131
«sahiblərinə» yazın başlanğıcında qar örtüyü əridikdən sonra hücum etməyə başlayır. Gənə ensefaliti
xəstəliyinə fəaliyyəti meşə ilə bağlı olan insanlar, meşə təsərrüfatı işçiləri, meşədə müxtəlif sahədə tədqiqat
işləri aparanlar, ovçular, yol çəkənlər yoluxurlar.
Bəzi təbii-mənbə xəstəliklərinin yoluxdurulması sahib-heyvan hücumu və dişləməsi (quduzluq), su
(sarılıqsız leptospizoz), qida (diyersenioz), hava-damcı (taun, ornitoz) vasitəsilə ötürülür.
Quduzluq kəskin yoluxucu xəstəlik olub dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü
30 gündən 90 günə kimidir.
Qeyri-yoluxucu endemik xəstəliklər də mövcuddur. Belə xəstəliklər həmin ərazidəki torpağın, suyun və
havanın xüsusi tərkibi ilə əlaqədardır.
Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemik
zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini,
dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.
Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan
orqanizmi üçün sutkalıq norması 0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə
yetişdirilən kənd təsərrüfatı məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr
mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur.
Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda
endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla
qidalanır. Kiçik yaşayış məntəqələrində içməli suda yod azlıq edərsə, profilaktika məqsədilə yodlaşdırılmış
xörək duzundan istifadə etmək məsləhətdir.
Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir
halqanın qırılmasıdır. Bunun üçün landşaftın sağlamlaşdırılması, torpağın düzgün becərilməsi, məhsulun
vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu
xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.
Qeyd etmək lazımdır ki, ekosistemin nizamlanmasında təbii faktorların təsiri ilə mübarizə aparmaq
məqsədilə insan təbii resurslardan, o cümlədən əvəzolunmaz resurslardan istifadə edərək özünün yaşaması
üçün süni mühit yaratmaq məcburiyyətində qalır. Bu halda xəstəliklərin baş verməsində aşağıdakı faktorlar
başlıca rol oynayır: hipodinamiya, həddindən artıq yemək, informasiyanın bolluğu, psixoemosional
stres. Bununla əlaqədar aşağıdakı «əsrin xəstəlikləri»nin daima artması müşahidə olunur: ürək-damar,
onkoloji, allergiya xəstəlikləri, psixi-pozğunluq və nəhayət SPİD və s.
10. 2. İnsanın tələbatları
İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqanizmin normal həyat
fəaliyyəti daxili mühitin tərkibini nisbətən sabit saxlamaqla mümkündür. Tələbat-insanın yaşama şəraitindən
asılılığını təzahür etdirən aktivlik mənbəyi, vəziyyətidir.
Tələbatın iki səviyyəsi ayrılır. Birinci səviyyəyə vital, sosial və ideal tələbat aiddir. Vital tələbatlar
insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun
davamı və s.). Sosial tələbat – insanın cəmiyyətdə həyatı ilə bağlıdır (diqqətlilik, sevgi, qayğı, qrup və ya
cəmiyyətdə norma və ideologiyaya əməl etmək, müəyyən yer tutmaq və s.). İdeal tələbat – insanda şüur,
düşüncə, idrakın olması ilə əlaqədardır (həqiqətə və inama tələbat; özünü, ətraf aləmi və aləmdə öz yerini,
həyatın mənasını, gözəllik tələbatını, haqq-ədaləti və s. dərk etmək).
İkinci tələbat – öz müstəqilliyinə tələbat - ikinci dərəcəli əlavə tələbat olub, onsuz birinci tələbatları
təmin etmək çətindir və ya mümkünsüzdür (silahlanmaya – güc və vəsaitə olan tələbat).
Bu və ya digər tələbatı təmin etmək zəruriliyi insanın davranışını – əxlaqını təyin edir. İnsanın davranışı
(əxlaqı) – hərəkət hadisəsinin mürəkkəb kompleksi olub orqanizmin tələbatını ödəməyə istiqamətlənib.
İnsanın fərdi davranışı – əxlaqı, onun xarakteri ən çox onun sosial təcrübəsindən (adamlarla ünsiyyət
təcrübəsi və ətraf aləmlə), az dərəcədə isə ünsiyyətdən (qüsursuz doğulan adamlar üçün) asılıdır.
Yuxarıda qeyd edildiyi kimi, insan biosferin bir hissəsi, onun təkamülünün məhsulu hesab olunur, odur ki,
onun sağlamlığı və iş qabiliyyəti ətraf mühitlə qarşılıqlı əlaqəsindən daha çox asılıdır. İnsan da digər canlı
orqanizmlər kimi ətraf mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır. Ona həm də, mühitin
ekoloji fəaktorları təsir göstərir. Lakin insan müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirindən
qorunmağı öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə edən mühitə böyük təsir göstərir.
10.3. RİSK FAKTORU
132
Risk faktoru anlayışı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nizamnaməsində deyilir ki, sağlamlıq insanın ən əsas
hüquqlarından biridir. İnsanın daha mühüm hüququ onun sağlamlığını təyin edən faktorlar və ya risk faktorları
haqqında informasiya almasıdır, belə ki, onların təsiri xəstəliklərə səbəb ola bilər.
Risk faktoru – müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını
artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə
və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud
mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji,
ekoloji və sosial risk faktorları ayrılır (cədvəl 10.1). Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir göstərən
faktorlarla da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.
Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi)
xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast
gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti və b. xəstəliklərə irsi meyillik də mövcuddur.
Bir sıra xəstəliklərin, o cümlədən şəkər diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi
faktoru köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəyinin mövcudluğu (məsələn, xroniki tonzil-
lit) revmatizm xəstəliyinə səbəb ola bilər.
Ekoloji risk faktorları. Atmosferin fiziki və kimyəvi xassələrinin dəyişməsi, məsələn, bronx ağciyər
xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gərginliyinin
sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb olur.
Dostları ilə paylaş: |