119
Øÿêil 6.17. Êè÷èê âÿ èðè ýþëëÿðèí ëèòîðàë çîíàñûíûí ôàóíàñûíûí òèïèê
íöìàéÿíäÿëÿðè (Ï.Ïåííàê, 1950-53) 1-4 - îòéåéÿíëÿðèí ôîðìàëàðû èëêèí
êîíñóìåíòëÿð; 5-8 - éûðòûúûëàð (èêèíúè êîíñóìåíòëÿð); 1- ãàðûíàéàãëû
ìîëéóñêà; 2 - õûðäà áóüóìàéàãëûëàð; 3 - òðèàåíîäåñèí ñöðôÿñè; 4 - ìèë÷ÿéèí
ñöðôÿñè; 5-6 - áèðýöíëöê áþúÿéèí íèìôàñû; 5 - éûðòûúû áþúÿê ùîâóçãóðäó; 6 -
éûðòûúû òàõòàáèòè; 7 - ýþçÿëãûç èéíÿúÿíèí íèìôàñû; 8 - èyíÿúÿëÿðèí íèìôàñû
Böyük çaylarda uzununa zonallıq izlənir: çayın yuxarılarında növbəli dayazlıqların aşağı və delta
hissəsində dərinliyin qruplaşmaları məskunlaşır, orta hissədə isə hər iki zonanın orqanizmlərinə rast gəlinə bilər.
Uzununa zonallıqda balıqların növ tərkibinin dəyişməsi nəzərə çarpır. Aşağıya doğru növ tərkibi kasatlaşır,
lakin balıqların ölçüsü artır.
Bataqlaşmış şirinsulu sahələr, adətən – alt və üst bataqlıqlar. Alt bataqlıqlar bir qayda olaraq yeraltı
sularla, üst bataqlıqlar isə atmosfer yağıntıları ilə qidalanır. Üst bataqlıqlara istənilən çökək yerlərdə, hətta
yamaclarda rast gəlinə bilər, alt bataqlıqlar isə göl və axmazların bitkilərlə örtülməsi nəticəsində əmələ gəlir.
Onlar su makrofitləri, bataqlıq bitkiləri və kollarla örtülə bilər.
Bataqlıq torpaqları və torfluqların tərkibində çoxlu karbon olur (14-20%), onların kənd təsərrüfatı üçün
becərilməsində havaya çoxlu miqdarda CO
2
ayrılaraq karbon qazı problemini dərinləşdirir.
7.3. Dəniz ekosistemləri
Dəniz mühitinin xüsusiyyətləri və faktorları
Məlum olduğu kimi, dəniz mühiti Yer kürəsinin 70%-dən çox hissəsini tutur. Okean olduqca böyük
dərinliyə malikdir. Onun bütün sahələrində həyat mövcuddur, lakin materiklərə və adalara yaxın yerlərdə o daha
zəngindir. Okeanda praktiki olaraq abiotik sahə yoxdur, buna baxmayaraq heyvanların hərəkət etməsi üçün
temperatur, duzluluq, dərinlik maneə ola bilər.
Daima fəaliyyətdə olan küləklər (passatlar) nəticəsində okean və dənizlərdə güclü axınlar (qolfstrim – isti,
kaliforniya – soyuq və s.) hesabına suyun daim sirkulyasiyası baş verir, bu isə okeanların dərinliklərində də
oksigen çatışmazlığının qarşısını alır.
Dünya okeanında ən məhsuldar sahə apvellinq hesab olunur. Dik materik yamaclarından küləklər suyu
kənara (uzağa) apararaq daim onu qarışdırdığı yerdə, okeanın dərinliyindən soyuq suların qalxması prosesi
apvellinq adlanır, onun əvəzinə dərinlikdən biogenlərlə zənginləşmiş su qalxır.
Estuarilərin suları kənardan
biogenlərin gətirilməsi hesabına yüksək məhsuldar və zəngin olur. Y. Odum (1975) bu hadisəni autvellinq
adlandırmışdır.
Sahil zonasında Ay və Günəşin cazibə qüvvəsinin əmələ gətirdiyi qabarmaların rolu böyükdür. Onlar
qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur.
Okeanın orta duzluluğu 35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar –
kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır.
Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin
nisbəti dəyişir. Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin
mövsümləri üzrə kəskin dəyişir. Ona görə də sahil zonasında evriqal (mühitin duzluluğuna və kimyəvi
tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən)
orqanizmlər (heyvanlar) məskunlaşır.
Biogen elementlər – dəniz mühitində mühüm limitləşdirici faktor olub suyun
milyard hissəsindən bir
neçəsini təşkil edir. Biogen elementlər orqanizmlər tərəfindən tez tutulub praktiki olaraq heterotrof zonaya
(bioloji dövrana) çatmadan onların trofik zəncirinə düşür. Deməli, biogen elementlərin aşağı konsentrasiyası
onların ümumi defisiti demək deyildir.
Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur.
Dəniz ekosistemlərinin xarakteristikası
Kontinental şelf sahəsi, neritik sahə
Kontinental şelf sahəsi 200 m dərinliklə məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km
2
) və
okeanda faunistik baxımdan ən zəngin hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir. Bentos
faunasının sürfələri hesabına plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna
(bərkimiş, yapışmış), yaxud da infauna (basdırılmış) əmələ gətirir.
120
Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla
zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin
inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.
Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton
kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır.
Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotroflar –
makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların
yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın
təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik zonası olub biogen elementlərlə kasatdır.
Ona görə də sahil
zona ilə müqayisədə fauna ilə də çox kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti
dənizlərdən soyuq dənizlərə keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur.
Pelagik sahənin qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvan-
lar, ilk növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton
üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır.
Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı
abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan
(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür.
Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə əlaqədardır, bu isə təkamülü
ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.
Şəkil 6.18. Dənizin şaquli və üfüqi zonallığı (təxmini sxem)
Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda
yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların konsentrasiyası
vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), iri ikilaylı molyusklar,