxtəlif  ola  bilər,  lakin  populyasiyanın  ümumi 
strukturu həmişə kifayət qədər mürəkkəb qalır, bura müxtəlif nəsillərin nümayəndələri və onların müxtəlif yaşlı 
nəsilləri də daxil olur.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə