QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə43/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

 
96 
 
 
Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevrilmələrdə 
iştirakı (Məmmədov, Suravegina, 2000) 
 


 
97 
 
 
Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990) 
 
 Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-
kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının 
güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında fos-
forun miqdarı 0,093% təşkil edir.  
Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elemen-
ti sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv 
bioloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. Onun üzvi birləşmələri bütün 
bitki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfoli-
pidlərin  membranının  (pərdəsinin)  tərkibinə  daxil  olur,  bioenerji  proseslərinin  əsasını  təşkil  edir.  Fosfor  canlı 
maddələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. Qurunun səthində «tor-
paq-bitki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun mineral birləşmələri çətin həll 
olur və onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar ki, mənimsənilə bilmir; bitkilər əksərən 
üzvi qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll olunan formalarından istifadə edir. Fosfo-
run dövranı «Quru-Dünya okeanı» sistemində gedir.  
Onun əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsiumla qarşılıqlı təsiri, fosforitlərin əmələ gəl-
məsi, vaxtı gələndə yataqlarının səthə çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir.  
 
 


 
98 
 
Øÿêèë 6.11. Ôîñôîðóí äþâðàíû (Ðåéìåðñ, 1990) 
 
İnsan  öz  təsərrüfat  fəaliyyətini  təbii  proseslərin  dövriliyini  nəzərə  alaraq  planlaşdırmalıdır,  xüsusilə  onu 
əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə almaq lazımdır. Şumla-
ma, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq faunasını olduqca kasadlaşdırır. Bu 
zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər pozulur, hətta tamamilə sıradan çıxır. 
Məlum  olduğu  kimi  Biosferə  ozon  səthinə  kimi  atmosferin  bir  hissəsi  (20-25  km),  litosferin  üst  hissəsi, 
əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxil-
dir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 
Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, hidrosfer, 
litosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində dəyişməsi (pozulması) 
və onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur. 


 
99 
VII FƏSİL 
 
LANDŞAFT ƏSASINDA BİOSFERİN 
TƏBİİ EKOSİSTEMLƏRİNİN TƏSNİFATI 
 
Biosferin  təbii  sistemlərinin  təsnifatı  landşaft  istiqamətində  yanaşmağa  əsaslanır,  belə  ki,  ekosistemlər 
Yerin  coğrafi  (landşaft)  örtüyünü  (təbəqəsini)  əmələ  gətirən  təbii  coğrafi  landşaftların  ayrılmaz  hissəsidir. 
Biogeosenozlar  (ekosistemlər)  Yer  səthində  biosferin  əsasını  təşkil  edən  biosferi  əmələ  gətirir,  V.İ.Vernadski 
onu «həyat təbəqəsi», V.N.Sukaçov isə «biogeosenotik örtük» adlandırmışdır.  
Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst 
horizontları,  relyef,  iqlim,  sular,  torpaq,  biota)  mürəkkəb  qarşılıqlı  əlaqədədir  və  inkişaf  səviyyəsinə  görə 
eynicinsli vahid sistem əmələ gətirir.  
Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət 
kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – təbii və antropogen. 
Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii landşaftlar ayrılır:  
Geokimyəvi  landşaft  (Polınov, 1956) –  kimyəvi  elementlərin  və  birləşmələrin  eyni  tərkib  və  miqdara 
malik  olan  yer  sahəsidir.  Hər  geokimyəvi  landşafta  müəyyən  tip  elementlərin  və  birləşmələrin  miqrasiyası 
məzsusdur.  
Elementar landşaft  (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki 
assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə 
ayrılır.  Ellüvial  landşaft  –  relyefin  təpəlik  (yüksəklik)  elementlərində  formalaşır.  Maddələr  və  enerji 
atmosferdən daxil olur. Elementlərin aparılması prosesi həm səthi su axımları ilə həll olmuş şəkildə, həm də 
sülb maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.  
Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və superakval landşaftlardan 
maddələrin toplanması prosesi üstünlük təşkil edir.  
Superakval landşaft – ellüvial və superakval landşaftlar arası vəziyyət daşıyır. Burada həm maddələrin 
daxil olması (xaricdən və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir.  
Mühafizə olunan landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və 
ya ayrı-ayrı növləri qadağan olunur.  
Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir.  
Antropogen  landşaft  –  bu  landşaft  tipində  insan  fəaliyyətinin  təsiri  nəticəsində  ilkin  təbii  landşaft 
dəyişərək təbii komponentlərin əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir: 
-  aqrokultur  (kənd  təsərrüfatı)  landşaftı  –  kənd  təsərrüfatı  əkin  və  səpinləri  (sahələri)  və  bağlar 
bura daxildir.  
-  texnogen  landşaft  –  insanın  texnogen  fəaliyyəti  (güclü  texniki  vasitələrdən  istifadə)  nəticəsində  torpaq 
pozulmuş, sənaye tullantıları ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye 
landşaftı da bura aiddir.  
- şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə