QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   ...   94

 

Biosferin  təkamülünün  qanunauyğunluğu  A.P.Vinoqradov  (1967  və  b.),  K.K.Markov  (1960  və  b.), 
A.İ.Oparin (1957 və b.) əsərlərində öyrənilmişdir. S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül mexanizmini 
tədqiq etmişdir.  
Biosferin  antropogen  dəyişməsi  kimi  aktual  problem  bir  çox  tədqiqatların  diqqətini  cəlb  etmişdir. 
D.L.Armand (1966), Y.K.Fyodrov (1972), Y.A.İzrail (1974) və b. rus alimlərinin monoqarfiyaları bu məsələyə 
həsr  olunmuşdur.  Xarici  tədqiqatçılardan  P.Dyuvino  Tanq  (Duvigneand  et  Tanghe, 1968), B.Kommoner 
(Commoner, 1971), K.Uat (Watt, 1968) və b. monoqrafiyaları da bu problemə həsr edilmişdir.  
Qurunun və okeanların su balansı haqqında «Dünyanın su balansı və Yerin su ehtiyatları» adlı kollektiv 
monoqrafiyada  və  M.İ.Lvoviçin  (1974  və  b.)  əsərlərində  geniş  material  verilir.  Qlobal  ekoloji  problemləri 
öyrənmək üçün M.İ.Budıko (1956, 1974 və b.) və Y.Odumun (1971 və b.) əsərlərindən istifadə olunmuşdur.  
Geoekologiyanın  inkişafında  V.B.Soçava,  V.S.Preobrajenski,  T.D.Aleksandrova,  K.M.Petrov,  A.A.Veliçko, 
Q.N.Qolubev (1999), sosial ekologiyanın inkişafında isə E.V.Qirusov, V.A.Los, N.M.Məmmədov, Y.A.Markov və 
b. alimlərin böyük rolu olmuşdur.  
Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci 
yarısında  ətraf  mühitin  çirklənməsinin  intensivləşməsi  və  insanın  təbiətə  təsirinin  güclənməsi  ilə  əlaqədar 
ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir.  
Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də 
özündə  cəmləşdirdi.  Ciddi  bioloji  elmdən  ekologiya  biliklərin  tsiklinə  çevrilərək  özünə  coğrafiya,  geologiya, 
kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).  
Ekologiyanın  dünyada  inkişafının  müasir  dövründəki  inkişafı  xarici  ölkələrin  görkəmli  alimləri  Y.Odum, 
C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel və b. 
adları  ilə  bağlıdır.  Rusiya  ekoloq  almilərindən  İ.P.Gerasimov,  A.M.Qilyarov,  V.Q.Qorşqov,  Y.A.  İzrael, 
Y.N.Kurajskovski,  K.S.Losyev,  N.N.Moiseyev,  N.P.  Naumov,  N.F.Reymers,  V.V.Rozanov,  Y.M.Sviriyev, 
A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar.  
Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə 
yanaşı,  həm  də  təbiət  və  insan  cəmiyyətinin  qarşılıqlı  əlaqələrinin  səmərəli  formalarını  əsaslandırmalıdır. 
Beləliklə,  ekoloji  biliklərin  sosial  rolu  artır.  Ekologiya  sahəsində  fundamental  tədqiqatların  inkişafının  əsas 
məqsədi  xalq  təsərrüfatının  aşağıdakı  gərgin  problemləri  ilə  müəyyənləşdirilir:  ətraf  mühitin  vəziyyətini 
saxlamaq  şərtilə  istehsalı  intensivləşdirmək  və  təbii resurslardan  istifadənin  iqtisadi  effektivliyini  yüksəltmək. 
Təbii və süni qruplaşmaların bioloji məhsuldarlığı və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız 
bütün  ölkələrin  ekoloqlarının  birgə  gücü  ilə  həll  oluna  bilər.  Odur  ki,  qlobal  ekologiya  sahəsində  beynəlxalq 
əməkdaşlıq geniş həyata keçirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq 
geniş  böhranın  təhlükəliyi,  planetar  sistemin  qeyri-bərabər  ölçüdə  fəlakətli  dəyişməsi  aydın  dərk  edilir.  Bu 
böhranın qarşısının alınması mümkünlüyü yalnız ekoloji biliklərin inkişafı əsasında tapıla bilər. Ekoloji biliklərin 
kəsərli  gücü  təbii  resurslardan  düzgün  istifadə  etmək,  populyasiyanın  sayını  nizamlamaq,  kənd  təsərrüfatı 
problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa kömək edər. 
 
AZƏRBAYCANDA 
EKOLOGİYA ELMİNİN TARİXİ 
   
Azərbaycanda  ekologiya  elminin  ayrı-ayrı  sahələrinin  tarixi  müxtəlifdir.  Aşağıda  ekologiya  ilə  bağlı  olan 
əsas elm sahələrinin tarixi verilir.  
 
Coğrafiya sahəsi    
Məlum  olduğu  kimi  ekologiya  elmi  coğrafiya  elmi  ilə  sıx  bağlıdır.  Belə  ki,  ekologiya  canlı  orqanizmlər 
arasında və onların olduğu coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında elmdir. Azərbaycan ərazisində coğrafiyaya 
aid  ilkin  məlumatlara  qədim  yunan  coğrafiyaçısı  və  tarixçisi  Strabonun  «Coğrafiya»  adlı  əsərində  təsadüf 
olunur. Strabondan sonrakı dövrlərdə məşhur coğrafiyaçılar və tarixçilər, o cümlədən Əbdür Rəşid Bakuvi (XV 
əsr), Hacı Zeynalabdin Şirvani (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanov (XIX əsr), Həsənbəy Zərdabi (XIX-
XX əsrlər) və başqalarının əsərlərində Azərbaycanın coğrafi şəraiti haqqında məlumatlara rast gəlmək olar.  
XX  əsrin  əvvəllərində  bir  sıra  əcnəbi  və  Azərbaycan  alimləri  (Q.Abix,  N.Qubkin,  V.Dokuçayev, 
G.İ.Boqdanoviç,  R.P.Reynqard,  A.Qrosheym,  İ.V.Fiqurovski,  Qafır-Rəşad,  M.Baharlı  və  b.)  respublikamızın 
ərazisində  coğrafiya  elminin  müxtəlif  istiqamətləri  üzrə  elmi  tədqiqat  işləri  aparmış,  iqlimşünaslıq,  sinoptik 
meteorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq, zooiqlimşünaslıq sahəsində elmi əsərlər yazmışlar. Buna 


 
10 
İ.V.Fiqurovskinin  «Azərbaycanın  iqlim  rayonlaşdırılması» (1926), «Kür-Araz  hövzəsinin  iqlim  oçerki», 
«Aqrometeorologiya» (1929), Ə.Şıxlinski  və  S.Kopelioviçin  «Azərbaycan  SSR  iqliminin  səciyyəsi»  və  b.  misal 
ola bilər.  
Coğrafiyanın  müxtəlif  sahələri  üzrə  daha  geniş  elmi  tədqiqatlar  1945-ci  ildən  sonra  Azərbaycan  EA-da 
Coğrafiya  İnstitutu  yarandıqdan  sonra  aparıldı.  İnstitutun  strukturunda  dəyişiklik  aparılaraq  geomorfologiya, 
paleocoğrafiya,  landşaftşünaslıq,  iqlimşünaslıq,  hidrologiya,  xəritəçilik,  toponimika,  Xəzər  dənizi,  meşə 
torpaqşünaslığı, iqtisadi və sosial coğrafiya, təbiəti mühafizə şöbələri təşkil olundu.  
Azərbaycanda  coğrafiya  elminin  inkişafında  Ə.M.Şıxlinski,  Q.K.Gül,  Ə.Mədətzadə,  S.H.Rüstəmov,  B.A. 
Antonov,  V.Q.Zavriyev,  H.B.Əliyev,  H.Ə.Əliyev,  Ş.C.Əliyev,  B.Ə.  Budaqov,  Ə.C.Əyyubov,  N.Ş.Şirinov, 
Ə.M.Hacızadə,  B.T.  Nəzirova,  N.Kərəmov,  R.X.Piriyev,  M.A.Müseyibov,  A.A.Nadirov,  Ə.V.  Məmmədov, 
Ş.Y.Göyçaylı, Q.G.Həsənov, R.M. Məmmədov, Ş.B.Xəlilov və b. rolu böyük olmuşdur.  
Coğrafiya  İnstitutunda  sinoptik  meterologiya  şöbəsi  yarandıqdan  sonra  Ə.A.Mədətzadənin  rəhbərliyi 
altında  kollektiv  hava  proseslərinin  oroqrafik  şəraitlə  əlaqədar  tətqiqi,  iqlimi  yaradan  makroatmosfer 
proseslərinin  növləşdirilməsi,  təbii  sinoptik  iqlim  fəsillərinin,  güclü  küləklər,  tufan,  dolu,  leysan  yağışları, 
şiddətli  şaxtalar,  quraqlıq  kimi  hadisələrin  əmələgəlmə  mexanizminin  təkrarlanmasının  öyrənilməsi,  eyni 
zamanda Xəzər dənizi üzərində baş verən proseslərin tədqiqi ilə məşğul olmuşdur.  
Respublikamızda aqroiqlimşünaslıq sahəsində geniş tədqiqatlar Ə.A.Mədətzadədən sonra Ə.C.Əyyubov 
tərəfindən  aparılmışdır. 1981-ci  ildən  başlayaraq  X.Ş.Rəhimov,  N.D.Ulxanlı,  M.S.Həsənov,  V.Babayeva  və  b. 
tədqiqatçılar taxıl bitkiləri, pambıq, üzüm, nar, əncir, çay, yay və qış otlaqları, dənizkənarı və dağ kurortlarında 
aqroiqlim və mikroiqlim şəraitini və ehtiyatlarını öyrənmiş və aqroiqlim rayonlaşdırılmasını tərtib etmişlər. 
İlk  dəfə  olaraq  landşaftın  formalaşmasında  neotektonik  hərəkətlərin  roluna  dair  bir  sıra  problem 
məsələlər  kompleks  şəkildə  həll  edilmişdir. (Budaqov, 1973). Coğrayia  İnstitutunun  əməkdaşları  tərəfindən 
Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə müxtəlif miqyaslarda landşaft xəritələri tərtib edilmişdir.  
Azərbaycanda  çay  sularının  istifadəsinə  dair  məlumatlara  Hacı  Zeynalabdin  Şirvani  (1780-1838), 
Afanasi Nikitin (XV əsr), Nadir Mirzə (1323-cü il) və digər səyyah və alimlərin əlyazmalarında rast gəlinir.  
Azərbaycanda  hidrologiya  elminin  inkişafı  S.H.  Rüstəmovun  adı  ilə  bağlıdır.  Onun  rəhbərliyi  altında 
respublikanın  müxtəlif  regionlarının  çayları  hərtərəfli  öyrənilmiş,  ayrı-ayrı  çaylarda  axımın  il  ərzində 
paylanması,  maksimal  su sərfləri,  qar örtüyü  və  onun  çay axımında  rolu,  sel  hadisələri,  çayların  sülb  axımı, 
məcra  prosesləri  və  s.  öyrənilmişdir.  Çayların  öyrənilməsində  iştirak  edən  hidroloqlardan  Məmmədov  M.Ə. 
(1976),  Cəfərov  B.S. (1963), Vəliyev  N.A. (1962), F.Ə.  İmanov  (1995),  Qaşqay  R.M. (1996), Mahmudov  R. 
(2000), Axundov S.A. (1978) və b. göstərmək olar.  
Respublikada  göllərin  və  su  anbarlarının  hidroqrafiyası  və  ekoloji  vəziyyəti  M.M.Həsənov  (1964), 
X.D.Zamanov, P.B. Tarverdiyev (1965), Ş.B.Xəlilov (2003), V.A.Məmmədov (1998) tərəfindən öyrənilmişdir.  
Azərbaycan Respublikası çaylarının çirklənməsi F.Ş.Əliyev, M.A.Məmmədova (2003), M.Ə.Salmanov, A.İ. 
Ənsərova (2002), Ş.B.Xəlilov (2000) və b. tərəfindən öyrənilmişdir.  
Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül tərəfindən qoyulmuşdur. O, tədqiqatlarında Xəzər dənizinin 
qərb sahillərinin hidrometeorologiyası, Xəzərin səviyyə tərəddüdü ilə əlaqədar olaraq xalq təsərrüfatında baş 
verən dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin xarakteristikasına üstünlük vermişdir. Xəzər dənizi üzrə 
elmi  tədqiqatlar  Q.M.Məmmədov  və  A.N.Kosaryev  (1967),  T.İ.Furman  (1966-1968),  İ.Q.Məmmədov  (1964), 
M.M.Həsənov və X.E.Vəliyev (1969), M.S.Çobanzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir.  
Xəzər  dənizində  kiçik  miqyaslı  pulsasiyaların  ölçülməsi  ilk  dəfə  R.M.Məmmədov  tərəfindən  aparılmışdır. 
Müəllif  statistik  orta,  dispersiya,  apizotropiya,  turbulent  intensivlik,  dissipasitral  funksiyaları  hesablamış, 
Xəzərdə əsas enerji daşıyıcı dövrlərini tapmışdır.  
T.M.Tatarayev,  A.İ.Hümbətov,  R.M.Məmmədov,  Ə.S.  Əliyev,  N.Ə.Əhmədov  və  digər  müəlliflərin 
hazırladığı  ölçü  cihazlarının  köməyilə  alınmış  materiallar  əsasında  atmosfer-dəniz  sisteminin  statistik 
parametrlərini və spektral funksiyalarını hesablamışlar.  
Xəzər dənizinin ekoloji vəziyyətini öyrənmək məqsədilə Bakı arxipelaqı sularının dibində neft məhsulları, 
fenol  və  digər  çirkləndirici  maddələrin  paylanma  təsnifatı  hazırlanmış  (Ə.Q.Gül, 1993), Xəzər  dənizinin 
Azərbaycan  sahil  zonasına  axıdılan  çirkab  sularının  miqdarı  və  tərkibi  haqqında  məlumat  toplanılmışdır 
(N.M.Ağalarova, 1992).  
R.M.Məmmədov və T.M.Tatarayev Xəzər dənizində apardığı eksperimentlər əsasında turbulent diffuziyanın 
bir  sıra  qanunauyğunluqlarını  və  Sumqayıt  sahillərində  hidrometeoroloji  şəraitdən  asılı  olaraq  çirklənmənin 
yayılmasını müəyyən etmişlər.                        


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə