QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   ...   94

 

başlanğıcını qoydu, L.Libix (1840) isə məşhur «Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz 
əhəmiyyətini itirməmişdir.  
İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil 
sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və 
V.V. Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və 
anlayışlarını  əsaslandırdı,  onların  tədqiqat  nəticələri  və  elmi  fikirləri  indiki  dövrə  kimi  öz  əhəmiyyətini 
itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banilərindən 
biri  saymışdır.  XIX  əsrin  70-ci  illərinin  sonunda  alman  hidrobioloqu  K.Mebius  (1877)  biosenoz  haqqında 
mühüm  anlayış  irəli  sürür  və  onu  müəyyən  mühit  şəraitində  orqanizmlərin  qanunauyğun  əlaqələnməsi 
(birləşməsi) hesab edir.  
Moskva  Universitetinin  professoru  Karl  Franseviç  Rulye  1841-1858-ci  illər  ərzində  praktiki  olaraq 
ekologiyanın  prinsipial  problemlərinin  tam  siyahısını  vermiş,  lakin  bu  elmi  adlandırmaq  üçün  ifadəli  termini 
tapa  bilməmişdir.  O,  ilk  olaraq orqanizm  və  mühitin  qarşılıqlı  əlaqəsi  prinsipini  dəqiq  təyin  etmişdir.  Heç  bir 
üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa 
cəlb  olunur  və  yaşayır.  Bu  ünsiyyət  qanunudur  və  ya  həyat  başlanğıcının  ikiliyidir  (iki  tərəfliliyidir),  bu  onu 
göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.  
Bu  prinsipi  inkişaf  etdirərək  K.F.Rulye  mühitlə  qarşılıqlı  əlaqəni  iki  kateqoriyaya  bölür: «fərdi  yaşayış 
hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində və populyasiya və biosenoz səviyyəsində 
ekoloji  proseslərin  müasir  təsəvvürünə  uyğun  gəlir.  Rulye  çap  olunmuş  mühazirələrində  və  məqalələrində 
dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə 
qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi, ona görə 
də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – heyvanların həyatının 
hərtərəfli  öyrənilməsi,  onların  ətraf  aləmlə  mürəkkəb  qarşılıqlı  əlaqəsinin  aşkar  edilməsi  məsələlərinin 
tədqiqinin  inkişaf  etdirilməsini  geniş  təbliğ  edirdi.  Beləliklə,  K.F.Rulye  heyvanların  geniş  ekoloji  tədqiqat 
sistemini, onun əsasında «zoologiya»nı işləyib hazırlamış, tipik ekoloji məzmunda bir sıra əsərlər, məsələn, su, 
yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin tiplərə ayrılmasını və b. yazmışdır.  
K.F.Rulyenin  baxışları  onun  şagirdlərinin  tədqiqatlarının  istiqamətinə  və  xarakterinə  dərindən  təsir 
göstərmişdir.  Onun  şagirdlərindən  biri  olan  N.A.Seversov  (1827-1885)  ilk  dəfə  Rusiyada  ayrıca  bir  regionun 
dərin ekoloji tədqiqatı əsasında «Voronej quberniyasının vəhşi heyvan, quş və həşəratlarının həyatında dövri 
hadisələr» adlı əsər çap etdirdi.  
Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç.Darvin (1809-1882) ekologiyanın əsaslarının 
inkişafına  mühüm  qiymətli  hədiyyə  bağışladı.  Evolyusiya  mövqeyindən  Ç.Darvinin  «yaşamaq  uğrunda 
mübarizə» ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi 
kimi izah etmək olar.  
1859-cu  ildə  Ç.Darvinin  «Təbii  seçmə  yolu  ilə  növün  mənşəyi  və  ya  həyat  uğrunda  mübarizədə  yararlı 
cinslərin  saxlanması»  kitabı  çıxır.  Ç.Darvin  göstərirdi  ki,  təbiətdə  «yaşayış  (həyat)  uğrunda  mübarizə»  təbii 
seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.  
Ekologiya  termini  birdə-birə  yaranmayıb  və  o,  yalnız XIX  əsrin sonunda  ümumi təsdiqini  aldı.  XIX  əsrin 
ikinci yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə 
(temperatur,  işıq  rejimi,  rütubətlilik  və  s.)  adaptasiyanın  öyrənilməsi  idi.  Bu  sahədə  bir  sıra  mühüm  ümumi 
nəticələr  çıxarıldı.  A.Qumboltun  «fizionomik»  istiqamətini  davam  etdirərək  Danimarka  botaniki  A.N.Beketov 
(1825-1902)  bitkilərin  coğrafi  yayılması  ilə,  onların  anatomik  və  morfoloji  quruluşlarının  xüsusiyyətləri 
arasındakı  əlaqəni  aşkar  etdi  və  ekologiyada  fizioloji  tədqiqatların  əhəmiyyətini  göstərdi.  A.F.Middendorf 
Arktika  heyvanlarının  quruluşunun  ümumi  xüsusiyyətlərini  və  həyatını  öyrənərək  Qumboltun  təlimini  zooloji 
obyektdə öyrənilməsinin əsasını qoydu. D.Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların iqlimin 
coğrafi dəyişilməsilə əlaqədar bədənlərinin və hissələrinin proporsiyasını (nisbətini) və rənginin dəyişməsi üzrə 
bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.  
Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın müstəqil 
və  mühüm  sahəsi  kimi  ayıraraq  ona  ekologiya  adını  verdi  (1866).  Özünün  «Orqanizmlərin  ümumi 
morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi 
kimi  başa  düşürük:  ekologiya  heyvanların  onu  əhatə  edən  mühitlə  (həm  üzvi,  həm  də  qeyri-üzvi)  qarşılıqlı 
əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dostluq 
və  ya  düşmənçilik  əlaqələrini  öyrənir.  Bir  sözlə,  ekologiya  bütün  mürəkkəb  qarşılıqlı  əlaqələri  öyrənir,  bu 
əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait adlandırmışdır.  


 

Dokuçayevin  tədqiqatları  Q.F.Morozov  tərəfindən  davam  etdirilərək  «Meşə  haqqında  təlim»  əsərində 
meşənin ekologiyasının əsasını qoydu. Sonralar Q.N.Vısotskinin işləri meşənin ekologiyası elmini zənginləşdirdi.  
XX əsrin əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər və zooloqların ekoloji məktəbləri formalaşır, 
onların hər birində ekoloji elmin müəyyən tərəfləri inkişaf etməyə başladı. Brüsseldə III Botanika konfransında 
(1910)  bitki  ekologiyası  rəsmi  olaraq  fərdlərin  ekologiyasına  (autekologiya)  və  qruplaşmaların  ekologiyasına 
(sinekologiya) parçalandı. Belə bölgü heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi.  
Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində qəti formalaşdı. Bu dövrdə Amerika alimi Ç.Adams 
(1913)  ilk  ekoloji  məlumatı  –  heyvanların  ekologiyasının  öyrənilməsinə  dair  dərslik,  V.Şelvordun  yerüstü 
heyvanların qruplaşmaları (1913), S.A.Zernovun hidrobiologiya (1913) üzrə və digər alimlərin (Ç.Elton, 1927; 
R.Qessa, 1924; K.Raunkor, 1929) ekoloji  məlumatları  meydana  gəldi. 1913-1920-ci  illərdə  ekoloji  elmi 
cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris 
olunmağa başladı. Görkəmli rus alimi V.İ,Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə 
onun  «Biosfer»  adlı  kitabı  çap  olunur,  orada  ilk  olaraq  canlı  orqanizmlərin  bütün  növlərinin  məcmusunun  – 
«canlı maddələrin» planetar rolu göstərilir.  
Rusiyada populyasiya ekologiyasının inkişafına S.A.Seversov, S.S.Şvars, N.P.Naumov, Q.A.Viktorov böyük 
yenilik gətirdi. Onların əsərləri bu elm sahəsinin müasir vəziyyətini müəyyənləşdirir.  
Bitkilərdə  populyasiyanın  tədqiqinin  başlanğıcını  L.N.Sinski  (1948)  qoydu,  o,  növlərin  ekoloji  və  coğrafi 
polimorfizminə  aydınlıq  gətirdi.  Bitkilərin  populyasiya  ekologiyası  haqqında  bir  sıra  məsələlər  T.A.Rabotnov 
A.A.Uranov və onların davamçıları tərəfindən işlənib hazırlanmışdır.  
Populyasiya qanunauyğunluğunun öyrənilməsi növün biosenozda rolunun, qruplaşmanın struktur təşkilinin 
dərk  edilməsinə  kömək  etdi.  Ekoloji  və  təkamül  məsələlərini  sıx  əlaqələndirən  səmərəli  «ekoloji  sığınacaq» 
(«ekoloji  nişa»)  konsepsiyası  yarandı.  Onun  hazırlanmasında  qərb  alimlərinin  (C.Qrinnel,  Ç.T.Elton, 
R.Makartur, D.Xatçinson və Q.F.Qauzenin) mühüm xidmətləri az olmamışdır.  
Heyvanların  morfoloji  və  təkamül  ekologiyasının  inkişafında  M.S.Qilyarovun  (1949)  böyük  xidməti 
olmuşdur, onun fikrincə, buğumayaqlıların qurunu zəbt etməsində torpaq keçid mühit olmuşdur.  
İ.S.Serebryakov  tərəfindən  çiçəkli  bitkilərin  həyati  formalarının  yeni  dərin  təsnifatı  yaradılmışdır. 
Paleoekologiya elmi meydana gəldi, onun vəzifəsi məhv olmuş formaların həyat tərzi əksinin (şəklinin) bərpa 
edilməsidir.  
1930-40-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə yeni yanaşma əmələ gəldi. 1935-ci 
ildə  ingilis  alimi  A.Tensli  ekosistem  anlayışını  irəli  sürdü, 1942-ci  ildə  V.N.Sukaçov  biogeosenoz  anlayışını 
əsaslandırdı.  
1930-cu  illərdə  çoxşaxəli  tədqiqatlar  və  müzakirələrdən  sonra  biosenologiya  sahəsində  əsas  nəzəri 
məlumatlar  (biosenozların  sərhədi  və  strukturu,  sabitlik  dərəcəsi,  bu  sistemin  özünütənzimləməsi 
mümkünlüyü) yarandı.  
Ümumi biosenologiya ideyasının inkişafında fitosenoloji tədqiqatların – Rusiyada V.N.Şennikov, B.A.Keller, 
V.V.Alexin,  L.Q.Ramenski,  A.P.Şennikov,  Amerikada  F.Klements,  Danimarkada  K.Raunkiyer,  İsveçdə  Q.Dyu 
Riye.  İsveçrədə  İ.Braun-Blanke  və  b.  böyük  rolu  olmuşdur.  Qruplaşmaların  morfoloji  (fizionomik),  ekoloqo-
morfoloji,  dinamik  və  b.  xüsusiyyətləri  əsasında  bitkilərin  müxtəlif  təsnifat  sistemi  yaradıldı,  fitosenozların 
strukturu,  məhsuldarlığı,  dinamik  əlaqələri  öyrənildi,  ekoloji  indikatorlar  haqqında  təsəvvürlər  (anlayışlar) 
hazırlandı.  
Bitki ekologiyasının fizioloji əsasları üzrə K.A. Timiryazevin ənənəsini davam etdirərək N.A.Maksimov çox 
qiymətli yeniliklər irəli sürdü.  
1930-40-cı illərdə heyvanların ekologiyası haqqında K.Frideriksin (1930), F.Bodenqeymerin (1938), D.N. 
Koşkarovun (1938) və b. yeni məlumatları peyda oldu.  
V.N.Sukaçovdan  sonra  qlobal  ekologiyanın  inkişafında  biosenozların  öyrənilməsi  üzrə  geobotaniki 
tədqiqatları  L.M.Lavrenko  (1949, 1971 və  b.)  aparmış,  müxtəlif  bitki  örtüyünün  bioloji  kütləsini  və 
məhsuldarlığının öyrənilməsi N.İ.Bazilyeviç və L.Y.Rodina (1967 və b.) tərəfindən yerinə yetirilmişdir.  
Torpaqşünaslıq sahəsində V.V.Dokuçayevin ideyalarını İ.P.Gerasimov (1945, 1960 və b.) inkişaf etdirərək 
torpaq örtüyünü biosferin bir elementi kimi öyrənmişdir. Bu istiqamətdə işlər V.R.Volobuyevə (1953 və b.) və 
V.A.Kovdaya  (1973  və  b.)  da  məxsusdur,  onlar  torpaqəmələgəlmə  proseslərini  xarici  faktorlarla  əlaqəli 
öyrənmişlər.  
Coğrafi  zonaların  formalaşmasının  təbii  proseslərin  qarşılıqlı  təsirinin  nəticəsi  olduğunu  A.A.Qriqoryev 
(1966 və b.) öz əsərlərində göstərmişdir. Onun tədqiqatlarında təbii zonaların iqlimin elementlərindən - günəş 
radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə