QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   ...   94

 
13 
məxsus  olmuşdur.  Müəllif  tərəfindən  ilk  dəfə  olaraq  Arazboyu  ərazinin  dağ-şabalıdı  və  boz-qəhvəyi 
torpaqlarında münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq 
edilmişdir.  
Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı, 
onların  keyfiyyət  səciyyəsini  vermişdir.  Tədqiqatçı  Ağdam  rayonu  torpaqlarının  aqroistehsal  qruplaşmasını 
aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.  
İlk  dəfə  R.H.Məmmədov  (1969, 1981)  tərəfindən  torpaqların  aqrofiziki  xassələrinə  görə 
qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın 
kimyəvi,  fiziki  xassələri  ilə  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı  arasında  qarşılıqlı  əlaqənin  olduğunu 
müəyyən etmişdir.  
Azərbaycanın  cənub-qərb  bölgəsi  torpaqlarının  bonitirovkasının  əsas  prinsipləri  Ş.G.Həsənov  (1972) 
tərəfindən işlənmişdir. 
Q.F.Əliyev  (1973)  eroziyaya  məruz  qalmış  torpaqları  qiymətləndirmək  məqsədilə  Şahbuz  rayonunda, 
dağlıq şəraitdə müxtəlif torpaq növmüxtəliflikləri arasında keyfiyyət fərqlərini müəyyən etmişdir.  
Yem  sahələrinin  qiymətləndirilməsi  ilk  dəfə  Q.Ş.Yaqubov  (1975)  tərəfindən  şimal-qərbi  Qobustanın  qış 
otlaqlarında  aparılmışdır;  nəticədə  rayonun  bütövlükdə  və  Şamaxı  rayonunun  kolxozlarının  otlaq  sahələrinin 
torpaqları qiymətləndirilmişdir.  
III  mərhələ  torpaqların  bonitirovkasında  müasir  mərhələ  olub,  tədqiqatlarda  yeni  istiqamətləri  özündə 
birləşdirir.  Bu  mərhələdə  dissertasiya  işləri  (Q.Ş.Məmmədov, 1978, A.H.Vəliyev, 1981; F.L.Piriyeva, 1984; 
S.M.Hüseynov, 1985; Ə.Ə.Mikayılov, 1986; F.D.Ayvazov, 1989; H.M.Hacıyev, 1990; M.M.Əsgərova, 1990; 
K.Ş.Allahverdiyev, 1990; S.R.Tağıyev, 1991) yazılmış,  bir  sıra  tədqiqatlar  aparılmış  və  elmi  əsərlər  nəşr 
etdirilmişdir  (Q.Ş.Məmmədov, 1976-1984;  Ş.G.Həsənov,  Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov, 
S.D.Yaqubova, 1979; N.K.Mikayılov,  Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 1981; N.K.Mikaylov, 
Q.Ş.Məmmədov, A.H.Vəliyev, 1979; S.M.Hüseynov, 1984 və b.). 
Respublikamızda  torpaqların  bonitirovkasının  indiki  mərhələsində  səciyyəvi  xüsusiyyət  faktik  materialların 
təhlili zamanı riyazi metodların geniş cəlb olunması, TÖS (torpaq örtüyü strukturu) nəzərə alınmaqla ayrı-ayrı 
landşaft komplekslərinin qiymətləndirilməsidir.  
İlk dəfə Q.Ş.Məmmədov (1976) tərəfindən torpaqların bonitirovkası zamanı bioiqlim potensialının (BİP) 
zəruriliyi və əhəmiyyəti göstərilmişdir. Bu onunla əsaslandırılmışdır ki, otlaq sahələrinin yemlilik dəyəri (yemin 
keyfiyyəti) iqlim amillərindən asılıdır (Şaşko, 1969, Əyyubov, 1975). Torpaq bonitetinin bioloji məhsuldarlığı və 
otlaq  sahələrinin  müqayisəli  dəyərlilik  əmsalı  müəyyən  olunmuşdur.  Torpağın  yuyulma,  şorlaşma, 
mədəniləşmə,  hidromorfizm  və  qranulometrik  tərkibinə  görə  təshih  əmsalları  sistemi  təklif  olunmuşdur.  Bu 
təshih əmsallarının tətbiqi ilə otlaq sahələrinin torpaqlarının qapalı bonitet şkalası tərtib olunmuşdur. İlk dəfə 
hər fitosenozun potensial imkanını müəyyən edən yem vahidi xəritəsi tərtib edilmişdir. Təbii otlaq sahələrinin 
balla qiymətləndirilmiş torpaq istifadəçilərinin xəritəsi tərtib edilmişdir.  
Lənkəran  vilayətində  çay  və  üzümaltı  torpaqların  aqroekoloji  xüsusiyyətləri,  bonitirovkası  və  onlardan 
səmərəli  istifadə  edilməsi  A.H.Vəliyev  (1981)  tərəfindən  öyrənilmiş,  torpağın  xassələri  ilə  məhsuldarlığı 
arasında əlaqəsi, o cümlədən qranulometrik tərkib, yuyulma dərəcəsi, gilləşməsi, torpağın sıxlığı üçün təshih 
əmsalları  tapılmış,  üzümün  məhsuldarlığı  ilə  torpaqdakı  karbonatlar  arasında  riyazi  asılılıq  müəyyən 
olunmuşdur.  Torpaqların  ekoloji  qiymət  qruplaşması  təklif  edilmiş,  bu  da  Lənkəran  vilayəti  torpaqlarının 
bonitet kartoqramında öz əksini tapmışdır.  
Dağlıq Şirvanın üzüməyararlı torpaqlarının aqroekoloji xüsusiyyətləri və bonitirovkası Ş.A.Bədəlov (1981) 
tərəfindən tədqiq olunmuşdur. Üzümaltı torpaqlar onların daxili xassələrinə görə qiymətləndirilmiş, torpaqların 
fiziki  və  kimyəvi  xassələri əsasında şkala  tərtib  edilmiş,  torpağın  müxtəlif  əlamətlərinə  görə  təshih  əmsalları 
müəyyən olunmuşdur.  
Aqroekoloji  əsasda  üzüməyararlı  torpaqların  bonitirovkası  S.M.Hüseynov  (1985)  tərəfindən  Dağlıq 
Qarabağ ərazisində aparılmışdır. Müəllif bonitirovka kriteriyalarını müəyyən etmiş və onlar əsasında torpaqların 
bonitet şkalasını tərtib etmişdir. 
Azərbaycanda meşəaltı torpaqların bonitirovkası F.L.Piriyevanın (1984) tədqiqatlarında öz əksini tapmışdır. 
Müəllif  Böyük  Qafqazın  meşə sahələrinin  ekoloji səciyyəsini  vermiş,  meşələrdən  səmərəli  istifadənin  yollarını 
göstərmişdir.  
Ə.Ə.Mikayılov  (1986)  Şirvan  düzünün  meliorasiya  olunmuş  suvarılan  torpaqlarında  aparlığı 
tədqiqatlarında  əvvəlki  tədqiqatçıların  suvarılan  torpaqlar  üçün  təklif  etdyii  qiymət  meyarlarından  və  təshih 
əmsallarından  istifadə  etməklə  kifayətlənməmiş,  yeni  qiymət  göstəriciləri  təklif  etmişdir.  Müəllif  meliorasiya 


 
14 
edilmiş torpaqlarda taxıl və pambıq bitkilərinin məhsuldarlığı ilə sahənin hamarlığı arasındakı əlaqəni müəyyən 
edərək, bundan qiymətləndirmədə təshih əmasalı kimi istifadə etmişdir.  
S.Z.Məmmədova (1989) ilk dəfə respublikamızda çayaltı sarı dağ meşə, sarı-podzollu, sarı-podzollu-qleyli 
torpaqların aqroekoloji münbitlik modellərini işləmişdir. Müəllif çay bitkisinin ekoloji tələblərini nəzəra almaqla 
münbitliyi formalaşdıran amiləri yeddi blokda (aqroekologiya, torpaq tərkibi və xassələri, torpaq rejimi, torpaq 
onurğasızları,  biometriya,  qiymət,  aqromeliorasiya)  qruplaşdırmış,  bu  göstəricilərin  optimal  parametrlərdən 
tərəddüdünü müəyyən etmiş, münbitliyin yüksəldilməsi yollarını göstərmişdir. 
F.D.Ayvazov  (1989)  Acınohur  düzündə  otlaqaltı  torpaqların  bioloji  məhsuldarlığını  tədqiq  etmiş,  qiymət 
meyarlarından və təshih əmsallarından istifadə etməklə onların balla ifadə edilmiş qiymətini tapmış, Acınohur 
qış otlaqlarının plastika metodu əsasında torpaq örtüyü strukturunu və bonitet kartoqramını (1:500000) tərtib 
etmişdir.  
S.R.Tağıyev (1991) Böyük Qafqazın şimal-şərq yamacında meşəaltı torpaqları qiymətləndirərkən, ənənəvi 
qiymət  meyarları  ilə  yanaşı,  torpağın  qranulometrmik  tərkibindən  də  qiymət  meyarı  kimi  istifadə  etmişdir. 
Tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının meşəaltı torpaqlarının bonitet şkalası, 1:200000 
miqyasında bonitet kartoqramı tərtib edilmişdir. 
M.M.Əsgərova  (1990)  Qarabağ  düzü  torpaqlarının  kompleks  aqronomik  qiymətləndirilməsi  və  pambıq 
bitkisinin ekoloji tələbi əsasında ərazi torpaqları münbitliyinin konseptual modellərini işləmişdir.  
H.M.Hacıyev (1990) Mil düzü ərazisinin torpaq örtüyü strukturunu (TÖS) tədqiq etmiş, elementar torpaq 
areallarının  əmələ  gətirdiyi  birləşmələri  plastika  metodundan  istifadə  etməklə  xəritələşdirmişdir  (1:200000, 
1:100000, 1:10000, 1:5000).  
A.B.Cəfərov  (1991)  Lənkəran  vilayətinin  şimal  hissəsində  taxılaltı  torpaqların  aqroekoloji  münbitlik 
modellərini işləmiş, 1:50000 miqyasında plastika metodu əsasında torpaq-bonitet kartoqramını tərtib etmişdir.  
L.C.Qasımov  (1992)  Lənkəran  vilayətində  subtropik  bitkiləraltı  (limon,  portağal,  naringi)  torpaqların 
yüksək  münbitlik  modelini  işləmiş,  bu  bitkilərin  məhsuldarlığına  və  münbitliyin  səviyyəsinə  təsir  göstərən 
amillərin  səciyyəsini  vermiş,  onları  idarə  olunma  dərəcəsindən  asılı  olaraq  münbitlik  modellərinin  blokları 
daxilində qruplaşdırmışdır. Müəllif rütubətli subtropik ərazinin 1:50000 miqyasında plastika metodu əsasında 
torpaq xəritəsini tərtib etmiş, subtropik bitkiləraltı torpaqların münbitlik göstəricilərinin optimallaşdırılması üçün 
kompleks aqrotexniki və meliorativ tədbirlər sistemi təklif etmişdir.  
Ş.İ.İsgəndərov (1992) tərəfindən Böyük Qafqazın cənub-şərq yamacı torpaq örtüyü strukturunun plastika 
metodu ilə 1:200000 miqyasında xəritəsi tərtib edilmişdir.  
S.A.Hacıyev (1992) Naxçıvan Muxtar Respublikası ərazisində qış otlaq sahələrinin torpaqları münbitliyinin 
ekoloji  modellərini  qurmuşdur.  Müəllif  bu  torpaqların  bonitet  şkalasını  və  kartoqramını  (1:100000)  da  tərtib 
etmiş, otlaqların yaxşılaşdırılması üçün kompleks tədbirlər sistemi irəli sürmüşdür.   
S.B.Rəcəbova  (1994)  Abşeron  yarımadası  daxilində  zeytuna  yararlı  torpaqların  geniş  bonitet  şkalasını 
tərtib etmiş, Zığ zeytunçuluq təsərrüfatının 1:10000 miqyasında ekoloji qiymət xəritəsini hazırlamışdır.  
A.H.Babayev (1995) respublikada ilk dəfə olaraq torpaq münbitliyinin riyazi modellərini işləmişdir. 
M.M.Yusifova  (2000)  tərəfindən  Arazboyu  üzümaltı  torpaqların  ekoloji  rayonlar  üzrə  bonitet  balları 
hesablanmış, 1:100000 miqyaslı ekoloji qiymət xəritələri tərtib edilmişdir.  
V.A.Quliyev  (2000)  Azərbaycanın  şimal-şərq  əkinçilik  zonasının  1:100000  miqyasında  torpaq,  torpaq-
kadastr  rayonlaşdırılması  xəritələrini  hazırlamış,  bonitet  və  aqroistehsalat  qruplaşdırılması  kartoqramlarını 
tərtib etmişdir.   
M.Ə.Bayramov  (2002)  Ceyrançöl  qış  otlaq  torpaqlarının  torpaq-ekoloji  rayonlaşdırılması  xəritəsini  tərtib 
etmiş, torpaqların bonitet və aqroistehsalat göstəricilərini xəritə (1:100000) üzərində yerəşdirmişdir.  
N.K.Mikayılov  (2003)  tərəfindən  Kür-Araz  düzündə  ağır  gilli  şoranların  və  şoran-şorakətlərin  meliorativ 
yaxşılaşdırılması  məqsədilə  kimyəvi  meliorantlar  tətbiq  etməklə  yuma  işləri  aparılmışdır.  Meliorantlar 
aparılmış sahələrdə torpaqların fiziki, fiziki-kimyəvi və su-fiziki xassələri xeyli yaxşılaşmış, yumadan sonra sahələr 
müxtəlif kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur (düyü, pambıq, arpa, yemlik noxud, taxıl, yonca və 
b.).  
A.İ.İsmayılov  (2003)  tərəfindən  Azərbaycanda  ilk  dəfə  olaraq  torpaq  informatikasının  konseptual  elmi 
əsasları işlənib hazırlanmış,  torpaq tədqiqatlarının  operativ, obyektiv və riyazi  əsaslarla araşdırılmasını  təmin 
edən  informasiya  sistemi  yaradılmış,  torpaq  ekoloji  sisteminin  əsas  informativ  göstəricilərinə  əsaslanan 
məlumatların təsvir dili və müvafiq klassikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təşkil 
olunmuş, torpaqda gedən proseslərin təbiətini nəzərə almaqla torpaqların münbitlik modellərinin qurulmasının 
yeni üsulu təklif olunmuşdur.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə