QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə9/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

 
19 
elmə  əsaslanmış  tədbirlər  sistemi  hazırlanmışdır.  M.Y.Xəlilovun  apardığı  (1969-1990)  çöl  tədqiqatları 
nəticəsində respublikanın ayrı-ayrı dağ və düzən regionlarının müxtəlif təbii zonalarında hələ az-çox ilkin (təbii) 
vəziyyətini  saxlamış  meşə  obyektləri  aşkar  edilmiş  və  onların  mühafizə  olunması  üçün  yeni  qoruqların  və 
yasaqlıqların  təşkili  üzrə  təkliflər  işlənib  hazırlanmışdır.  Aparılan  tədqiqatların  nəticələri  monoqrafiya  və 
kitabçalarda  nəşr  edilmişdir  (H.Ə.Əliyev,  M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Səfərov,  M.Y.Xəlilov, 
Ş.Q.Hüseynov, F.H. Məmmədova, 1986; M.Y.Xəlilov, 1985, V.Ş.Quliyev, M.Y. Xəlilov, 1998, Q.Ş.Məmmədov, 
M.Y.Xəlilov, 2002, 2003, 2004). 
Təbiəti  mühafizə  şöbəsində  N.H.Axundov  (1992)  tərəfindən  pozulmuş  meşələrin  müasir  vəziyyəti 
öyrənilmiş, meşələrin potensial məhsuldarlığının rayonlaşdırılması işi yerinə yetirilmiş, əsas meşəyaradan ağac 
cinslərinin oduncağının artım dinamikasının regional qanunauyğunluğu aşkar edilmiş və onun əsasında ilk dəfə 
respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığa görə modelləri hazırlanmışdır. 1:600000 miqyasında 
Azərbaycan Respublikasının meşə örtüyü xəritəsi tərtib edilmişdir.  
Q.Ş.Məmmədov  meşə  ekosistemlərinin  məhsuldarlığına  təsir  göstərən  ərazilərin  ekoloji  xüsusiyyətlərinin 
aşkar  edilməsi,  meşə  torpaqlarının  münbitliyinin  bal  və  pul  vahidi  ilə  qiymətləndirilməsinin  ekoloji  əsasları, 
meşə torpaqlarının meşə-meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi 
və  idarəedilməsi  üzrə  təkliflərin  hazırlanması  istiqamətində  geniş  tədqiqatlar  aparmışdır.  Onların  nəticələri 
monoqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979, 1991, 1997, 1998, 2000 və s.).  
Azərbaycan  Elmi-tədqiqat  Çoxillik  Bitkilər  İnstitutu  yaşıllaşdırma  və  tarlaqoruyucu  meşə  zolaqlarının 
salınması məqsədilə ağac və kol bitkilərinin introduksiyası üzrə elmi işlər aparmışdır. Bu institutun Lənkəran 
filialı  tərəfindən  Hirkan  meşə  cinslərinin  biologiyasının  və  ekzot  cinslərin  introduksiyasının  öyrənilməsi  üzrə 
maraqlı  elmi  tədqiqat  işləri  yerinə  yetirilmişdir.  Bu  institutun  ərazisində  Lənkəran  təcrübə  stansiyasının 
yaratdığı «Hirkan sahəsi» elmi və praktiki əhəmiyyət kəsb edir. Burada əsas Hirkan cinslərindən başqa 150-
dən  artıq  ekzot  növlər  vardır,  onların  arasında  evkomiya,  mantar  palıdı,  evkalipt,  pekan,  tülpan  və  digər 
ağaclar xüsusi maraq doğurur.  
 
Zoologiya sahəsi 
Azərbaycanda  zoologiya  elminin  tarixi  və  inkişafı  M.Ə.Musayevin  (1987)  məlumatına  əsaslanaraq  şərh 
olunur.  
Azərbaycanın  çoxcəhətli  faunası  bir  çox  təbiətşünasların  və  səyyahların  diqqətini  cəlb  etmişdir.  Hələ 
eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar 
aləminin müxtəlif nümunələrini – öküz, maral, at və s. təsvir edirdilər.  
Azərbaycanın  heyvanlar aləmi  haqqında  ilk  məlumatlara  qədim  yunan  və  Roma  səyyahlarının  (Herodot, 
Klavdi  Elian),  coğrafiyaşünasların  (Əl-İstəhri,  Rubruk,  Tavernye,  Oleari,  X-XII  əsrlər)  əsərlərində,  böyük 
Azərbaycan şairlərinin poemalarında (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast gəlmək olar.  
S.Q.Qmelinin  1770  və  1773-cü  illərdə  gəlişi  Azərbaycan  faunasının  tədqiqinin  başlanğıcı  sayılmalıdır. 
Görkəmli  təbiətşünaslardan  Menetrie,  Qoqenaker,  Radde,  Ber,  Qrimm,  Kessler  və  başqaları  müxtəlif  vaxtlarda 
Azərbaycanda  olmuş  və  tədqiqatlar  aparmışlar.  Onlar  bir  çox  yeni  heyvan  növləri  təsvir  etmişlər. 1867-ci  ildə 
Tiflisdə Qafqaz muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri Azərbaycanın 
müxtəlif  quberniyalarının  faunasını  tədqiq  etmiş  və  bir  sıra  zərərli  gəmirici  növlərin,  çəyirtkəkimilərin  və  s.-nin 
kənd  təsərrüfatında  rolunu  müəyyənləşdirmişlər.  Burada  həm  də  zərərvericilərə  qarşı  mübarizə  tədbirləri 
hazırlanır  və  aparılırdı.  Bu  muzeyin  (indi  Gürcüstan  Dövlət  Muzeyi)  mövcud  olduğu  dövr  ərzində  burada 
Azərbaycan faunası üzrə ayrı-ayrı şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material toplanmışdır.  
Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə alimlər öyrənirdi.  
Beləliklə, Azərbaycanda 1920-ci ilə kimi zəif stasionar zooloji müəssisə – Bakı ixtioloji stansiyası var idi. 
1912-ci  ildə  təşkil  olunmuş  bu  stansiya ölkənin  balıq təsərrüfatının  öyrənilməsini  lazımi  səviyyədə  təşkil  edə 
bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinetləri fəaliyyətə 
başladı.  Bakı-Dağıstan  bitki  mühafizəsi  bürosu  (1916-cı  il)  çəyirtkə  və  gəmiricilərə  qarşı  mübarizənin  təşkili 
üzrə iş aparırdı.  
Gəncə şəhərinin yaxınlığındakı Zurnabad taunla mübarizə stansiyasında (1902-ci il) mal-qaranın parazitar 
xəstəlikləri qismən öyrənilirdi.  
Azərbaycanın  heyvanat  aləminin  planauyğun,  sistemli  tədqiqi  yalnız  sovet  hakimiyyəti  illərində  elmi 
idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldü.  
1932-ci  il  Azərbaycanın  inkişaf  etməkdə  olan  zoologiya  elmi  üçün  xüsusən  əlamətdar  oldu.  Həmin  ildə 
hökumətin qərarı ilə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin tərkibində zoologiya bölməsi yaradıldı. 


 
20 
Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası. Həmin ilin noyabrında üçüncü seksiya-ev 
heyvanları seksiyası yaradıldı və ona rəhbərlik prof. İ.İ.Kaluginə tapşırıldı.  
Protozooloji  və  parazitoloji  tədqiqatlar  akademik  M.Ə.  Musayevin  rəhbərliyi  ilə  aparılır.  Tədqiqatçılardan 
M.Ə.  Musayev,  Y.Y.Yolçiyev,  F.  Əliyeva,  A.A.  Manafov,  Surkova,  A.  Abidinbəyova,  Ş.R.  İbrahimov, 
T.K.Mikayılov, Ş.R. İbrahimov və b. göstərmək olar.  
Entomoloji tədqiqatlar, həşəratlar qruplarının faunastik komplekslərinin öyrənilməsi ilə A.V.Boqarev, Çerno-
va,  Miram,  Sidorski,  S.P.Tarbinski,  N.P.Səmədov,  V.N.Ruşanova,  Ş.M.  Cəfərova,  A.Ə.Abdinbəyova, 
N.B.Mirzəyeva, N.C.Vəzirov, R.M. Əfəndi, X.Ə.Əliyev, Z.M.Məmmədov, A.Ə.Əliyev, L.M. Rzayeva və b. tərəfindən 
aparılmışdır.  
Helmintoloji tədqiqatlar K.İ.Skryabin, P.P.Popov, S.M. Əsədov, H.Ə.Qasımov, İ.Ə.Sadıqov, fitohelmintoloji 
tədqiqatlar isə Q.Ə.Qasımova tərəfindən yerinə yetirilmişdir.  
Quru faunası seksiyası üzrə məməlilər, quşlar, ilanlar, suda-quruda yaşayanlar, onurğasızlar, Qızılağac və 
Zaqatala  qoruğunun  faunası,  qansoran  həşərat,  parazit  qurdlar,  əkinlərin  nematodları,  tərəvəz  və  bostan 
zərərvericilərin  öyrənilməsi  üzrə  tədqiqatlar  aparılmışdır.  Bu  istiqamətdə  işlərin  əsas  tədqiqatçılarından 
A.N.Arqiropulo,  V.S.Yelpatyevski,  N.K.Vereşaqin,  A.M.Ələkbərov,  X.M.Ələkbərov,  ornitoloji  tədqiqatların 
müəlliflərindən  isə  A.Y.Tuqarinov,  M.Ə.  Əhmədov,  Y.V.Kozlova-Puşkaryeva,  N.K.Vereşaqin,  A.N. 
Xanməmmədov, D.Q.Tuayev, V.İ.Vasilyev, İ.R.Babayev və b. göstərmək olar.  
Su  faunası seksiyası  üzrə Azərbaycan  ərazisində Xəzərin  balıqları,  ali  xərçəngkimiləri,  kollektor  suları  və 
irriqasiya  sistemlərinin  biologiyası,  Azərbaycanın  hidrobiologiyası  və  s.  öyrənilmişdir.  Hidrobioloji  və  ixtioloji 
tədqiqatlar  A.N.Derjavin,  Ə.N.  Əlizadə,  Ə.H.Qasımov,  M.Ə.Salmanov,  Y.Ə.  Əbdürrəhmanov,  R.A.Qayıbova, 
H.S.Abbasov, A.N. Smirnov, Z.M.Quliyev və b. tərəfindən yerinə yetirilmişdir.  
Hazırda  Azərb.MEA  Zoologiya  İnstitutu  əməkdaşlarının  və  digər  müəssisə  və  ali  məktəblərdə  çalışan 
zooloqların  apardıqları  çoxillik  tədqiqatların  nəticəsində  Azərbaycanın  zəngin  heyvanlar aləmindən  (təxminən 
18 min heyvan növü) aşağıdakılar müəyyən edilmişdir: 
1500 növdən artıq ibtidai, 1200 növdən çox heyvanlarda parazitlik edən qurdlar (helmintlər), 300 növdən 
artıq fitohelmint, təxminən 290 növ rotatori, 360 növdən çox xərçəngkimi, təqribən 14 min növ həşərat, 1100 
növdən  artıq  hörümçəkkimi, 181 növ  ilbiz, 101 növ  və  forma  balıq, 10 növ  suda-quruda  yaşayan, 54 növ 
sürünən, 348 növ quş, 97 növ məməli (o cümlədən 13 növ həşəratyeyən, 24 növ yarasa, 29 növ gəmirici, 2 
növ dovşan kimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ kürəkayaqlı). Respublika faunasından 109 növ heyvan 
«Azərbaycanın Qırmızı kitabı»na daxil edilmişdir.  
Zoologiya institutu alimlərinin çoxillik tədqiqatlarının təhlili və ümumiləşdirilməsi nəticəsi olan 50-dən artıq 
monoqrafiya institutda əsaslı tədqiqatların inkişafını əks etdirir. Bunlardan «Azərbaycan faunası» seriyasından 
çoxcildli  nəşrini  (Azərb.  dilində)  xüsusilə  qeyd  etmək  lazımdır.  Artıq  bu  seriyadan  6  cild  nəşr  olunmuşdur 
(«Balıqlar», «Quşlar», «Məməlilər», «Xərçənglər», «Rotatorilər», «Yarpaqyeyən  böcəklər»).  Müəlliflər 
kollektivinin «Azərbaycanın heyvanlar aləmi» adlı 3 cildlik əsəri rus dilində nəşr edilmişdir, əsərdə Azərbaycan 
ərazisində  və  Xəzər  dənizinə  qonşu  sahələrdə  yaşayan  bütün  heyvan  qruplarının  zooloji  tədqiqi 
ümumiləşdirilmişdir. Hazırda əsər Azərbaycan dilində nəşrə hazırlanır.  
Zoologiya  İnstitutunun  nəzdində  zooloji muzey  1971-ci  ildən  fəaliyyət  göstərir  və  1987-ci  ilə qədər  ona 
A.İ.  Xanməmmədov  rəhbərlik  etmişdir.  Həmin  ildən  sonra  İ.R.Babayev  muzeyin  müdiri  vəzifəsində  işləyir. 
Hazırda  muzeydə  onurğasızlar  və  onurğalılar  faunasını  səciyyələndirən  800-dən  çox  eksponat  vardır. 
Eksponatlar  arasında  sürünənlər,  suda-quruda  yaşayanlar,  balıqlar,  quşlar  və  məməlilər  sinfinin 
nümayəndələrinin  müqəvvaları,  müxtəlif  heyvanların  embrionları,  molyuskların,  xərçəngkimilərin, 
dərisitikanlıların,  su  həşəratlarının,  eyni  zamanda  müxtəlif  heyvanların  helmintləri,  Azərbaycan  torpaq  və 
bitkilərinin nematodları, eləcə də kənd təsərrüfatı bitkiləri zərərvericilərinin qrupları üzrə kolleksiyaları vardır. 
Muzeydə xarici ölkələrin faunasını əks etdirən nümunələrin müqəvvaları da vardır. Onlardan Hindistan fili, şir, 
zürafə seyrçilərdə böyük maraq doğurur.  
Hər  il  muzeyə  10  mindən  artıq  ekskursant  gəlir.  Bura  kollektiv  halında  Bakı  şəhəri  rayonlarının  orta 
məktəblərinin şagirdləri, texnikumlarının, litseylərin və ali məktəblərin tələbələri gəlirlər. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə