QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   2   3   4   5   6   7   8   9   10   ...   94

 
15 
N.A.İsmayılova  (2003)  Böyük  Qafqazın  cənub-şərq  yamacı  meşəaltı  torpaqların  bonitirovkasını 
aparmışdır. Tədqiqatlar nəticəsində ekoloji rayonların ekoloji qiymət xəritəsi (1:100000) tərtib edilmişdir.  
N.Ə.Sultanova  (2004)  Abşeronun  tərəvəzaltı  (pomidor)  boz-qonur  torpaqlarının  torpaq-ekoloji 
xüsusiyyətlərini  tədqiq  etmiş,  ilk  dəfə  olaraq  1:5000  miqyasında  pilot  təsərrüfatda  münbitlik  amillərinin 
səciyyəsi  əsasında  torpaqların  ekoloji  qiymət  xəritəsini  tərtib  etmiş,  kontur  qiymətləndirmə  metodundan 
istifadə  etməklə  həmin  miqyasda  torpaqların  bonitet  şkalasını  qurmuş,  aqroistehsalat  qruplaşdırılmasını 
aparmışdır. 
Azərbaycanda  ekoloji  problemlərdən  biri  hesab  olunan  torpaq  eroziyası  və  sel  hadisələri  haqqında 
fikirlərə  yalnız  XIX  əsrin  sonlarında  rast  gəlmək  olar.  N.S.Nikitin  (1866)  İlisu  dərəsi  haqqındakı  oçerkində 
yazırdı  ki,  Qax  rayonunda  Kürmükçayın  bulanıq  suları  suayrıcından  başlayır  və  çay  oradan  çoxlu  eroziya 
məhsulları  gətirərək  İlisu  kəndindən  aşağıda  çökdürür.  D.Karqanov  1875-ci  ildə  yazırdı  ki,  güclü  yağışdan 
sonra  Zaqatalanın  şəhər  divarının  dağılmasını,  N.İ.Statkovski  isə  Salavat  aşırımından  Hərbi  Axtı  yolunun 
salınması zamanı (1846-cı ildə) Şinçaydan güclü sel keçdiyini göstərmişdir.  
H.B.Zərdabi  (1876-1877)  yazırdı  ki,  meşələrin  intensiv  qırılması  iqlimi  dəyişdirir  və  torpaq  güclü 
yuyulmağa məruz qalır, bu zaman çaylar bulanıq axır. Elə həmin dövrdə Zərdabi Abşeron yarımadasında şimal 
küləyinin təsirilə hərəkət edən qumların zərəri haqqında göstərirdi və küləyə qarşı bu şəraitdə yaxşı bitən əncir 
və narın əkilməsini tövsiyə edirdi.  
1935-ci ildə N.İ.Sitkovski Balakənçayda sel hadisələrini tədqiq edir. 1937-ci ildə B.A.Klopotovski Pirsaatçay 
hövzəsində  və  1939-cu  ildə  Xanlar  rayonunun  dağlıq  hissəsində  eroztya  prosesinin  intensivliyi  və  coğrafi 
yayılmasını öyrənmişdir.  
1945-ci  ildən  başlayaraq  torpaq  eroziyası  üzrə  tədqiqat  işləri  Azərbaycan  SSR  EA  Torpaqşünaslıq  və 
Aqrokimya  İnstitutunda  müntəzəm  olaraq  aparılmışdır. 1950-ci  ildə  Torpaq-Eroziya  Stansiyası  yaradılır. 
K.Ə.Ələkbərovun,  sonralar  isə  X.M.Mustafayevin  başçılığı  ilə  respublikanın  regionlarında,  ayrı-ayrı  çay 
hövzələrində  torpaq  eroziyasının  coğrafi  yayılması,  müxtəlif  dərəcədə  eroziyaya  uğramış  sahələrin 
müəyyənləşdirilməsi  həyata  keçirilir.  Bu  istiqamətdə  marşrut,  stasionar  və  yarımstasionar  şəraitdə  aparılan 
tədqiqatların  nəticəsində  ayrı-ayrı  rayonlar  üzrə  torpaq-eroziya  xəritələri  tərtib  edilir,  eroziyaya  uğramış 
torpaqların münbitliyini artırmaq və eroziyaya qarşı mübarizə tədbirlərinin elmi əsasları hazırlanır. Bu iş böyük 
erozionist  ordusu  tərəfindən  yerinə  yetirilir.  Onlardan  X.M.Mustafayev,  A.İ.İzyumov,  Q.Q.  Həsənov, 
Q.S.Rəhimov,  X.Q.Seyidova,  Ə.A.İbrahimov,  M.Y.Xəlilov,  N.Ə.Əsədov,  B.K.Şakuri,  Ş.Q.Hüseynov,  S.M. 
Nurullayev, Ş.A.Ağayev, Q.A.Qiyasi və bir sıra başqalarını göstərmək olar.  
Eroziya  ilə  bağlı  sel  hadisələri  erozionistlərlə  (Mustafayev  X.,  Ələkbərov  K.)  yanaşı,  respublikamızda 
əsasən  Coğrafiya  İnstitutunun  tədqiqatçıları  (S.H.Rüstəmov,  B.Ə.Budaqov,  İ.E.Mərdanov,  B.T.Nəzirova, 
Əyyubov  A.C.,  Quluzadə  V.A.,  Babaxanov  N.A.,  Nəbiyev  X.L.,  Məmmədov  D.X.  və  b.)  və  digər  təşkilatlar 
(İbadzadə  Y.,  Leontyev  L.N.,  Roşin  N.İ.,  Sitkovski  N.İ.  və  b.)  tərəfindən  öyrənilmişdir.  Bu  tədqiqatçılar  öz 
əsərlərində  respublikamızın  ayrı-ayrı  regionlarında  və  çay  hövzələrində  sel  hadisələrinin  yaranma  səbəbləri, 
onun iqtisadi nəticələri və sellərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumatlar verir.  
Respublikamızda  təbii  fəlakətlərin,  o  cümlədən,  sellərin  və  daşqınların  tədqiqi  tarixi,  iqtisadi  və  sosial-
coğrafi öyrənilməsi N.A.Babaxanov və N.Ə.Paşayevin «Təbii fəlakətlərin iqtisadi və sosial-coğarfi öyrənilməsi» 
əsərində (2004) ətraflı şərh olunmuşdur.  
 
 
Flora və bitki örtüyü sahəsi    
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir.  
İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın 
çətin  relyef  şəraitində  yerləşən  və  hələ  öyrənilməyən  zəngin  təbiətinə  səyahət  etmişlər.  XVIII  əsrdə  və  XIX 
əsrin  əvvəllərində  təbiətşünaslar  bitki  örtüyü  ilə  yanaşı,  təbiət  elminin  digər  sahələrini-geologiyanı, 
mineralogiyanı, xüsusilə zoologiyanı öyrənməyə başlamışlar.  
XVIII  əsrin  sonunda  Küldenştatd  və  Pallas  Qafqaz  regionu  üzrə  zəngin  floristik  material  toplamışlar. 
X.X.Steven  Qafqazın,  o  cümlədən  Azərbaycanın  bir  sıra  meşəli  rayonlarında  olmuşdur.  O, 1805-ci  ildə  Qax-
etiya, Qartaliniya və Somxetiyada və Gəncənin ətraf ərazilərində olmuşdur. X.X.Steven 1810-cu ildə Qafqazın 
bir  çox  rayonlarına  səyahət  etmiş,  Qubada  olaraq  Şahdağa,  Tufandağa  qalxmış,  Böyük  Qafqazın  cənub 
yamacının ayrı-ayrı sahələrini (Şamaxı, Vəndam, Şəki) gəzmiş, Bakıda və Gəncədə olmuşdur. 


 
16 
Qafqaz  bitkiləri,  o  cümlədən  meşə  florası  nüsxələrinin  zəngin  kolleksiyası  imperator  Botanika  bağının 
direktoru  K.A.Meyer  (1829-1830),  Talış  florası  üzrə  isə  F.Qoqenager  (1834-1835)  və  E.K.Eyxvald  (1820) 
tərəfindən toplanmışdır.  
XIX  əsrin  ortalarında  o  dövrün  məşhur  dendroloqu  Karl  Kox  Qafqazda  böyük  botaniki  tədqiqatlar 
aparmışdır.  Qafqaz  üzrə  səyahətini  yekunlaşdıraraq  Şərqi  Qafqazın  ayrı-ayrı  hissələrindən  kolleksiyalar 
toplamışdır. O, öz işlərində Qafqaz florasının xarakteristikasını vermiş və Qafqazın floristik əyalətlərə bölünməsi 
təşəbbüsünü göstərmişdir. 1880-ci ildə Kox Qafqaxın bitki örtüyünün xəritəsini tərtib etmişdir.  
XIX əsrin sonlarında toplanmış materiallar əsasında tədqiqatçılar Qafqazın ayrı-ayrı vilayətlərinin florasını 
müqayisə etmiş, floristik və coğrafi-botaniki rayonlaşdırma üzrə təşəbbüslər göstərmişlər. Bu dövrdə floristik 
tədqiqatlar  və  bitki  növlərinin  sistematikası  və  coğrafiyasının  öyrənilməsilə  yanaşı,  Qafqaz  rayonlarının  bitki 
örtüyünü  səciyyələndirən  dəqiq  bitki  təsvirləri  yerinə  yetirilmişdir.  Bu  baxımdan  olan  işlərdən  görkəmli 
alimlərdən  Q.İ.Radde,  Y.S.Medvedyev,  M.N.Smirnov,  Y.A.Voronov,  F.P.  Keppen,  V.N.Lipski,  N.İ.  Kuznetsov, 
A.Voronin, D.İ.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar.  
Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ. Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq 
Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki-coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.  
Şərqi  cənubi  Qafqazın  meşə  bitkisinin  öyrənilməsində  Y.S.Medvedyev  və  N.İ.Kuznetsovun  işləri  böyük 
əhəmiyyət kəsb edir. Y.S.Medvedyevin «Zaqafqaziya meşələrinin oçerki» (1882) və «Qafqazda bitki örtüyünün 
vilayətləri haqqında» (1907, 1914) əsərləri bu baxımdan xüsusilə qiymətli sayılır.  
N.İ.Kuznetsovun  tərtib  etdiyi  Qafqazın  coğrafi-botaniki  əyalətləri  xəritəsində  Dağıstan-Quba,  Somxeti-
Qarabağ,  İberiya  və  Lənkəran  meşə  vilayətləri  bilavasitə  Azərbaycan  ərazisi  daxilindədir.  Sonralar  müxtəlif 
müəlliflər  tərəfindən  Qafqazın  bitki  örtüyünün  botaniki-coğrafi  əyalətlərə  bölünməsi  işi  N.İ.Kuznetsovun 
bölgüsünün dəqiqləşdirilməsi istiqamətində aparılmışdır.  
Beləliklə, yuxarıda qeyd edilən tədqiqatlar zamanı Azərbaycanda bitki örtüyünün öyrənilməsi respublikanın 
ayrı-ayrı hissələrində yerinə yetirilərək ümumi plan əsasında aparılmış, epizodik xarakter daşımış və bu işlərin 
az praktiki əhəmiyyəti olmuşdur.  
Azərbaycanın  bitki  örtüyünün  öyrənilməsi  və  botanika  elminin  inkişafında  akademik  A.A.Qrossheymin 
xüsusi  rolu  olmuşdur  (1888-1946). 1924-1947-ci  illərdə  Azərbaycanda  bütün  botanika  tədqiqatları  əslində 
A.A.Qrossheymin adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun rəhbərliyi altında, bilavasitə onun 
və ya onun şagirdlərinin iştirakı ilə yerinə yetirilmişdir. 
Azərbaycanda bitki örtüyünün və floranın  öyrənilməsində xalq torpaq komissarlığının  təşkil etdiyi qış və 
yay  otlaqlarının  geobotaniki  tədqiqatları  böyük  rol  oynamışdır.  Bu  tədqiqatlara  A.A.Qrossheym  başçılıq 
etmişdir. Tədqiqatların əsas məqsədi respublikada otlaq təsərrüfatının nizamlanması olmuşdur. Qış otlaqlarını 
öyrənərkən A.A.Kolakovski (1933), L.İ.Prilipko (1939, 1948, 1950), M.İ.Saxokia (1931), həm də Kürqırağı və 
Arazətrafı tuqay meşələrini, düzən palıd meşələrini və seyrək saqqız meşələrini tədqiq etmişlər. Qış otlaqları ilə 
məşğul olan tədqiqat dəstəsi (Axverdov, Yaroşenko) subalp çəmənlərinə bitişik meşənin yuxarı sərhədini də 
öyrənmişlər.  
Qış və ya otlaqlarının tədqiqatlarının nəticələri Azərbaycan xalq torpaq komissarlığı tərəfindən buraxılmış 
32 əsərlər silsiləsində çap edilmişdir.  
1926-cı  ildə  A.A.Qrossheymin  əsasən  meşə  örtüyünə  həsr  olunmuş  «Talışın  florası»  adlı  qiymətli  əsəri 
nəşr edilir. Kitabda Hirkan florası dərindən təhlil olunur, dəniz səthindən hündürlüyə görə Talışın meşə örtüyü 
düzən  meşəsinə,  aşağı,  orta  və  yuxarı  dağ  meşə  regionlarına  bölünür.  Hər  bir  zona  üçün  meşənin  botaniki 
xarakteristikası verilir. 1936-cı ildə isə A.A.Qrossheymin «Qafqaz florasının  təhlili»  adlı kapital monoqrafiyası 
nəşr olunur.  
1932-ci  ildə  SSRİ  Elmlər  Akademiyası  Zaqafqaziya  filialının  Azərbaycan  şöbəsi  açılır,  onun  nəzdində  isə 
A.A.Qrossheymin  başçılıq  etdiyi  botanika  bölməsi  təşkil  olunur. 1936-cı  ildə  bölmənin  əsasında,  tərkibində 
Nəbatat  bağı  olan  Botanika  İnstitutu  yaradılır.  Bitki  örtüyünün,  floranın,  bitki  sərvətlərinin,  həmçinin  bitki 
fiziologiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu  botanika elminin  mərkəzinə çevrilir və elmi-tədqiqat 
işlərini  əsasən  üç  istiqamətdə  (bitki  örtüyünün  öyrənilməsi,  floranın  öyrənilməsi  və  bitki  sərvətlərinin 
öyrənilməsi) aparır.  
İnstitut bitki örtüyünün xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. Hələ 1930-cu ildə A.A.Qrossheym 
Zaqafqaziyanın ilkin bitki örtüyünün sxematik xəritəsini tərtib edir. 1931-ci ildə mövcud kartoqrafik materiallar 
əsasında  A.A.Qrossheym  və  L.İ.Prilipko  tərəfindən  Azərbaycanın  1:1000000  miqyasında  geobotaniki  xəritəsi 
tərtib  olunur.  Azərbaycan  meşələrinin  ümumi  təsviri  1945-ci  ildə  nəşr  olunan  «Azərbaycan  SSR-in  fiziki 
coğrafiyası» kitabında L.İ.Prilipko tərəfindən verilir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə