QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə85/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

 
185 
Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırlamaq üçün 
zavod  tam  hazırdır.  Bu  kompressorlar  eyni  zamanda  «Çinar»  İstehsal  Birliyində  müasir  soyuducuların 
hazırlanmasında istifadə ediləcəkdir. 
 
XV FƏSİL 
 
ENERGETİKA VƏ EKOLOGİYA 
 
15.1. Enerji resursları və ondan istifadə  
İnsanın  mövcud  olduğu  tarix  boyu  bəşəriyyətin  təşəkkül  tapması  və  inkişafı  enerjinin  əldə  edilməsi  və 
istifadəsi ilə sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər: enerji nə qədər 
əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və ömrü uzun olar.  
İlk enerji sıçrayışı insanın odu əldə etdiyi, oddan istifadə etdiyi və saxlamağı öyrəndiyi vaxt olmuşdur. Bu 
zaman  əsas  enerji  mənbəyi  ağac  və  digər  bitki  materialları  üzərində  insanın  özünün  əzələ  gücündən  ibarət 
olmuşdur.  
Orta  əsrlərə  yaxın  insanlar  işçi  mal-qarasından,  küləyin,  suyun,  oduncağın,  daş  kömürün  və  digər  təbii 
mineral yanacaq resurslarından (neft, şist, torf) istifadə etməyi öyrəndi.  Bu dövrdə enerjidən istifadə ibtidai 
icmaya  nisbətən  təxminən  10  dəfə  artdı.  Sənaye  cəmiyyətində  olan  müasir  bəşəriyyət  ibtidai  insanlarla 
müqayisədə  100  dəfədən  də  artıq  enerji  istifadə  edərək,  dörd  dəfə  artıq  ömür  sürür  və  müqayisə  edilməz 
dərəcədə rahat (komfort) şəraitində yaşayır.  
Müasir dünyada energetika sənayenin baza sahələrinin inkişafının əsasını təşkil edərək, ictimai istehsalın 
tərəqqisini  müəyyən  edir.  Sənaye  cəhətdən  inkişaf  etmiş  bütün  ölkələrdə  energetikanın  inkişaf  tempi  digər 
fəaliyyət  sahələrinin  tempini  ötüb  keçir.  Lakin  bununla  yanaşı,  energetika  biosferin  bir  hissəsi  olan  ətraf 
mühitə və insana mənfi təsir göstərən mənbələrdən biri sayılır.  
Energetika ətraf mühitə müxtəlif cür təsir göstərir:  
- Atmosferə oksigendən istifadə etməklə, qaz, rütubətlik, kül buraxmaqla; 
- Hidrosferə – sudan istifadə etmək, su anbarları yaratmaq, çirkab və qızdırılmış sular, maye tullantıları 
atmaqla; 
- Litosferə – landşaftı dəyişmək, qazıntı yanacağından istifadə etmək, toksin (zəhər) atmaqla; 
- Biosferə – abiotik faktorları dəyişmək və çirkləndiricilərin bilavasitə canlı orqanizmlərə təsir göstərmək, 
ekosistemlərdə idarəedici əlaqələrin fəaliyyətini pozmaqla. 
Yer  üzərində  enerji  mənbələrini  iki  böyük  qrupa  bölürlər:  bərpa  olunan  və  bərpa  olunmayan.  Bərpa 
olunanlara  Yerin  biosferində  fasiləsiz  fəaliyyət  göstərən  bütün  enerji  növləri  (günəş,  külək  enerjisi,  okeanın 
enerjisi və çayların hidroenerjisi) daxildir. Bərpa olunmayan enerji mənbələrinə qazıntı yanacaq növləri, nüvə 
və  nüvə-istilik  enerjisi  aid  edilir.  Bərpa  olunmayan  mənbələrə  əsaslanan  energetika  olduğu  mühitin  əlavə 
istiləşməsinə  səbəb  olur.  Bəzən  bu  istilik  növləri  əlavə  olunmuş  istilik  adlandırılır,  belə  ki,  onların  enerjisi 
planetin Günəşlə qızmasını təmin edən enerjiyə əlavə olunur. Bərpa olunan mənbələrin enerjisindən istifadə 
etdikdə isə planetin əlavə qızmasına səbəb olmur. Biosferin orta temperatunun  1
0
C qızması Yerin  iqlimində, 
həmçinin  heyvanat  və  bitki  aləmində  qlobal  fəlakətlərlə  nəticələnə  bilər.  Bu  haqda  müvafiq  fəsildə  ətraflı 
məlumat verilir.  
Enerji  istehsalının  artmasının  başlıca  faktoru  əhalinin  sayının  çoxalması  və  həyat  keyfiyyətinin  tərəqqisi 
olub adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 
2 kVt-a yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə 
bəzi inkişaf etmiş ölkələr nail olmuşlar.  
Sənayesi inkişaf etmiş ölkələrdə əhalinin adambaşına istifadə etdiyi elektrik enerjisi inkişaf etməkdə olan 
ölkələrlə  müqayisədə  14  dəfə  artıqdır.  Qeyd  etmək  lazımdır  ki,  hətta  sənayesi  inkişaf  etmiş  ölkələrdə  də 
elektrik  enerjisindən  istifadə  olunması  kəskin  fərqlənir.  Məsələn,  Norveçdə  əhalinin  adambaşına  ildə  25  min 
kVt saat elektrik enerjisi sərf olunur. Bu rəqəm İsveçdə 16 min, Fransada 6 min, İtaliyada 3 min, Banqladeşdə 
isə cəmi 46 kVt saat təşkil edir. Bundan belə nəticəyə gəlmək olar ki, elektrik enerjisinə olan tələbat gələcəkdə 
həm sənayecə inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün artacaqdır.  
Son 200 ildə energidən qlobal istifadə 30 dəfə artmışdır və 1994-cü ildə 13.07 Qtu.t/il təşkil etmişdir (şərti 
yanacaq  tonu  enerji  ölçüsü  olub  7  mld.  kal  və  ya  29.3  mld.  Coula  bərabərdir,  bu  təxminən  1  ton  yüksək 
keyfiyyətli daş kömürün yanmasından ayrılan istiliyin miqdarına uyğun gəlir, 1Qt=1 mld ton).  
Son  dövrlərə  qədər  energetikada  olan  nailiyyətlər  insanda  heç  bir  təşviş  doğurmurdu,  hətta  əksinə,  bu 


 
186 
bəşəriyyətin  sivilyaziyasının  yüksək  inkişaf  səviyyəsini  səciyyələndirirdi.  Təxminən  70-ci  illərin  sonlarında 
planetar iqlim sisteminə böyük antropogen təzyiq haqqında ciddi məlumatlar meydana gəldi.  
Energetikanın böyük hissəsi (80%-ə qədər) üzvi qazıntı yanacaqlarının (neft, kömür, qaz, torf), həmçinin 
bir  qədər  az  həcmdə  oduncağın  yandırılması  zamanı  alınan  enerjidən  istifadə  edilməsi  ilə  bağlıdır.  Məlum 
olduğu  kimi  bu,  atmosferə  çoxlu  miqdarda  karbon  qazının  atılmasına  səbəb  olur,  bu  isə  Yer  səthindən  əks 
olunan günəş şüalarını saxlamaq qabiliyyətinə malikdir.  
Hazırkı dövrdə ilkin enerji mənbələrinin kommersiya (ticarət) və qeyri kommersiya mənbələrinə ayrılması 
üzrə adi təsnifat, ekoloji baxımdan az maraq doğurmur.  
Kommersiya enerji mənbələrinə bərk (daş kömür, torf, yanar şistlər, bitumlu qumlar), maye (neft və qaz 
konsendatı), qazşəkilli (təbii qaz) yanacaq növləri və ilkin elektrik (nüvə, hidroelektrik, istilik, külək, geotermal, 
günəş, qabarma və dalğa stansiyalarında əldə olunan elektrik enerjisi).  
Qeyri  kommersiya  mənbələrinə  yerdə  qalan  enerji  mənbələri  (odun,  kənd  təsərrüfatı,  sənaye  və  sülb 
məişət tullantıları, işçi mal-qaranın və insanın özünün əzələ gücü) aiddir.  
Dünya energetikası kommersiya enerji mənbələrinə əsaslanaraq, ümumi istifadə olunan enerjinin 30%-nə 
qədərini  təşkil  edir.  Bəzi  məlumatlara  görə  XX  əsrin  90-cı  illərinin  ortalarında  kommersiya  enerjisinin  dünya 
üzrə  istifadəsinin  əhalinin  adambaşına  təxminən  2,2  tu.t  (nəfər/il)  təşkil  etmişdir.  Lakin  dünyada  bir  sıra 
ölkələr  qrupunda  (Afrikanın  mərkəzi  hissəsi,  Cənubi-şərqi  Asiya,  qismən  mərkəzi  və  Cənubi  Amerika)  əksər 
əhali öz yaşayışını demək olar ki, yalnız qeyri kommersiya enerji mənbələri hesabına saxlayır.  
XX  əsrin  50-ci  illərinin  başlanğıcında  dünya  energetikası  kommersiya  enerjisindən  istifadə  tempinin 
sürətlənməsi ilə səciyyələnir (şəkil 15.1).  
 
 
Şəkil 15.1.  Dünyada əhalinin adambaşına düşən ticarət 
enerjisinin istifadəsi 
 
XX əsrin bütün birinci yarısında kommersiya enerji mənbələri arasında daş kömür  əksər hallarda birinci 
yeri  tuturdu  (1950-ci  ilə  qədər  60%-dən  artıq),  lakin  sonralar  neft  istehsalı  kəskin  artmağa  başladı,  bu 
nisbətən əlverişli neft yataqlarının aşkar olunması ilə əlaqədar idi (şəkil 15.2).  
 
Şəkil 15.2. Dünyada ticarət enerjisindən istifadə strukturu 
1950-ci ildə dünyada neft ehtiyatı 10,5 milyard tona qədər, 1973-cü ildə isə 91 milyard tondan artıq təşkil 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə