145
həm də dolayı yolla müəyyən edir. Ailə həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Dul
qadınlar arasında ölüm halları, əri olanlarla müqayisədə daha çoxdur. Əlverişsiz psixi-emosional vəziyyətin
olduğu ailələrdə uşaqlar daha tez-tez mədə xorası, sarılıq, xroniki qastritə tutulurlar. İstirahətin, qida və
yuxunun pozulması ailənin əksər üzvlərində ürək-damar, əsəb və başqa xəstəliklərin baş verməsinə şərait
yaradır.
Ailə özünün qidalanma ənənəsinə malikdir. İnsanın sağlamlığı və uzunömürlülüyü qidanın kəmiyyət və
keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.
İnsan orqanizminin bioloji xüsusiyyətlərinin illər ərzində nəzərə çarpacaq dərəcədə dəyişməsi də, onun
həyat tərzi və qidalanma xüsusiyyətlərində böyük dəyişiklik olmuşdur. Belə ki, qədim insanın rasionuna ət,
balıq, meyvə, giləmeyvə, bəzi yabanı bitkilərin kök yumruları daxil idi. Oddan istifadə və qida maddələrinin
istiliklə hazırlanması qidalanmanın xarakterini dəiyşdi, çətin həzm olunan qaba yemlər tez mənimsənilən
qidalarla əvəz olundu.
Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki
ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə
müxtəlif və zəngin olmalıdır. Sağlam dietada (pəhrizdə) yağ və duzlar məhdudlaşdırılmalı, meyvə və tərəvəz
məhsulları, qaba un məhsullarından geniş istifadə edilməlidir. Zülal yeməyi kimi paxlalılar, az yağlı süd
məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.
İnsanın sağlamlığı üçün hərəkət ən vacib şərtlərdən biridir. Hərəkət xüsusi hormonların ifrazını
stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü
idarə etmək qabiliyyətini inkişaf etdirir, yəni istənilən vəziyyətdə emosional müvazinətin saxlanmasına
köməklik göstərir. Hərəkətin azlığı orqanizmin ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı, ya da
aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya,
izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.
Həyat tərzində hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam həyat tərzinin
təşkilində aşağıdakı faktorlar nəzərə alınmalıdır:
- insanın fərdi irsi xüsusiyyətləri (morfofunksional tipi, yüksək əsəb fəaliyyəti tipi, vegetativ əsəb
nizamlanmasında üstünlük təşkil edən mexanizm və s.);
- insanın həyatında təbii-ekoloji və sosial-ekoloji mühit şəraiti (ailə-məişət və peşəkarlıq fəaliyyətində
konkret həyat şəraiti);
- insanın yaş və cinsi mənsubiyyəti və sosial-iqtisadi həyat şəraiti (ailə vəziyyəti, peşəsi, ənənə, əmək və
məişət şəraiti, maddi təminatı və s.).
Sağlam həyat tərzinə aşağıdakı faktorlar daxil edilməlidir:
- optimal hərəkət rejimi;
- immunitet və möhkəmlik təlimi;
- psixi-fizioloji tənzimlənmə;
- psixo-seksual və cinsi mədəniyyət;
- həyatın səmərəli rejimi;
Sağlam həyat tərzi aşağıdakı məsələlərin həll olunmasını təmin edir:
- risk faktorlarının təsirini və xəstəliyi azaldır və ya aradan qaldırır, bunun nəticəsində müalicəyə sərf
olunacaq xərci azaldır;
- insan həyatının sağlamlığına və ömrünün uzun olmasına səbəb olur;
- ailədə yaxşı qarşılıqlı əlaqənin olmasını, uşaqların sağlamlığını və xəstəliyini təmin edir;
- insanın özünü reallaşdırma tələbatının təmin olunmasının əsası sayılır, yüksək sosial fəallığı və sosial
nailiyyətləri təmin edir;
- orqanizmin yüksək iş qabiliyyətinə, işdə yorğunluğun azalmasına, yüksək əmək məhsuldarlığına və
bunun əsasında, yüksək maddi bolluğa səbəb olur;
- zərərli vərdişlərdən imtina etmək, aktiv istirahətin vasitə və metodlarından istifadə edib vaxtın səmərəli
istifadəsini təşkil etməyə imkan yaradır;
- həmişə şən, xoş əhvali-ruhiyyə və optimizm təmin edir.
Uşaqlarda sağlam həyat tərzini hələ onlarda əsəb sistemi plastik olub, həyat yolu kifayət qədər davamlı
olmamışdan formalaşdırmaq xüsusilə vacibdir. Bu dövrdə uşaqlarda sağlam həyat tərzini onların marağı
istiqamətində yaratmaq lazımdır.
146
Suda balıq yoxdursa, onun su olmasına inanmıram, havada
qaranquş uçmursa, onun hava olmasına da inanmıram, vəhşi
heyvana rast gəlinməyən, yalnız insan olan meşəyə meşə demək
olmaz.
M.M.Prişvin
II HİSSƏ
ƏTRAF MÜHİT VƏ
İNSAN
147
XI FƏSİL
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
ATMOSFER HAVASINDA ƏN ÇOX YAYILAN ÇİRKLƏNDİRİCİ MADDƏLƏR VƏ ONUN İNSAN
SAĞLAMLIĞINA TƏSİRİ
ASILI HİSSƏCİKLƏR
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan
əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli
olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm
hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir.
Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə
daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər
nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı
hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası
nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot
oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları,
üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya
aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında
əmələ gəlir) ola bilər.
Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və davranışını, mənşəyini, həmçinin kimyəvi tərkibin çökmə
(düşmə) vaxtını və ya hava mühitində qalma vaxtını və ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli
əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-
dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01-0,1 mkm)
hava nümunəsində adətən az miqdarda müəyyən edilir.
Hissəciklərin xırda fraksiyaları (0,1-2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri
hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı
qalxaraq havanın yenidən çirklənməsinə səbəb olur. Asılı hissəciklərin tərkibində zərərli mikroorqanizmlər
(bakteriya, virus və göbələklər) atmosferin bioloji çirklənməsinə səbəb olur. Müxtəlif ölçülü hissəciklərin
orqanizmə təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur.
Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan
hissəciklər PM
10
adlanır (ingiliscə partikulate matter). PM
10
hissəcikləri əsasən raspirabel fraksiyasından
ibarətdir, yəni xirtləkdən (boğazdan) birbaşa ötərək orqanizmə daxil olur. Diametri 10 mkm-dən kiçik olan
antropogen tullantılarının asılı hissəciklərinin başlıca mənbələrinin cəmi avtonəqliyyatın hərəkəti (10-25%),
stasionar qurğularda yanacağın yandırılması (40-55%) və sənayedəki texnoloji proseslər (15-30%) sayılır.
Selektiv impaktordan keçən 2,5 mkm aerodinamik diametrli hissəciklər (həmin diametrli hissəciklərin
50% ələnməsini təmin edən) PM
2,5
adlanır. Tam ələnmənin yuxarı həddi 7 mkm-ə uyğun gəlir. Yüksək risk
qrupundan (uşaqlar və müəyyən ağciyər xəstəliyi olan yaşlılar) olan şəxslərin tənəffüs (nəfəs) yolları sahəsinə
daxil olan ümumi asılı hissəciklərin respirabel hissəsini təşkil edir.
Asılı hissəciklərə hər yerdə rast gəlinməsi və mürəkkəb tərkibli olduğuna görə onların normalaşdırılması
olduqca mürəkkəb məsələ sayılır. Rusiyada asılı hissəciklərin cəmi üçün yalnız iki normativ qəbul olunmuşdur:
maksimal YVK (yol verilən konsentrasiya) – 500 mkq/m
3
və orta sutkalıq YVK – 150 mkq/m
3
. Avropa
ölkələrində və ABŞ-da ümumi asılı hissəciklər və ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün daha
parçalanmış normativ şkalası hazırlanmışdır. ABŞ-da asılı hissəciklərin normalaşdırılması yalnız respirabel
fraksiyası, yəni ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün hazırlanmışdır. Bu normativlər asılı
hissəciklərin mütənasib olaraq 83 və 50 mkq/m
3
cəminin miqdarına uyğun gəlir. Avropa Şurası bu normativləri
gələcəkdə daha da sərtləşdirmək (azaltmaq) üzrə xüsusi direktivlər hazırlayır.
Hesablamalar göstərir ki, Rusiyada hər iki adamdan biri (70 mln-dan artıq) daim atmosfer havasında olan
asılı gətirmələrin yüksək təsirinə məruz qalır. Həm də 2,4 mln. adam yüksək konsentrasiyanın (300 mkq/m
3
)
və 20 mln. adam isə ortasutkalıq YVK-dan yüksək təsirinə məruz qalır. ABŞ-da 2 mln. adam havada asılı
hissəciklərin 300 mkq/m
3
-dən yüksək olan konsentrasiyasının təsirinə məruz qalır.
Asılı hissəciklərin sağlamlığa təsiri. Bu təsir geniş spektrli bioloji effektlər şəklində: oskürəyin
tezliyinin, yuxarı və aşağı tənəffüs yollarının digər simptomlarının artmasından başlayaraq, bronxial astmanın
Dostları ilə paylaş: |