QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   ...   94

 
11 
1969-cu  ildə  akad.  H.Ə.Əliyevin  təşəbbüsü  ilə  Təbiəti  mühafizə  şöbəsi  yaradılır.  Şöbənin  əməkdaşları 
düzən  və  dağ  meşələrinin  müasir  vəziyyəti  onların  antropogen  amillərin  təsirilə  dəyişilməsi  istiqamətləri 
öyrənilir,  meşələrin  mühafizəsi  və  bərpası  üzrə  tədbirlər  hazırlanır  (N.H.  Axundov,  M.Y.Xəlilov),  Azərbaycan 
meşələrinin 1:600000 miqyasında xəritəsi hazırlanır (H.Ə.Əliyev, İ.S.Səfərov, N.H.Axundov).  
K.Ə.Ələkbərov  (1980)  tərəfindən  1:600000  miqyasında  «Azərbaycanda  torpaq  eroziyası  və  torpaqların 
mühafizəsi» xəritəsi dərc edilir.  
Meşə  örtüyünün  ziyanverici  həşəratlardan  mühafizəsi  üçün  entomofaqlar  (106  növ)  aşkar  edilir 
(Ə.R.Əliyev), entomoloji ziyanvericilərə qarşı mübarizə üsulları hazırlanır.  
Daşkəsən  dağ-mədən  tullantılarının  rekultivasiyası  məqsədilə  çıxdaşların  aqrokimyəvi  xassələri, 
mikroelementlərin  (K,  P,  Mn,  Zn,  Si,  Mo  və  s.)  tərkibi  aşkar  edilir  və  orada  süni  meşəsalma  işləri  üzrə 
təcrübələr  aparılır  (Məmmədov  K.R. 1978). 1972-ci  ildən  etibarən  respublikanın  ayrı-ayrı  bölgələrində 
radioaktiv  elementlərin  miqdarı  öyrənilmiş  və  müxtəlif  torpaq  tiplərində  radioaktiv  elementlərin  miqdarının 
xəritə-sxemi tərtib edilmişdir (A.Niyazov, 1985, 1988).  
Ermənistanın  Qafan  mis,  Qacaran  mis,  molibden,  Aqaraq  molibden,  Dəstəkert  molibden  filizsaflaşdırıcı 
kombinatları  tullantılarının  ətraf  mühitə  və  kənd  təsərrüfatı  bitkilərinin  keyfiyyət  və  məhsuldarlığına  təsiri 
öyrənilmişdir  (İ.Quliyev, 1990). İ.B.Xəlilov  (1991)  tərəfindən  Gəncə  şəhərində  sənaye  tullantılarının  ətraf 
mühitin ekoloji vəziyyətinə təsiri tədqiq edilmişdir.  
Azərbaycan Respublikasında ümumi gücü 5 mln. kVt-dan çox olan 9 iri istilik elektrik stnasiyasının ətraf 
təbii  mühitin  komponentlərinə  təsiri  öyrənilmişdir  (A.Mirzəyev, 1987). Abşeron  göllərinin  ekoloji  vəziyyəti 
tədqiq  edilmiş  və  onun  sağlamlaşdırılması  yolları  araşdırılmışdır.  Respublika  çaylarında  axımın  antropogen 
amillərin təsiri nəticəsində dəyişməsi tədqiq edilmişdir (N.Ə.Məmmədov, H.Y. Fətullayev).  
Ekologiya  elminin  təbliği,  ətraf  mühitin  mühafizəsi  sahəsində  B.Ə.Budaqovun  apardığı  elmi 
tədqiqatların  nəticələri  onun  «Təbiəti  qoruyaq» (1977), «Dözümlü,  dözümsüz  təbiət» (1990) və  bir  çox 
əsərlərində öz  əksini  tapmışdır.  Bu  əsərlərdə  respublikamızda  atmosfer  havasının,  suyun,  bitki  örtüyünün,  o 
cümlədən meşələrin, torpağın, nadir landşaft obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, təbiətin ayrı-
ayrı  fəlakətli  proseslərindən  (sellər,  daşqınlar,  sürüşmələr,  eroziya)  və  onlara  qarşı  mübarizə  tədbirlərindən, 
səhralaşmadan,  ayrı-ayrı  bölgələrin  ekoloji  problemlərindən,  təbiətə  antropogen  təsirdən,  başqa  ölkələrdə 
ətraf mühitin mühafizəsi təcrübəsindən bəhs edilir.  
 
Torpaqşünaslıq və meliorasiya sahəsi  
Ekologiyanın əsas qanadı olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur 
desək  yanılmarıq.  Hələ  o,  V.V.Dokuçayevdən  8  il  əvvəl  1875-1876-cı  illərdə  torpağın  əmələ  gəlməsini  izah 
etmiş  və  bu  prosesdə  dörd  amilin  –  ana  süxurun,  bitki  və  canlı  orqanizmlərin,  iqlimin  və  insanın  təsərrüfat 
fəaliyyətinin  rolunu  göstərmişdir.  H.M.Zərdabi  həmin  rolu  V.V.Dokuçayev  qədər  ətraflı  göstərməsə  də  ilkin 
qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» qəzetində və 1899-1903-cü illərdə 
yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin artırılması 
və  su  təminatı  haqqında  qiymətli  fikirlər  irəli  sürmüşdür.  O,  ensiklopedik  alim  olub  biologiya,  aqrokimya, 
baytarlıq,  anatomiya,  meyvəçilik,  coğrafiya,  astronomiya,  iqtisadiyyat,  tibb  və  başqa  sahələrdə  nəinki 
respublikamızda, hətta dünya miqyasında tanınmışdır.  
Azərbaycanda  torpaqların  sonrakı  elmi  araşdırmaları  haqqında  1869-1870-ci  illərdə  İ.Y.Kovalevskinin, 
1890-cı  ildə  P.S.Kossoviçin, 1898-ci  ildə  Dokuçayevin, 1911-1914-cü  illərdə  Kamenskinin  müəyyən  fikirləri 
olmuşdur.  
V.V.Dokuçayev  Cənubi  Qafqazda  olarkən  Azərbaycanın  bir  sıra  yerlərindən  keçmiş  və  Qafqazın,  o 
cümlədən Azərbaycanın torpaqları haqqında bəzi ümumi məlumat vermiş, şaquli torpaq qurşaqlarının olmasını 
göstərmişdir. 1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil və Şirvan düzlərində relyef, 
şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların müxtəlifliyini müəyyənləşdirmişlər. Torpaqların şorlaşmasını 
öyrənmək  və  onların  meliorasiyası  məqsədilə  1915-ci  ildə  Muğanda  Cəfərxan  təcrübə  stansiyası  təşkil 
olunmuşdur.  
1920-ci  ildən  sonra  Azərbaycanda  geniş  torpaq  tədqiqatlarına  başlanmışdır.  Bu  dövrdə  S.A.Zaxarovun 
rəhbərliyi  ilə  V.V.Akimtsev,  S.İ.Tyuremnov,  Z.İ.İmşenetski,  N.A.Dimo,  L.N.Nojin  və  başqaları  tərəfindən 
aparılmış torpaq tədqiqatlarının nəticələri əsasında respublika ərazisi torpaq təşkili cəhətdən rayonlaşdırılmış, 
torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir.  
1930-1931-ci illərdən başlayaraq Azərbaycan Elmi-Tədqiqat pambıqçılıq İnstitutunun (V.V.Akimtsev, M.T. 
Əsgərbəyli, N.E.Bekareviç, M.Y.Ağamirov, L.N.Qorodetski və b.) Azərbaycan Kimyalaşdırma Stansiyasının (K.Ə. 


 
12 
Ələkbərov, M.E.Salayev, A.N.İzyumov, L.İ.Aleksandrovski, Ə.Q.Zeynalov, M.A.Şəfiyev, K.H.Teymurov və b.) və 
SSRİ  EA  Azərbaycan  filialının  torpaqşünaslıq  bölməsinin  (V.P.  Smirnov  –  Loginov,  B.A.Klopotovski, 
B.İ.Filosofov,  A.S.  Preobrajenski,  V.R.Volobuyev,  H.Ə.Əliyev,  B.M.Ağayev,  E.F.Şərifov,  R.V.Kovalyev  və  b.) 
əməkdaşları  respublikanın  düzən  və  dağlıq  rayonlarında  böyük  ərazilərdə  torpaqların  mənşəyini,  coğrafi 
yayılmasını,  münbitliyini,  şorlaşma  səbəblərini  öyrənmiş  və  onları  keyfiyyətcə  yaxşılaşdıraraq  kənd 
təsərrüfatında səmərəli istifadə olunması ilə əlaqədar tədqiqat işləri aparmışlar (H.Aslanov, 2004).  
1945-ci  ildən  sonrakı  illərdə  Azərbaycan  EA  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunda  respublikanın 
bütün  rayonlarında  torpaqların  coğrafi  yayılması,  mənşəyi,  şoran  və  şorakət  torpaqların  əmələ  gəlməsi, 
meliorasiyası, torpaq kimyası və mikrobiologiyası, torpağın fiziki xassələri və digər məslələrlə əlaqədar geniş 
tədqiqatlar aparılmışdır. 1953-cü ildə ilk dəfə «Azərbaycan SSR torpaqları» haqqında monoqrafik əsər və 1958-
ci ildə respublikanın torpaq xəritəsi nəşr edilmişdir.  
Sonrakı illərdə respublika torpaqlarının münbitliyinin artırılması, yeni gübrə növlərinin tətbiqi, torpaqların 
xəritələşdirilməsi,  onların  ekoloji  və  energetika  baxımından  öyrənilməsi  və  bonitetləşdirilməsi  işində 
H.Ə.Əliyev,  M.E.Salayev,  V.R.Volobuyev,  C.M.Hüseynov,  K.Ə.Ələkbərov,  R.Q.Hüseynov,  İ.S.İskəndərov, 
Q.Ş.Məmmədov,  M.İ.Cəfərov,  R.M.  Məmmədov,  MPBabayev,  Z.R.Mövsümov,  P.B.Zamanov,  Ş.G.  Həsənov, 
B.Q.Şəkuri,  A.P.Gərayzadə,  F.H.Axundov,  Ə.R.Əhmədov,  T.Ə.Əliyev,  N.M.İsmayılov,  Q.Z.Əzizov,  V.H.  Hə-
sənov, Q.Ş.Yaqubov və başqalarının xidmətləri olmuşdur.  
1944-cü  ildə  Azərbaycan  ET  Hidrotexnika  və  Meliorasiya  İnstitutu  yaradıldığı  gündən  A.A.Poladzadə, 
Ə.Q.Behbudov,  V.R.Volobuyev,  E.İ.Zdobnovun  rəhbərliyi  ilə  respublikada  şoran  torpaqların  meliorasiyası, 
hidrotexniki  qurğuların  tikilməsi  və  digər  problemlərlə  əlaqədar  geniş  tədqiqat  işlərinə  başlanmışdır. 
Hidromeliorasiyanın inkişafında Y.Ə.İbadzadə, B.İ. Filosofov, M.V.Baranovski, M.Y.Vahabov, S.X.Hüseynzadə, 
Q.Ş.Peşikov,  F.S.Salahov,  H.M.Hüseynov,  A.Q.Axundov,  K.H.Teymurov,  Q.İ.Şpanin,  S.M.  Əmircanov, 
H.M.Cəfərov,  A.Ə.Mustafayev,  X.F.  Cəfərov,  M.K.Rəhimov,  Ə.K.Əlimov,  T.A.Əbdülrəhimov,  N.P.  Bəşirov, 
Q.H.Rüstəmov,  E.M.Eyvazov,  P.S.Əlişzadə,  O.A.  Zeynalova,  N.H.Nadirov,  M.M.Seyidov,  A.X.Babayev  və 
başqalarının rolu böyük olmuşdur.  
Torpaqşünasılıq  və  meliorasiya  elminin  inkişafında  respublikamızın  digər  təşkilatlarında  çalışan 
alimlərindən B.H.Əliyev, N.A.Ağayev, H.Q.Aslanov, N.K.Mikayılovun xidmətləri az olmamışdır.  
Məlum olğudu kimi aqroekologiya tətbiqi ekologiyanın mühüm sahəsidir. Aqroekologiyanın ümumi məqsədi 
mədəni bitkilərin və təbii bitki örtüyünün məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. Bu baxımdan, torpağın 
bonitirovkasının öyrənilməsi aqroekoloji tədqiqatlarının əsası hesab olunur. Belə ki, torpağın bonitirovkası ən 
mühüm aqronomik xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsidir. Torpağın bonitirovkası onun 
münbitliyini,  yəni  keyfiyyətini  ballarla  ifadə  edən  kəmiyyət  göstəricisidir.  Torpaqdakı  proseslər  və  keyfiyyət 
dəyişilməsi yalnız onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. Torpağın bonitirovkası torpaqların iqtisadi 
və ekoloji qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. üçün zəruridir.    
Torpaqların  müqayisəli  uçotu  və  onların  keyfiyyətcə  qiymətləndirilməsi  bütün  dünyada  olduğu  kimi 
Azərbaycanda da böyük maraq doğurmuşdur: Bu tədqiqatlarda V.R.Volobuyev (1963), Y.İ.Kostyuçenko (1962, 
1966),  M.P.Babayev  (1967, 1970, 1974), R.Q.Məmmədov  (1969),  R.Ə.Əliyeva  (1969, 1971), Q.F.Əliyev 
(1973),  Ş.G.Həsənov  (1972, 1973, 1974, 1978), M.E.Salayev,  R.Ə.Əliyeva  (1973, 1975), V.R.Volobuyev, 
M.E.Salayev, Ş.K.Həsənov, Y.İ.Kostyuçenko (1973), Q.Ş.Yaqubov (1975), Q.Ş.Məmmədov (1976, 1977, 1978, 
1979, 1990), D.R.Əhədov  (1977, 1979), A.H.Vəliyev  (1981),  Ş.A.Bədəlov  (1981),  F.L.Piriyeva  (1984), 
S.M.Hüseynov (1985), Ə.Ə.Mikayılov (1986), F.D.Ayvazov (1989), H.M.Hacıyev (1990), M.M.Əsgərova (1990), 
K.Ş.Allahverdiyev (1990), S.R.Tağıyev (1991) və başqa tədqiqatçıların böyük xidməti olmuşdur.  
Bu  tədqiqatlar  torpaqların  bonitirovkasına  dair  qəbul  olunmuş  əsasda  (Sobolyev, 1958, 1963), lakin 
respublikanın  torpaq  örtüyünün  aqroekoloji  xüsusiyyətləri  nəzərə  alınmaqla,  həm  dağ  və  dağətəyi,  həm  də 
düzənlik  sahələrdə  aparılmışdır.  Kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığına  təsir  göstərən  torpağın 
aqroekoloji xüsusiyyətləri aşkar edilmiş, yerli şəraitdə torpaqların keyfiyyətcə qiymətləndirilməsinin metodikası 
işlənmiş, əsas torpaqların qiymət şkalaları, torpaqların bonitet kartoqramları tərtib edilmişdir.  
Azərbaycanda torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür: 
I  mərhələ  1965-ci  ilə  qədərki  dövr  olub,  akademik  V.R.Volobuyevin  (1961, 1963) tək-tək  işləri  nəzərə 
alınmasa,  torpaqların  bonitirovkasına  dair  iri  həcmli  tədqiqat  işləri  demək  olar  ki,  aparılmamışdır 
(R.Q.Məmmədov, 1962; V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.).  
II mərhələ (1966-1975) – bu dövrdə bir sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; M.P.Babayev, 1967; 
R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə 
edilmişdir.  Bu  dövrdə  torpaqların  bonitirovkası  sahəsində  ilk  dissertasiya  işi  Y.İ.Kostyuçenkoya  (1966) 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə