168
Naqasaki prefekturalarında yaşayan adamlarda əmələ gələn xəstəlik «yu-şo» adlandırılmışdır. Düyü yağında
tapılan PXB (TE)-in orta konsentrasiyası 0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə gündəlik
daxil olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən xeyli çoxdur. Zərər çəkən
adamların qanında və yağ toxumalarında xeyli miqdarda PXB aşkar olunmuşdur.
Qidada çirklənmiş yağdan istifadə edilməsi nəticəsində 2 minə yaxın adam ziyan çəkmiş, onların 149-u
ölmüşdür. Xəstəliyin ilk simptomları bol tüpürcək axma, üst göz qapağının şişməsi, sızanaqşəkilli (civəşəkilli)
səpki (kamedon), piy vəzilərinin fəaliyyətinin güclənməsi, dərinin piqmentləşməsi, tərləmək, zəiflik hissiyyatı
olmuşdur. Xəstəlik ümumi yorğunluq, baş ağrıları, əzginlik (süstlük), ağır nəfəsalma ilə səciyyələnir. Yu-Şo
xəstəliyinə tutulmuş qadınlarda vaxtından qabaq doğum, bəzən ölü uşaq doğumu olmuşdur. Doğulan 11
uşaqdan 9-nun dərisinin piqmenti qeyri adi tünd-qəhvəyi (tünd qəhvəyi ləkəli boz dəri), həmçinin dırnaqların
və diş ətinin selikli qişasının piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir .
Vaxtilə zəhərlənməyə məruz qalan qadınların yeni doğulan uşaqlarının dərisi tünd rəngli olması ilə seçilir.
Belə uşaqları «qara bəbələr» (black babies) adlandırılırdı. Onların çəkiləri sağlam anaların uşaqları ilə
müqayisədə azçəkili, anadangəlmə qüsurlu olub dişləri, diş ətləri, dəri və ağciyərlərində xəstəlik müşahidə
olunur. Sonrakı epidemioloji tədqiqatların nəticələri göstərdi ki, Yu-Şo xəstəliyinə məruz qalan adamlarda
xərçəng xəstəliklərindən ölüm hadisələrinin 3-6 dəfə çox olması aşkar edilmişdir.
Yu-çenq xəstəliyi. Bu da digər yağ xəstəliyi olub 1979-cu ildə Tayvan adasında baş vermişdir. Qida
çeşidli PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979-1986-cı
illər ərzində doğulan uşaqlarda qaraciyərin funksiyasında pozuntular müşahidə edilmiş, min doğulan uşaqda
ölümün sayı 26 nəfər, yəni orta qiymətdən 2-2,5 dəfə artıq olmuşdur.
Rusiyada Serpixovda 1967-ci ildən PXB ilə doldurulan kondisionerlər buraxılışı olmuşdur, onun əhalinin
sağlamlığına təsirinin dəqiq öyrənilməsi də burada həyata keçirilmişdir. 1988-ci ildən PXB tərkibli
kondisionerlərin buraxılışı dayandırıldı, lakin bu müəssisələri əhatə edən ərazilərdə torpaq, qar və havada
onunla yüksək səviyyədə çirklənmə aşkar edildi. Torpağın 10 sm-lik üst qatında (zavoddan 300 metrlik
məsafədə) PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi.
Kondensioner zavodunun qadın fəhlələrində və zavodun ətrafında yaşayan qadınların südündə PXB-in
yüksək konsentrasiyası (2000 mkq/l-ə qədər), zavodda işləyən kişilərin qanında (1000 mkq/l-ə qədər),
həmçinin süd məhsullarında, yumurtada və s.-də aşkar edilmişdir. Hətta PXB tərkibli kondensionerlərin
istehsalı dayandırıldıqdan 10 il sonra da torpaqda, uşaq bağçalarında, həyətyanı sahələrdə bu maddələrin
miqdarı YVK-dan artıq olmuşdur.
Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də
spesifik olmayan effektlər aşkar olundu.
12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığa təsiri
Kənd təsərrüfatı zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə
istiqamətlərindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı əsas
siniflərə bölünür: akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri məhv
edən maddələr; herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli
onurğalı heyvanları məhv edən zəhərlər; bakterisidlər, virusosidlər, funqisidlər – bitkilərdə viruslu və
göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; nematosidlər – bitkilərdə nematod
xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar: molyuskosidlər – zərərli ilbizləri məhv edən
maddələr.
Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir.
Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr
olmalarından irəli gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər il
20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifadə
çoxalarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar.
169
Şəkil 12.4. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977)
Pestisidlər təbiətə də ciddi təsir göstərir.Adətən istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən
məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək
çox vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası böyük rol oynayır. Zərərvericiləri
pestisidlərlə məhv edərkən torpaq orqanizmlərinin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır. Bununla
əlaqədar qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.
Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər
çəkən heyvan qrupları çoxa doğru sıra ilə aşağıdakı kimidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər,
mikroorqanizmlər.
Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu zaman pestisid qida zənciri ilə
hərəkət etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər.
Xlorüzvi pestisidlərin sağlamlığa təsiri. Bu qrupa aldirin, heptaxlor, heksaxlor-benzol və DDT daxil-
dir.
DDT. Xlorüzvi pestisidlər arasında insanın sağlamlığı və ekosistem üçün ən təhlükəlisi DDT-in kütləvi
istifadəsi hesab olunur. DDT xlorüzvi pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr
qrupuna daxildir (dioksinlər/furanlar, QXB və PXB də bu qrupa aiddir). Xlorüzvi pestisidlər Moskvada «Sintez»
zavodunda (1946-1970-ci illər), Dzerjinskidə (1965-1990), Novoçeboksarskda (1968-1990) və Çapayevskdə
(1960-1987) istehsal olunmuşdur.
SSRİ-də 1969-cu ildə DDT-dən istifadə edilməsi qadağan edilsə də, ondan 1980-ci ilin sonuna kimi istifadə
olunmuşdur. SSRİ ərazisində istifadə edilən DDT-in miqdarı 1960-cı ildə 10,8 min ton, 1970-ci ildə 8,9 min
ton, 1980-ci ildə 0,3 min ton təşkil etmişdir. 1971-ci ildə kənd təsərrüafatında ziyanvericilərlə mübarizədə
istifadə olunan kimyəvi vasitələrin siyahısından DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı
mübarizədə istifadə edildi.
İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin sonunda İsveçrə kimyagəri Paul Müller
ondan insektisid kimi istifadə olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən
bitə qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə tibb və fiziologiya sahəsində Nobel
mükafatı təqdim olundu. DDT malyariya və səpkili tifion törədicilərinə qarşı işlədilən ən birinci və güclü
Атмосфер
Инсаn
Кимйяви
мящсуллар
Щей
в
ан
Битки
Торпаг
Ба
лыг
лар
Су
Dostları ilə paylaş: |