Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə14/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   190

 
28
3. Torpağın yaranması və həyatı ilə bağlı proseslər Yerdə maddə və enerjinin mürəkkəb dövranı ilə bağlı 
geoloji, bioloji və biogeokimyəvi proseslərin tərkib hissəsidir.  
Maddələrin geoloji dövranı adlanan hadisə zaman və  məkan daxilində öz miqyasına görə daha 
möhtəşəmdir. V.A.Kovdaya görə, “torpaqşünaslıq nöqteyi-nəzərindən maddələrin geoloji dövranı yer 
qabığının, maqmatik və çökmə dağ süxurlarının və mineralların yaranması, onun stratifik horizontlarının, 
aşınma qatının və relyef formalarının ayrılması, denudasiya və su, bərk və kimyəvi axınların formalaşması, 
yerüstü və yeraltı sular və eol vasitələrlə  gətirilmiş maddələrin sedimentasiyası  və akkumulyasiyası 
proseslərinin məcmusudur”.
 
Geoloji dövran torpaqəmələgəlmə ilə bağlı olan proseslərin iştirakı olmadan da baş 
verə bilər. Lakin biosfer və torpağın mövcudluğu  şəraitində onlar səth və yeraltı axınların formalaşmasında, 
çökmə, səth və dib çöküntülərinin yaranmasında və s. əhəmiyyətli rol oynayırlar. Biosfer və torpaqların 
yaranması və fəaliyyəti proseslərində bioloji və biogeokimyəvi dövranlar formalaşmışdır. 
Bioloji dövran anlayışına V.A.Kovda “mühitlə bitki və heyvan orqanizmlərinin məcmusu arasında maddə 
və enerji mübadiləsinin tsiklik proseslərinin cəmi” anlayışını əlavə etmişdir. Bioloji dövranın sxemi şəkil 1- də 
verilmişdir.  
 
 
 
 
Şəkil 1. Bioloji dövranın sxemi 
Əgər mühitlə torpaq və ya biot arasında mübadilədə  iştirak edən ayrı-ayrı elementlərin zəncir boyunca 
ardıcıl çevrilmə  və miqrasiyasını izləsək, məsələn, izotop nişanlama metodu ilə, bütün torpaqlarda və onun 
funksional fəaliyyətinin bütün mərhələlərində elementin həm bioloji, həm də abiotik prosesləri  əhatə etməklə 
tam transformasiya-miqrasiya tsiklinin şahidi olarıq. Məsələn, meşə döşənəyi vasitəsilə elementin torpaq səthinə 
düşməsindən,  sonradan bitki kökləri vasitəsilə udulmasına qədərki dövrdə o, torpaq profili boyunca hərəkət edə 
bilər. Bu zaman həmin prosesin intensivliyi, istiqaməti təkcə biota ilə deyil, iqlim amilləri, torpağın su-fiziki və 
başqa xassələri ilə  də müəyyən olunacaqdır. Torpaqda maddələrin transformasiya və  hərəkətinin bioloji və 
abiotik prosesləri eyni zamanda vahid biogeokimyəvi dövranla da bağlıdır. Maddələrin biogeokimyəvi dövranı 
maddələrin transformasiya və miqrasiya axınlarının torpağın cansız fazasında və ya biotda ardıcıl olaraq məkan 
və zaman daxilində hərəkətinin  uyğunlaşdırılmış sistemindən ibarətdir. Bioloji və biokimyəvi dövranın iki əsas 
xüsusiyyətini qeyd etmək lazımdır. Birinci, orqanizmlərin torpaqdakı maddələrə qarşı  seçicilik qabiliyyətidir
İkinci, Yer səthinə günəş radiasiyasının düşməsi ilə  əlaqədar  dövrilikdir. Bu dövrilik əsasında bitkilərin də 
inkişafında dövrilik baş verir. Biogeokimyəvi dövranın sxemi və orada bioloji dövranın yeri və geoloji dövranla 
əlaqəsi şəkil 2-də verilmişdir. 
 


 
29
 
 
Şəkil 2. Biogeokimyəvi dövranın sxemi, bioloji dövranın yeri. Maddələrin geoloji dövrana qoşulması  və 
maddələrin torpağa kənardan daxil olması   
Qeyd etmək lazımdır ki, torpaq yerdə müxtəlif həyat formalarının, ilk növbədə bitkilərin yaranması, 
yayılması  nəticəsində yaranmışdır. Lakin biosferin təkamülü prosesində o təkcə  nəticə deyil, yerdə  həyatın 
sonrakı mövcudluğu və inkişafı üçün zəruri şərt olmuşdur. 
4. Torpaq – unikal mürəkkəb tərkibə malik təbiət cismidir. Bu, torpağı digər təbiət obyektlərindən 
fərqləndirən xüsusiyyətlərindən biridir. Əgər dağ süxuru bir neçə mineral birləşmədən ibarətdirsə, istənilən 
torpağın tərkibi bitki və mikroorqanizmlərin mürəkkəb bioüzvi birləşmələrindən, onların transformasiyası  və 
humuslaşması  nəticəsində yaranmış birləşmələrdən, həmçinin üzvi və mineral komponentlərin qarşılıqlı  təsiri 
nəticəsində törəmiş  məhsullardan ibarətdir. Bu minlərlə müxtəlif birləşmələr deməkdir ki, onların çoxu hələ 
öyrənilməyibdir. 
Torpaqların xassəsi, onların bioməhsuldarlığı  və münbitliyi torpaqdakı ayrı-ayrı birləşmələrin tərkibi ilə 
müəyyən olunur. Torpağın maddi tərkibinin tam öyrənilməsi sahəsində müəyyən uğurlar olsa da müasir dövrdə 
çox çətin məsələdir. Bununla belə,  əksər torpaqların mineral tərkibi və  bəzi üzvi birləşmələr (şəkər, amin 
turşuları, vitaminlər, fermentlər, bir sıra yağlar və s.) yaxşı öyrənilmiş, kompleks xassəyə malik mineral-üzvi 
birləşmələrin tərkibi və xassələri haqqında məlumat toplanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq birləşmələri
 
yalnız torpaq məhlulunda molekulyar səviyyə kimi dispersləşmişdir. Ona görə  də maddələrin 
transformasiyasının və qarşılıqlı kimyəvi təsiri proseslərinin əsas hissəsi torpaqda maye fazanın və ya nəmliyin 
kifayət qədər olması şəraitində baş verir. Torpağın bərk fazasındakı birləşmələrin əsas hissəsi müxtəlif ölçülü 
aqreqatlarda birləşmişdir.  
İstənilən torpağın səciyyəvi cəhəti - tərkibində müxtəlif mineral-humus birləşmələrinin mürəkkəb 
sisteminin olmasıdır. Bu birləşmələr bioloji mənşəli məhsullarla dağ süxurları komponentlərinin qarşılıqlı 
təsirinın nəticəsi kimi ortaya çıxmışdır. Torpaqların maddi tərkibi onların uzun müddət fəaliyyəti və təkamülü 
nəticəsində formalaşır. 
Beləliklə, torpaqəmələgəlmənin  ən  əhəmiyyətli xüsusiyyəti - torpağın bərk fazasına daxil olan bütün 
torpaqlar üçün səciyyəvi spesifik birləşmələrin toplanmasıdır. Bu birləşmələrin bir hissəsi öz kimyəvi 
strukturuna görə mürəkkəb olub, nisbətən sabit mürəkkəb molekulyarüstü strukturlar (kolloidlər, aqreqatlar, 
mikroaqreqatlar) yaradır. Bu strukturlar ayrı-ayrı genetik horizontların morfoloji əlamətlərinin formalaşmasında 
ümdə rol oynayırlar. 
5. Bütün torpaqlar üçün mürəkkəb ərazi təşkili və həmçinin əlamət, xassə və proseslərin differensiasiyası 
səciyyəvidir. Torpaqların struktur təşkilinin aşağıdakı  səviyyələri ayrılır: atomar səviyyə, kristal – molekulyar 
səviyyə, aqreqat səviyyəsi, horizont səviyyəsi, torpaq profili və yaxud torpaq səviyyəsi və  nəhayət, torpaq 
örtüyü səviyyəsi. 
Torpağın maddi sistem kimi təşkilinin struktur səviyyələrindən danışarkən, birinci struktur səviyyə kimi 
onun  atomar  səviyyəsi götürülə bilər. Müasir torpaqşünaslıqda torpağın atomar struktur səviyyəsi haqqında 
danışılanda onun təbii və süni radioaktivliyi başa düşülür. Bütün təbii radioaktiv elementlər 3 qrupa bölünür: 
birinci qrup – xüsusi radioaktiv elementlərin izotopları (U
238 
, U
235
, Th
232 
Ra
226
, Rn
2222,220
), ikinci qrup – 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə